Məhkəmə qərarları › İş №2-1(102)-2611/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2611/2019

11.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2611/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: 57 yaşdan güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı iddiaçıya g üzəştli şərtlərlə yaşa görə pensiya hüququnun 10.05.2014-cü il tarixindən tanıyaraq təyin edilməsi eləcə də pensiyanın həmin tarixdən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-377/2019 saylı iş üzrə 03.04.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 11 sentyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1957-ci il tarixdə Qazax şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. 29.04.1976-cı il tarixli əmək kitabçasına əsasə n iddiaçı 20.07.1973-cü ildən 03.11.1976-cı ilədək, 07.02.1979-cu ildən -10.08.1979-cu ilədək, 24.08.1979-cu ildən 30.09.1994-cü ilədək, 01.01.1995-ci ildən - 06.05.2009-cu ilədək, 01.03.2010-cu ildən 10.06.2010-cu ilədək, 01.07.2010-cu ildən - 01.09.2013-cü ilədək müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikası “xxxx” ASC-nin verdiyi 24.07.2018-ci il tarixli 73 nömrəli arayışına əsasən iddiaçı həqiqətən 24.08.1979-cü ildən 06.05.2009-cu ilədək (24.08.1979-cu ildə Daraqla darayıcı sexində usta köməkçisi, 23.01.1980-ci ildə usta köməkçisinə 4-cü dərəcə, 01.02.1981-ci ildə qarışdırıcı sexə 4-cü dərəcə ilə usta köməkçisi, 12.01.1983-cü ildə toxunulmayan mallar sexindəki dəzgahlara 5-ci dərəcəli usta köməkçisi, 01.01.1995-ci ildə usta köməkçisinə 6-cı dərəcə, 06.05.2009cu ildə işdən azad edilsin) Bakı xxxx Kombinatında işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ haqqında qərarına əsasən İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Toxuculuq istehsalatı, əyirici istehsalatının daraqla darayıcı, qarışdırıcı və toxunulmayan mallar sexlərində usta köməkçisi peşəsində işləmişdir. İşlədiyi dövrdə bilavasitə hazırlıq sexlərindəki toxuculuq dəzgahlarına xidmət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 18.04.2018-ci il tarixdə yaşa görə əmək pensiya təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş və müraciətinə aşağıdakı məzmunda imtina cavabı almışdır: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dö vlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi, sizin 18.04.2018-ci il tarixli yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizənizə əsasən bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahı üzrə) çalışan sığorta olunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin 12 il 06 ayını həmin işlərdə çalışmışdırsa və fərdi hesabın sığorta hissəsində qey də alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məlumat üçün sizə bildiririk ki, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanuna ziddir. Şöbəyə təqdim etdiyiniz əmək kitabçasında qeyd olunan 1983-cü il tarixdən 1999-cu il tarixədək olan dövrdə işlədiyiniz peşə nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” nə də Azə rbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan yaşa görə güzəştli şərtlərlə pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 nömrəli qərarı ilə qüvvədən düşmüşdür) nəzərdə tutulmamışdır. Sizin ərizənizə əlavə etdiyiniz işlədiyiniz müəssisənin 03.10.2016-cı il tarixli 09 saylı arayışında qeyd olunan 01.01.1999-cu il tarixdən 06.05.2009-cu il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğunuz dövr sosial sığorta stajına daxil edilmir. İddiaçı xx xxx 1957-ci il tarixdə anadan olmuşdur. 2 0.08.1973cü ildən əmək fəaliyyətinə başlamışdır. 09.11.1976-cı il tarixdən 25.10.1978-ci il tarixədək olan müddət ərzində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra (24.08.1979-cu il tarixdə) isə Bakı xxxx Kombinatında Daraqla darayıcı sexinə usta köməkçi qəbul olunmuş və 06.05.2009-cu il tarixə qədər həmin kombinatın müxtəlif sexlərində usta köməkçisi kimi fəaliyyət göstərmişdir. Ümumi iş stajı 20.08.1973-cü ildən 06.05.2009-cu ilədək olan dövrlərdə 25 ildir. Belə ki, 20.07.1973-cü il tarixdən 01.01.1999-cu il tarixə qədər olan müddət ərzində əmək stajı 24 il 10 ay 4 gündür. 01.01.1999-cu il tarixdən 06.05.2009-cu il tarixə isə müəssisənin fəaliyyətinin dayandırılması səbəbindən ödənişsiz (öz hesabına) məzuniyyətə buraxılmışdır. Azərbaycan Respublikası Əmək Məcə lləsinin 146-cı maddəsinə (Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi) əsasən Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər - təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Odur ki, ona güzəştli şərtlərlə yaşa görə təyin edilməsində hər hansı bir mane yoxdur. Belə ki, onun pensiya almaq hüququ 01.07.2017-ci il tarixədək qüvvədə olan Əmək pensiyaları haqqında Qanunla nizama salınmalı olduğu üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin ona ünvanladığı imtina məktubunda imtina üçün səbəb gətirilən şərtlərin heç bir aidiyyəti yoxdur. Eləcə də onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ 57 yaşının tamam olduğu gündən yəni 10.05.2014-cü il tarixdən yarandığı üçün qanunvericiliyə əsasən ona pensiya həmin tarixdən hesablanıb verilməlidir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun 10.05.2014-cü il tarixindən tanıyaraq təyin edilməsi, eləcə də pensiyanın həmin tarixdən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 04.10.2018-ci il tarixli iş № 2-1(82)3418/2018, (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 04.10.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 03.04.2019-cu il tarixli iş № 2-1(103)-377/2019 (hakimlər Kəmalə Abiyeva - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin 2-1(103)-377/2019 saylı 04.10.2018-ci il tarixli qərarının ləğv edilməsi, yeni qərarın qəbul edilməsi, iddianın təmin edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Bundan əlavə vətəndaş ın əmək kitabçasında qeyd olunan 1983-cü il tarixdən 1999-cu il tarixədək olan dövrdə işlədiyi peşə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 nömrəli qərarı ilə qüvvədən düşmüşdür) nəzərdə tutulmamışdır. Vətəndaşın işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş 2 Saylı Siyahısında hansı təsnifatda, hansı kodla təsdiq o lunması iş üzrə müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İnzibati Prosessual Məcəllədə göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. P rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Prosessual qanunvericiliyə müvafiq olaraq kasasiya instansiyası məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadın tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tə tbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ-hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının 03 aprel 2019-cu il tarixli, 2-1(103)-377/2019 saylı qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 03.04.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.04.2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublik asının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya ş ikayətində qeyd etmişdir ki, vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Bundan əlavə vətəndaşın əmək kitabçasında qeyd olunan 1983-cü il tarixdən 1999-cu il tarixədək olan dövrdə işlədiyi peşə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tar ixli 217 nömrəli qərarı ilə qüvvədən düşmüşdür) nəzərdə tutulmamışdır. Vətəndaşın işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş 2 Saylı Siyahısında hansı təsnifatda, hansı kodla təsdiq olunması iş üzrə müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İnzibati Prosessual Məcəllədə göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmam ış hesab edilir. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Prosessual qanunvericiliyə müvafiq olaraq kasasiya instansiyası məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadın tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ-hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kassasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyas ı hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta staj ına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta st ajı dövrlərinə bölünür. Həmin qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının 01 yanvar 1999-cu ilədək, iddiaçının hərbi xidmət dövrü (1 il, 11 ay) də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Həmin dövrün hansı hissəsinin xüsusi iş stajına aid olmasına gəldikdə, iddiaçıya məxsus əmək kitabçasına və “xxxx” ASC tərəfindən verilmiş 24 iyul 2018-ci il tarixli arayışa əsasən iddiaçı 23 yanvar 1979-cu ildə Bakı xxxx Kombinatında Daraqla darayıcı sexinə usta köməkçisi, 12 yanvar 1983-cü ildən 2009-cu ilədək toxunulmayan mallar sexindəki dəzgahlara usta köməkçisi, vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”na əlavə edilmiş, “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsala tların və peşələrin Siyahısı”nda əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət verən ustalar və usta köməkçiləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının 01 yanvar 1999-cu ildən 06 may 2009-cu il tarixədə, işlədiyi müəssisədə öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövr nəzərə alınmadan, iddiaçı 01 yanvar 1999-cu ilədək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşəl ərin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”na əlavə edilmiş, “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”nda nəzərdə tutulmuş “toxuculuq dəzgahlarına xidmət edən usta köməkçi” kimi 12 il 6 aydan artıq müddətdə işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 20 17-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların; kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalış mışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İş materiallarından göründüyü kimi, iddiaçı 57 yaşına çatanadək (10 may 2014-cü il) 25 ildən artıq sığorta stajı toplamış və həmin mü ddətin 12,5 ildən çoxunu 26 sentyabr 2006-cı ilədək qüvvədə olmuş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nda nəzərdə tutulmuş əmək şəraiti xüsusilə zərərli olan işlərdə çalışmışdır. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının həmin dövrdə qüvvədə olmuş əmək pensiyası qanunvericiliyinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yarandığı üçün cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Bü tün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 03.04.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.04.2019-cu il tarixli 2-1(103)377/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakim

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar