Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2605/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması; tunel fəhləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1962-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pe nsiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1496/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixinədək 56 saylı TM təhsil almışdır, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
2. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, xx.xx.1986-cı il tarixindən Bakı Metropoliteninin Yol və Tunel qurğuları xidmətinə 1-ci dərəcə ilə tunel fəhləsi (yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti ilə) peşəsinə qəbul edilmiş, xx.xx.1986-cı il tarixindən 2-ci dərəcə, xx.xx.1989-cu il tarixi ndən 3-cü dərəcə, xx.xx.1989-cu il tarixindən 4-cü dərəcə verilmiş, xx.xx.1990-cı il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdən Tunel qurğuları xidmətinə 4-cü dərəcə ilə tunel fəhləsi (yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti ilə) peşəsinə qəbul edilmiş, xx.xx.1998-ci il tarixdən 5-ci dərəcə verilmiş, xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1ci hissəsinin “c" bəndinə əsasən (əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə itirilməsi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Cavabdehin iddiaçıya ünvanlan mış imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində - metropoliten müəssisələrinin briqadirləri; drezinaların sürücüləri; drenajçılar; hidroqaldırıcıların maşinistləri; zumif aqreqatlarının maşinistləri; daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri; geodeziyamarkşeyder işləri ilə məşğul olan mühəndislər; dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər); bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri); qabarittədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 29 iyun 1983-cü il tarixli ******* nömrəli əmək kitabçanızda və "xxxx" QSC-nin sizə dair 10 iyun 2021-ci il tarixli A/153 nömrəli arayışında sizin xx.xx.1986-xx.xx.1990-cı il və xx.xx.1998-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən müəssisənin Yol və Tunel qurğuları xidmətində tunel fəhləsi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəmə sində icraat
5. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinin zərərli xüsusiyyətləri nəzərə alınmaqla ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 21.07.2022-ci il tarixli cavab məktubu ilə imtina etmişdir (İşə əlavə olunmuş imtina məktubunda imtinanın səbəbi olaraq göstərilir ki, iddiaçının Metropolitendə işlədiyi tunel fəhləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li qərarı ilə təsd iq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından onun güzəştli stajı yoxdur). Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: iddiaçının 60 yaşının tamam olması; 25 il ümumi iş stajının mövcud olması; 12 il 6 ay güzəştli iş stajının mövcud olması; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.
8. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuş, 60 yaşı ta mam olduğu tarixə ümumi iş stajı 25 ildən artıqdır, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. İddiaçının 25 ildən artıq ümumi sığorta stajına malik olması və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarıdır. Lakin iddiaçının işlədiyi peşə güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşələrin Siyahısında olmadığından onun güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır.
9. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1983-cü il tarixli, ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, A/153 nömrəli arayışında iddiaçının xx.x x.1986-xx.xx.1990-cı il və xx.xx.1998-xx.xx.2008-ci il tarixləri arasındakı əmək fəaliyyəti dövrləri ərzində adıçəkilən müəssisənin yol və tunel qurğuları xidmətində tunel fəhləsi vəzifəsində işlədiyi qeyd olunmuşdur.
10. Beləliklə, hazırki işdə iddiaçının peşəsi (tunel fəhləsi) 1 nömrəli Siyahıda müəyyən olunmuş peşələr ilə eyniləşdirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11503/2022 saylı qərarı ilə iddia təmin edilərək, iddiaçıya xx.xx.2019-cu il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə qədər həqiqi hərbi xidməti, ali təhsili və əmək kitabçasındakı qeydlə r nəzərə alınmaqla ümumi əmək stajı ən azı 25 ildir.
13. Həmçinin əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd etmişdir ki, təqdim edilən arxiv arayışına əsasən iddiaçı yalnız gecə işində xüsusi zərərli əmək şəraiti ilə Bakı Metropoliteninin Yol və Tunel qurğuları xidmətində xx.xx.1986cı ildən xx.xx.2008-ci il tarixədək müxtəlif dərəcələrdə tunel fəhləsi peşəsində işləmiş və iş yeri əmək şəraitinin zərərli və ağır olduğunu təsdiq etmişdir.
14. Qeyd edilən dövr əmək kitabçasına uyğun olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320№li qərarı ilə təsdiq edilmiş 2 №li siyahının XXVİİİ. Nəqliyyat bölməsində
2. Metropolitenlər 2300200a yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr altkoduna uy ğundur. Məhkəmə qeyd edir ki, həmin “a” yarımbəndində göstərilən metropoliten müəssisələrinin briqadirləri, drezinaların sürücüləri, drenajçılar, hidroqaldırıcıların maşinistləri, zumpf aqreqatlarının maşinistləri, daxili yanma mühərriki olan səyyar kompressorların maşinistləri peşələri məhz yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr peşəsinin alttəsnifatıdır.
15. Odur ki, həmin təsnifatda məhz yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlə peşəsi nəzərdə tutulduğundan və iddiaçı da yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan tunel fəhləsi kimi işlədiyindən cavabdeh qurumun imtinası qanuni hesab edilə bilməz.
16. Məhkəmə, həmçinin qeyd edir ki, drenaj sözünün linqvistik mənası torpağı, ye ri qurutmaq üçün qrunt və ya axıntı sularının süni yolla axıdılmasıdır. Açıq drenaj arxlarla, qapalı drenaj isə yeraltından çəkilən borularla suyun arxlara, yaxud kanallara buraxılmasıdır. Odur ki, tunel fəhləsi peşəsi həmin təsnifatda göstərilən 2300200a—11906 drenajçılar peşəsi ilə eynilik təşkil edir.
17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1496/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hü quqi mövqeyi ilə razılaşmışdır. 20.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətində imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə düzgün araşdırma və əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, məhkəmə prosesində ondan işlədiyi vəzifəsi ilə bağlı arxiv arayışı istənilmişdir və həmin arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı tunel fəhləsi peşəsində 19 il 10 ay 28 gün çalışmış və əlavə də olaraq çalışdığı müəssisə tərəfindən həmin peşənin o dövrə uyğun əmək kitabçasında adı elə qeyd edildiyini nəzərə alaraq hazirki drenajçılar peşəsinin iş şəraiti və funksiyası ilə eynilik təşkil edir. İddiaçının gecə və ağır şəraitdə işləməyim fəhlə peşəsi drenajçılara aiddir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2019-cu il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına ça tdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 24.“Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qü vvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehs alatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”: 23000000 XXVİİİ Nəqliyyat 23002000
2. Metrpolitenlər. 2300200a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr; 2300200a—11906 drenajçılar
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” (24 dekabr 2022-ci il tarixli 451 nömrəli Qərarla edilmiş əlavə və dəyişikliklərlə): 21.5 Metropolitenlər. 21.5.1. yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr:... tunel fəhlələri
27. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayə t həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apel lyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxla nılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
33. Məhkəmə kollegiyası nəzərə alır ki, təqdim edilən arxiv arayışına əsasən iddiaçı yalnız gecə işində xüsusi zərərli əmək şəraiti ilə Bakı Metropoliteninin Yol və Tunel qurğuları xidmətində xx.xx.1986-cı ildən xx.xx.2008-ci il tarixədək müxtəlif dərəcələrdə tunel fəhləsi peşəsində işləmiş və iş yeri əmək şəraitinin zərərli və ağır olduğunu təsdiq etmişdir.
34. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iddiaçının çalışdığı “tunel fəhləsi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən siyahılarda aşkar olaraq nəzərdə tutulmasa da, həmin vəzifə (peşə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na 2022-ci il 24 dekabr tarixli, 451 nömrəli qərara əsasən daxil edilmişdir.
35. Göründüyü kimi, qanunvericinin iradəsini həyata keçirən səlahiyyətli dövlət orqanı (“Əmək pensiyaları haqqında” Qanun un 9.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı) istinad edilən Qərarı ilə həmin vaxtadək də mövcud olmuş, iddiaçının əvvəllər icra etdiyi “tunel fəhləsi” vəzifəsinin əmək şəraiti zərərli və ağır işlərə aid olduğunu təsdiq etmiş və bu vəzifəni Siyahıda aşkar olaraq göstərmişdir. İddiaçı həmin Qəraradək “tunel fəhləsi” vəzifəsində 12 il 6 aydan artıq müddətdə işləmişdir. 36.“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələbinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn m ünasibətlərə şamil edilir. 37.Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iddiaçı qanunla tələb olunan ümumi və xüsusi stajları xx.xx.2006-cı il tarixədək topladığından, “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəası iddiaçıya münasibətdə tətbiq oluna bilməz.
38. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrində, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənildiyindən, onun həmin normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
39. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1496/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.