Məhkəmə qərarları › İş №2-1(102)-261/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-261/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-261/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; dağ-mədən işləri, baş energetik) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” t ələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2909/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus İV 029571 nömrəli diploma əsasən o, xx.xx.1977-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, xx.xx.1982-ci ildə İnstitutun “Sənaye müəssisələrinin, şəhərlərin və kənd təsərrüfatının elektrik təchizatı” ixtisası üzrə tam kursu bitirmişdir.

2. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən: - iddiaçı xx.xx.1983-cü il tarixdə “BaşKolxozSovxozTikinti” idarəsinə mühəndisenergetik vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə böyük mühəndis energetik vəzifəsinə, xx.xx.1985-ci il tarixdə energetik-mexaniki şöbənin rəisi vəzifəsinə, xx.xx.1990cı il tarixdə mexaniki sexin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə öz arzusu ilə işdən azad edilmişdir; - iddiaçı xx.xx.1991-xx.xx.1992-ci illərdə “Neftmaştikinti” İdarəsində mexanik, xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə Şahinbağ mexanikləşdirilmiş daş karxanasında mexanik, xx.xx.1992-xx.xx.1995-ci il tarixlərdə “İzmir” kiçik müəssisəsində direktor, xx.xx.1995-xx.xx.1996-cı il tarixlərdə “Santexquraşdırma” İdarəsində mühəndis energetik, xx.xx.1996-xx.xx.1999-cu il tarixlərdə “Azalavia” şirkətində çilingər-elektrik, xx.xx.1999xx.xx.2004-cü il tarixlərdə “Azal” şirkətində çilingər-elektrik vəzifəsində işləmişdir; - iddiaçı xx.xx.2004-cü ildə “X3” BM X2 Xidməti sahəsinin yerüstü avadanlıqlara xi dmət üzrə elektromexanik vəzifəsinə qəbul olunmuş, xx.xx.2008-ci ildə işdən azad edilmiş, xx.xx.2008-ci ildə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti Gədəbəy Kontrakt sahəsində mühəndis-elektrik vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu ildə Şirkətin Gədəbəy kontrakt sahəsinin elektrik işləri üzrə nəzarətçi vəzifəsinə keçirilmişdir, hazırda həmin vəzifədə işləyir. 3. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 48 nömrəli arayışda göstərilmişdir ki, iddiaçı Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited şirkətinin Gədəbəy kontaktı sahəsində xx.xx.2008-ci il tarixdən (əmr 38-k) xx.xx.2009-cu il tarixədək mühəndis-elektrik vəzifəsində işləmişdir, xx.xx.2009cu il tarixdən (əmr 101-k) hal-hazıradək (xx.xx.2021) elektrik işləri üzr ə nəzarətçi vəzifəsində işləyir. Göstərilən peşələr (vəzifələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.Dağ-mədən işlərinin 1.1.1 bəndinin (Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər) “c” yarımbəndinin (şaxtaların, şaxta idarə hüquqlu şaxtaların, mədənlərin və mədən axtarışlarının rəhbərləri) 4-cü sətrində göstərilən “baş energetiklər” vəzifələrinə aiddir və həmin vəzifələrdə çalışan işçilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. El ektrik işləri üzrə nəzarətçi vəzifəsini icra edən şəxsin gördüyü işin xarakteri AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda öz əksini tapmış baş energetik vəzifələrini icra edən şəxslərin gördüyü işlərin xarakteri ilə eynidir.

4. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

5. Cavabdeh 25 avqust 2021-ci il tarixli, **********6 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa gör ə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında, şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bəndinin (1.1.1) şaxtaların, şaxta idarə hüquqlu şaxtaların, mədənlərin və mədən axtarışlarının rəhbərləri (c) yarımbəndində “baş mühəndislər”, “baş mexaniklər”, “baş energetiklər”, “direktorlar, rəislər” vəzifələri nəzərdə tutulmuşdur. Təqdim edilmiş xx.xx.1983-cü il tarixli, İT-l ******* nömrəli əmək kitabçasında və “Azərbaycan İnternational Mayninq Kompani Limited Şirkəti”nin 8 iyun 2021-ci il tarixli, 48 nömrəli arayışda xx.xx.2009-cu il tarixindən bu günədək adıçəkilən şirkətin Gəd əbəy kontrakt sahəsində elektrik işləri üzrə nəzarətçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi vəzifə yuxarıda göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (1 il 5 ay 12 gün (xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 60 yaşının tamam olduğu 13 dekabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1982-ci ildə Azərbaycan Neft və X1 fakültəsini “Sənaye müəssisələrinin, şəhərlərin və kənd təsərrüfatının elektrik təchizatı” ixtisası üzrə bitirmişdir. xx.xx.1983-cü ildə “BaşKolxozSovxozTikinti” idarəsində mühəndisenergetik vəzifəsinə təyin olunmuş xx.xx.1984-cü il tarixdə ştat cədvəlinə əsasən vəzifəsi baş mühəndis-energetik olmuşdur. xx.xx.1985-ci ildə enerqo-mexaniki şöbəyə rəis, xx.xx.1990-cı ildə mexaniki sexin rəisi təyin edilmiş və xx.xx.1991-ci ildə həmin vəzifədən öz ərizəsinə əsasən azad olunmuşdur. Sonra xx.xx.1991-xx.xx.1992-ci illərdə Neftmaş tikinti trestində mexanik işləmiş, bundan sonra xx.xx.2009-cu il tarixədək müxtəlif təşkilatlarda mühəndis-energetik, çilingər-elektrik, elektromexanik və sair vəzifələrdə çalışmış, xx.xx.2009-cu il tarixdə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətində Gədəbəy Kontrakt sahəsinin elektrik işləri üzrə nəzarətçisi vəzifəsinə təyin olunmuşdur və hazırda da həmin vəzifəni yerinə yetirir. İddiaçının çalışdığı vəzifə siyahıda nəzərdə tutulan vəzifədir. Lakin şirkətdə baş energetik ştatı mövcud olmadığından və vəzifə bölgüsü zamanı xarici təcrübəyə istinad edildiyindən bu vəzifə üzrə öhdəliklər elektrik işləri üzrə nəzarətçiyə (supervayzer) həvalə edilmişdir. Bu baxımdan siyahıda göstərilən vəzifənin adı ilə hərfi cəhətdən üst-üstə düşmür. Amma həmin vəzifə siyahının 1.1.1-ci bəndində qeyd edil miş baş energetik vəzifəsi ilə həm iş yerinə, həm iş şəraitinə və xüsusiyyətinə, həm də şirkətin iş sahəsinə, ağır və zərərliliyinə görə tam üst-üstə düşür, yəni eynidir. Məhz bu səbəbdən iddiaçıya iş yerindən güzəştli staj barədə arayış da verilmişdir. Cavabdehin etirazları:

8. Cavabdehin yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Bundan başqa, etirazda göstərilmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. İddiaçının işlədiyi peşə Nazirlər Kabinetinin sözügedən Qərarında qeyd olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, AİMC/HR/092 nömrəli məktubda göstərilmişdir ki, iddiaçıya əmək şəraiti zərərli olan işdə işləməsi ilə bağlı qısaldılmış iş vaxtı tətbiq edilmiş, qanuna müvafiq olaraq əlavə məzuniyyətlər və ödənişlər olunmuşdur. Energetikdən fərqli olaraq baş energetik təkcə enerji sisteminin işləkliyini təmin edən cari məsələlərin həlli ilə deyil, həm də onun inkişafı, yenidən qurulması və modelləşdirilməsi perspektivlərinin planlaşdırılması ilə məşğul olur, həmçinin planladığı inkişaf modeli üzrə hər bir energetikin vəzifə bölgüsünü təyin edir və onların işlərinə nəzarət edir. İddiaçının işlədiyi elektrik işləri üzrə nəzarətçi vəzifəsi ona görə baş energetik vəzifəsinə uyğun gəlir ki, şöbədə gündəlik iş planının tərtib edilməsi, həmin iş planı üzrə tab eçiliyində olan elektriklər və digər heyət arasında iş bölgüsünün edilməsi, tabeçiliyində olan elektrik və digər heyətin illik məzuniyyət qrafikinin tərtib edilməsi və sair kimi öhdəlikləri vardır.

10. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2-1(112)-2943/2022 nömrəli qərarı ilə (hakim S.İ.Salahova) iddia təmin edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə 42 il 3 ay 9 gün ümumi iş stajı olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə etdiyi müraciətə güzəştli şərtlərlə əm ək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışını təqdim etmişdir. Cavabdeh bu arayışı qəbul etməmiş, elektrik işləri üzrə nəzarətçi vəzifəsinin siyahıda nəzərdə tutulmamasına istinad etmişdir. Lakin bu zaman cavabdeh həmin vəzifə üzrə əmək funksiyalarının nədən ibarət olmasını ümumiyyətlə araşdırmamış, yalnız ad uyğunsuzluğuna görə iddiaçının zəruri güzəştli stajının olmaması qənaətinə gəlmişdir. İşəgötürən iddiaçının işlədiyi elektrik işləri üzrə nəzarətçi vəzifəsinin hansı əsasla baş energetik vəzifəsinə uyğun gəlməsini ətraflı izah etmiş, elektrik işləri üzrə nəzarətçinin vəzifə təlimatını təqdim etmişdir. Cavabdeh və onun bilavasitə tabe olduğu inzibati orqan elektrik işləri üzrə nəzarətçi ilə baş energetik vəzifələri arasında əmək funksiyası baxımından hər hansı f ərqin olmasını müəyyən edə bilməmişdir. Belə olan halda, həmin vəzifələrin əmək funksiyalarının eyniliyi barədə işəgötürən tərəfindən verilən məlumatın təkzibi də qeyri-mümkündür. İddiaçının xx.xx.2020-ci il tarixə 12 il 6 ay 26 gün güzəştli iş stajı vardır. Cavabdeh iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi halını mübahisələndirməmiş, işdə olan iddiaçıya dair sığortaolunanın hesabı haqqında məlumatlardan isə iddiaçının pensiya kapitalının 2006-2022-ci illər üzrə cəmi 162326,38 manat olması müəyyən edilmişdir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən iddia tələbi əsasl ı olmuşdur.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 21(103)-2909/2022 nömrəli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və X.Ə.Sarıyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2-1(112)-2943/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə y eni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq qeyd edir ki, iddiaçı iddia etdiyi vəzifə üzrə təsnifatı düzgün qeyd etməmiş və bu səbəbdən də iddia tələbi əsassızdır. Bundan başqa, məhkəmə sorğusuna əsasən "xxxx" QSC tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda vəzifələr üzrə dəqiqləşdirmələrin aparılmasının və müvafiq rəyin təqdim olunmasının "xxxx" QSC-nin fəaliyyət istiqamətinə aid olmadığı qeyd olunmuşdur. Həmçinin həmin məktuba qoşma olaraq əlavə olunmuş vəzifə təlimatlarında əsas vəzifələr, bilməli olduğu təlimatlar və tələblər arasında ziddiyy ətlər mövcuddur. İddianın təmin edilməsi üçün faktiki və hüquqi əsaslar mövcud olmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyada): Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müdd ətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:

1. Dağ-mədən işləri 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və di gər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması 1.1.1. Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər... c) şaxtaların, şaxtaidarə hüquqlu şaxtaların, mədənlərin və mədən axtarışlarının rəhbərləri: baş mühəndislər baş mexaniklər baş energetiklər direktorlar, rəislər...

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəm ə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya insta nsiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

26. Hazırkı iş üzrə cavabdehin mübahisələndirdiyi və kassasiya şikayətində də təkrar olaraq qeyd etdiyi xüsusat iddiaçının müvafiq güzəştli iş stajına malik olm amasıdır. Belə ki, cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməmiş, iddiaçının işlədiyi peşə Nazirlər Kabinetinin müvafiq Qərarında qeyd olunmamışdır.

27. Bununla bağlı, aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmış, elektrik işləri üzrə nəzarətçinin vəzifə təlimatı iş materiallarına əlavə edilmiş, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçası”nda qeyd edilən baş energetikin vəzifələri ilə iddiaçının işlədiyi elektrik işləri üzrə nəzarətçi vəzifələri arasında əmək funksiyası baxımından hər hansı fərqin olub-olmamasını tam, obyektiv və hərtərəfli araşdır mışdır.

28. İddiaçının işləmiş olduğu “elektrik işləri üzrə nəzarətçi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda öz əksini tapmış baş energetik vəzifələrini icra edən şəxslərin gördüyü işlərin xarakteri ilə eynidir. (1. Dağ-mədən işləri. 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması. 1.1.1. Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər... c) şaxtaların, şaxtaidarə hüquqlu şaxtaların, mədənlərin və mədən axtarışlarının rəhbərləri:...baş energetiklər...).

29. Cavabdeh tərəfindən iddiaçının pensiya hüququnun yarandığı tarix, ümumi iş stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı mübahisələndirilməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 21(103)-2909/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar