Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2604/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-270/2023 nömrəli, 8 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasına əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Rospetsstroy şurasının VPSTO Zakavkaz xüsusi idarəsində xadimə vəzifəsində, xx.xx.1977-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Rospetsstroy şurasının VPSTO xüsusi hidro tikinti Zakavkaz idarəsinə Yeraltı akkumulyatorları şarj edən vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Mingəçevir şəhər elektrik və digər mühəndis şəbəkələri təmiri üzrə ixtisaslaşdırılmış istehsalat sahəsində xadimə vəzifəsində işləmişdir.
2. İddiaçı pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
3. Cavabdeh tərəfindən həmin müraciətdən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1 -ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı ilin 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Həmçinin əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza dağıntı, yanğın hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədiksə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların )o cümlədən qaçqın və məcburi köçkü nlərin) sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək kitabçasında qeyd edilmiş xx.xx.1976-cı ildən xx.xx.2004-cü ilə kimi işlədiyi illərin sosial sığorta stajına hesablanaraq ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.1976-cı ildən xx.xx.2004-cü ilə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmə xx.xx.2022-ci il tarixdə iddia tələbin dəyişdirilməsi haqqında qərard ad qəbul etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. xx.xx.1976-cı ildə əmək fəaliyyətinə başlamış, xx.xx.2004-cü ildə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Həmin dövrlərdə işlədiyi illər ona məxsus əmək kitabçasında qeyd edilmişdir. İddiaçı pensiya təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, sonuncu bundan imtina etmişdir.
7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydala rı»na 2 nömrəli Əlavənin 2.4.1cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çal ışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
8. İddiaçı zərərli əmək şəraitində işləməsi barədə güzəştli arayışı inzibati orqana təqdim etməmiş, həmçinin iddia ərizəsinə əlavə etməmişdir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlə rdə işləməsi barədə güzəştli arayış təqdim edə bilmədiyi, dolayısı ilə həmin işlərdə işləmədiyi üçün onun bu maddənin tələblərindən irəli gələn güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmır.
9. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1569/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbinin təmin edilməsi, İddiaçı xx.xx.1976-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Rospetsstroy şurasının VPSTO Zakavkar xüsusi idarəsində xadimə vəzifəsində, xx.xx.1977-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Rospetsstroy şurasının VPSTO xüsusi hidro tikinti Zakavkaz idarəsinə Yeraltı akkumulyatorları şarj edən vəzifəsində, xx.xx.1989- cu il tarixdən xx.xx.2004-cü il tarixədək Mingəçevir şəhər elektrik və digər mühəndis şəbəkələri təmiri üzrə ixtisaslaşdırılmış istehsal at sahəsində xadimə vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Tələb olunan 20 il ümumi iş stajı ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasına əsasən onun ümumi iş stajının 20 ildən çox olması müəyyən edilir. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, “X2 Stansiyaları Silsiləsi” MMC-nin Elektrik sexində “Akkumulyatorçu” vəzifəsi fəaliyyət göstərir, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əsasən “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə g üzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 1 nömrəli Əlavədə zərərli iş sahəsi kimi hesab edilir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-270/2023 nömrəli, 8 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Mamedov /sədrlik edən və məruzəçi/, A.Bayramov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla ə saslandırmışdır ki, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Mingəçevir şəhər elektrik və digər mühəndis şəbəkələri təmiri üzrə ixtisaslaşdırılmış istehsalat sahəsində xadimə vəzifəsində işləməsi əmək kitabçasından başqa hər hansı mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Mingəçevir şəhər elektrik və digər mühəndis şəbəkələri təmiri üzrə ixtisaslaşdırılmış istehsalat sahəsində xadimə vəzifəsində işləməsi sübuta yetirilmir. Belə ki, məhkəmənin sorğularına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş 10 mart 2023-cü il tarixli məktubdan görünür ki, "Mingəçevir şəhər elektrik və digər mühəndis şəbəkələri təmiri üzrə ixtisaslaşmış istehsalat sahəsi"nin vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin Azərbaycan Respublikası "xxxx" ASC “X2 Stansiyaları Silsiləsi” MMC-dən daxil olmuş 15 mart 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı "X2 Stansiyaları Silsiləsi" MMC-də əmək fəaliyyəti olmayıb. Bundan başqa Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 05 aprel 2023-cü il tarixli məktubdan müəyyən edilir ki, müraciətdə qeyd olunan Mingəçevir şəhər elektrik və digər mühəndis şəbəkələri təmiri üzrə ixtisaslaşdırılmış istehsalat sahəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hərhansı məlumat yoxdur. Həmçinin məhkəmənin sorğusuna əsasən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısına "xxxx" MMC-dən alınmış məl umatlardan görünür ki, "xxxx" MMCdə İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2004-cü il tarixədək stansiyada işləməmişdir. Həmçinin “X1 Şəbəkəsi” MMC-dən İcra Hakimiyyətinə göndərilmiş məktubdan görünür ki, İddiaçı xx.xx.1989-xx.xx.2004-cü il tarixlərdə müəssisədə əmək fəaliyyəti olmamışdır. Bundan əlavə Azərbaycan Respublikası "xxxx" ASC-dən daxil olmuş 03 aprel 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı "xxxx" ASC-nin Mingəçevir şəhərində yerləşən müəssisələrinin heç birində işləməmişdir. Ona görə də məhkəmə kollegiyası əmək kitabçasında olan məlumatların düzgünlüyünə tənqidi yanaşmış və əmək kitabçasını sübut kimi qəbul etməmiş və gəldiyi nəticəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növünd ən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2.1ci bəndinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 9.1, 9.8, 32.1-1, 37.7-ci maddələri ilə əsaslandırmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.
16. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 21.1 və MPM-in 88, 106, 218.3, 416, 417.0.3, 418.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə rdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
19. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiya sı məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
24. İnsan Hüquqları üzrə Avrop a Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanun vericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır
26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Hazırkı işdə iddiaçının hüquqi marağı əmək kitabçasında qeyd edilmiş xx.xx.1976-cı ildən xx.xx.2004-cü ilə kimi işlədiyi illərin sosial sığorta stajına hesablanaraq ona əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.
29. Ə mək kitabçası sosial sığorta stajını təsdiq edən sənəd olsa da, işin digər hallarından asılı olaraq hər bir zaman sübut kimi qəbul edilə bilməz. Belə ki, hazırkı işin hallarına görə iddiaçı əmək kitabçasında olan məlumatlar işdə olan digər sübutlarla təkzib olunur. Belə ki, məhkəmənin sorğularına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş 10 mart 2023-cü il tarixli məktubdan görünür ki, "Mingəçevir şəhər elektrik və digər mühəndis şəbəkələri təmiri üzrə ixtisaslaşmış istehsalat sahəsi"nin vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin Azərbaycan Respublikası "xxxx" ASC “X2 Stansiyaları Silsiləsi” MMC-dən daxil olmuş 15 mart 2023-cü il tarixli məktubdan görün ür ki, İddiaçı "X2 Stansiyaları Silsiləsi" MMC-də əmək fəaliyyəti olmayıb. Bundan başqa Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 05 aprel 2023-cü il tarixli məktubdan müəyyən edilir ki, müraciətdə qeyd olunan Mingəçevir şəhər elektrik və digər mühəndis şəbəkələri təmiri üzrə ixtisaslaşdırılmış istehsalat sahəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər-hansı məlumat yoxdur. Həmçinin məhkəmənin sorğusuna əsasən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısına "xxxx" MMC-dən alınmış məlumatlardan görünür ki, "xxxx" MMC-də İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2004-cü il tarixədək stansiyada işləməmişdir. Həmçinin “X1 Şəbəkəsi” MMC-dən İcra Hakimiyyətinə göndərilmiş məktubdan görünür ki, İddiaçı xx.xx.1989-xx.xx.2004-cü il tari xlərdə müəssisədə əmək fəaliyyəti olmamışdır. Bundan əlavə Azərbaycan Respublikası "xxxx" ASC-dən daxil olmuş 03 aprel 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı "xxxx" ASC-nin Mingəçevir şəhərində yerləşən müəssisələrinin heç birində işləməmişdir.
30. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Mingəçevir şəhər elektrik və digər mühəndis şəbəkələri təmiri üzrə ixtisaslaşdırılmış istehsalat sahəsində xadimə vəzifəsində işləməsi əmək kitabçasından olan məlumat digər sübutlarla təkzib olunur. Ona görə də məhkəmə kollegiyası əmək kitabçasında olan məlumatların düzgünlüyünə tənqidi yanaşmış və əmək kitabçasında olan qeydləri sübut kimi qəbul etmə mişdir.
31. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən hazırkı qərarın 18-19 (a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qərar qəbul etmişdir. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-270/2023 nömrəli, 8 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir