Məhkəmə qərarları › İş №2-1(102)-2611/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2611/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2611/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin yenidən təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1963, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentli yinə qarşı “əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 2-1(104)-330/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. TSEK müayinələri barədə məlumatlarda qeyd edilənlərə əsasən İddiaçı xx.xx.2013-cü il tarixli müayinə nəticəsində 1 il müddətinə, xx.xx.2014-cü il tarixli müayinə nəticəsində 1 il müddətinə, xx.xx.2015-ci il tarixli müayinə nəticəsində 1 il müddətinə və xx.xx.2016-cı il tarixli müayinə nəticəsində 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir.

2. TSEK müayinələri barədə məlumatda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli müayinə nəticəs ində İddiaçı əlillik təyin edilməsindən imtina edilmiş, səbəb: xəstəliyin xarakterini və göndərişdə qeyd edilən klinik əlamətlərin ağırlığını nəzərə alaraq aktiv sürücülük vəsiqəsinə malik olması məsələsinin dəqiqləşdirilməsi olmuşdur. Müayinə nəticəsində diaqnozun mətni “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Mərkəzi sinir sisteminin üzvü xəstəliyi nəticəsində yaranmış dayanıqlı ruhi pozulmalar. aqressiv fobil sindrom. Şəxsiyyətin dəyişməsi Ağırlaşma F23.8 Digər kəskin və ötüb keçən psixotik pozğunluqlar, Aqressiv fobil sindrom. Şəxsiyyətin dəyişməsi Yanaşı xəstəliklər H90 Eşitmənin konduktiv və neyrosensor itirilməsi, Eşitmənin zəif olması, Yanaşı xəstəliklər F80 Nitq və dilin inkişafının spesifik pozğunluqları, Nitqin qüsurlu olması”dır.

3. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021- ci il tarixli, 85 nömrəli arayışından görünür ki, İddiaçı məxsus olan AC667652 nömrəli sürücülük vəsiqəsi xəstəliyi ilə bağlı ləğvolunma ilə əlaqədar təhvil alınmış və avtonəqliyyat vasitələrini idarə etmək hüququ ləğv edilmişdir.

4. Baş Dövlət Yol Polisi İdarəsinin Tovuz RQİ və TB bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərin ə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddianın əsaslarına görə iddiaçı 1963-cü il təvəllüdlüdür, Qarabağ əlili təqaüdü almış, 2021-ci il sentyabr ayından etibarən dayandırılmışdır. Belə ki, təqaüd ona 5 (beş) illik ayrılmışdır. Lakin döyüşlər zamanı aldığı xəsarətlərdən hələ də əziyyət çəkir. Ona ruhiəsəb xəstəliyi diaqnozu qoyulmuşdur. AR DİN-nin DYP-nin verdiyi 016-85 saylı, xx.xx.2021-ci il tarixli arayışı ilə nəqliyyat vasitələrini idarə etmək hüququ da ləğv edilmişdir. İşləmək qabiliyyəti yoxdur, bu səbəbdən də ona təyin edilmiş əlilliyin bərpası zərurəti yaranmışdır. Bununla bağlı cavabdeh quruma xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etsə də, ərizəsinə cavab verilməmişdir.

7. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, idd iaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi… Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Mərkəzi sinir sisteminin üzvi xəstəliyi nəticəsində yaranmış dayanıqlı ruhi pozulmalar, depressiv-fobik sindrom. Şəxsiyyətin dəyişkənliyi ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.10" səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - S imptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi…; Diaqnozun mətni: F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Mərkəzi sinir sisteminin üzvü xəstəliyi nəticəsində yaranmış dayanıqlı ruhi pozulmalar. aqressiv fobil sindrom. Şəxsiyyətin dəyişməsi Ağırlaşma F23.8 Digər kəskin və ötüb keçən psixotik pozğunluqlar, Aqressiv fobil sindrom. Şəxsiyyətin dəyişməsi Yanaşı xəstəliklər H90 Eşitmənin konduktiv və neyrosensor itirilməsi, Eşitmənin zəif olması, Yanaşı xəstəliklər F80 Nitq və dilin inkişafının spesifik pozğunluqları, Nitqin qüsurlu olması; Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyinin xarakterini və göndərişdə qeyd edilən kliniki əlamətlərin ağırlığını nəzə rə alaraq, aktiv sürücülük vəsiqəsinə malik olması məsələsi dəqiqləşdirilsin;" səbəbi ilə imtina verilmişdir. "F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, mərkəzi sinir sisteminin üzvü xəstəliyi nəticəsində yaranmış dayanıqlı ruhi pozulmalar, aqressiv fobil sindrom. Şəxsiyyətin dəyişməsi. Ağırlaşma F23.8 Digər kəskin və ötüb keçən psixotik pozğunluqlar, Aqressiv fobil sindrom. Şəxsiyyətin dəyişməsi Yanaşı xəstəliklər H90 Eşitmənin konduktiv və neyrosensor itirilməsi, Eşitmənin zəif olması, Yanaşı xəstəliklər F80 Nitq və dilin inkişafının spesifik pozğunluqları, Nitqin qüsurlu olması;" - göstərilən bu xəstəliklərlə iddiaçı sürücülük vəsiqəsi ala bilməzdi. Qeyd olunan xəstəliklərlə sürücülük vəsiqəsinin eyni vaxtda olması əks göstərişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzd ur.

8. Gəncə İnzibati Məhkəməsinin (hakim F.Hüseynov) xx.xx.2023-cü il tarixli, 21(114)-169/2023 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının əlilliyinin təyinindən imtinaya səbəb olan hal aradan qalxmışdır. Həmçinin xx.xx.2016-cı il tarixli müayinə nəticəsində iddiaçıya qoyulmuş diaqnozla əlillik təyinatına əsas vermiş əvvəlki diaqnoz üst-üstə düşdüyündən iddiaçıya yenidən əlillik təyin edilməlidir.

10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi bar ədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 2-1(104)-330/2023 nömrəli qərarı ilə (hakimlər A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-169/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-l(104)-330/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİ YA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının müraciətinə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021 -ci il tarixli göndərişi əsasında baxılmış və X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Mərkəzi sinir sisteminin üzvü xəstəliyi nəticəsində yaranmış dayanıqlı ruhi pozulmalar, aqressiv fobil sindrom. Şəxsiyyətin dəyişməsi Ağırlaşma F23.8 Digər kəskin və ötüb keçən psixotik pozğunluqlar, Aqressiv fobil sindrom. Şəxsiyyətin dəyişməsi Yanaşı xəstəliklər H90 Eşitmənin konduktiv və neyrosensor itirilməsi, Eşitmənin zəif olması, Yanaşı xəstəliklər F80 Nitq və dilin inkişafının spesifik pozğunluqları, Nitqin qüsurlu olması; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyinin xarakterini və göndərişdə qeyd edilən kliniki əlamətlərin ağırlığını nəzərə alaraq, aktiv sürücülük vəsiqəsinə malik olması məsələsi dəqiqləşdirilsin;” səbəbi ilə imtina verilmişdir.

15. Göründüyü kimi, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, mərkəzi sinir sisteminin üzvü xəstəliyi nəticəsində yaranmış dayanıqlı ruhi pozulmalar, aqressiv fobil sindrom. Şəxsiyyətin dəyişməsi. Ağırlaşma F23.8 Digər kəskin və ötüb keçən psixotik pozğunluqlar, Aqressiv fobil sindrom. Şəxsiyyətin dəyişməsi Yanaşı xəstəliklər H90 Eşitmənin konduktiv və neyrosensor itirilməsi, Eşitmənin zəif olması, Yan aşı xəstəliklər F80 Nitq və dilin inkişafının spesifik pozğunluqları, Nitqin qüsurlu olması;” - göstərilən bu xəstəliklərlə iddiaçı sürücülük vəsiqəsi ala bilməzdi. Qeyd olunan xəstəliklərlə sürücülük vəsiqəsinin eyni vaxtda olması əks göstərişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur.

16. Apellyasiya məhkəməsi 2016-cı ildə iddiaçı barəsində tətbiq edilən diaqnozu 2021-ci ildə son təyin edilən diaqnoz ilə eyniləşdirməklə cavabdehin üzərinə qanunsuz öhdəlik qoymuşdur. Diaqnozlarda müəyyən eyniliklərin olması ona əsas vermir ki, iddiaçı barəsində yenidən əlillik qiymətləndirilən zaman ona yenidən əlillik təyin edilsin. Bu səbəbdən də, apellyasiya məhkəməsinin də qərarından göründüyü kimi, 2016-cı il ilə 2021-ci il arasında olan diaqnozun tam şəkildə deyil müəyyən qismi uyğunluq təşkil etmişdir.

17. Məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin 48-ci, 73-cü maddələrinin tələblərinə əməl edilməmişdir.

18. Odur ki, agentlik tərəfindən hər hansı qeyri-qanuni hərəkət edilməmiş və diaqnoz ona əlillik təyin edilməsinə əsas vermədiyi üçün agentlik tərəfindən belə bir qərar qəbul edilmişdir.

19. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspe rt komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur.

20. Həmçinin əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-s osial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir.

21. Məhkəmə heç bir qanuni əsas olmadan agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir.

22. Beləliklə, iş materiallarında olan sənədlərdən də aydın olur ki, cavabdeh orqan tərəfindən hər hansı bir maddi hüquq normasının pozulmamasına baxmayaraq, məhkəmə tərəfindən əsassız qərar qəbul edilmişdir.

23. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız m üvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etməli olmasına rəğmən əlilliyin təyin edilməsini və bunun cavabdeh orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirməyərək, ciddi qanun pozuntusuna yol vermişdir.

24. İddiaçıya əlillik dərəcəsinin təyin edilməsi istiqamətində agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə qarşı e tiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaq la keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir 3.2. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə

6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdaf iə etmək hüququ vardır. 27. 01.07.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəs i haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məiş ət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. Ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11. 0, İ13-İ13.2, İ20-İ25, İ30İ31.9, İ33); ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15A16.9,J96-J96.9); ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9); ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23, E23.7, E2424.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); E23.2, E23.7, E2424.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80G80.9); qabarıq yaddaş zəif liyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9); hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47H47.5, H52-H53.9); epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9 ); İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00C97); xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri hallarında ikinci dərəcə əlillik təyin edilir.

28. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini g östərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əli llik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən mü əyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətlənd irilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. 30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda b aşqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt h əmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

31. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfind ən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmu ş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KA SSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işi n faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımı qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi i lə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

39. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı əlillik vəziyyəti əvvəllər Tibbi-ekspert komissiyasında qiymətləndirilmiş və ona xx.xx.2013-cü il tarixli müayinə nəticəsində 1 il müddətinə, xx.xx.2014-cü il tarixli müayinə nəticəsində 1 il müddətinə, xx.xx.2015-ci il tarixli müayinə nəticəsində 1 il müddətinə və xx.xx.2016-cı il tarixli müayinə nəticəsində 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli müayinə nəticəsində isə ona əlilliyin təyin edilməsindən imtina edilmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2016-cı il tarixli müayinə nəticəsində İ ddiaçı qoyulmuş diaqnoz ilə (Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Mərkəzi sinir sisteminin üzvi xəstəliyi nəticəsində yaranmış dayanıqlı ruhi pozulmalar, depressiv-fobik sindrom. Şəxsiyyətin dəyişkənliyi ilə) İİ dərəcə əlillik təyin edildiyi halda, xx.xx.2021-ci il tarixli müayinə nəticəsində eyni diaqnoz (F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Mərkəzi sinir sisteminin üzvü xəstəliyi nəticəsində yaranmış dayanıqlı ruhi pozulmalar. aqressiv fobil sindrom. Şəxsiyyətin dəyişməsi Ağırlaşma F23.8 Digər kəskin və ötüb keçən psixotik pozğunluqlar, aqressiv fobil sindrom. Şəxsiyyətin dəyişməsi Yanaşı xəstəliklər H90 Eşitmənin konduktiv və neyrosensor itirilməsi, Eşitmənin zəif olması, Yanaşı xəstəliklər F80 Nitq və dilin inkişafının spesifik pozğunluqları, Nitqin qüsurlu olması) qoyulsa da, əlilliyin təyin edilməsindən imtina edilmişdir.

41. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, eyni indekslə əvvəllər əlillik dərəcəsi təyin edildiyindən və əlillik dövründə əlilliyə səbəb olan xəstəlik davam etdiyindən növbəti dəfə əlillik təyin olunmasından imtina edilməsinin hüquqi əsası olmamışdır.

42. Həmçinin İddiaçı məxsus olan AC667652 nömrəli sürücülük vəsiqəsi xəstəliyi ilə bağlı ləğvolunma ilə əlaqədar təhvil alınmış və avtonəqliyyat vasitələrini idarə etmək hüququ ləğv edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək AC667652 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir.

43. İddiaçının əlilliyinin təyinindən imtinaya səbəb olan hal - avtonəqliy yat vasitələrini idarə etmək hüququ, həmin hüququ vermiş inzibati orqan onun xəstəliyi ilə əlaqədar ləğv etdiyindən bu halı aradan qaldırmışdır.

44. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 21(104)-330/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar