Məhkəmə qərarları › İş №2-1(102)-261/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-261/2022

01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-261/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiya ödənilməsi; əmlakın ədalətli bazar dəyərinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirmədən, İddiaçılar İddiaçı2 və İddiaç ı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.09.2021-ci il tarixli, 2-1(103)-62/2021 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Ünvan1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 28 mart 2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən X4 adına rəsmiləşdirilmişdir.

2. Həmin qeyri-yaşayış sahəsi 2009-cu ildə sökülmüş, X5 Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kompensasiya ödənilməmişdir.

3. X8 14 mart 2018-ci il ta rixində vəfat etmişdir. 4. 2V-106, 2V-107, 2V-108, 2V-109 nömrəli 29 iyun 2018-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələrindən görünür ki, Ünvan1 ünvanında yerləşən 148,8 m2 qeyriyaşayış sahəsinə X4 vərəsələri İddiaçı2 ¼, X7 ¼, İddiaçı1 ¼, X2 ¼ hissədə payları müəyyən edilmişdir. Sonradan 29 iyun 2018-ci il tarixli müqaviləyə əsasən X10 ona çatası payı anası İddiaçı2 bağışlamışdır.

5. İddiaçı2 və İddiaçı1 10 may 2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək mülkiyyətlərində olan 166,62 m2 sahənin qanunsuz olaraq dağıdılaraq məhv edilməsi nəticəsində onlara dəymiş maddi zərərə görə 2.842.800 manat məbləğində pul kompensasiyasının verilməsini xahiş etmişdir. Lakin cavabdeh həmin müraciəti cavablandırmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəmə sində icraat

6. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olmuş 166,62 m2 sahənin qanunsuz olaraq dağıdılaraq məhv edilməsi nəticəsində iddiaçılara dəymiş maddi zərərə görə 2.842.800 manat məbləğində pul kompensasiyasının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, eləcə də vurulmuş mənəvi ziyanın əvəzi kimi 1.000.000 manat məbləğində pulun cavabdeh təşkilatdan alınaraq onlara ödənilməsi və cavabdeh təşkilatın vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin əlamətlərinin olduğuna görə onlar barəsində cinayət işinin başlanılması üçün prokurora xəbər verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, Ünvan1 ünvanındakı qeyri-yaşayış sahəsi X4 xüsusi mülkiyyətində olmuşdur. Mülkiyyət hüququ dövlət tərəfindən tanınaraq 28.03.2002-ci il tarixli, 000982 saylı Mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında qeydiyyata alınmışdır. Sözügedən qeyri-yaşayış sahəsi faktiki olaraq 166,62 m2 sahədən ibarət olmuşdur. Qeyri-yaşayış sahəsi Bakı şəhərinin ən əlverişli ərazisində “Qız Qalasının” yaxınlığında yerləşmişdir. 2009-cu ilin noyabr ayından başlayaraq, hər hansı məlumat verilmədən, əvəzi ödənilmədən, Bakı şəhər İcra Hakimiyyətinin və Səbail rayon İcra Hakimiyyətinin rəhbərlik etdiyi briqada və ağır texnika tərəfindən iddiaçılara məxsus Ünvan1 ünvanındakı qeyri-yaşayış sahəsi sökülərək məhv edilmişdir. Həmin vaxtdan etibarən dəfələrlə aidiyyəti qurumlara və vəzifəli şəxslərə, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinə müraciətlər edər ək, qanunsuz olaraq dağıdılaraq məhv edilmiş mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinə görə müvafiq kompensasiya ödənilməsi xahiş edilmişdir. Lakin hər dəfə onlara müxtəlif vədlər verilsə də, bu günədək onlara hər hansı bir məbləğdə kompensasiya ödənilməmişdir. Mülkiyyət hüquqlarına qanunsuz müdaxilə və hər hansı bir kompensasiyanın ödənilməməsi nəticəsində ərinin keçirdiyi əsəb və stres nəticəsində ərində onkoloji xəstəlik yaranmış və uzun sürən xəstəlikdən sonra əri X8 14 mart 2018-ci il tarixdə vəfat etmişdir. Ərinin mülkiyyətində olmuş sözügedən qeyriyaşayış sahəsi onlara miras qalmışdır. Vərəsəlik şəhadətnamələri verilmişdir. X3 öz vərəsəlik payını ona bağışlamışdır. Hesab edir ki, mülkiyyətində olan əmlak qanunsuz olaraq dağıdılaraq, məhv edilməsi tamamilə qanunsuz olmaqla yanaşı bizim mülkiyyət hüquqlarımıza birbaşa qəsddir. Tərəflərindən 10 may 2019-cu il tarixli pretenziya ilə Bakı şəhəri İcra Hakimiyyətinin başçısına müraciət edilərək, mülkiyyətində olmuş 166,62 kv.m sahənin qanunsuz olaraq dağıdılaraq, məhv edilməsi nəticəsində onlara dəymiş maddi zərərə görə 2 842 800 manat məbləğində pul kompensasiyasının verilməsinin təmin edilməsi xahiş edilmiş, lakin müraciətlərinə cavab verilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.06.2019-cu il tarixli 2-1(81)2549/2019 saylı qərardadı ilə Səbail rayon İcra Hakimiyyəti, 03.08.2019-cu il tarixdə isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 201 9-cu il tarixli 2-1(81)2549/2019 nömrəli qərarına əsasən (hakim Şəhla Süleymanova) iddia qismən təmin edilmiş, iddiaçıların mülkiyyətlərində olan Ünvan1 ünvanındakı 148,8 m2 qeyri-yaşayış sahəsi ilə əlaqədar kompensasiyanın ödənilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.

10. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyə uyğun olaraq cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında inzibati icraat başlamalı və həmin icraatı “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq aparmalı, bu zaman bütün sübutları araşdırmalı, iddiaçıların mənafeyini nəzərə almalı və icraatın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməli, vətəndaşlar isə həmin qərardan narazı qaldıqları halda məhz həm in qərarı məhkəmədə mübahisələndirməlidir. Hazırkı mübahisədə məhkəmə inzibati orqanın səlahiyyətləri daxilində həll ediləsi məsələləri özü həll etməməli, inzibati orqan yuxarıda sadalanan qanun normalarında əks olunan bütün hərəkətləri etməli və bunun nəticəsinə uyğun olaraq iki qərardan birini qəbul etməlidir.

11. Məhkəmə qərarından iddiaçılar və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2-1(103)-62/2021 nömrəli qərarına əsasən (sədrlik edən Afaq Nuriyeva, hakimlər Səadət Bəktaşi və Aida Hüseyn) apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tari xli 2-1(81)-2549/2019 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən 305.932,80 manat məbləğində kompensasiya tutularaq ödənilməsi qət edilmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı torpağın müəyyən hissəsinin alınması nəticəsində həmin torpaqdan köçürülən və ondan istifadə hüququnu itirən, əmlakından məhrum olan, alınmanın təsirinə məruz qalan şəxs kimi hesab edilməlidir. İş materiallarında olan qiymətləndirmə hesabatı və mütəxəssis rəyində qiymətlər həddindən artıq yüksək olduğundan məhkəmə onları mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası Bakı şəhər İcra Hakimiyyətinin 28 sentyabr 2021-ci il tarixli, 7-3417/17 nömrəli məktubunda oxşar işlər üzrə qanuni qüvvəyə minmiş m əhkəmə qərarlarını və Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 95 və 97 saylı binalarda yerləşən qeyri-yaşayış sahəsinin 1 m2-nin bazar qiyməti 2056 manat müəyyən edildiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya maddi zərərin əvəzi olaraq 148,8 m2 əmlak üçün 305.932,8 manat məbləğində kompensasiya ödənilməlidir.

14. İddiaçılar kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2-1(103)-62/2021 nömrəli qərarının qismən – iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməsini, iddia tələbinin tam həcmdə təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qey d edilənlər təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərarı kompensasiya məbləğinin müəyyən edilməsi hissəsində əsaslandırmamış, əsassız olaraq iddia tələbini tam şəkildə təmin etməmişdir. Eyni zamanda, işə baxan məhkəmə İPM-in 81.3-cü, MPM-in 88-ci maddələrinin tələblərini pozaraq iddiaçılara ödənilməli olan kompensasiyanın məbləğini düzgün müəyyən etməmişdir.

16. İddia ərizəsinə əlavə edilmiş Əmlak Ekspert Mərkəzinin müvafiq hesabatından göründüyü kimi, hazırda sözügedən əmlakın dəyəri 2.166.000 manat təşkil edir. Bundan başqa, iddiaçılar həmin hesabata əsasən 2009-cu ildən 2019-cu ilədək keçən 10 il ərzində həmin qeyri-yaşayış sahəsini icarəyə verdikləri təqdirdə 676.800 manat gəlir əldə edə bilərdilər. Göründüyü kimi, iddiaçılar həmin m əbləğdə gəlirdən də məhrum olmuş, nəticədə onlara dəymiş maddi zərərin məbləği 2.842.800 manat təşkil etmişdir. Həmçinin, məhkəmə tərəfindən təyin edilmiş “X1 Company” MMC-nin 18 iyun 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Ünvan1 ünvanında yerləşmiş 148,8 m2 qeyri-yaşayış sahəsinin mövcud bazar dəyəri 1.488.000 manat, 1 kvadrat metr üzrə bazar dəyəri 18.000 manat, likvid dəyəri 1.400.000 manat məbləğindədir. Məhkəmə isə əsassız olaraq maddi zərərin məbləğini nəinki qeyd olunan Əmlak Ekspert Mərkəzinin müvafiq hesabatında qeyd olunan məbləğdə, hətta məhkəmənin özü tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizasının 18 iyun 2021-ci il tarixli mütəxəssis rəyində müəyyən edilmiş məbləğdə müəyyən etməmiş, əsassız olaraq hər hansı bir sübuta istinad etmədən real bazar qiymətinə u yğun olmayan məbləğdə müəyyən etmişdir.

17. Bundan başqa, iddiaçılar tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, onlara məxsus olmuş qeyri-yaşayış sahəsi faktiki olaraq 166,62 m2 sahədən ibarət olmuşdur. Məhkəmə isə əsassız olaraq kompensasiya məbləğini 148,8 m2 sahəyə münasibətdə hesablamışdır.

18. Məhkəmə kollegiyas mənəvi zərərin ödənilməsinə dair tələbi təmin etməsə də, bu mövqeyini əsaslandırmamışdır. Halbuki, cavabdeh tərəfindən iddiaçılara məxsus əmlakın qanunsuz olaraq, əvəzi ödənilmədən və iddiaçıların iradəsinə zidd olaraq məhv edilməsi, iddiaçıların həmin mülkiyyətdən istifadə etmək hüququndan məhrum edilməsi, uzun müddət ərzində ədalətli kompensasiya verilməməsi, çoxsaylı müraciətlərinə baxmayaraq hüquqlarının təmin edilməsi üçün yetərli tədbirlərin görülməməsi iddiaçıl ara mənəvi zərər vurmuşdur. Məhkəmə isə göstərilən halları nəzərə almamışdır.

19. Birinci instansiya məhkəməsində olduğu kimi apellyasiya instansiyası məhkəməsində də işə baxılarkən məhkəmə iclasları dəfələrlə hər hansı bir əsas olmadan təxirə salınmış, işə baxılıb yekun qərar verilməsi təxminən 18 ay çəkmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərini kobud şəkildə pozulması olmaqla iddiaçının “ədalətli məhkəmə araşdırması hüququ”nun təmin edilməməsi ilə nəticələnmişdir.

20. İşin faktiki hallarından da göründüyü kimi, cavabdeh tərəfindən özbaşınalıq edilərək iddiaçılara məxsus qeyri-yaşayış sahəsi hər hansı bir kompensasiya verilmədən, onların razılığı olmadan məhv edilmişdir. Cavabdehin həmin hərəkətləri Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 186.2.1, 322.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibli əməllərdir. Buna görə də, məhkəmə tərəfindən həmin vəzifəli şəxslərin əməllərindəki qanun pozuntularına lazımi hüquqi qiymət verilməli və cinayət işinin başlanmasından ötrü xüsusi qərardad çıxarılaraq müvafiq tədbirlər görülməsi üçün prokurora göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə bu halları da nəzərə almamış, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Konstitusiya Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-) Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (-)

23. Mülki Məcəllə: Maddə

157. Mülkiyyətin müdafiəsi (-) 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-) 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hak imiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-) 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. (-) 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli, 689 №-li Fərmanı: (-)

2. Müəyyən edilsin ki: 2.3. dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. (-)

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. 25. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə

3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexni ki qurğuların) çəkilməsi və quraşdırılması; (-) Maddə

4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərd ən istifadə edə bilməz. Maddə

5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-) Maddə

6. Torpaqları dövlət ehtiyacları üçün alan orqan 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. (-) Maddə

19. Torpağın alınması təklifi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərarın qəbul edilməsi 19.1. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər. 19.2. Torpağın dövlət ehtiyacları üçün alınması barədə qərara alınan torpağın yerləşdiyi yeri, sahəsini və sərhədlərini göstərən müvafiq yerquruluşu xəritəsi əlavə olunur. 19.3. Müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yar adılır. (-) Maddə

32. Torpağın mərzlənməsi və qiymətləndirilməsi 32.3. Bu fəslə uyğun olaraq alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun Vİİ fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. (-) Maddə

54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə

58. Bazar q iyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. (-)

26. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-) Maddə 29-1. Məhkəmə ekspertizası İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə

58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qəra r qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-) 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şi kayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

27. Mülki Prosessual Məcəllə Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəylər i arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. (-) Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 28. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş ş ərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

29. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı”; “Sporronq və Lonnrot İsveçə qarşı” “Kozacıoğlu Türkiyəyə qarşı” “Stolyarova Rusiya Federasiyasına qarşı” “N.A. və digərlərinin Türkiyəyə qarşı” qərarları KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişd ir. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

32. Belə ki, iddiaçılara məxsus Ünvan1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi və bununla bağlı iddiaçılara heç bir kompensasiya ödənilməməsi işin mübahisəsiz hallarına aiddir. Lakin həmin qeyri-yaşayış sahəsinin hansı əsasla sökülməsi iş materiallarına əsasən müəyyən edilmir. İş materiallarına Bakı şəhər İcra Hakimiyyəti və ya Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin sökülməsinə dair qərarı əlavə edilməmişdir. Məhkəmələr dəfələrlə müvafiq icra hakimiyyəti orqanlarına bu məzmunda sorğularla müraciət etsə də, Ünvan1 ünvanında yerləşən 148,8 m2 qeyri-yaşayış sahəsinin sökülməsinə dair müvafiq orqan tərəfindən qərarın mövcudluğu aşkarlanmamışdır (bax: İİ cild, iş v. 34, 39,45). Nəticədə iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin sökülməsi üçün qanuni əsasların olması müəyyən edilməmişdir.

33. Hazırkı qərarın 24-cü bəndində torpaqların dövlət ehtiyacları üçün alınması proseduru və bu zaman dövlət orqanlarının öhdəlikləri öz əksini tapmışdır. Həmin normalardan görünür ki, yalnız inzibati orqan tərəfindən qərar qəbul edildikdən sonra torpaq sahəsi alına bilər. Eyni zamanda, torpaq sahəsinin alınması zamanı dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdeh orqan tərəfindən hazırkı iş üzrə göstərilən normalara əməl edilib-edilməməsini araşdırmamış, iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin sökülməsinin qanuni olub-olmamasına hüquqi qiymət ver məmişdir.

34. Hazırkı qərarın 23-24-cü bəndlərində göstərilən normaların məzmunundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli, 689 №-li Fərmanı ilə müəyyən edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Həmçinin, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsinə əsasən torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya torpağın satın alındığı qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. Hazırkı iş üzrə isə iddiaçıya həmin ödənişlərin kompensasiya məbləğində hesablanması müəyyən olunmur.

35. Məhkəmə t ərəfindən kompensasiya məbləğinin müəyyən edilməsi ilə bağlı da prosessual pozuntulara yol verilmişdir. Belə ki, iddiaçıların təqdim etdiyi 30 aprel 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatda Ünvan1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 30 aprel 2019-cu il tarixinə 2.166.000 manat, 1 kvadrat metr üzrə bazar dəyəri 13.000 manat məbləğində müəyyən edilmişdir.

36. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin hazırkı bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş, “X1 Company” MMC-nin 18 iyun 2021-ci il tarixli mütəxəssis rəyində X4 mülkiyyətində olmuş və sonradan sökülmüş Ünvan1 ünvanında 148.8 m2 sahədən ibarət olmuş qeyri-yaşayış sahəsinin mövcud orta bazar qiym əti 1.488.000 manat, likvid dəyərinin isə 1,4 milyon manat məbləğində müəyyən olunmuşdur.

37. Göründüyü kimi, iş materiallarında olan iki ekspert rəyində mübahisəli qeyriyaşayış sahəsinin 1 kvadrat metrinin hazırkı bazar qiyməti 10-13 min manat aralığında müəyyən edilmişdir. Lakin Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış 28 sentyabr 2021-ci il tarixli məktubda Bakı şəhəri, Səbail raoynu, Neftçilər prospekti 95 və 97 saylı binalarda yerləşən qeyri-yaşayış sahəsinin 1 kvadrat metrinin bazar qiyməti 2056 manat göstərilmişdir. Göründüyü kimi, cavabdehin təqdim etdiyi qiymətlə ekspert rəylərində göstərilən qiymət arasında kəskin fərq var. Məhkəmə isə cavabdehin təqdim etdiyi məktubda qeyd olunan qiyməti nəzərə alaraq kompensasiya məbləğini müəyyən etmişd ir.

38. Apellyasiya instansiyası məhkəməsi öz qərarında bununla bağlı qeyd etmişdir ki, “Məhkəmə kollegiyası qiymətləndirmə hesabatında və mütəxəssis rəyində qiymətlər həddindən artıq yüksək olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Həmçinin, kompensasiya məbləği bina söküldüyü dövrdə digər mülkiyyətçilərə ödənilən məbləğdən yuxarı olmamalıdır”. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara istinad edərək iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin bir kvadratmetrini 2056 manat məbləğində qiymətləndirərək qeyriyaşayış sahəsinin 1 kvadrat metrinə görə 2056 manat k ompensasiya məbləğini ədalətli hesab etmişdir. Ali Məhkəmə Kollegiyası isə bu mövqe ilə razılaşmır.

39. İlk növbədə qeyd edilməlidir ki, hazırkı qərarın 26-cı bəndində göstərilən normaların məzmunundan aydın olur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertin rəyi ilə razılaşmadıqda öz mövqeyini qərarda əsaslandırılmalıdır.

40. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan ekspert rəyləri ilə razılaşmasa da, bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, həmin məbləğlərin ağlabatan olmadığını bildirməklə kifayətlənmiş, həmin rəylərin mötəbərliyini şübhə altına alacaq hər hansı hala i stinad etməmişdir.

41. Bundan başqa, iş materiallarında olan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 07 iyul 2021-ci il tarixli məktubunda (İİ cild, iş v.40) qeyd edilmişdir ki, Ünvan1 ünvanında 2008-ci ildə sökülmüş qeyri-yaşayış sahəsinin 1 kvadrat metrinin o dövrün bazar qiymətinə uyğun müəyyənləşdirilməsi üçün qanunvericiliyə uyğun olaraq həmin ərazidə sökülən zaman notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilə bilər.

42. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi ekspert rəyləri ilə razılaşmadıqda yuxarıda göstərilən məktubda qeyd edilən formada notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında mübahisəli qeyr i-yaşayış sahəsinin bazar qiymətini müəyyən edə bilərdi. Apellyasiya instansiyası məhkəməsi isə bu isqitamətdə heç bir araşdırma aparmamışdır.

43. Hazırkı qərarın 29-cu bəndində istinad edilən qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir.

44. Məhkəmələr müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi? Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb. Xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət” yükünə məruz qalаrsa, ədalətli tarazlıq pozulmuş olur...Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etdi ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı...Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etdi ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyrim ütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”.

45. Mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir...Bu balansa nail olmağın vacibliyi ümumilikdə 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda, o cümlədən, müvafiq olaraq, birinci cümlədə elan olunmuş ümumi prinsip baxımından nəzərdən keçirilməli olan ikinci cümlədə əks olunu b. Xüsusi olaraq, istifadə olunan vasitələr və dövlət tərəfindən tətbiq edilən, o cümlədən, şəxsi öz əmlakından məhrum edən tədbirlər vasitəsilə gerçəkləşdirilməli olan məqsəd arasında ağlabatan uyğunluq olmalıdır... Mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir.

46. Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir...Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dər əcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir.

47. Məhkəmə kollegiyası, Avropa İnsan Hüquqları Məhkəməsinin göstərilən tələbləri baxımından qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus əmlakın 1 kvadratmetrinin bazar qiymətini 2056 manat məbləğində müəyyən etsə də, həmin əmlakın yaşayış yox, qeyri-yaşayış sahəsi olmasını nəzərə almamışdır. Belə ki, iddiaçıya məxsus əmlak qeyri-yaşayış sahəsi olduğundan kompensasiya məbləği hesablanarkən həmin sahənin bazar qiymətindən əlavə, iddiaçının həmin qeyri-yaşayış sahəsinə olan iqtisadi maraqları da nəzərə alınmalı idi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə həmin iqtisa di maraqlar nəzərə alınmamışdır. Halbuki, bu mövqe Avropa Məhkəməsinin hazırkı qərarın 29-cu bəndində istinad olunan “N.A. və digərlərinin Türkiyəyə qarşı” iş üzrə qərarında da öz əksini tapmışdır. Avropa Məhkəməsi hesab etmişdir ki, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarına xasdır. Qanunilik prinsipi onu nəzərdə tutur ki, milli qanunvericiliyin tətbiq edilə bilən hər bir norması kifayət qədər dəqiq, aydın, əlçatan, eyni zamanda tətbiq edilərkən onların nəticələri əvvəlcədən məlum olmalıdır. Qanunilik özbaşınalığa yol açmamalıdır. Bir sözlə, mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə “dövlət ehtiyacları” və “cəmiyyətin” maraqları naminə qanuni məqsəd daşımalıdır. Dövlət tərəfindən istər mülkiyyətdən maneəsiz istifadəyə mü daxilə edilərkən, istərsə də tədbir görməkdən imtina edilərkən cəmiyyətin ümumi “maraqları” ilə, şəxsin mülkiyyət hüququnun müdafiəsi arasındakı ədalətli balansa, tarazlığa ciddi riayət edilməlidir. Bu balansa, tarazlığa nail olmaq məsələsi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin məzmunundan və mahiyyətindən də irəli gəlir. Həmin qərarda qeyd olunur ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından mübahisəyə hüquqi qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair h allar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Belə yanaşma yalnız mülkiyyətə müvafiq kompensasiyanın ödənilməsi ilə məhdudlaşdırılmamalıdır. Əgər söhbət mülkiyyətin geri alınması, özgəninkiləşdirilməsindən gedirsə, həm də tərəflərin özlərinin davranışları, dövlətin tətbiq etdiyi vasitələrin real, adekvat, ədalətli olub-olmaması, əmlakdan məhrum olan mülkiyyətçinin sonrakı məhrumiyyətləri və sair hallar nəzərə alınmalıdır. Məsələyə münasibətdə istər qanunverici, istər inzibati, istərsə də hakimiyyət orqanlarının praktiki fəaliyyətlərindəki qeyri-müəyyənlik dövlət davranışının qiymətləndirilməsi zamanı nəzərə alınmalı mühüm amillərdən biridir. Həqiqətən söhbət “dövlət ehtiyacları” və ya “ictimai maraqlara” aid olan məsələdən gedirsə, dövlət hakimiyyət orqanları vaxtında, məqsədəuyğun v ə ardıcıl şəkildə qanunauyğun hərəkətlər etməklə məsələyə hüquqi qiymət verilməsini təmin etməlidirlər.

48. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi sözügedən qeyri-yaşayış sahəsinin 1 kvadratmetrinə görə 2056 manat məbləğində kompensasiya hesablanmasını ədalətli hesab etsə də, bu zaman iddiaçının iqtisadi maraqlarını nəzərə almamış, bununla da hazırkı qərarın 22-25-ci bəndlərində göstərilən normaların tələblərini pozmuş, Avropa Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə zidd qərar qəbul etmişdir.

49. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddiaçılara məxsus qeyriyaşayış sahəsini 148,8 m2 olduğuna istinad etmiş və həmin hissəyə uyğun kompensasiya hesablanmışdır. Lakin iş materiallarında olan 19 noyabr 2009-cu il tarixli, Səbail rayon Mənzil-Kommunal Təsərrüfat B irliyinin Mənzil Fondunun İstismarı və Kommunal Xidmət Şöbəsinin müdiri Nazim Xeyirxəbərov, mühəndisi İsmayıl Atayev və 5 saylı MənzilKommunal İstismar Sahəsinin mühəndisi Arif Salahov tərəfindən tərtib edilmiş aktda qeyd edilmişdir ki, Səbail rayon İcra Hakimiyyətinin tapşırığı əsasında Neftçilər prospekti 07 saylı evin 1-ci mərtəbəsində yerləşən X5 məxsus olan qeyri-yaşayış sahəsinin mövcud ölçüləri dəqiqləşdirilmişdir və qeyri-yaşayış sahəsinin Birlik tərəfindən çəkilmiş sxemində göstərildiyi kimi, bu qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 166,62 m2 olduğu müəyyən edilmişdir. İddiaçılar bu halı işə baxılarkən bildirsə də, apellyasiya instansiyası məhkəməsi bu dəlilə heç bir münasibət bildirməmiş, bununla da İPM-in 87.8-ci maddəsinin tələblərini pozmuşdur.

50. Yuxarıda sadananlara əsasə n məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən hazırkı qərarın 22-26-cı bəndlərində göstərilən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, eləcə də apellyasiya instansiyası məhkəməsi tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə zidd qərar qəbul edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəmsinin qərarı ləğv edilməlidir. İş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

51. İşə təkrar baxan məhkəmə Ali Məhkəmənin hazırkı qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq qeyriyaşayış sahəsinin ədalətli bazar dəyərini müəyyən etməlidir. Kompensasiya mə bləği hesablanarkən qeyri-yaşayış sahəsinin bazar dəyərindən əlavə, hazırkı qərarın 43-47-ci bəndlərində göstərilən hüquqi mövqelərə uyğun olaraq iddiaçının iqtisadi marağı, həmçinin hazırkı qərarın 24-25-ci bəndlərində göstərilən əlavələr nəzərə alınmalıdır.

52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.09.2021-ci il tarixli, 21(103)-62/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. İddiaçıların kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar