Məhkəmə qərarları › İş №2-1(102)-2612/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2612/2019

30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2612/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti)qarşı iş üzrə QƏRAR (Açar söz: plan-sxemin verilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil, üçüncü şəxs Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabde h Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ( üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti ) «bağ sahəsinə dair plan-ölçü sənədlərinin verilməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 17 may 2019-cu il tarixli 2-1(103)-1165/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin X1 və İstismarı Birliyi tərəfindən 17707 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən Ünvan1 yerləşən sahəsi 0.25 ha olan 19b saylı bağ sahəsinin icarəçisi hesab edilməsi və müvafiq bağ sahəsinə dair plan-sxemin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcraiyyə komitəsinin X1 və İstismarı Birliyi tərəfindən 17707 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən Ünvan1 yerləşən, sahəsi 0.25 ha olan 19b saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Bağ sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir. İddiaçı həmin bağ sahəsinin öz adına rəsmiləşdirilməsi üçün plan-sxemin verilməsi məqsədilə cavabdeh idarəyə müraciət e tmiş, lakin cavabdeh idarə onun tələbinin təmin edilməsindən imtina etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1522/2012 saylı 11 iyul 2012-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhər XDS İK X1 və İstismarı Birliyinin 177707 saylı 23 avqust 1990-cı il tarixli icarə müqaviləsinə əsasən İddiaçı Ünvan1 yerləşən sahəsi 0.25 ha olan 19 “b” saylı bağ sahəsinin icarəçisi hesab edilmiş və müvafiq bağ sahəsinə plan-sxemin verilməsi öhdəliyi cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı istifadəsinə verilmiş torpaq sahəsindən uzun illər əzində sahiblik etdiyinə görə mülkiyyət hüquqlarından istifadə edə bilər və istifadəsində olan torpaq sahəsinə plan-sxem verilməsini cavabdehdən tələb edə bilər. 2 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinin 2in(82)-1522/2012 saylı 11 iyul 2012-ci il tarixli qərarı icra edilərək iddiaçıya torpaq sahəsinin planı və ölçüsü verilmiş, o cümlədən 14.09.2012-ci ildə iddiaçının torpaq üzərində hüquqları dövlət qeydiyyatına alınmışdır. Daha sonra işdə iştirak etməyə cəlb edilməyən Bakı şəhəri İcra Hakimiyyəti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1522/2012 saylı 11 iyul 2012-ci il tarixli qərarından apellyasiya şikayəti verərək, işə cəlb edilməklə icraatın təzələnməsini və qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29.08.2016-cı il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilmiş, onun apellyasiya şikayəti üzrə məhkəmə icraatı mümkün sayılmışdır. Həmçinin, eyni qərardadla Bakı şəhər Suraxanı İcra Hakim iyyəti üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2017-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1522/2012 saylı iş üzrə 11 iyul 2012-ci il tarixli qərarı ləğv edilmiş və iş üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin iştirakı ilə yenidən baxılması üçün 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(103)-165/2018 saylı, 15 may 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iki tələbi vardır: iddiaçının bağ sahəsinin icarəçisi hesab edilməsi və ba ğ sahəsinə dair plan-sxemin verilməsi. Birinci tələblə bağlı məhkəmə hesab etmişdir ki, icarə müqaviləsi ləğv edilmədiyi və ya etibarsız hesab edilmədiyindən belə iddianın qaldırılmasına ehtiyac yoxdur. İkinci tələblə bağlı məhkəmə hesab etmişdir ki, qaldırılan məsələ hazırkı cavabdehin səlahiyyətlərinə aid olmadığından belə öhdəlik cavabdehin üzərinə qoyula bilməz. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(103)-165/2018 saylı, 15 may 2018-ci il tarixli qərardadından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2575/2018 saylı, 31.10.2018-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-165/2018 saylı, 15 may 2018-ci il tarixli qərardadı qismən Ünvan 1 yerləşən, sahəsi 0.25 ha olan 19b saylı bağ sahəsinə dair plansxemin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tələbində bağ sahəsinə dair plan-sxemin verilməsini xahiş etsə də, onu hüquqi marağı əslində torpaq sahəsinə plan-ölçü sənədinin verilməsindən ibarətdir. Torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və verilməsi DƏDRX-nin fəaliyyət istiqamətlərinə aiddir. İddiaçıya İPM-nin 13-cü maddəsinin tələbləri baxımından yardım edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1111/2019 saylı, 14.02.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edil məmişdir. Məhkəmə hesab etmişdir ki, plan-ölçü daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı məqsədi ilə tərtib edilən texniki sənəddir və çıxarışın ayrılmaz hissəsini təşkil edir. İddiaçı cavabdeh orqana müraciət etdiyi dövrdə torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınmadığından iddiaçının hazırkı tələbi qanunsuzdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1111/2019 saylı, 14.02.2019-cu il tarixli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1165/2019 saylı, 17.05.2019-cu il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1111/2019 saylı, 14.02.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı h üquqların dövlət qeydiyyatı üçün deyil, plan və ölçünün verilməsi üçün müraciət etmiş və cavabdeh orqana müraciət etdiyi dövrdə torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınmadığından iddiaçının hazırkı tələbi qanunsuzdur. Bundan əlavə, Bakı şəhər İcraiyyə Komitəsinin X1 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanılmış 23.08.1990-cı il tarixli icarə müqaviləsi 10 illik bağlanılmış, müqavilənin müddəti 23.08.2000-ci ildə bitməsinə baxmayaraq müqavilənin müddəti artırılmamışdır. Həmçinin tərəflərin etirazı olmadıqda müddətin uzadılması müqavilədə nəzərdə tutulmamışdır. Baxılan iş üzrə iddiaçının mübahisəli torpaq sahəsi üzərində hazırkı halda hər hansı hüququnun olması işin hallarından müəyyən edilmədiyindən cavabdeh inizbati orqanın imtinası qanuni və əsaslı olduğundan iddiaçının hə r hansı hüquqlarının pozulmasına səbəb olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1165/2019 saylı, 17.05.2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılarkən heç bir müvafiq araşdırma aparılmamış,həmin qərar qəbul edilərkən birinci instansiya məhkəməsinin qərarında göstərilənlərin köçürülməsi ilə kifayətlənilmişdir. Bundan əlavə, cavabdehin imtinasının əsasını bağ sahəsinə dair arxiv qovluğunun olmaması təşkil edir. Halbuki, bu iddiaçının təqsiri deyildir. Həmçinin, işə baxan apellyasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, iddiaçı cavabdeh orqana müraciət etdiyi dövrdə torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınmadığından iddiaçının hazırkı tələbi qanunsuzdur. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçının hüquqları qeydiyyata alınmış olsaydı hazırk iddia ilə məhkəməyə müraciət etməyə lüzum olmazdır. X2 Məcəllənin 92.0.6-cı maddəsinə istinad edərək şikayətin təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1165/2019 nömrəli 17 may 2019-cu il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin plan-ölçü sənədinin verilməsin hissəsində təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə cavabdehin və 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsinin i ştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1165/2019 nömrəli 17 may 2019-cu il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin plan-ölçü sənədinin verilməsin hissəsində təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin 21(103)-1165/2019 nömrəli 17 may 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələb i onun istifadəsində olan bağ sahəsinə dair plan və ölçünün verilməsidir. İddiaçı iddia tələbinin əsası kimi Bakı şəhər İcraiyyə Komitəsinin X1 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanılmış 23.08.1990-cı il tarixli icarə müqaviləsinə istinad etmişdir. Həmin müqaviləyə əsasən iddiaçıya Hövsan qəsəbəsində 0.25 ha ölçüdə 19b saylı bağ sahəsi verilmiş, icarə müqaviləsi 10 illik müddətə bağlanılmışdır. İddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşan apellyasiya instansiya məhkəməsini öz qərarını belə əsaslandırmışdır ki, iddiaçı hüquqların dövlət qeydiyyatı üçün deyil, plan və ölçünün verilməsi üçün müraciət etmiş və cavabdeh orqana müraciət etdiyi dövrdə torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınmadığından iddiaçının hazırkı tələbi qanu nsuzdur. Bundan əlavə, Bakı şəhər İcraiyyə Komitəsinin X1 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanılmış 23.08.1990-cı il tarixli icarə müqaviləsi 10 illik bağlanılmış, müqavilənin müddəti 23.08.2000-ci ildə bitməsinə baxmayaraq müqavilənin müddəti artırılmamış, tərəflərin etirazı olmadıqda müddətin uzadılması müqavilədə nəzərdə tutulmamışdır. Beləliklə iş üzrə iddiaçının mübahisəli torpaq sahəsi üzərində hazırki halda hər hansı hüququnun olması işin hallarından müəyyən edilmədiyindən cavabdeh inizbati orqanın imtinası qanuni və əsaslı olduğundan iddiaçının hər hansı hüquqlarının pozulmasına səbəb olmamışdır. Müqavilə müddətinin 10 il olması və müqavilənin müddəti artırılmamasına dair apellyasiya instansiya məhkəməsinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, müqavi lədə tərəflərin etirazı olmadıqda müddətin uzadılması nəzərdə tutulmasa da, tərəflər arasında müqavilə 23.08.1990-cı il tarixdə bağlanıldığından həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının tələbləri nəzərə alınmaqla icarə müqaviləsinə qiymət verməli olduğu halda bunu etməmiş, ümumiyyətlə isə öz nəticəsini hər hansı maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, müqavilə bağlanılan dövrdə qüvvədə olan Mülki Məcəllədə icarə müqaviləsi ilə bağlı xüsusi normalar nəzərdə tutulmasa da, icarə münasibətlərinə əmlak kirayəsi müqaviləsinə dair normalar tətbiq edilirdi. Həmin Məcəllənin 276-cı maddəsinə əsasən müqavilə müddəti keçdikdən sonra kirayədarın etirazı olmadan əmlakdan istifadə davam etdirildiyi halda müqavilə təzələnmiş hesab olunur. Bundan əlavə, məhkəmə kollegiyası apellya siya instansiya məhkəməsinin “iddiaçının hüquqlarının dövlət qeydiyaytına alınmamasına dair” dəlilləri ilə əlaqədar qeyd edir ki, iddiaçı icarəyə verilən torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata almasa da, onun icarə müqaviləsi qüvvədə olduğu halda, başqa sözlə sözügeədn torpaq sahəsinin onun qanuni istifadəsində olması müəyyən edildiyi halda, onun həmin torpaq üzərində gözlənilən mülkiyyət hüququ vardır. “V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15.01.2010-cu il tarixli qərarına əsasən “Sahiblik və istifadə hüquqlarını həy ata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci m addəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair təl əblərini də əhatə edə bilər (§ 124).” “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Beləliklə, apellyasiya instansiya məhkəməsi, Bakı şəhər İcraiyyə Komitəsinin X1 və İstismarı Birliyi ilə iddiaçı arasında icarə müqaviləsinin baölandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərini, “V.Q. Teryoxinin ş ikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15.01.2010-cu il tarixli qərarında əks olunmuş mövqeyi, “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrinin tələblərini nəzərə almadan qərar qəbul etmiş və öz qərarını ümumiyyətlə əsaslandırmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə gö ndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə təkrar baxan apellyasiya məhkəməsi hazırkı iş üzrə müqavilənin qüvvədə olma müddətinə dair məsələyə müqavilənin bağlandığı anda qüvvədə olan maddi hüquq normalarının tələbləri baxımından qiymət verilməli, maddənin tələbinə uyğun olaraq icarə münasibətlərinin müqavilə müddətinin bitməsindən sonra da davam etdirildiyi qənaətinə gəlindiyi halda, başqa sözlə iddiaçının gözlənilən mülkiyyət hüququnun olması müəyyən edildiyi halda, həmin müqavilə əsasında iddiaçıya məxsus torpaq sahəsinə dair plan və ölçünün verilməsi məsə ləsinə qiymət verilməlidir. Bundan əlavə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən, sahəsi 0.25 ha olan 19b saylı bağ sahəsinin hal-hazırda hansı torpaq kateqoriyasına aid olması və hal-hazırda həmin torpaq üzərində kiminsə mülkiyyət hüququnun tanınıb-tanınmaması hallarını (bələdiyyə və ya xüsusi mülkiyyətdə olması) araşdırılmalı, belə bir hal müəyyən edilərsə, həmin şəxslərin iştirakı ilə işə baxmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1165/2019 nömrəli 17 may 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar