Məhkəmə qərarları › İş №2-1(102)-2609/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2609/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2609/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; güzəştli iş stajı tamamlanmır) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzi bati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2-1(103)-1362/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək təhsil almış, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək (xx.xx.1991-ci il tarixədək qazmaçı köməkçisi və qazmaçı; xx.xx.1991-xx.xx.1994 – mühəndis texnoloq və qazma üzrə mühəndis), xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işləmişdir.

2. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu may 2021-ci il tarixli **********2 nömrəli məktubla imtina edərək bildirmişdir ki, ümumi iş stajı xx.xx.2006-cı il tarixədək 20 ildən (18 il 2 ay 2 gün (xx.xx.1983-xx.xx.1985; xx.xx.1989-xx.xx.2006)), güzəştli iş stajı isə 10 ildən az (4 il 11 gün (xx.xx.1989-xx.xx.1991; xx.xx.1991-xx.xx.1994)) təşkil edir. Bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 52 yaşı tamam olduğu güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona güzəşt li şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu onun ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 20 ildən, güzəştli iş stajının isə 10 ildən az olduğunu bildirmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, xx.xx.1965-ci il tarixdə doğulmuş, 1982-ci ildə Azərbaycan Dövlət Neft Kimya İnstitutuna daxil olmuş, 1983-cü ildə hərbi xidmətə getmiş və 1985-ci ildə hərbi xidmətini başa vurmuşdur. Hərbi xidmətdən sonra 1985-ci ildə təhsilini davam etdirərık 1989-cu ildə həmin təhsil müəssisəsini bitirmişdir. 1989-cıı ildən 2006-cı ilədək X3 Qazma İşləri İdarəsində işləmişdir. Onun ümumi iş stajı 20 ildən çoxdur. Güzəştli iş stajına gəldikdə isə, istehsalatda texniki mühəndis kimi suyun içində dənizdə işləmişdir. İdarə dən izdə yerləşdiyindən, sağlamlığını itirmişdir.

5. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

6. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) xx.xx.2022-ci il tarixli, 2-1(112)1278/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik normaları xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajına, o cümlədən 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 52 yaşına çatdıqda, onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını nəzərdə tutur. Bu isə o deməkdir k i, güzəştli şərtlərlə yaşa əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun tələbləri xx.xx.2006-cı il tarixədək yuxarıda göstərilən iş stajlarına malik şəxslərə başqa şərt, o cümlədən “müvafiq minimum məbləğdə sığorta kapitalını toplamaq” şərtini qoymur. Bu səbədən məhkəmə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yaranıb-yaranmamasının müəyyən edilməsində onun ümumi və güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə iş stajlarının qanunvericilikdə nəzərdə tutulan həddə toplanıb-toplanmadığını müəyyən etmişdir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən (xx.xx.1983-xx.xx.1989; xx.xx.1989-xx.xx.2006 = 22 il 05 ay 11 gün) çox təşkil edir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ı hüququnun yaranması üçün ümumi iş stajı ilə bağlı şərti ödənilsə də, onun güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə iş stajı ilə bağlı şərti ödənilməmişdir. Belə ki, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək “Neft Daşları” X4 İdarəsində qazmaçı və qazmaçı köməkçisi vəzifəsində, həmçinin xx.xx.1991-ci il tarixdən xx.xx.1994cü il tarixədək mühəndis-texnoloq vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid olsa da, həmin illər əsasında iddiaçının güzəştli iş stajı cəmi 4 il 11 gün təşkil edir. İddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək işlədiyi mühəndis-texnoloq, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyi rəis, xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi rəis vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının “X.Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin (B) bəndində sadalanmış vəzifələrə aid oluna bilməz. Çünki, həmin bənddə vəzifələrin adları konkret olaraq səciyyələnmiş, iddiaçının həmin illərdə işlədiyi müvafiq vəzifələr həmin bənddə nəzərdə tutulmuşdur. İddiaçının rəhbər şəxs kimi işlədiyi qurum “Texniki istehsalat şöbəsi” olmuşdur. Bununla da müəyyən edilir ki, iddiaçının 2006-cı ilin 1 yanvar tarixədək 20 ildən artıq ümumi stajı toplansa da, o, 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə stajı toplamamaşdır. Belə olan halda, onun 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hü ququ yaranmır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. İşin məhkəmə araşdırması zamanı məhkəmənin sorğusuna cavab olaraq Dövlət Neft Şirkəti Kompleks qazma işləri Tresti tərəfindən verilmiş iş stajı haqqında arxiv arayışı ilə müəyyən olunur ki, Neft Daşları X4 İdarəsində işlədiyi müddətdə ümumi iş stajı 16 il 4 ay 28 gün, güzəştli iş stajı 4 il 9 ay 25 gün təşkil edir. Mühəndis texnoloqla qazma işləri üzrə mühəndisin vəzifə funksiyaları eynidir.

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 14 iyun 2023-cü il tarixli, 21(103)-1362/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1278/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, uzun müddət X1ma işləri sahəsində çalışmışdır. Hansı ki, istehsalatda texniki mühəndis kimi suyun içində işləmişdir və bu onun sağlamlığına ağır zərər vurmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri:

14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2020-ci il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin a zı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

13. Əmək şəraitinə gö rə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;..... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş sta jı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;.... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısı: X fəsil kod 1100000a-11297 qazm açı və kod 1100000b-22247 bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndis. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ape llyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbindən cavabdehin imtinası onun həm ümumi, həm də güzəştli iş stajının qanunvericilikdə müəyyən edilmiş həddə olmamasından ibarət olmuşdur.

23. Əvvəla məhkəmə onu qeyd edir ki, iddiaçının ümumi iş stajının 20 ildən az olması ilə b ağlı cavabdehin imtina dəlilləri əsassızdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1983-xx.xx.1985 və xx.xx.1989-xx.xx.2006-cı illər ərzində hərbi xidmətdə olduğu və işlədiyi illəri nəzərə almaqla onun 18 il 2 ay 2 gün ümumi iş stajının olduğunu bildirsə də, iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək təhsil aldığı illəri nəzərə almamışdır. Qanunvericiliyin tələbi baxımından iddiaçının təhsil müddəti onun sosial sığorta stajına daxil edilməlidir ki, belə olan halda iddiaçının 20 il ümumi iş stajı tamamlanmış olur.

24. İddiaçının güzəştli iş stajına malik olub-olmamasına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan və məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək “Neft Daşları” X4 İdarəsində qazmaçı və qazmaçı köməkçisi, eyni zamanda xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək mühəndis-texnoloq və qazma üzrə mühəndis vəzifələrində işləmişdir ki, həmin illər cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilməməklə onun güzəştli iş stajına aid edilir. Buna baxmayaraq qeyd olunan illərdə iddiaçının iş stajı 4 il 9 ay 25 gün olmaqla tələb olunan 10 ildən azlıq təşkil edir. Belə olan halda iddiaçının məhz güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.

25. İddiaçının kassasiya şikayətindəki uzun müddət X1ma işləri sahəsində çalışması, istehsalatda texniki mühəndis kimi suyun içində işləməsi və sağlamlığına ağır zərər dəyməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, onun qazma üzrə mühəndis, mühəndis tex noloq kimi işlədiyi dövrlər güzəştli iş stajına daxil edilmiş, lakin rəis vəzifəsində işlədiyi dövrlər güzəştli iş stajına daxil edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş siyahılarda texniki istehsalat şöbəsinin rəisi vəzifəsi qeyd olunmaışdır və həmin peşə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermir, yalnız ümumi iş stajına daxil edilir.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 21(103)-1362/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar