Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2608/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq silinmiş vəsaitlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbziadə və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “artıq silinmiş vəsaitlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1942/2024 nömrəli, 24 may 2024-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı "xxxx" Şirkətinin Filialının şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2019cu il tarixə saldo üzrə şəxsi hesab vərəqəsində 603.347,73 manat məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmuşdur. Həmin borcun ödənişinin təmin edilməsi üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Milli Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının bank hesablarına sərəncamlar göndərilmiş və cavabdehin xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210009 MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019cu il tarixli 120OPXO191210193#3 - MDSS 0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191221068 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 120OPXO191270516 - MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləğində vəsaitlər iddiaçının şəxsi hesab vərəqəsindən silinmişdir.
2. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət edərək məcburi dövlət sosial sığorta haqqı üzrə heç bir borcun olmamasını və yaranmış borcun araşdırılması barədə məlumat verilməsini xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, 2007-ci ilin may və avqust aylarında ödənilmiş, müvafiq olaraq 50.660,60 manat və 49.919,60 manat məbləğləri DSMF-nin şifahi məlumatlarına görə Nəsimi rayonu Maliyyə İdarəsinin bir qrup əməkdaşları tərəfindən müəyyən yollarla mənimsənmiş, nəticədə vəsaitlər fondun hesabına köçürülməmişdir.
3. Cavabdeh tərəfindən yaranmış halla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna sorğu məktubu göndərilmiş və həmin sorğuya xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, iddiaçı tərəfindən 2007-ci il 25 may tarixində 50660 manat 90 qəpik və 2007-ci il 28 avqust tarixində 49919 manat 86 qəpik ödənilmiş məcburi dövlət sosial sığorta haqları Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X1 İdarəsinin xəzinə hesabına daxil olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin "xxxx" Şirkətinin Azərbaycan Respublik asındakı filialının cari hesablarından artıq silinmiş xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210009 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019cu il tarixli 120OPXO191210193#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191221068 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 120OPXO191270516 MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləği həcmində vəsaitlərin iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməsi barədə qərar qəb ul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210009 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#1 MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191221068 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 120OPXO191270516 - MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləği həcmində vəsaitlər iddiaçının cari bank hesabından silinmişdir. Qeyd edilən silinmələrin qanunsuz olması ilə bağlı iddiaçı tərəfindən cavabdehə məktub göndərilmişdir. Cavabdeh orqan cavab məktubunda bildirmişdir ki, silinən məbləğlər xx.xx.2018-ci il tarixədək olan dövrə aid olduğu üçün yaranmış borcla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məktub göndərilmiş və cavab alınmışdır. Cavabda qeyd edilmişdir ki, Şirkət tərəfindən xx.xx.2007-ci il tarixində 50660,60 manat və xx.xx.2007-ci il tarixində 49919,60 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqları Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X1 İdarəsinin xəzinə hesabına daxil olmamışdır. İddiaçı tərəfindən şirkətin yarandığı tarixdən bütün dövrdə, o cümlədən 2007- ci ildə bütün məcburi dövlət sosial sığorta haqları vaxtlı-vaxtında ödənilmişdir. Bu günə qədər Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya heç bir maliyyə sanksiyası tətbiq edilməmişdir və heç bir zaman vəsaitlərin silinməsi haqqında sərəncam qoyulmamışdır. Bu da onu göstərir ki, iddiaçının Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ilə bağlı heç bir borcu olmamışdır. Bütün məcburi dövlət sosial sığorta ödənişləri iddiaçı tərəfindən bəyan olunduğu kimi vaxtlı-vaxtında ödənilmişdir. Heç vaxt hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə iddiaçının borca görə tutulma ilə bağlı Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə müraciət olmamışdır. Bu da onu göstərir ki, iddiaçının məcburi dövlət sosial sığorta haqları ödənişləri vaxt lı-vaxtında ödənilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2-1(112)-190/2022 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, iddiaçının cari hesablarından artıq silinmiş cavabdehin xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019cu il tarixli 120OPXO191210009 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191221068 MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 120OPXO191270516 - MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləği həcmində vəsaitlərin iddiaçı şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, qeyd olunan ödəniş sənədləri əsasında "xxxx" şirkəti tərəfindən ödənilmiş 50.660,90 manat xx.xx.2007-ci il tarixdə və 49.919,86 manat xx.xx.2007-ci il tarixdə Nəsimi yerli xəzinədarlıq orqanına daxil olmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən keçmiş Nəsimi Rayonu üzrə Maliyyə İdarəsində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda, o cümlədən "xxxx" şirkəti tərəfindən 2007-ci ildə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti departamentlərinin xəzinə hesab kitablarına işlənmədiyi və həmin vəsaitlərin təyinatından yayındırılması halları aşkar olunmuşdur.
8. Cavabdeh və iş üzrə üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli 2-1(103)-1740/2023 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov – sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən qeyd olunan məcburi dövlət sosial sığorta haqları ödənilmişdir, həmin vəsaitlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi Nəsimi yerli xəzinədarlıq orqanına daxil olmuşdur. İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti departamentlərinin xəzinə hesab kitablarına işlənməməsi və həmin vəsaitlərin təyinatından yayındırılması hallarına görə isə iddiaçı cavabdehlik da şımır. İddiaçı tərəfindən həmin vəsaitlər təyinatı üzrə ödənilmişdir və xəzinədarlıq orqanına daxil olmuşdur.
11. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsini mövqeyi
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)- 219/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər: N.Rəsulbəyova – sədrlik edən və məruzəçi, K.Bədəlov və İ.Hüseynov) apellyasiya məhkəməsinin 29 avqust 2023-cü il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2024-cü il tarixli, 2-1(103)-1942/2024 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə – sədrlik edən və məruzəçi, K.Əkbərov və S.Səlimova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəli ilə iş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının cari hesablarından artıq silinmiş ümumilikdə 100.580,2 manat məbləği həcmində vəsaitlərin iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 137.119,39 manat məbləğində vəsaitlərin onun şəxsi hesab vərəqəsinə bərpa edilməsini tələb etsə də, həmin məbləğin 100.580,2 manatını ödədiyini sübuta yetirə bilmişdir. Qalan 36539,19 manatın isə köhnə borca hesablanmış faiz məbləği olub-olmamasına dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis bildirmişdir ki, iddiaçıdan tutulan 36539,19 penya məbləği köhnə borclara deyil, yeni borclara hesablanmış faiz məbləğidir. Təqdim edilmiş məlumat cəd vəlindən görünür ki, iddiaçının 2007 və 2008-ci illərdə 100.580, 2 manat borcu olmuş və həmin iki il ərzində hər hansı maliyyə sanksiyası (o cümlədən penya) müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis bildirmişdir ki, əgər hesablanan 36539,19 manat məbləğ həmin 100.580, 2 manat borcun faizi olsa idi, bu halda iddiaçıya iki ərzində, yəni 2007-2008-ci illərdə yüksək məbləğdə pensiya hesablanardı. Lakin təqdim edilən cədvəldən də görünür ki, hər hansı faiz hesablanmamışdır. Sadəcə olaraq cari hesablanmış, ödənilmiş pullar arasında müəyyən gecikmələr olub, ona da cüzi penyalar hesablanıb.
16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
17. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosi al Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə vergi orqanının hərəkətlərində heç bir qanunauyğunsuzluq müəyyən etmədiyi halda işə birtərəfli qiymət verərək ziddiyyətli qərar qəbul etmiş və məsuliyyəti əsassız olaraq vergi orqanının üzərinə qoymuşdur. Göründüyü kimi, pul məbləğlərinin dövlət büdcəsinə daxil olmamasında cavabdeh vergi orqanının heç bir hərəkət və hərəkətsizliyinin olmadığını müəyyən edən məhkəmə ziddiyyətli halda silinmiş məbləğlərin bərpa edilməsi öhdəliyini məhz vergi o rqanı üçün öhdəlik müəyyən etmişdir. İş üzrə iddia tələbi və cavabdeh düzgün müəyyən edilməmişdir. Belə ki, iddia tələbi vergi orqanına qarşı qoyulmaqla vergi orqanı tərəfindən şəxsi hesab vərəqəsindən vəsaitlərin silinməsi mübahisələndirilir.
19. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işi araşdıran məhkəmələr həmin işin nəticəsini araşdırmadan iş üzrə yekun qərar qəbul etmiş, həmin məbləğin həqiqətən də Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti departamentlərinin xəzinə hesab kitablarına işlənmədiyi və həmin vəsaitlərin təyinatından yayındırılması halları aşkar edildiyi halda mübahisələndirilən vəsaitin iddiaçının şəxsi hesabına bərpa edilməsi öhdəliyi qoymuşdur.
20. Azərbaycan Respubl ikasının Daxili İşlər Nazirliyində görülmüş tədbirlər nəticəndə cinayət işinin başlanıb-başlanılmaması, təqsirkar şəxslərin müəyyən edilibedilməməsi araşdırılmalı idi.
21. Silinmiş məbləğin bərpa edilməsi sığortaolunanların pensiya hüququnun tam həcmdə təmin olunmasını mümkünsüz hala gətirir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə t utulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübah isələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq norm alarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Hazırkı iş üzrə iddiaçı ümumilikdə 137.119,39 manat məbləği həcmində vəsaitlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsini xahiş edir.
30. İşin faktiki hallarına əsasən qeyd edilməlidir ki, xx.xx.2007-ci il tarixli 591 nömrəli ödəniş tapşırığının surətinə görə, "xxxx" şirkəti tərəfindən 50.660,90 manat ödənilmişdir. Alan bank - ABB-nin Nəsimi filialı. Ödənişin təyinatı və əsas – 2007-ci ilin may ayı üçün DSMF-yə ayırmalar ödənilir (22% - 44.581,59 manat, 3% - 6.079,31 mana t). xx.xx.2007-ci il tarixli 915 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" şirkəti tərəfindən 49.919,86 manat ödənilmişdir. Alan bank - ABB-nin Nəsimi filialı. Ödənişin təyinatı və əsas – 2007-ci ilin avqust ayı üçün DSMF-nə ayırmalar ödənilir (22% - 43.929,48 manat, 3% - 5.990,38 manat).
31. Həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, məktubunuza əlavə edilmiş ödəniş sənədləri əsasında "xxxx" şirkəti tərəfindən ödənilmiş 50.660,90 manat xx.xx.2007-ci il tarixdə və 49.919,86 manat xx.xx.2007-ci il tarixdə Nəsimi yerli xəzinədarlıq orqanına daxil olmuşdur. Beləliklə iddiaçı tərəfindən ümumilikdə 100.580,2 manat ödəniş olunmuşdur.
32. Bununla yanaşı məhkəmə kollegiyası bildirir ki, işə birinci dəfə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən müəyyən edilmişdir ki, iddianın ümumi məbləği 137.119,39 manat olmasına baxmayaraq, apellyasiya məhkəməsi yalnız 50660,60 manat və 49919,6 manat olmaqla məbləğin ödənilməsi halını araşdırmaqla kifayətlənmiş, yerdə qalan 36539,19 manatın borca hesablanmış faiz məbləği olubolmamasına və qeyd olunan məbləğin ümumilikdə haradan yaranması və nə səbəbdən qaytarılmalı olmasına münasibət bildirməmişdir. Qeyd edilən halın araşdırılması ilə bağlı apellyasiya məhkəməsinin üzərinə göstəriş qoyulmuşdur.
33. Apellyasiya məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin göstərişinə əməl edilmiş və işin halları hərtərəfli araşdırılmışdır.
34. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin obyekti v araşdırılması məqsədi ilə, təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında cavabdehin mütəxəssisi dinlənilmiş və iş materialları bir daha tədqiq edilərək bu nəticəyə gəlinmişdir ki, əgər hesablanan 36539,19 manat məbləğ həmin 100.580, 2 manat borcun faizi olsa idi, bu halda iddiaçıya iki il ərzində, yəni 2007-2008-ci illərdə yüksək məbləğdə penya hesablanardı. Lakin təqdim edilən cədvəldən də görünür ki, hər hansı faiz hesablanmamışdır. Sadəcə olaraq cari hesablanmış, ödənilmiş pullar arasında müəyyən gecikmələr olub, ona da cüzi peniyalar hesablanıb.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərar ı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2024-cü il tarixli, 2-1(103)-1942/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.