Məhkəmə qərarları › İş №2-1(102)-2605/2018

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2605/2018

26.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2605/2018 26.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Çoxsahəli Kiçik Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2605/2018) Bakı şəhəri 26 dekabr 2018-ci il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin vəkili X3 iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı Çoxsahəli Kiçik Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsin in yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair plan və ölçünün, reyestrdən çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli, 21(103)-2424/2018 saylı qərardadından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Çoxsahəli Kiçik Müəssisəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, müvafiq torpaq sahəsi üzə rində daimi istifadə hüququna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 07 iyun 2017-ci il tarixli, 2-1(82)95/2017 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən 1,0 ha torpaq sahəsi üzərində İddiaçı Çoxsahəli Kiçik Müəssisəsinin daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim – H.Ç.Babayeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasını n 13 dekabr 2017-ci il tarixli, 2-1(103)-2263/2017 saylı qərarı ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Мəhkəməsinin 07 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2-1(102)790/2018 saylı qərarı ilə (sədrlik edən İ.A.Dadaşov, hakimlər K.N.Bədəlov və S.Ə.Hüseynova)cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, məhkəmənin qərarında qeyd olunan müvafiq daşınmaz əmlakla bağlı 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən müvafiq ünvanda yenidən araşdırma aparılarkən və mövcud sənədlərin ətraflı və dəqiq araşdırılması zamanı birinci instansiya məhkəməsində və digər məhkəmə instansiyalarında müvafiq inzibati işə baxılarkən əvvəlcədən məlum olmayan və müvafiq icra sənədinin icrasını mümkünsüz edən yeni hallar və sübutların aşkar edildiyini, müvafiq torpaq sahəsinin dövlət mülkiyyəti olduğunu və təqdim olunmuş sənədlər əsasında həmin torpaq sahəsi üzərində İddiaçı MMC-nin istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasının qeyri-mümk ün olduğunu, bundan əlavə, yoxlama-ölçü işlərinin aparılması məqsədi ilə idarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda texniki baxış keçirilən zaman müvafiq torpaq sahəsindən təyinatı üzrə istifadə edilməməsinin müəyyən edildiyini, müvafiq torpaq sahəsinin tərəflərinin bir hissəsində hasar və qonşu daş hasarla, bir hissəsi fərdi yaşayış evlərinin həyətyanı torpaq sahələrinin daş hasarla, bir tərəfi metal və çəpərlə, digər tərəfi isə şərti və mərz nişanları ilə sərhədləndiyini, həmin torpaq sahəsinin qonşu sahələr və yol ilə əhatə olunduğunu, bundan əlavə, müvafiq torpaq sahəsinin faktiki sahəsi 9830,0 kv.m təşkil etdiyini, həmçinin müvafiq torpaq sahəsinin üzərində beş ədəd daş hasarla ayrılmış sahələrin mövcud olduğunu və torpaq sahəsinin üzərində dörd ədəd bir mərtəbəli fərdi ev və bir ədəd yarımçıq tikilinin olduğunu, həmin evlərin digər fiziki şəxslərə aid olduğunu və onların istifadələrində olduğunu, müvafiq işin ətraflı və düzgün araşdırılması məqsədilə, həmçinin torpaq sahəsi dövlət müəssisə və obyektlərinin yerləşdiyi ərazilərə aid torpaq sahələrinə aid olduğundan və torpaq sahəsi təyinatı üzrə istifadə edilmədiyindən, Bakı şəhər İcra Hakimiyyəti, AR ƏMDK və həmin Komitə yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin məhkəmə tərəfindən müvafiq iş üzrə üçüncü şəxs qismində cəlb edilməli olduğunu göstərərək, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 07 iyun 2017-ci il tarixli qərarının ləğv edilməsini, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Torpaqların Dövlət İdarəetməsinin Təşkili üz rə Dövlət Agentliyinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla, yenidən baxılaraq, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 21(82)95/2017 saylı qərardadı ilə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi rədd edilmişdir (hakim – E.M.Mustafayev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli, 2-1(103)-2424/2018 saylı qərardadı ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bak ı İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərardadından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, müvafiq torpaq sahəsi dövlət mülkiyyətidir və təqdim olunmuş sənədlər əsasında həmin torpaq sahəsi üzərində İddiaçı MMC-nin istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür, bundan əlavə, yoxlama-ölçü işlərinin aparılması məqsədi ilə idarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda texniki baxış keçirilən zaman müvafiq torpaq sahəsindən təyi natı üzrə istifadə edilmədiyi müəyyən edilmiş, belə ki, “Torpaq islahatı haqqında” Azərbayca Respublikasının Qanununa əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələri müəyyən edilmiş, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə"yə uyğun olaraq torpaq islahatı zamanı müvafiq sənədlərin (torpağa mülkiyyət hüququna dair şəhadətnamə, torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı və s.) verilməsi nəzərdə tutulmuş, həmçinin müvafiq torpaq sahəsinin tərəflərinin bir hissəsində hasar və qonşu daş hasarla, bir hissəsi fərdi yaşayış evlərinin həyətyanı torpaq sahələrinin daş hasarı ilə, bir tərəfi metal və çəpərlə, digər tərəfi isə şərti və mərz nişanları ilə sərhədlənmiş, bundan başqa, torpaq sahəsi qonşu sahələr və yol ilə əhatə olunmuş, torpaq sahəsinin faktiki sahəsi 9830,0 kv.m təşkil edir, torpaq sahəsinin üzərində beş ədəd daş hasarla ayrılmış sahələr mövcuddur və həmin evlər digər fiziki şəxslərə aiddir və onların istifadələrindədir. Tərəflərin izahatları Cavabdehin vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi, cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətinin təmin edilməsi, Azərbaycan Resp ublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı Çoxsahəli Kiçik Müəssisəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmu ş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı Çoxsahəli Kiçik Müəssisəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şika yət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili X3 izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli, 2-1(103)-2424/2018 saylı qərardadıdəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2 saylı Bakı İnzibatiİqtisadi Мəhkəməsinin 07 iyun 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən 1,0 ha torpaq sahəsi üzərində İddiaçı Çoxsahəli Kiçik Müəssisəsinin daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 dekabr 2017-ci il tarixli qərarı ilə cavabdeh Da şınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 07 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 may 2018-ci il tarixli qərarı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, beləliklə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı 02 may 2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və 29 iyun 2018-ci il tarixdə icra edilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını ar aşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdeh ərizəsində mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu, təyinatı üzrə istifadə edilmədiyini qeyd etsə də, apellyasiya şikayətində, habelə kassasiya şikayətində eyni məsələlər onun tərəfindən mübahisələndirilmiş və həmin məsələlər artıq məhkəmə araşdırmasının predmeti olmuş, məhkəmələr tərəfindən həmin dəlillər əsassız hesab edilərək şikayətləri təmin olunmamış, həmin torpaq sahəsi üzərində hasarların və müxtəlif tikililərin mövcudluğuna dair hallar da yeni hallar kimi qəbul edilməzdir, iddiaçının tələbi müvafiq torpaq sahəsinə daimi istifadə hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən ona çıxarış verilməsi və plan-ölçü tərtib edilməsi təşkil etdiyi halda, ərizəçinin istinad etdiyi həmin hallar yeni açılmış hallar k imi qiymətləndirilə bilməz, eyni zamanda cavabdeh ərizəsində və apellyasiya şikayətində artıq qanuni qüvvəsini almış məhkəmə qərarlarının qanunsuzluğunu və əsassızlığını mübahisələndirir, beləliklə, hazırki iş üzrə məhkəmə icraatı başa çatdıqdan sonra İPM-nin 100-cü maddəsində nəzərdə tutulan əsasları özündə əks etdirən hallar mövcud olmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zama nı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Məcəllənin 106.2-ci maddəsinə əsasən icraatın təzələnməsi haqqında məhkəmə o zaman qərardad qəbul edir ki, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilsin. Məcəllənin 106.3-cü maddəsinə əsasən icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Məhkəmələr iş materiallarına istinad etməklə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegi yası cavabdeh, ərizəsində mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu, təyinatı üzrə istifadə edilmədiyini qeyd etsə də, apellyasiya şikayətində, habelə kassasiya şikayətində eyni məsələlərin tərəfindən mübahisələndirildiyini və həmin məsələlərin artıq məhkəmə araşdırmasının predmeti olduğunu, iddiaçının tələbi müvafiq torpaq sahəsinə daimi istifadə hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən ona çıxarış verilməsi və plan-ölçü tərtib edilməsi təşkil etdiyi halda, ərizəçinin istinad etdiyi həmin halların yeni açılmış hallar kimi qiymətləndirilmədiyini, eyni zamanda cavabdeh ərizəsində və apellyasiya şikayətində artıq qanuni qüvvəsini almış məhkəmə qərarlarının qanunsuzluğunu və əsassızlığını mübahisələndirdiyini, beləliklə, hazırkı məhkəmə icraatı başa çatdıq dan sonra qanunvericilikdə nəzərdə tutulan əsasları özündə əks etdirən halların mövcud olmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiy asının 27 sentyabr 2018-ci il tarixli, 2-1(103)-2424/2018 saylı qərardadıdəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli, 2-1(103)-2424/2018 saylı qərardadıdəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar