Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2610/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2610/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: iddiaçının xxxx 2014-cü il tarixə 20 il ümumi, 10 il isə xüsusi stajı olduğu halda inzibati orqanın imtinası qanunsuz olmuş, “toxucu” peşəsi güzəştli pensiya hüququ verən vəzifədir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-739/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 say lı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx 1980-cı il tarixdən xxxx 1998-ci il tarixə kimi “*****” ATSC-də toxucu sexində yun və pambıq iplikdən hazırlanan yun ədyal, yun şal, baş örtükləri və pambıq çarpayı örtükləri, pambıq-bez toxumasında “toxucu” peşəsində işlədiyini, işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında göstərildiyini, o, 52 yaşından güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla xxxx 1980-cı il tarixdən xxxx 1998-ci il tarixədək işlədiyi peşələrin həmin Siyahıda göstərilmədiyini əsas gətirərək, ona güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsindən imtina etdiyini bildirərək, ona xxxx 2014-cü il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəkeçmiş dövr üçün təyin olunmuş əmək pensiyası məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-2412/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xxxx 2014-cü il tarixdən - 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəkeçmiş dövr üçün təyin olunmuş əmək pensiyası məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim – Ş.A.Məmmədova). Bakı Apelyasiya Məhkəm əsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2076/2018 saylı qərarı ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(102)-438/19 saylı qərarı ilə (sədrlik edən Z.Quliyev, N.Rəsulbəyova və İ.Hüseynov) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, qərarı ləğv edilmiş, iş təkrar baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-739/2019 saylı qə rarı ilə (sədrlik edən K.N.Abiyeva, hakimlər M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaların ın pozuntusuna yol verilmiş, iddiaçının əmək kitabçasındakı ümumi iş stajının və xxxx 1980-ci il tarixdən xxxx 1998-ci ilədək hazırda «*****» ATSC adlanan müəssisənin toxucu sexində işlədiyi toxucu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilməmiş, ona görə də İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunaziddir. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia t ələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarını n nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-739/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxx 1962-ci il tarixdə anadan olmuş İddiaçı, əmək kitabçasına əsasən xxxx 1980-ci ildə Bakı şəhər Yerli Sənaye Nazirliyinin «Ədədi xırdavat məmulatı fabrikində toxucu sexi»nə toxucu şagirdi kimi qəbul olunmuş, xxxx 1981-ci il tarixdə toxucu kimi işləməyə başlamış və xxxx 1998-ci ilədək həmin peşədə işləmiş, xxxx 1998-ci ildən xxxx 2003-cü ilədək «*********» İstehsalat Birliyində xadimə və fəhlə işləmiş, iddiaçı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla xxxx 1980-ci il tarixdən xxxx 1998-ci ilədək hazırda «******» ATSC-nin toxucu sexində işlədiyi toxucu vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 saylı Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilmədiyinə istinad etməklə, müraciəti n təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmiş, əmək kitabçasına əsasən xxxx 2006-cı ilədək 20 ildən artıq ümumi iş stajının olması işin mübahisələndirilməyən halıdır, cavabdeh şikayətində iddiaçının xxxx 1980-ci il tarixdən xxxx 1998-ci ilədək hazırda «******» ATSC adlanan müəssisənin toxucu sexində işlədiyi toxucu vəzifəsinin Azə rbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilmədiyini qeyd etsə də, həmin Siyahının 26.1-ci bəndində iddiaçının işləmiş olduğu yun və pambıq iplikdən hazırlanan yun ədyal, yun şal, baş örtükləri və pambıq çarpayı örtükləri, pambıq-bez toxumasında “toxucu” (başqa sözlə, trikotaj məmulatların toxucusu) vəzifəsi nəzərdə tutulmuş, beləliklə, iddiaçının 52 yaşının tamam olduğu xxxx 2014-cü il tarixə 20 il ümumi, 10 isə xüsusi stajı mövcud olsa da, cavabdeh iddiaçıya, onun müraciətinə əsasən xxxx 2014-cü ildən güzəştli şərtlərlə əmək pensiyası təyin etməli olduğu halda, hal-hazıradək bunu etməmiş, cavabdehin inzibati aktın qəbulundan imtinası qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət forması ndan, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüq uqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xxxx 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə əsasən 2017-ci ilin xxxx pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin xxxx sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun (xxxx 2017-ci ilədək olan redaksiyası) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığ ortaolunanların: kişilər- 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınin xxxx 2019-cu il tarixli qərarında verilmiş göstərişləri yerinə yetirərək, işə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 saylı Qərarı i lə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 26.1-ci bəndində iddiaçının işləmiş olduğu yun və pambıq iplikdən hazırlanan yun ədyal, yun şal, baş örtükləri və pambıq çarpayı örtükləri, pambıq-bez toxumasında “toxucu” (başqa sözlə, trikotaj məmulatların toxucusu) vəzifəsinin nəzərdə tutulduğu, həmin peşənin güzəştli pensiya hüququ verdiyi, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsi tərəfindən iddiaçının xxxx 1980-ci ildən-xxxx 1998-ci il tarixədək «******» ATSC-də güzəştli iş stajı yerində yoxlanıldığı və xxxx 2017-ci il tarixli akta əsasən iddiaçının qeyd olunan dövrdə toxucu işləməsinin təsdiq olunduğu, iddiaçının 52 yaşının tamam olduğu xxxx 2014-cü il tarixə 20 il ümumi, 10 isə xüsusi s tajının mövcud olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 saylı Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 26.1-ci bəndində iddiaçının işləmiş olduğu yun və pambıq iplikdən hazırlanan yun ədyal, yun şal, baş örtükləri və pambıq çarpayı örtükləri, pambıq-bez toxumasında “toxucu” (başqa sözlə, trikotaj məmulatların toxucusu) vəzifəsinin nəzərdə tutulduğunu, həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xxxx 2007-si il tarixli qərarına əsasən güzəştli pensiya hüququ verdiyini, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsi tərəfindən iddiaçının 03 dekabr 1980-ci ildən-xxxx 1998-ci il tarixədək «*****» ATSC-də güzəştli iş stajı yerində yoxlanıldığını və xxxx 2017-ci il tarixli akta əsasən iddiaçının qeyd olunan dövrdə toxucu işləməsinin təsdiq olunduğunu, iddiaçının 52 yaşının tamam olduğu xxxx 2014-cü il tarixə 20 il ümumi, 10 isə xüsusi stajının mövcud olduğununəzərə alaraq, məhkəmə tərəfindən qəbul edilmiş qərarın qanunsuz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığı, işin hallarının tam və hərtərəfli araşdırılmadığı, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu barədə cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbayca n Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx2019-cu il tarixli, 2-1(103)-739/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-739/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2610/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2610/2019
23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver