Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2602/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyi olan şəxsin əlillik müddəti bitdikdən sonra eyni xəstəliklə əlilliyin müəyyən olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 may 2024-cü il tarixli, 2-1(103)-338/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı əlillik vəziyyətinə tibb müəssisəsinin 11 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2773003AABRC saylı göndərişi əsasında baxılmış, xx.xx.2021-ci il tarixli müayinə əsasında ona əlilliyin təyin olunmasından imtina edilmiş, imtinanın səbəbi kimi “Əlavə müalicəyə ehtiyacın olması” göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2006-cı ildən, uşaqlıdan əlildir. Ona xx.xx.2007, xx.xx.2009, xx.xx.2012, xx.xx.2013, xx.xx.2014, xx.xx.2015, xx.xx.2016 və xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixədək əlillik dərəcəsi təyin edilmişdir. Növbəti dəfə əlilliyin təyin edilməsi ilə bağlı 2773003AABRC nömrəli göndəriş (Forma № 088) verilmişdir. Lakin, cavabdeh əlilliyin müəyyən edilməsi ilə bağlı araşdırma aparmaq əvəzinə formal səbəb dən, heç bir əsaslı səbəb göstərmədən əlilliyin təyin edilməsindən imtina etmiş, imtina onunla əsaslandırılmışdır ki, əlavə müalicəyə ehtiyac mövcuddur. Halbuki, cavabdeh tərəfindən imtina əsası kimi qeyd edilənlər həqiqəti əks etdirmir və əlilliyi müəyyən edilməli olan şəxs kimi dövlət tərəfindən təminat verilən hüquqlarının pozuntusuna səbəb olur.
4. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə 11 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69-Serebrovaskulyar xəstəliklər => İ67 – Digər serebrovaskulyar xəstəliklər => İ67.4 Hipertenziv ensefalopatiya; Diaqnozun mətni: Ensefalopatiya.rezidual orqa nik fonda. Hipertenzion sindrom. Assosiativ əlaqələrin ləngiməsi; Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: Ensefalopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 11 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69- Serebrovaskulyar xəstəliklər => İ67 - Digər serebrovaskulyar xəstəliklər => İ67.4 Hipertenziv ensefalopatiya; Diaqnozun mətni: Ensefalopatiya.rezidual orqanik fonda. Hipertenzion sindrom. Assosiativ əlaqələrin ləngiməsi; Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: Ensefalopatiya.rezidual orqanik fonda. Hipertenzion sindrom” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli gö ndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX SinifQan dövranı sistemi xəstəlikləri => İ60-İ69-Serebrovaskulyar xəstəliklər => İ67 - Digər serebrovaskulyar xəstəliklər => İ67.4 Hipertenziv ensefalopatiya; Diaqnozun mətni: Ensefalopatiya.rezidual orqanik fonda. Hipertenzion sindrom. Assosiativ əlaqələrin ləngiməsi; Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: Ensefalopatiya.rezidual arqanik forma. Hipertenzion sindrom” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 11 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2773003AABRC saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69- Serebrovaskulyar xəstəliklər => İ67 - Digər serebrovaskulyar xəstəliklər => İ67.4 Hipertenziv ensefalopatiya; Diaqnozun mətni: Əsas diaqnoz İ67.4 Hipertenziv ensefalopatiya, rezedual, orqanik fonda. Hipertenzion sindrom. Ağırlaşma G40.4 Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri, tez-tez təkrarlanan qıcolmalarla (6-8 dəfə). Yanaşı xəstəliklər F48 digər neqativ pozğunluqlar, baş beynin üzvi xəstəliyi fonunda dissiosiativ konversion tipli nevrotik reaksiyalar; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: Xəstənin əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(112)-750/2023 nömrəli qərarı (hakim X8) ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixli, 2773003AABRC saylı tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi və zifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2021-ci il tarixli, 2773003AABRC saylı tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları (Hipertenziv ensefalopatiya rezedual, orqanik fonda. Hipertenzion sindrom. Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri, tez-tez təkrarlanan qıcolmalarla (6-8 dəfə)) iş üzrə keçirilmiş ekspertiza ilə aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur. Ekspert rəyinin əsassızlığı ilə bağlı cavabdeh tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Həmçinin ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin göstərilən bəndinə əsasən ona əlillik təyinatına əsas verir
7. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 may 2024-cü il tarixli, 21(103)-338/2024 nömrəli qərarı (hakimlər X7 (məruzəçi), X6 və X5) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(112)-750/2023 nöm rəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Şikayətdə qeyd edilir ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və əlilliyin təyin edilməsindən imtina qərarları verilmişdir. Məhkəmə prosesləri zamanı məhkəmənin qərardadı əsasında iddiaçı əyani müayinəyə cəlb edilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2014-cü il tarixdə tibbi-sosial ekspert komissiyasında i lkin müayinə olunaraq “ümumi xəstəlik” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmiş, xx.xx.2015-ci il tarixdə təkrar müayinə zamanı həmin qərar qüvvədə saxlanılmışdır. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə müvafiq olaraq xx.xx.2016-cı il tarixdə şəxsin ikinci dərəcə əlilliyi onun iştirakı olmadan Əlillik Altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixdən xx.xx.2021- ci il tarixə kimi dövrü əhatə edən epikrizində qeyd edilmişdir ki, iddiaçıda əsas xəstəlik kimi göstərilən “Ensefalopatiya (rezudual orqanik fonda) hipertenzion sin drom” diaqnozu əsasnaməyə müvafiq olaraq əlilliyin təyininə əsas vermir, ağırlaşma kimi qeyd edilmiş “teztez təkrarlanan qıcolma tutmaları” diaqnozu isə anamnestik və obyektiv müayinə ilə təsdiqini tapmışdır. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 Həkim Psixiatr Komissiyasının xx.xx.2022-ci il tarixli, 1085 saylı rəyində qeyd edilmişdir ki, “Baş beyinin üzvi xəstəliyi nəticəsində asteno-nevrotik sindrom” diaqnozu da əsasnaməyə müvafiq olaraq əlilliyin təyininə əsas vermir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə uyğun olaraq şəxsdə hazırda əlilliyin təyininə əsas verən hallar aşkar edilmir və tam reabilitasiya – hazırda əlillik əlaməti aşkar edilməməsi barədə qərar verilir. Diaqnozların nəticəsindən aydın olmuşdur ki, iddiaçı barəsində həmin göndərişlər, habelə aparılmış müayinələr əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Belə olan halda, iddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublika sının Qanunu: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qu rum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüq uqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:
1. Ümumi müddəalar... 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
2. Əlilliyin müəyyən olunması meyarları 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurl ar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:... 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış dır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi ol an şəxs hesab edilir.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfin dən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərin i altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası:
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respubli kasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Böl mələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir);
2. Göndərişin verilməsi qaydası 2.1. Göndəriş verilməsi üçün şəxs (onu n qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir.... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilmə lidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mü mkün hesab edilmişdir.
19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya göndərişlərdə qeyd olunan diaqnoz ilə əlaqədar əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlama ğa lüzum qalmır.
23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirilməsi ilə də razılaşır.
24. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina səbəbi əlavə müalicəyə ehtiyacın olması ilə əsaslandırılmış, əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunmuşdur.
26. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində əks edilmiş mövqeyi ilə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə TibbiEks pertiza və X4 xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ekspert rəylərində iddiaçının iş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnozları öz təsdiqini tapdığı müəyyən edilmişdir.
27. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının əyani ekspertizası keçirilmiş və əyani müayinə zamanı iddiaçıda aşağıdakı hallar müəyyən edilmişdir: Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dəri və görünən selikli qişaları adi rəngdədir, normal bədən quruluşuna malikdir. Obyektiv müayinə zamanı bəbəklərin işığa reaksiyası normal, D=S, dili orta xətt üzrədir. Sümük üstlüyü- vətər reflekslər canlı olub D=S. Əzələ tonusu normaldır. Romberq vəziyyətində dayanıqlıdır, əllərində və göz qapaqlarında tremor qeyd edilir. Emosional labildir, müayinə zamanı ağlayır, depressiv fon müşahidə olunur. İntellekti normaldır, amnestik funksiyaların pozulmayıb. Əsəbilik və yüksək oyanıqlıq müşahidə edilir. 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi dövrü əhatə edən epikrizində əsas xəstəlik kimi qeyd edilən “Ensefalopatiya(rezudual orqanik fonda) hipertenzion sindrom” diaqnozu əsasnaməyə müvafiq olaraq əlilliyin təyininə əsas vermir, ağırlaşma kimi qeyd edilmiş “tez-tez təkrarlanan qıcolma tutmaları” diaqnozu isə anamnest ik və obyektiv müayinə ilə təsdiqini tapmır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 Həkim Psixiatr Komissiyasının xx.xx.2022-ci il tarixli 1085 saylı rəyində qeyd edilmiş “Baş beyinin üzvi xəstəliyi nəticəsində asteno-nevrotik sindrom” diaqnozu da əsasnaməyə müvafiq olaraq əlilliyin təyininə əsas vermir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq şəxsdə hazırda əlilliyin təyininə əsas verən hallar aşkar edilmir və tam reabilitasiya - hazırda əlillik əlaməti aşkar edilməməsi barədə qərar verilir.
28. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə TibbiEkspertiza və X4 xx.xx.2023-cü il tarixli 33 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş xxxxxxx0005 saylı göndərişdə (088 №-li Formada) qeyd edilən “qan dövranı sistemi xəstəlikləri=>İ60-İ69-serebrovaskulyar xəstəliklər=>İ67-digər serebrovaskulyar xəstəliklər=>İ67-4-hipertenziv ensefalopatiya. Əsas diaqnoz: 167.4-hipertenziv ensefalopatiya, rezedual, orqanik fonda, hipertenzion sindrom. Ağırlaşma: G40.4generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri, tez-tez təkrarlanan qıcolmalarla (6-8 dəfə). Yanaşı xəstəliklər: F48-digər neqativ pozğunluqlar, baş beynin üzvi xəstəliyi fonunda dissiosiativ konversion tipli nevrotik reaksiyalar” diaqnozu aparılmış kliniki və instrumental müayinələrin əsas ında müəyyən olunmuşdur.
29. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvəyə minənə qədər (xx.xx.2022-ci ilə qədər) və iddiaçıya əlillik təyin edilməsindən imtina edilən vaxt qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də sadalanan xəstəliklər, habelə hal-hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklər iddiaçıda mövcuddur. Məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəylərində də bir daha öz təsdiqini tapmışdır ki, tibbi müəssisəsinin göndərişində qeyd o lunan diaqnozlar iddiaçıda mövcuddur. Qeyd olunan Meyarlarda göstərilmiş xəstəliklərin iddiaçıda mövcud olması iddiaçının əyani tibbi müayinəsi nəticəsində öz təsdiqini tapmasına baxmayaraq, cavabdeh hər hansı əsaslandırma aparmadan “Əlavə müalicəyə ehtiyacın olması”, “Əlillik əlamətinin aşkar edilməməsi” və “Diaqnozun təsdiqini tapmaması” kimi fərqli qərarlar qəbul etməklə növbəti müddətə əlillik təyinatından imtina etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu səbəbdən də cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
30. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnoz ekspert rəyi, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edilməsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur.
31. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspert iza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-338/2024 saylı iş üzrə 08 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.