Məhkəmə qərarları › İş №2-1(102)-261/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-261/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-261/2021 16.02.2021 ALİ MƏHKƏMƏ İddiaçı “A” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə və Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının nümayəndəsinin iştirakı ilə, İddiaçı “A” MMC-nin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs Maliyyə Nazirliyinə qarşı iş üzrə “pul məbləğlərinin alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 2-1(103)-1595/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı “A” MMC Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı məhkəmə iddia qaldıraraq Ünvan1 ətrafında yerləşən ərazidə Bakı Şəhər İcra Hakimiyyətinin 27.07.2005-ci il tarixli “Özünəməxsus sahədə yaşayış binasının, ofis, katec tipli evlərin tikintisi və istehsalat sahələrinin yaradılması haqqında” sərəncamı əsasında onun tərəfindən Bakı-Hövsan yolu ərazisində aparılmış tikililərin cavabdeh və Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən aparılmış söküntü nəticəsində məruz qaldığını hesab edərək maddi və mənəvi zərərin tutulmasını tələb etsə də, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *** nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı “A” MMC cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının öz vəsaiti hesabına aparılmış tikintinin dəyəri kimi 7.000.000 manat, vergi və icarə haqqı kimi ödənilmiş 201.277,14 manat, 7,4 ha torpaq sahəsinin tikintiyə hazırlanması, hasarlanması, kommunal xətlərin çəkilməsi, elektrik xətlərinin yerinin dəyişdirilməsinə çəkilmiş xərclər kimi 10.000.000 manat məbləğinin tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Bakı İnzibati Məhkə məsinin 04.06.2020-ci il tarixli, 2-1(112)-158/2020 nömrəli qərardadı ilə (hakim M.Hacıbəyova) iddianın mümkün sayılmaması qərara alınmışdır.

4. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə cavabdeh tərəfindən iddiaçının Suraxanı-Hövsan yolunda inşa etdiyi tikililərin sökülməsi ilə iddiaçının subyektiv hüquqlarının pozulmasına yol verilmədiyi müəyyən edilmişdir. Odur ki, iddia tələbi mümkün sayıla bilməz.

5. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 21(103)-1595/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və A.Ə.Hüseyn) apellyasiya şikayətinin rədd edilməsi və Ba kı İnzibati Məhkəməsinin 04.06.2020-ci il tarixli, 2-1(112)-158/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. Məhkəmə qərardadı iddiaçıya 04.11.2020-ci il tarixində təqdim edilmişdir.

9. İddiaçı 10.11.2020-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 2-1(103)-1595/2020 nömrəli qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlil ləri

10. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə Bakı Apellyasiya Məhkəməsi iddianı mümkün saymayarkən ona əsaslanmışdır ki, tərəflər arasında daha öncə olan məhkəmə aktına əsasən Suraxanı-Hövsan yolunda inşa edilən tikililərin sökülməsi iddiaçının subyektiv hüquqlarına toxunmamışdır. Məhkəmənin bu qənaəti kökündən yanlışdır və iddiaçıya məxsus tikililərin sökülməsi birbaşa elə onun subyektiv hüququnun pozuntusudur.

11. Digər tərəfdən hazırkı iddia tələbi digərindən fərqlidir. Əvvəlki iddia tələbi icra hakimiyyətinin qərarlarının ləğvinə və onun avtomatik nəticəsi kimi zərərin tələbinə köklənsə də, hazırkı iddia konkret olaraq ona dəymiş zərərin kompensasiyasına köklənmişdir və tərəflər arasında Maliyyə Nazirliyi də əlavə edilmişdir. Ümumiyyətlə, inzibati icraat növləri də fərqli dir. Məhkəmə istənilən halda işə mahiyyəti üzrə baxmalı idi. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə onun izahatı dinlənilməmişdir.

14. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati-Prose ssual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

16. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, iddianı n mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (1.4, 2.1 və 2.3-cü bəndlər). KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, f ormal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Belə ki, hazırkı qərarın 17-ci bəndində göstərilən Ali Mə hkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

22. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolv eriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

23. Apellyasiya instansiyası məhkəməsi də göstərilən tələblərə uyğun olaraq iddianın mümk ünlük şərtlərini araşdırmış və haqlı olaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının SuraxanıHövsan yolunda inşa etdiyi tikililərin sökülməsi ilə iddiaçının subyektiv hüquqlarının pozulmasına yol verilməmişdir.

24. Bununla bağlı iddiaçının dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 21(103)-1595/2 020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar