Məhkəmə qərarları › İş №2-1(102)-261/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-261/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-261/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi; növbəti səyyar vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********160854 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasın a görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2-1(106)198/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, qərarına əsasən cəmiyyətdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2018-ci il tarixdən sentyabr 2021-ci il tarixədək olan dövr əhatə edilməklə növbəti səyyar vergi yoxlaması keçirilməsi qərara alınmışdır. Növbəti səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixli KY211695404 n ömrəli sahibkarlıq sahəsində aparılan vahid məlumat reyestrində qeydə alınmış və yoxlamanın müddəti xx.xx.2021 – xx.xx.2022, yoxlanılan dövr - xx.xx.2018 xx.xx.2021 müəyyən edilmişdir.

2. İddiaçıya münasibətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********153761 nömrəli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 8 avqust 2022-ci il tarixli, **********160854 nömrəli qərar qəbul edilmiş və həmin qərarla iddiaçıya ümumilikdə 900.076,65 manat (645.903,45 manat vergi 323.111,77 manat maliyyə sanksiyası, 68.938,57 manat artıq hesablama) məbləği aşağıdakı qaydada hesablanmışdır: 373.975,50 manat ƏDV və 186.987,75 manat MS. 175.652,82 manat MV və 87.826,41 manat MS, 34. 560,29 manat ÖMV və 17.280,15 manat MS, 61.714,84 manat MDSS və 30.857,42 manat MS, 160,00 manat MS (VM 57.1) 329,00 manat MS (VM 58.6), 68.938,57 manat artıq hesablama (55.332,25 MV, 13.606,32 MÖMV). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2022-ci il tarixli, **********160854 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyicisidir və səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə cəmiyyət tərəfindən əsasən Biləsuvar şəhərində müxtəlif abadlıq, yenidənqurma işləri və dövlət xətti ilə sosial layihə çərçivəsində çoxmənzilli yaşayış binasının tikilərək yerli icra hakimiyyəti orqanına təhvil verilməsini həyata keçirilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********151589 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən "Cənub Təmir Tikinti-1” MMC-də keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********153761 nömrəli aktın imzalanmasından imtina edilmişdir. Bunun səbəbi həmin aktda cəmiyyətə əlavə vergi və maliyyə sanksiyalarının hesablanması zamanı istinad edilən mənbələrin əsassız və hüquqa zidd olması, eyni zamanda heç bir normativlərə əsaslanmaması olmuşdur. Yoxlama tamamilə mütəxəssi s və ekspert rəylərinin üzərində qurulmuş və vergi orqanı tərəfindən cəmiyyətə hesablanmış əlavə vergi və maliyyə sanksiyaları təqribən 6 ay davam edən mütəxəssis araşdırması və 6 ay sonra təqdim edilmiş mütəxəssis rəyinə əsasən aparılmışdır. Təqdim edilmiş rəydə mütəxəssis tərəfindən mal material silgiləri müəyyən edilmiş, lakin bunun hansı normativlərə əsasən müəyyən edildiyi göstərilməmişdir.

5. Yoxlamaya təqdim edilmiş sənədlərə (forma 2) əsasən bir sıra mal-materialların faktiki sərfiyyatı ilə mütəxəssis tərəfindən müəyyənləşdirilmiş sərfiyyatı arasında aşağıdakı kimi fərqlər mövcuddur: Görülmüş işləri təsdiq edən sənədlərdə (forma 2) 7730 metr beton bort daşları sərf olunduğu göstərilsə də, mütəxəssis tərəfindən bu, 4270 metr olaraq, yəni 3460 metr az müəyyən edilmişdir. Görülmüş i şləri təsdiq edən sənədlərdə (forma 2) 7511 kv.m divar kağızı sərf olunduğu göstərilsə də, mütəxəssis tərəfindən bu, 3985.6 kv.m olaraq, yəni 3525.4 kv.m az müəyyən edilmişdir. Görülmüş işləri təsdiq edən sənədlərdə (forma 2) 1079 kv.m aqlay (üzlük daş) sərf olunduğu göstərilsə də, mütəxəssis tərəfindən bu, 978.2 kv.m olaraq, yəni 100.8 kv.m az müəyyən edilmişdir.

6. Eyni zamanda bildirilmişdir ki, eyni dövrdə keyfiyyət göstəricilərindən asılı olaraq fərqli qiymətlərdən aqlay alınmış olsa da, vergi orqanı tərəfindən heç bir əsas olmadan və faktiki olaraq hansı malların istifadə olunduğu bilinmədən dəyəri aşağı olan malların tikintidə istifadə edildiyi qənaətinə gəlinərək daha baha qiymətə olan mallar artıq alış kimi qiymətləndirilmişdir. Görülmüş işləri təsdiq edən sənədlərdə (forma 2) ayd ın şəkildə 3152 kv.m tamet sərf olunduğu göstərilsə də, mütəxəssis tərəfindən bu, 84.98 kv.m olaraq, yəni 3067.02 kv.m az müəyyən edilmişdir. Yuxarıda sadalanan və mütəxəssis tərəfindən yol verilmiş kobud nöqsanların müəyyən edilə bilməsi üçün vergi orqanı əməkdaşının xüsusi biliklərinin olması vacib deyil. Bunun üçün riyazi olaraq toplamağı bacarmaq kifayətdir. Eyni zamanda mütəxəssis tərəfindən təqdim edilmiş rəyi kortəbii olaraq qəbul edib onun düzgünlüyünü nəzərdən keçirmədən vergitutma baxımından hesablama aparmaq qərəzli yanaşmadır.

7. Məlumdur ki, tikinti və tikinti materialları sahəsində ölkəmizdə tətbiq oluna bilən normativ sənədlər AZS dövlət standartları, Azərbaycan Respublikasında tətbiq edilən dövlətlərarası standartlar (ГОСТ) və Türk standartları (TSE) sənədləridir. Məhz bu n ormativ sənədlərdə məsələn, tikintidə istifadə olunan betonun tərkibində nə qədər sement, qum və çınqıl olmasının, asfalt-betonun tərkibində nə qədər bitum, qum və çınqıl olmasının və s. ölçüləri (miqdarları) müəyyən edilir. Lakin görünür, yoxlamaya cəlb edilmiş mütəxəssis heç bir hüquqi əsası olmayan şəxsi fikirlərinə əsasən normativlər müəyyən edərək rəy təqdim etmişdir. Belə ki, diqqətlə araşdırılsa cəmiyyət tərəfindən yoxlama dövründə misal üçün hansı miqdarda beton, asfalt-beton, tamet işləri və s. görülmüş olduğu və bu işlərin görülməsinə nə qədər qum və çınqıl materiallarının lazım olduğu müəyyən edilə bilər. Lakin mütəxəssis bu işlər üzrə də düzgün sərfiyyatı müəyyən edə bilməmişdir. Bütün bunlardan başqa işinin mütəxəssisi olan şəxs bilməlidir ki, tikinti işləri sahəsində itki nor maları, mobilizasiya və demobilizasiya işlərinə sərf olunan materiallar, tikinti sahəsinin hasara alınması üçün sərf olunan materiallar və yüksəklikdə işlərin görülə bilməsi üçün ayaqaltıların qurulmasında istifadə olunan materiallar və s. mövcuddur. Bunların hamısı normalar daxilində tikinti işləri aparan müəssisənin birbaşa xərcləridir və istər mütəxəssis, istərsə də vergi orqanı tərəfindən xərc olaraq nəzərə alınmalıdır.

8. Bundan başqa yoxlamaya cəlb edilmiş mütəxəssis universal biliklərə sahib bir şəxs kimi həm də tikintidə əmək tutumunun müəyyən edilməsi üzrə rəy vermiş, lakin hansı mənbələrə istinad etdiyini göstərməmişdir. Bir müəssisənin gördüyü işlər üzrə əmək tutumunun hesablana bilməsi üçün görülmüş işlərin faktiki həcmlərini və müəssisənin muzdlu işçilərinin sayı və tərkibini diqqətli təhlil etmək lazımdır. Əgər həmin işləri yerinə yetirə bilmək üçün kifayət sayda işçi qüvvəsi (muzdlu işçi) varsa əmək tutumunun hesablanması əsassızdır. Ümumiyyətlə əmək tutumunun hesablana bildiyi hallarda isə, hesablama istinad mənbəyi göstərilməklə əsaslandırılmalıdır. Tərtib edilmiş aktda Vergi Məcəlləsinin 67.15-ci maddəsinə istinad edilməklə 2021-ci ilin sentyabr ayı üçün ƏDV üzrə 373975.5 manat əlavə vergi məbləği hesablanmışdır. Eyni zamanda 2019-cu il mənfəət vergisi üzrə 175652.82 manat, 2019-cu ilin İ-İV rübləri üzrə 34560.3 manat ÖMV və 2019cu il MDSS üzrə 61714.84 manat əlavə hesablamalar aparılmışdır. Bu hesablamaların hamısı yuxarıda göstərilən nöqsanlarla və çatışmazlıqlarla dolu, əsaslandırması olmayan mütəxəssis və ekspert rəyləri əsasında aparılmışdır. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Lakin vergi yoxlaması zamanı vergi ödəyicisinin sahibliyində mal qalığının olub-olmamasının yoxlanılması üçün vergi orqanı tərəfindən hər hansı inventarizasiya aparılmamışdır, nəticədə Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələbləri də pozulmuşdur. Bu da yoxlamanı aparan vergi orqanı və yoxlayıcının yol verdiyi digər böyük nöqsandır. Cavabdehin etirazları:

9. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********151589 nömrəli qərarı ilə "xxxx" MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən xx.xx.2018-xx.xx.2021-ci il tarixədək olan dövrdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyü yoxlanılmışdır. Yoxlama zamanı "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" xx.xx.2021-ci il tarixli **********151610 nömrəli Tələbnamə vergi ödəyicisinin rəhbəri Əmikişiyev Qüdrət ismət oğluna təqdim olunmuşdur. Tələbnamədə qeyd olunan müddət ərzində sənədlərin bir qismi-icra aktları (Forma №2), müqavilələr, subpodrat tərəfindən görülmüş işlər barədə aktlar və mal-materialların hərək əti barədə hesabatlar yoxlamaya təqdim olunmuşdur. Tələbnamədə göstərilən digər sənədlərin olmaması əsas gətirilərək yoxlamaya təqdim olunmamışdır. Bu hal xx.xx.2021ci il tarixli aktla rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən sənədlərin götürülməsi zərurəti yarandığından "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2021-ci il tarixli **********152538 nömrəli Qərar çıxarılmışdır. Qərara əsasən sənədlərin bir qismi götürülərək xx.xx.2021-ci il tarixli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Protokolla, həmçinin "Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında" Aktla rəsmiləşdirilmişdir. Yoxlamanın əhatə etdiyi dövr ərzində cəmiyyət əsasən Biləsuvar rayon icra Hakimiyyətinin sifarişi əsasında Biləsuvar şəhər ərazis ində çoxmənzilli yaşayış binasının tikintisi, küçə və prospektlərin təmiri və tikintisi işləri ilə məşğul olmuşdur. Görülmüş işlərə mal-materialların silinməsinə dair Texniki hesabatların yoxlamaya təqdim olunmaması səbəbindən yerinə yetirilmiş təmir-tikinti işlərində malmaterialların norma daxilində silinməsinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin müəssisənin mülkiyyətində və ya istifadəsində təmir-tikinti işlərinin yerinə yetirilməsi üçün zəruri olan əsas vəsaitlər, nəqliyyat vasitələri və digər texniki vasitələr mövcud olmamış və istifadə olunmamışdır. İşlərin görülməsi zamanı əsasən əl əməyindən geniş istifadə edilmişdir. Tikinti işlərində istifadə olunmuş, lakin alışı sənədlərlə təsdiqlənməyən malların mövcud olması və həmin malların alış qiymətlərinin müəyyənləşdirilməsinin mümkün olmaması səbəbindən mal-materialların norma daxilində silinməsi, mal-material xərclərinin müəyyən edilməsi, yerinə yetirilmiş təmir-tikinti işlərində əmək tutumunun müəyyənləşdirilməsi və alışı sənədlərlə təsdiqlənməyən malların qiymətləndirilməsi məqsədi ilə yoxlamaya mütəxəssis və ekspert dəvət edilmişdir. Cavabdehin “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152733 və “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156297 nömrəli qərarları əsasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertiza" Birliyindən mütəxəssis və ekspert dəvət edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertiza" Birliyinin xx.xx.2022-ci il tarixli, 18 nömrəli məktubu ilə mütəxəssis və ekspert rəyləri t əqdim olunmuşdur. Vergi ödəyicisinin təsərrüfat obyektinin, saxlanc yerlərinin və digər təsərrüfat subyektlərinin mövcud olmaması səbəbindən vergi ödəyicisinin ərazisinə, binasına, sənədlərinə və əşyalarına baxışın keçirilməsi zərurəti yaranmamışdır. Vergi yoxlaması vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlər, yoxlamaya cəlb olunmuş ekspert və mütəxəssis tərəfindən təqdim olunmuş rəy və vergi ödəyicisinin vergi orqanında olan baza məlumatları əsasında aparılmışdır.

10. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyənnaməsinin düzgünlüyünün yoxlanılması zamanı, məcburi dövlət sosial sığorta haqqlarına cəlb olunan gəlirlər vergi ödəyicisi tərəfindən düzgün göstərilmədiyi üçün məcburi dövlət sosial sığorta, işsizlik və icbari tibbi sığorta haqqları üzrə 2020-ci ilin 1-ci rübü üzrə 8921.43 manat, 2-ci rübü üzrə 4684.9 manat olmaqla ümumilikdə 13606.37 manat artıq hesablama müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən tikinti işlərinin 2019-cu ildə başa çatdırılmasına və görülən işlərin dəyərinin həmin ildə tam daxil olmasına baxmayaraq, həmçinin 2020-ci ilin yanvar-sentyabr aylarında təmir tikinti işlərinin həyata keçirilməməsinə baxmayaraq müəssisə tərəfindən təqdim olunan bəyannamələr üzrə 2020-ci ilin 1-ci rübündə 34313.18 manat, 2-ci rübündə 18018.84 manat olmaqla, ümumilikdə 52332.02 manat əmək haqqı məbləğinə MDSS məbləği hesablanmışdır. Yoxlama ilə məcburi dövlət sosial sığorta, işsizlik və icbari tibbi sığorta haqqlarına cəlb edilmiş 52333.02 manat gəlir məb ləği 2019-cu ildə nəzərə alınmış və MDSS məbləği hesablanmışdır.

11. Ödəmə mənbəyində tutulan vergi bəyənnaməsinin düzgünlüyünün yoxlanılması zamanı verginin 34560.3 manat azaldılması müəyyən edildi. Belə ki, yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən vergi ödəyicisinin yerinə yetirdiyi təmir-tikinti işlərində əmək tutumu müəyyənləşdirilmişdir. Mütəxəssis rəyinə əsasən 2019-cu ilin 1-ci rübündə vergi ödəyicisinin hesabladığı əmək haqqından əlavə olaraq 141695,04 manat, 2-ci rübdə 15846,04 manat, 3-cü rübdə 58132,97 manat, 4-cü rübdə 31185,31 manat, ümumilikdə 246859,36 manat əlavə əmək tutumu müəyyənləşdirilmişdir. Yoxlama zamanı həmin məbləğə 14 faiz dərəcə ilə 34560,3 manat ödəmə mənbəyində tutulan vergi məbləği əlavə hesablanmışdır.

12. MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənl ər (0112) üzrə bəyannamənin yoxlanılması zamanı 22329.57 manat sığorta haqının azaldılması müəyyən edilmişdir. Belə ki, yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən 2019-cu ilin 3-cü və 4-cü rübləri üzrə əlavə hesablanılmış 89318,28 manat gəlirə 25 faiz dərəcə ilə 22329,57 manat sosial sığorta haqqı hesablanmışdır.

13. MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) üzrə bəyannamənin yoxlanılması zamanı 39385.2 manat Məcburi dövlət sosial sığorta haqının azaldılması müəyyən edilmişdir. Yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən 2019-cu ilin 1-ci rübü üzrə141695.0 manat, 2-ci rübü üzrə 15846.0 manat olmaqla, ümumilikdə əlavə müəyyən olunan 157541.0 manat gəlirə 25 faiz dərəcə ilə 39385,2 manat Məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır.

14. ƏDV üzrə-yoxlama ilə vergi tutulan əməliyyatların vaxtı illər üzrə həmin ildə qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri nəzərə alınmaqla, əvəzləşdirilən ƏDV isə Vergi Məcəlləsinin 170-ci və 175-ci maddələrinin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir. Qeyd edilən maddələrin tələbləri gözlənilməklə vergi ödəyicisinin ƏDV üzrə kənarlaşmaları aşağıdakı kimi müəyyənləşdirilmişdir:

15. Vergi ödəyicisi tərəfindən 2018-ci ilin noyabr-dekabr aylarında vergi tutulan əməliyyatlar aparılmamışdır. 16. 2019-cu ilin yanvar-dekabr ayları üçün təqdim olunmuş ƏDV bəyənnamələrində vergi tutulan əməliyyatlarının dəyəri 4896869.38 manat, əlavə dəyər vergisi 881436,48 manat, əvəzləşdirilən ƏDV 601470,95 manat, büdcəyə hesablanan ƏDV məbləği 279965,53 manat göstərilmişdir. Yoxlama ilə 2019-cu ildə ƏDV-nin hesablanmasında kənarlaşma aşkar olunmamışdır. 17. 2020-ci ilin yanvar-dekabr ayları üçün təqdim olunmuş ƏDV bəyənnamələrində vergi tutulan əməliyyatlarının dəyəri 637323,70 manat, əlavə dəyər vergisi 114718,26 manat, əvəzləşdirilən ƏDV 320400,10 manat, büdcədən hesablanan ƏDV məbləği 205681,84 manat müəyyən olunmuşdur. Yoxlama ilə 2020-ci ildə ƏDV-nin hesablanmasında kənarlaşma aşkar olunmamışdır. 18. 2021-ci ilin yanvar-sentyabr ayları üçün təqdim olunmuş ƏDV bəyənnamələrində vergi tutulan əməliyyatlarının dəyəri 40890,93 manat, əlavə dəyər vergisi 7360,36 manat, əvəzləşdirilən ƏDV 4706,80 manat, büdcəyə hesablanan ƏDV məbləği 2653,56 manat göstərilmişdir.

19. Vergi ödəyicisi tərəfindən alınan mallar və yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən müəyyən edilən n orma daxilində silinən mallar müqayisə edilmiş və aşağıdakılar müəyyən edilmişdir.

20. Vergi ödəyicisi tərəfindən 2019-cu ildə tikinti işlərinin yerinə yetirilməsi üçün 3241284,1 manat, 2020-ci ildə 154691,0 manat, ümumilikdə 3395975.1 manat dəyərində mal-materialın alındığı müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən tikinti işlərinə sərf olunmuş materialların dəyəri 2019-cu ildə ümumilikdə 1704028.0 manat, o cümlədən alışı sənədlərlə təsdiqlənən malların dəyəri 1304284,0 manat, alışı sənədlərlə təsdiqlənməyən malların dəyəri 399744,0 manat, 2020-ci ildə isə tikinti işlərinə sərf olunmuş malların dəyəri ümumilikdə 15341.05 manat, o cümlədən alışı sənədlərlə təsdiqlənən malların dəyəri 14049,05 manat, alışı sənədlərlə təsdiqlənməyən malların dəyəri 1292,0 manat təşkil edir. Nəticədə 20776 42.0 manat (3395975.1- 1304284.0-14049.05) dəyərində malların mal qalığında qalmalı olduğu müəyyən olunmuşdur. Yoxlama ilə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən həmin malların satışı yoxlama dövrünün sonuncu ayında, yəni 2021 -ci ilin sentyabr ayında nəzərə alınaraq ƏDV-yə cəlb edilmiş, 373975.6 manat ƏDV məbləği hesablanmışdır. Yoxlama ilə 2021-ci ilin yanvar-sentyabr ayları ərzində vergi tutulan əməliyyatların dəyəri 2118532.6 manat, əlavə dəyər vergisi 381335,86 manat, əvəzləşdirilən ƏDV 4706,80 manat, büdcəyə hesablanan ƏDV məbləği 376629.06 manat müəyyən olunmuşdur. Nəticədə 2021-ci ilin yoxlanılan dövründə ƏDVnin 373975.50 (3766xx.xx-2653,56) manat azaldılması müəyyən olunmuşdur. Yoxlamanın əhatə etdiyi dövr ərzində ƏDV-nin ümumilikdə 373975,50 manat azaldılması müəyyən olunmu şdur.

21. Mənfəət vergisi üzrə - 2018-2020-ci illər üzrə mənfəət vergisinin düzgünlüyü yoxlanılmışdır. Vergi ödəyicisi tərəfindən həmin dövr üzrə mənfəət vergisi bəyannamələri Vergi Məcəlləsinin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına təqdim edilmişdir. 2018-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində vergiyə cəlb edilən gəlirləri olmamış, xərcləri 6837,76 manat, o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 1512,40 manat, sosial sığorta haqqları 340,29 manat, bank xidməti üzrə xərclər 4485,07 manat, digər xərclər 500,0 manat, zərər 6837,76 manat göstərilmişdir. Yoxlama ilə kənarlaşma aşkar olunmamışdır. 2019-cu il üçün vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər 3501968,53 manat, xərclər 2899789,10 manat, o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 114810,12 manat, sosial sığorta haqqları 24104,91 manat, xammal-material xərcləri 2641950,50 manat, bank xidməti üzrə xərclər 16119,20 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 102404,37 manat, digər xərclər 400,0 manat, vergiyə cəlb edilən mənfəət 602179,43 manat, keçmiş illərin zərəri 6837,76 manat çıxılmaqla vergiyə cəlb edilən mənfəət 595341,67 manat, mənfəət vergisi 119068,33 manat göstərilmişdir. Yoxlama ilə 2019-cu ildə vergi ödəyici tərəfindən Forma 2 icra aktları üzrə ümumilikdə 4896869,38 manat dəyərində təmir-tikinti işlərinin görüldüyü və görülən işlərin dəyərinin vergi ödəyicisinin hesabına daxil olması müəyyən olunmuş dur. Yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert tərəfindən təmir tikinti işlərində əmək tutumu, norma üzrə material məsrəfləri müəyyən olunaraq müvafiq rəy təqdim olunmuşdur. Təqdim olunmuş rəyə əsasən 2019-cu il üzrə yerinə yetirilmiş təmir-tikinti işlərində əmək tutumunun 414001,50 manat, xammal-materialın dəyəri 1704028,0 (o cümlədən 1304284,0 manat alışı sənədlə təsdiqlənən, 399744,0 manat alışı sənədlə təsdiqlənməyən mallar) manat olması müəyyən olunmuşdur. Qeyd olunanlar nəzərə alınmaqla yoxlama ilə vergi ödəyicisnin 2019-cu ildə gəlirlərinin 4896869,38 manat, xərclərin 3416425,85 manat, o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələrin 414001,50 manat, sosial sığorta haqqlarının 85819,74 manat, xammal- material xərclərinin 1704028,0 manat, bank xidməti üzrə xərclərin 6447, 0 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclərin 1183273,35 manat, digər xərclərin 22856,26 manat, vergiyə cəlb edilən mənfəətin 1480443,53 manat, keçmiş illərin zərəri 6837,76 manat çıxılmaqla vergiyə cəlb edilən mənfəətin 1473605,77 manat, mənfəət vergisinin 294721,15 manat olduğu müəyyən olunmuşdur. 2019-cu ildə mənfəət vergisinin 175652.82 manat (294721,15-119068.33) azaldılması müəyyən olunmuşdur. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirlər 2032225,03 manat, xərclər 1686846,10 manat, o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 61639,72 manat, sosial sığorta haqqları 12075,62 manat, xammal-material xərclərinin 751841,49 manat, bank xidməti üzrə xərc lər 3489,27 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 857800,0 manat, vergiyə cəlb edilən mənfəətin 345378,93 manat, mənfəət vergisinin 69075,79 manat olduğu göstərilmişdir. 2019-2019-cu ildə vergi ödəyici tərəfindən Forma № 2 icra aktları üzrə ümumilikdə 4896869,38 manat dəyərində təmir-tikinti işlərinin görüldüyü və görülən işlərin dəyərinin vergi ödəyicisinin hesablaşma hesabına 2019-cu ildə daxil olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən həmin işlərin dəyərinin 1394900.8 manat hissəsinə E Qaimə Faktura 2020-ci ilin dekabr ayında təqdim olunmuş və həmin məbləğ 2020-ci ilin mənfəət vergisi bəyannaməsində əks etdirilmişdir. Lakin yoxlama zamanı xx.xx.2020-ci il tarixli EQF üzrə 1394900.8 manat məbləğ 2019-cu ilin gəlirlərində nəzərə alınmış, nəticədə vergi öd əyicisinin 2020-ci ildə əldə etdiyi gəlirlərin 637323.7 manat, xərclərin 568606,01 manat, o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələrin 9307,70 manat, sosial sığorta haqqlarının 1747,72 manat, xammalmaterial xərclərinin 15341,32 manat (o cümlədən 14049,05 manat alışı sənədlə təsdiqlənən, 1292,27 manat alışı təsdiqlənməyən), bank xidməti üzrə xərclərin 1650,99 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclərin 535820,0 manat, digər xərclərin 4738,28 manat, vergiyə cəlb edilən mənfəətin 68717.69 manat, mənfəət vergisinin 13743,54 manat olduğu müəyyən olunmuşdur. Nəticədə 2020-ci ildə mənfəət vergisinin 55332.25 (137xx.xx69075.79) manat artıq hesablanılması müəyyən olunmuşdur. Yoxlama ilə mənfəət vergisinin ümumilikdə 120320,57 manat (175652,82- 55332,25) azaldılmas ı müəyyən olunmuşdur.

22. Vergi ödəyicisi tərəfindən təmir-tikinti işlərində istifadə etdiyi, lakin alışı sənədlərlə təsdiqlənməyən 401036.0 manat dəyərində, o cümlədən 2019-cu ildə 399744.0 manat, 2020-ci ildə 1292.0 manat dəyərində mallara görə Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən 10 faiz dərəcə ilə 40103.6 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə büdcəyə çatası vergilərin ümumilikdə 576964.88 manat azaldıldığı müəyyən olunmuşdur. o cümlədən 373975.5 manat ƏDV-nin azaldılması; 120320.57 manat mənfəət vergisinin azaldılması; 34560,29 manat ödəmə mənbəyində tutulan verginin azaldılması; 22329.57 manat MDSS-ın azaldılması (muzdla işləyənləri işə götürən sığortaedənlər (0112)); 39385.27 manat MDSS-ın azaldılması (işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi əsasın da işə götürən hüquqi şəxslər (0111)); Yoxlama ilə vergilərin ümumilikdə 13606.33 manat artıq hesablanılması müəyyən olunmuşdur: o cümlədən 13606,33 manat MDSS-ın artıq hesablanılması; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 322951,77 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi ödəyicisi tərəfindən təmir-tikinti işlərində istifadə etdiyi, lakin alışı sənədlərlə təsdiqlənməyən 401036.0 manat dəyərində, o cümlədən 2019-cu ildə 399744.0 manat, 2020-ci ildə 1292.0 manat dəyərində mallar alınmışdır. Etirazı əsaslandıran dəlilləri nəzərə alaraq hesab edirlər ki, iddiaçının iddia tələbləri tamamilə əsassızdır və təmin edilməməlidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

23. Şirvan İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən alınmış 9/7991 nömrəli 12 dekabr 2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki: -xx.xx.2022-ci il tarixli, **********160854 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərara əsasən müəyyən edilmiş vergilər (mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyindən tutulan vergi, MDSS-0111 (əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər), MDSS-0112 (muzdla işləyənləri işə götürən sığortaedənlər) və maliyyə sanksiyalarının düzgün hesablanmaması m üəyyən olunur. Yəni hesablanan vergi məbləğləri və maliyyə sanksiyaları vergi qanunvericiliyinin və müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun deyildir. Təqdim edilmiş sənədlər (bank çıxarışları, e-qaimə fakturalar, bəyannamələr, əmək müqavilələri üzrə bildirişlər, icarə müqavilələri, F-2-lər, arayışlar və s.) nəzərə alınmaqla isə İddiaçı tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergilərin (mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyindən tutulan vergi və MDSS-0111 (əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər), MDSS-0112 (muzdla işləyənləri işə götürən sığortaedənlər) az hesablanması müəyyən olunmur.

25. Şirvan İnzibati Məhkəməsinin 2 fevral 2023-cü il tarixli, e-2-1(120)-774/2023 nömrəli qərarı ilə (hakim H.Nəcəfzadə) iddia tələbi təmin edilmiş, ca vabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2022-ci il tarixli, **********160854 nömrəli qərarı ləğv edilmişdir.

26. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən inzibati akt (12 noyabr 2020- ci il tarixli **********141648 nömrəli qərar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz.

27. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2-1(106)-198/2023 nömrəli qərarı ilə (hakimlər S.Həsənov - sədrlik edən və məruzəçi, M.Həsənov və İ.Əsədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən təyin olunan mütəxəssis tikintidə istifadə olunan mal-materialın həcmini müəyyənləşdirməkdən ötrü mütləq həmin materialların sərf olunduğunu tikiliyə (obyektə) baxış keçirilməli və nəzarət ölçüsü aparılmalı idi. Həmçinin yoxlama zamanı vergi orqanı tərəfindən cəlb edilmiş mütəxəssisin həyata keçirdiyi metodla iddiaçının gördüyü işlər üzrə əmək tutumunun hesablanması da düzgün deyildir. Belə ki, mütəxəssis rəyi ilə görülmüş işlərə cəlb edilmiş muzdlu işçilərin sayını və tərkibini (fəhlə, usta, sürücü və s. olmasını) və hansı işçinin hansı işləri hansı həcmdə gördüyünü və gördüyü işlərə görə hansı həcmdə vəsait (əmək haqqı) aldıqlarını müəyyən etmək olmaz.

30. Səyyar vergi yoxlamasının keçirilməsinin dayandırılması və bərpası na dair qəbul edilmiş həmin qərarlar Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Başqa sözlə “Cənub Təmir Tikinti-1" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2018-xx.xx.2021-ci il tarixədək olan dövrləri üzrə vergi qanunvericiliyinə əməl olunması ilə əlaqədar xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi cavabdeh tərəfindən aparılmış səyyar vergi yoxlaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Bunun nəticəsində iddiaçı Cənub Təmir Tikinti-1” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə xx.xx.2022-ci il t arixindən xx.xx.2022-ci il tarixinə kimi qanunsuz yoxlama keçirilmiş və yoxlamanın yekununa dair heç bir hüquqi nəticə doğurmayan akt tərtib edilmişdir. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

31. Apellyasiya məhkəməsi hüquqi mövqeyini əsaslandırmaq üçün “İnzibati icraat haqqında” Qanunun 13, 15, 17, 24, 67-ci maddələrinə, Vergi Məcəlləsinin 3.8, 16.1.1, 23.1, 24.0.2, 36.1, 36.2, 38.1, 38.2, 38.7, 53.3 153, 159.1-ci maddələrinə və MPM-in 97.1, 97.3, 97.4, 102.3-cü maddələrinə istinad etmişdir.

32. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə ekspert və ya mütəxəssis rəyi ilə vergilərin hesablanmasının qanunvericilikdə nəzərdə tutulmadığını qeyd etsə də, faktiki olaraq ekspert və ya mütəxəssis rəyi ilə vergitutma bazasının müəyyən edildiyini anlamamış, ekspert və ya mütəxəssis rəyi ilə vergilər birbaşa hesablanmamış, yayındırılan vergi tutulan dövriyyə müəyyən edilmişdir.

34. Vergi Məcəlləsinin 132.1-ci maddəsinə əsasən kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesa bına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Vergi ödəyicisi tərəfindən təqdim edilən 2019-2020-ci illər üzrə mənfəət vergisi bəyannaməsində hesablamaların kassa metodundan istifadə edilərək aparıldığı müəyyən edilir. Lakin apellyasiya məhkəməsi 1.394.900,8 manat məbləğin vergi ödəyicisinin hesablaşma hesabına 2019-cu ildə daxil olmasını və kassa metodunun mahiyyətini anlamamışdır.

35. Mütəxəssis rəyinə əsasən tikinti işlərinə sərf olunmuş materialların dəyəri 2019-cu ildə ümumilikdə 1.704.028,0 manat, o cümlədən alışı sənədlərlə təsdiqlənən malların dəyəri 1.304.284,0 manat, alışı sənədlərlə təsdiqlənməyən malların dəyəri 399.744,0 manat, 2020-ci ildə isə tikinti işlərinə sər f olunmuş malların dəyəri ümumilikdə 15.341.05 manat, o cümlədən alışı sənədlərlə təsdiqlənən malların dəyəri 14.049,05 manat, alışı sənədlərlə təsdiqlənməyən malların dəyəri 1.292,0 manat təşkil edir. Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 4.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər malların qəbulunu müvafiq sənədlərə və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirirlər. Müvafiq qərarın 4.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin ticarət obyektlərinin anbarında və satışda olan mallar üzrə təchizatçının (malgöndərənin) rekvizitləri, daxil olmuş malın miqdarı, qiyməti və ümumi məbləği əks etdirilmiş müvafiq təsdiqedici sənədlər olmalıdır. Göründüyü kimi məhkəmə tərəfindən vergi orqanın qərarı ləğv edilərkən alışı sənədlərlə təsdiqlənməyən malların dəyəri nəzərə alınmamışdır.

36. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır):... vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək;... Məhkəmə qeyd olunan maddi hüquq normalarını tətbiq etməklə hesab etmişdir ki, vergi orqanı səyyar vergi yoxlamasını qanunla müəyyən edilmiş müddətlərə riayət olunmamaqla aparmışdır. Lakin xx.xx.2021-ci il tarixli KY21 1695404 saxlama kodlu "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışda dayandırlma əsasları və tarixləri qeyd edilmişdir. Həmçinin, vergi yoxlamasının müddətinin dayandırılması barədə qərar verildikdən sonra ümumi icraatın müddət axımı dayandırılır. Dayandırılma ilə bağlı qərarın son müddətindən müddət axımı qaldığı yerdən davam edir. Göründüyü kimi məhkəmə tərəfindən səyyar vergi yoxlamasının müddətləri hesablanarkən müddətin axımının dayandırılması halları nəzərə alınmamışdır.

37. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən təyin olunmuş ekspertizada ekspertin gəldiyi nəticənin əsaslandırmasını rəyində əks etdirməməsi, qeyd olunan rəqəmlərin yaranma mənbəyi və faktiki əsasları barədə məlumat verməməsi iş üzrə heç bir tədqiqatın aparılmamasına dəl alət edir. Heç bir əsaslandırma aparmadan birbaşa nəticənin elanı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa ziddir və mötəbər sayıla bilməz.

38. Kassator həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən İPM-in 87.8ci maddənin tələbləri pozularaq apellyasiya şikayətinin dəlillərinə aşağıdakı dəlillərinə münasibət bildirilməmişdir: 1) Ekspert rəyinin digər sübutlarla yanaşı qiymətləndirilməsi faktı; 2) Ekspert rəyində hesablama əsaslarının olmaması faktı b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

41. Vergi Məcəlləsi: Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlama sı növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müd dəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir.... Maddə 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır):... 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvə t edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin x eyrinə şərh olunur. Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesabların dakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.

42. Mülki Prosessual Məcəllə: Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir; Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Maddə 101.2. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspe rtə tapşıra bilər; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

43. İnzibati Prosessual Məcəllə: a) Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsi nə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyas ı məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

44. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

45. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

46. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

47. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov A zərbaycana qarşı” işi üzrə qərarı).

49. İş materialları ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2021-ci il tarixli, **********1151589 nömrəli qərarı ilə iddiaçı Cəmiyyətdə xx.xx.2018-xx.xx.2021-ci il tarixədək olan dövrdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması üzrə səyyar vergi yoxlaması keçirilmişdir. Həmin yoxlamanın nəticəsinə dair xx.xx.2022-ci il tarixli **********153761 nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında vergi orqanı tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********160854 nömrəli qərar qəbul edilmişdir.

50. Hazırda iddiaçının hüquqi marağı yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli, **********160854 nömrəli qərarın ləğvinə yönəlmişdir.

51. İşin araşdırılmış hallarına əsasən yoxlanılan dövrdə İddiaçı MMC faktiki olaraq yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olmuş və Biləsuvar rayon icra Hakimiyyətinin sifarişi əsasında Biləsuvar şəhər ərazisində çoxmənzilli yaşayış binasının tikintisi, küçə və prospektlərin təmiri və tikintisi işləri ilə məşğul olmuşdur. Vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə hesablanmış ƏDV-nin, mənfəət vergisinin, ödəmə mənbəyindən verginin, MDSS (0111), MDSS(0112)-nin hesablanmasına əsas səbəb vergi orqanı tərəfindən alınmış «Azərekspertiza» birliyinin mütəxəssis və ekspert rəyi olmuşdur.

52. Cavabdehin “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152733 və “Ekspertizanın təyin edilməsi haqqın da” xx.xx.2022-ci il tarixli **********156297 nömrəli qərarları əsasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertiza" Birliyindən mütəxəssis və ekspert dəvət edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza" Birliyinin xx.xx.2022-ci il tarixli, 18 nömrəli məktubu ilə mütəxəssis və ekspert rəyləri təqdim olunmuşdur.

53. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyinin məzmunundan müəyyən olunur ki, ona iddiaçının görülmüş işlərinin həcmi ilə bağlı forma 2 sənədləri, müqavilələri və işçiliyin dəyərini özündə əks etdirən cədvəl təqdim edilmişdir. Mütəxəssis qarşısında və ekspert qarşısında xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə İddiaçı MMC (VÖEN **********) tərəfindən görülmüş təmir-tikinti işlərində sərf ol unmuş və alışı sənədlərlə təsdiqlənməyən xammal materialların qiymətlərinin müəyyən edilməsi sualı qoyulmuşdur. Bu sualın həlli üçün ekspertə “Baş İdarə”-nin dövlət vergi müfəttişi X1 tərəfindən yerinə yetirilmiş işlərin təsdiq olunmuş Forma-2 aktları, müqavilələr təqdim edilmişdir.

54. Vergi orqanının dəlillərinə görə verginin bu qaydada, yəni mütəxəssis rəyi əsasında hesablanmasına səbəb isə iddiaçı tərəfindən görülmüş tikinti işlərinə mal-materialların silinməsinə dair texniki hesabatların yoxlamaya təqdim olumaması, həmçinin müəssisənin mülkiyyətində və ya istifadəsində təmir-tikinti işlərinin yerinə yetirilməsi üçün zəruri olan vəsaitlərin, nəqliyyat vasitələrin və digər texniki vasitələrin mövcud olmaması, işlərin görülməsi zamanı əl əməyindən geniş istifadə olunması səbəbindən yerin ə yetirilmiş təmirtikinti işlərində mal-materialın norma daxilində silinməsinin müəyyən edilməsinin mümkün olmaması olmuşdur. Yəni, vergi ödəyicisinin təsərrüfat obyektinin, saxlanc yerlərinin və digər təsərrüfat subyektlərinin mövcud olmaması səbəbindən vergi ödəyicisinin ərazisinə, binasına, sənədlərinə və əşyalarına baxış keçirilməmiş, vergi yoxlaması vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlər yoxlamaya cəlb olunmuş mütəxəssis tərəfindən təqdim olunmuş rəy və vergi ödəyicisinin vergi orqanında olan baza məlumatları əsasında aparılmışdır. «Azərekspertiza» birliyinin mütəxəssisi vergi orqanı tərəfindən ona təqdim edilmiş Forma-2 aktlarını araşdıraraq yerinə yetirilmiş işlərə görə çəkilən əmək haqqı xərcini və norma daxilində istifadə olunan mal-materialın həcmini müəyyənləşdirmişd ir. Hansı ki, Forma-2 aktlarında tikinti işlərində istifadə olunan mal-materialların növü, markası, istehsal yeri və həmin malların xüsusiyyətlərini və keyfiyyətini göstərən digər amillər öz əksini tapmamışdır. Nəticədə «Azərekspertiza» birliyinin mütəxəssisi vergi orqanı tərəfindən ona təqdim edilmiş Forma-2 aktlarına əsasən yerinə yetirilmiş işlərə görə çəkilən əmək haqqı xərcini və norma daxilində istifadə olunan mal-materialın həcmini müəyyənləşdirmiş və onun əsasında cavabdeh əlavə vergi məbləği hesablamışdır.

55. Göstərilən dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tikintidə istifadə olunan mal-materialın həcmini, markasını, növünü, xüsusiyyətlərini və keyfiyyətini müəyyənləşdirməkdən ötrü mütləq həmin materialların sərf olunduğunu tikiliyə (obyektə) ba xış keçirilməli və nəzarət ölçüsü aparılmalı idi. Hətta, həmin sənədlərin həcmi barədə məlumat olmuş olsa belə tikinti obyektinə baxış keçirilmədən, müvafiq ölçü işlərini aparmadan, faktiki olaraq təmir-tikinti işlərində sərf edilən həmin mal-materialın həcmini müəyyənləşdirmək, cavabdeh tərəfindən tədqiqatın ətraflı və dolğun aparılması kimi qiymətləndirməyə əsas vermir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələblərinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir, araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmçinin qeyd etmək lazımdır ki, göstərilən maddi hüquq normalarının tələbləri baxımından yoxlama zamanı vergi orqanı tərəfindən cəlb edilmiş mütəxəssisin həyata keçirdiyi tədqiqat metodu iddiaçının gördüyü işlər üzrə əmək tutumunun hesablanması üçün əsas ola bilməz. Belə ki, mütəxəssis rəyi ilə görülmüş işlərə cəlb edilmiş muzdlu işçilərin sayını və tərkibini (fəhlə, usta, sürücü və s. olmasını) və hansı işçinin hansı işləri hansı həcmdə gördüyünü və gördüyü işlərə görə hansı həcmdə vəsait (əmək haqqı) aldıqlarını müəyyən e tmək yolverilməzdir.

56. Nəzərə alınmalıdır ki, işlərin görülməsi üçün xidmət haqqının (əmək haqqının) yuxarı və aşağı hədd müəyyən edilməmiş və hər bir işçinin vəzifəsinə görə əmək haqqısı fərqlidir. Eyni zamanda eyni növ işlərin vəzifəsi eyni olan ayrı-ayrı şəxslər tərəfindən də fərqli qiymətlərə görülməsi mümkündür. Bu arada onu da qeyd etmək lazımdır ki, əmək tutumunun hesablanması ilə bağlı “əsaslı şübhədən kənar” sübutları əldə etmək üçün vergi orqanı ən azından operativ vergi nəzarəti tədbiri həyata keçirməklə tikinti işləri gedən zaman orada faktiki işləyən işçilərin sayını və aldıqları əmək haqqının həcmini müəyyən edə bilərdi. Belə ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlərin tam təqdim edilmədikdə, mühasibat u çotu lazımi qaydada aparılmadıqda vergi orqanı ödənilməli olan verginin məbləğini VM-in 67-ci maddəsinin tələblərinə uyğun olaraq müəyyən etmək imkanı olduğu halda bunu etməmişdir. Halbuki, VM-in 67-ci maddəsində göstərilən qaydada aparılan tədqiqatın nəticələrini mötəbər sübut kimi çıxış edə bilərdi.

57. Yəni, iddiaçı tərəfindən yerinə yetirilmiş təmir-tikinti işlərində mal-materialın norma daxilində silinməsinin müəyyən edilməsinə dair sənədlərin (tikinti işlərində istifadə olunmuş malların alış sənədlərinin) olmadığına görə verginin bu qaydada yəni, tikinti gedən yerə getmədən, həmin mütəxəssislərin və iddiaçının iştirakı ilə ölçü işlərini aparmadan, işlərin izahatlarını almadan bu qaydada tərtib olunmuş mütəxəssis rəyi ilə hesablanmasını müəyyən edən hüquq normaları vergi qanunvericili yində mövcud deyildir. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz.

58. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7991 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “xx.xx.2022-ci il tarixli, **********160854 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən müəyyən edilmiş vergilər (mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyindən tutulan vergi, MDSS0111 (əmək müqaviləsi ilə işə göt ürən hüquqi şəxslər), MDSS-0112 (muzdla işləyənləri işə götürən sığortaedənlər) və maliyyə sanksiyalarının düzgün hesablanmaması müəyyən olunur. Yəni hesablanan vergi məbləğləri və maliyyə sanksiyaları vergi qanunvericiliyinin və müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun deyildir. Təqdim edilmiş sənədlər (bank çıxarışları, e-qaimə fakturalar, bəyannamələr, əmək müqavilələri üzrə bildirişlər, icarə müqavilələri, F-2-lər, arayışlar və s.) nəzərə alınmaqla isə İddiaçı tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergilərin (mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyindən tutulan vergi və MDSS-0111 (əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər), MDSS-0112 (muzdla işləyənləri işə götürən sığortaedənlər) az hesablanması müəyyən olunmur. Yəni hazırki tədqiqat la yoxlamanın əhatə etdiyi dövrdə kənarlaşma müəyyən olunmamışdır.”

59. Onu da xüsusilə qeyd etmək lazımdır ki, inzibati orqanın mübahisələndirilən inzibati aktının qəbul edilməsinə əsas olan mütəxəssis rəyi iddiaçının iştirakı olmadan əldə edilsə də, məhkəmə icraatı çərçivəsində ekspertizanın təyin edilməsi zamanı cavabdehin nümayəndəsinin iştirakı olmuş və cavabdehin ekspert qarşısında suallar qoymaq imkanı olmuşdur.

60. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi ekspertin çağırılıb dindirilməsi ilə bağlı cavabdehin vəsatətini təmin etmiş və həm ekspert rəyini tərtibində iştirak etmiş ekspert, həmçinin cavabdeh qurumun əməkdaşı şahid qismində tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında dindirilmişdir. Bu halın mövcudluğu apellyasiya şikayətinin dəlillərindən fərqli olaraq ekspe rt rəyinin açıq məhkəmə iclasında tərəflərin bərabərliyi və çəkişmə prisnsipinə riayət olunmaqla tədqiq edilməsindən və düzgünlüyünün yoxlanılmasından xəbər verir və şahid qismində ifadəsi alınmış ekspert ifadəsində gəldiyi nəticənin əsaslarını məhkəmənin və tərəflərin diqqətinə çatdırmaqla, verdiyi rəyin düzgünlüyünü bir daha təsdiq etmişdir.

61. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, mübahisələndirilən qərarla hesablanmış məbləğlərin əsaslılığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Başqa sözlə, cavabdeh mötəbər sübutlar və əsaslandırılmış ekspert rəyi əsasında əlavə vergilərin hesablandığını əsaslandırmalıdır.

62. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istinad etdiyi mütəxə ssis rəyi vergilərin hesablanmasının qanuniliyinə dəlalət edən mötəbər sübut kimi qəbul edilə bilməz.

63. Göründüyü kimi, iş üzrə məhkəmə tərəfindən təyin olunmuş ekspert rəyi ilə, cavabdeh tərəfindən təyin edilmiş «Azərekspertiza» birliyinin mütəxəssisin və ekspertin rəyinin düzgünlüyü təkzib olunur, həmçinin cavabdeh tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinin mötəbərliyini şübhə altına salan sübutlar da təqdim edilməmişdir.

64. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya i şi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı s ayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

65. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi i craat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

66. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim olunan hesabatlarında, bəyannamələrində məlumatların düzgün olmadığını mötəbər sübutlarla sübuta yetirməlidir. Cavabdehin istinad etdiyi mütəxəssis rəyi isə mötəbər sübut kimi qəbul oluna bilməz.

67. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası yoxlamanın dayandırılması ilə bağlı qərarların qeydə alınmaması ilə bağl ı apellyasiya məhkəməsinin dəlilləri ilə razılaşmır. Belə ki, xx.xx.2021-ci il tarixli KY211695404 saxlama kodlu "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışda dayandırılma əsasları və tarixləri qeyd olunduğu üçün kassatorun yoxlamanın qeydiyyatı ilə bağlı dəlilləri ilə razılaşır. Odur ki, qeyd edilənlərə əsasən vergi yoxlamasının müddəti ilə bağlı apellyasiya məhkəməsinin dəlili əsassızdır.

68. İPM-in 96.7-ci maddəsinə əsasən, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir.

69. Beləliklə, cavabdeh orqan inzibati icraat haqqında normaların, prinsiplə rin və vergi qanunvericiliyinin müddəalarının pozulması ilə inzibati icraat apardığından və bunun nəticəsində əlverişsiz inzibati akt qəbul etdiyindən, o cümlədən, İPM-nin 14.1-ci maddəsinə uyğun olaraq, cavabdeh aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən qərar qanunsuzdur. Belə olan halda, iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə apellyasiya instansiya məhkəməsi razılaşmaqda haqlı olmuşdur.

70. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

71. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 29 avqust 2023-cü il tarixli, 21(106)-198/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar