Məhkəmə qərarları › İş №2-1(102)-2609/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2609/2019

01.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2609/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü, müddət ötürülməklə verilmiş apellyasiya şikayəti. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, X1 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyinin yanında Cavabdehnə qarşı əlilliyə görə pensiyanın təyin edilməsitələbinə dair iş üzrə apellyasiya şikayətinin mümkün sayılmamasına dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1662/2019 saylı, 27 iyun 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 01 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4226/2017 saylı, 18 sentyabr 2017-ci il tarixli qərarı (hakim - E.M.Mustafayev) ilə iddia tələbi təmin edilərək İddiaçı 12.11.1990-cı il tarixdən 18.09.2005-ci il tarixədək ictimai iaşə müəssisəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək, ona 18.03.2016-cı il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarı ləğv edib iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1662/2019 saylı, 27 iyun 2019-cu il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyeva, hakimlər - V.M.Ağayev və C.A.Yusifov) ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli, 2-1(82)-4226/2017 saylı qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmayar aq apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyun 2019-cu il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi hesab etmişdir ki, qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Lakin inzibati orqan tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının səbəbi üzürlü olmuşdur. Ona görə də, həmin müddət bərpa edilməlidir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin e dilməməli, apellyasiya instansiyası məhkəməsinin qəradadı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsi ilə verilir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İnzibati Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Hazırkı işin hallarından müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4226/2017 saylı, 18 sentyabr 2017-ci il tarixli qərarı cavabdehə 28 sentyabr 2017-ci ildə təqdim olunmuşdur (i.v.24). Lakin cavabdeh qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməmiş, bundan sonr a birinci instansiya məhkəməsi qərarı 30 oktyabr 2017-ci il tarixli məktubla icraya yönəltmişdir (i.v.26). Daha sonra isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Cavabdeh məhkəməyə 13.11.2017-ci il tarixli, 18/04-6583 nömrəli məktub ünvanlayaraq İddiaçı iddiası üzrə çıxarılmış qərarın icra olunduğunu bildirmişdir (i.v.28). Cavabdeh qərarı icra etdiyini bildirməsinə baxmayaraq 24 may 2019-cu il tarixdə birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya məhkəməsi həmin şikayətin prosessual müddətlər ötürülməklə verildiyini, eləcə də müddətin bərpasına dair ərizə təqdim olunmadığını nəzərə almaqla iş üzrə apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına dair məhkəmə iclası təyin etmiş, tərəfləri bununla bağlı mə lumatlandırmışdır. Lakin 27 iyun 2019-cu il tarixə təyin edilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmiş, həmçinin prosessual müddətin bərpasına dair ərizə verilməmişdir. Beləliklə, apellyasiya şikayəti prosessual müddət ötürülməklə verilmiş, məhkəmə tərəfindən yardım edilməsinə baxmayaraq cavabdeh qüsuru aradan qaldırmayaraq müddətin bərpasına dair ərizə verməmişdir. Ona görə də, kollegiya hesab edir ki, apellyasiya şikayətini mümkün saymayaraq şikayəti qəbul etməkdən imtina etməkdə məhkəmə haqlı olmuşdur. Kassasiya şikayətində göstərilən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının üzürlü səbəblərdən baş verdiyi ilə bağlı dəlilə münasibətdə isə qeyd edilməlidir ki, əvvəla, cavabdeh həmin səbəblərin nədən ibarət olduğunu bildirməmişdir. Digər tər əfdən isə həmin səbəblərin üzürlü olub-olmadığına qiymət verilməsi üçün cavabdeh tərəfindən müddətin bərpasına dair ərizə verilməlidir. Lakin cavabdeh belə bir ərizə də verməmişdir. Nəhayət, nəzərə alınmalıdır ki, İPM-in 24.4-cü maddəsinə əsasən müddətin buraxılmasından bir il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən sözügedən bir illik müddət də ötürülmüşdür. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1662/2019 saylı iş üzrə 27 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar