Məhkəmə qərarları › İş №2-1(102)-2612/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2612/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2612/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1, X13 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğvi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, X13 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqa tala Ərazi İdarəsinə qarşı "A seriyalı 118499 nömrəli (**********0353 kadastr nömrəli) və A seriyalı 129071 nömrəli (**********0353 kadastr nömrəli) “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin, 22 dekabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 41 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın, JN seriyalı 923 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən 2911.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşdüyü hissələrdə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 6 iyun 2024-cü il tarixli, 21(107)-215/2024 nömrəli qərarından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçılara aid hüquqmüəyyənedici sənədlər:

1. Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarı əsasında Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1.94 ha torpaq sahəsi X20 4 nəfər ailə üzvü ilə birlikdə ayrılmışdır. Bununla bağlı, JN-923 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmiş, Dövlət aktında torpağı təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı göstərilmişdir.

2. JN-923 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçılara ayrılmış torpaq sahəsi 2911,60 kv.m, 2452,93 kv.m, 4786,85 kv.m və 9267,15 kv.m olmaqla 4 ayrı-ayrı hissədən ibarətdir və bu hissələr müvafiq olaraq, 923A, 923B, 923Q, 923D planşet nömrələri ilə göstərilmişdir.

3. İddiaçılara məxsus torpaq sahələri ilə bağlı A129480, A129327 və A129470 nömrəli plan-ölçü sənədləri tərtib edilmişdir. 4. 2002-ci il tarixdə iş üzrə üçüncü şəxslərdən X8 iş üzrə iddiaçılardan İddiaçı1 və X18 qarşı Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsində mübahisə predmeti olan 2911,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müvafiq icazə sənədləri olmadan inşa edilmiş fərdi yaşayış evindən çıxarılmalarını tələb etmiş, İddiaçı1 və X23 isə X4 qarşı qarşılı iddia verərək həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsini xahiş etmişdir.

5. Zaqatala Rayon Məhkəməsinin 23 aprel 2002-ci il tarixli, 2-32 nömrəli qətn aməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia isə təmin edilərək İddiaçı1 və X14 hazırda mübahisə predmeti olan 2911,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilmişdir.

6. AZ-İ 100598 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X23 xx.xx.2004-cü ildə vəfat etmişdir. Üçüncü şəxslərə aid hüquqmüəyyənedici sənədlər:

7. Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarı əsasında Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 2 ha torpaq sahəsi X9 4 nəfər ailə üzvü ilə birlikdə ayrılmış və bu barədə JN-921 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmiş, Dövlət aktında torpağı təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı göstərilmişdir.

8. JN-921 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X9 4 nəfər ailə üzvü ilə birlikdə ayrılmış torpaq sahəsi 2536,44 kv.m, 6500,35 kv.m və 10972,33 kv.m olmaqla 3 ayrı-ayrı hissədən ibarətdir və bu hissələr müvafiq olaraq, 921A, 921V, 921B planşet nömrələri ilə göstərilmişdir.

9. A118499 nömrəli plan-ölçü sənədi Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarı əsasında Bəhmətli kəndində yerləşən 2153.83 kv.m həyətyanı torpaq sahəsinə münasibətdə X6 adına tərtib edilmişdir.

10. Bəhmətli kənd İƏD-si üzrə nümayəndəliyin xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Bəhmətli kənd inzibati ərazi dairəsinin 10№-li təsərüfatbaşına kitabın 127-ci səhifəsində mərhum X6 adına 1960-cı ildə tikilmiş, 1 mərtəbəli, 2 otaqlı, 80 kv.m ümumi, 60 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evi və 0.21 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir.

11. Noyabr 2001-ci il tarixli, 701 inventar nömrəli texniki pasportdan görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti X15, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.20 ha, faktiki 0.23 ha göstərilmiş, tikilinin inşa olunduğu il 1960-cı il qeyd edilmişdir. 12. xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli, 135 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 0.2153 ha, faktiki sahə 0.2153 ha, Liter A tikilisinin inşa olunduğu il 1960-cı il qeyd edilmişdir. 13. 402013068488-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (Seriya RX №1202306) əsasən Zaqatala rayonu Bəhmədli kəndinə yerləşən 0.2153 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi X15 (1/4), X8 (2/4) və Məmmədov İlham Musa oğlunun (1/4) paylı mülkiyyətindədir.

14. Sonradan həmin fərdi yaşayış evi və torpaq sahəsi tam mülkiyyət hüququ ilə Məmmədov İlham Musa oğlunun adına qeydə alınmış və Seriya RX ******* nömrəli çıxarış verilmişdir.

15. Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarı əsasında Bəhmətli kəndində yerləşən 9905,71 kv.m torpaq sahəsinə münasibətdə X10 (üçüncü şəxs Qəşəng Cumayevanın atası) adına A129071 nömrəli plan-ölçü sənədi tərtib edilmişdir. Cavabdehə müraciət və imtina:

16. İddiaçılar JN seriyalı 923 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda 923 A planşet nömrəsi ilə qeyd olunan 2911,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüqu qlarının dövlət qeydiyyatı məqsədi ilə cavabdehə müraciət etmişdirlər. Cavabdeh 29 oktyabr 2018-ci il tarixli, **********40 nömrəli imtina məktubu ilə bildirmişdir ki, qeyd olunan torpaq sahəsinin bir hissəsi **********0353 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,2153 ha torpaq sahəsi ilə, bir hissəsi **********0860 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə, bir hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür.

17. Bundan sonra iddiaçılar **********0353 və **********0860 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərinin, mülkiyyətlərində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi tələbi ilə cavabdehə müraciət etmişdirlər. Cavabdeh iddiaçılar tərəf indən qaldırılan məsələlər 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

18. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "X6 adına tərtib olunmuş A seriyalı 118499 nömrəli (**********0353 kadastr nömrəli) və X10 adına tərtib olunmuş A seriyalı 129071 nömrəli (**********0353 kadastr nömrəli) “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin, o cümlədən X8, X15 və Məmmədov İlham Musa oğlunun adlarına 22 dekabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 41 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nöm rəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın, JN seriyalı 923 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən iddiaçıların mülkiyyətində olan 2911.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üstüstə düşdüyü hissələrdə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar və onların ailə üzvü mərhum X14 ümumi birgə mülkiyyətinə Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarına əsasən Zaqatala rayonu, Bəhmətli kəndində 1,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Sonuncuların qeyd olunan torpaq sahəsi üzərində hüquqları JN seriyalı 923 nömrəli "Torpağa mülkiyyə t hüququna dair dövlət aktı" ilə rəsmiləşdirilmişdir. İddiaçılar JN seriyalı 923 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövləl aktı"nda 923 A planşet nömrəsi ilə qeyd olunan 2911,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində əvvəllər yaranmış hüquqlarının dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdehə müraciət etmişlər. Cavabdeh inzibati orqan 29 oktyabr 2018-ci il tarixli, **********40 nömrəli məktubu ilə hüquqların dövlət qeydiyyatından imtina edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsinin bir hissəsi **********0353 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,2153 ha torpaq sahəsi ilə, bir hissəsi **********0860 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə, bir hissəsi isə bələd ivvə mülkiyyətinə aid torpaq sahəsi ilə üst üstə düşür. Bundan sonra iddiaçılar JN seriyalı 923 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na əsasən həmin torpaq sahəsinin mülkiyyətlərində olmaları əsası ilə, 29 oktyabr 2018-ci il tarixli, **********40 nömrəli məktubda qeyd olunan **********0353 və **********0860 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərinin, mülkiyyətlərində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi tələbi ilə yenidən iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, ancaq, sonuncu 16 noyabr 2018-ci il tarixli, **********29 nömrəli məktubu ilə həmin sənədləri ləğv etməkdən imtina etmişdir. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyy atından imtina edərkən nəzərə almamışdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyya tı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140cı maddəsinə (daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası) əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməvincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Yəni, JN seriyalı 923 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" qüvvədə ola-ola Zaqatala rayon Aqrar islahat Komissiyasının eyni qərarı ilə, həmin torpaq sahəsinin başqa-başqa şəxslərin mülkiyyətinə verilməsi qanunsuz və əsassız olmuşdur. JN seriyalı 923 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda 923 A planşet nömrəsi ilə qeyd olunan 2911,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçılar tərəfindən 1988-ci ildə fərdi yaşayış evi inşa olunmuş və onlar hal- hazırki dövrədək həmin fərdi yaşayış evində yaşamışlar. 2002-ci il tarixdə iş üzrə üçüncü şəxslərdən X8 iş üzrə iddiaçılardan İddiaçı1 və sonuncunun mərhum əri X18 qarşı Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsində mübahisə predmeti olan 2911,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müvafiq icazə sənədləri olmadan inşa edilmiş fərdi yaşayış evindən çıxarılmalarını tələb etmiş, İddiaçı1 və sonuncunun mərhum əri X23 isə X4 qarşı qarşılı iddia verərək həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 23 aprel 2002-ci il tarixli, 2- 32 nömrəli qətnaməsi ilə ilk idd ia əsassız olduğundan rədd edilmiş, qarşılıqlı iddia isə təmin edilərək İddiaçı1 və sonuncunun mərhum əri X14 hazırda mübahisə predmeti olan 2911,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilmişdir. İşin vəkil tərəfindən öyrənilməsi mərhələsində məlum olmuşdur ki, iş üzrə üçüncü şəxslər X8, X15 və Məmmədov İlham Musa oğlu adlarına qanunsuz olaraq tərtib olunmuş **********0353 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, JN seriyalı 923 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na əsasən iddiaçıların mülkiyyətində olan torpaq sahəsi də daxil olmaqla 0,2153 ha torpaq sahəsi və orada yerləşən 1960-cı ildə inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq, RX seriyalı ******* nö mrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişlər. Həmin əmlak üzərində hüquqların dövlət qeydiyyatı zamanı tərtib olunmuş texniki pasportdan da aydın görünür ki, iddiaçıların mülkiyyətində, o cümlədən faktiki olaraq sahiblik və istifadəsində olan torpaq sahəsi ilə iş üzrə üçüncü şəxslər X8, X15 və Məmmədov İlham Musa oğlunun istifadələrində olan torpaq sahəsi bir-birlərindən hasar vasitəsi ilə ayrıdırlar. Qeyd olunanlardan da göründüyü kimi, **********0353 və **********0860 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri iddiaçıların mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşdüyü hissədə qanunsuz olaraq iş üzrə üçüncü şəxslərin adlarına tərtib olunmuş və onlara verilmişdir.

20. Cavabdeh orqan iddia tələbinə etirazını onun la əsaslandırmışdır ki, iddiaçılar tərəfindən qaldırılan məsələlər 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən müraciətinin icrası mümkün olmamış və bu barədə məktub ünvanlanmışdır. Daha sonra iddiaçılar hazırkı iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(84)-216/2019 nömrəli qərardadı ilə iddia ərizəsi geri götürülmüş sayılmış və icraata xitam verilmişdir. Bundan sonra iddiaçılar “JN-923 saylı Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsinə” dair iddia tələbi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(033)-227/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddia ərizəsi ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, JN-923 saylı “Dövlət Aktı” sənədinin 923A planşetində qeyd olunan 0,2911 ha torpaq sahəsinin bir hissəsi X6 adına tərtib edilmiş A№ 118499 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,2153 ha həyətyanı torpaq sahəsi ilə, digər hissəsi X10 adına tərtib edilmiş A№ 129071 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,99 ha k/t torpaq sahəsi ilə və qalan hissəsi isə Zaqatala rayon Bəhmətli bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür. Ləğv edilmiş DTXK-si tərəfindən tərtib edilmiş A№ 118499 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,2153 ha həyətyanı torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarı ilə X6, X3, Məmmədov İlham Musa oğlunun və X16 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi X6 və digərlərinin adına 22 dekabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəşimləşdirilmişdir. Daha sonra, Zaqatala rayon 2 saylı Dövlət notariat kontoru tərəfindən verilmiş 25 dekabr 2017-cı il tarixli, 2V-635 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə və 25 dekabr 2017-cı il tarixli, 4Ə-412 reyestr nömrəli “Bağışlanma müqavilə"sinə əsasən 0,2153 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Məmmədov İlham Musa oğlunun adına 15 mart 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəşimləşdirilmişdir. Bundan başqa, qeyd olunan 0,99 ha k/t torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarı ilə X10, X2 və X5 mülkiyyətinə verilmiş və Ləğv edilmiş DTXK-si tərəfindən A№ 129071 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

21. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-87/2021 nömrəli qərardadı ilə iş üzrə mühəndis-tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. JN seriyalı 923 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən iddiaçıların mülkiyyətində olan 2911.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə "X6 adına tərtib olunmuş A seriyalı 118499 nömrəli (**********0353 kadastr nömrəli) və X10 adına tərtib olunmuş A seriyalı 129071 nömrəli (**********0353 kadastr nömrəli) “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan torpaq sahələri üst-üstə düşürmü? Düşürsə, hansı hissədə? (sahələri və koordinatları qeyd olunmaqla) 2. "X6 adına tərtib olunmuş A seriyalı 118499 nömrəli (**********0353 kadastr nömrəli) və X10 adına tərtib olunmuş A seriyalı 129071 nömrəli (**********0353 kadastr nömrəli) “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan torpaq sahələrinin təyinatı, uqodiyası və kateqoriyası barədə məlumat verilsin.

3. JN seriyalı 921 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd olunan torpaq sahələrinin təyinatı, uqodiyası və kateqoriyası barədə məlumat verilsin.

4. JN seriyal ı 921 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd olunan torpaq sahələri ilə X6 adına tərtib olunmuş A seriyalı 118499 nömrəli (**********0353 kadastr nömrəli) “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsi üst-üstə düşürmü? Düşürsə, hansı hissədə? (sahələri və koordinatları qeyd olunmaqla)

5. Həmin torpaq sahələrinin dəqiq koordinatları göstərilməklə başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşüb düşməməsi barədə məlumat verilsin. (sənəd üzrə və faktiki, plan-sxem tərtib olunmaqla)

6. Ümumiyyətlə iddiaçı və 3-cü şəxslərin faktiki istifadələrində nə qədər torpaq sahəsi var və həmin torpaq sahələrinin sərhədlərini və koordinatlarını müəyyənləşdirmək mümkündürmü?

7. Həmin torpaq sahələri bir-birindən fiziki sərhədlə (hasar, çəpər və s.) ayr ılmışdırmı?

8. Həmin torpaq sahələrinə giriş-çıxış eyni, yoxsa müxtəlif yerdədir?

9. Həmin torpaq sahələrində hər hansı tikili (ev, anbar və s.) mövcuddurmu?

22. Cavabdeh tərəfində verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir:

1. A 118499 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 2153.83 kv.m torpaq sahəsi Seriya RX ******* nömrəli çıxarışda qeyd olunmuş daşınmaz əmlaka dair xx.xx.2017-ci il tarixdə tərtib edilmiş texniki pasporta qeyd edilmiş 0.2153 ha torpaq sahələri qismən üstüstə düşür.

2. A 118499 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 2153.83 kv.m torpaq sahəsinin və Seriya RX ******* nömrəli çıxarışda qeyd olunmuş daşınmaz əmlaka dair xx.xx.2017-ci il tarixdə tərtib edilmiş texniki pasporta qeyd edilmiş 0.2153 ha torpaq sahəsinin yerləşmə vəziyy əti noyabr 2001-ci ildə tərtib edilmiş 701 inventar nömrəli texniki pasporta uyğun olması ilə bağlı bildiririk ki, 2001-ci ildə tərtib edilmiş 701 inventar nömrəli texniki pasportda hər hansı bir koordinat qeyd edilmədiyinə görə 0.2153 ha torpaq sahəsinin yerləşmə vəziyyətinin 2001-ci ildə tərtib edilmiş 701 inventar nömrəli texniki pasporta uyğun olub-olmamasını müəyyən etmək olmamışdır.

3. A 118499 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 2153.83 kv.m torpaq sahəsinin 0.0586 ha hissəsi JN 923 nömrəli Dövlət Aktının A planşetində qeyd edilmiş 2911.60 kv.m torpaq sahəsi ilə üst-üstə düşür.

4. Seriya RX ******* nömrəli çıxarışda qeyd olunmuş daşınmaz əmlaka dair xx.xx.2017-ci il tarixdə tərtib edilmiş texniki pasporta qeyd edilmiş 0.2153 ha torpaq sahəsinin isə JN 923 nömrəli Dövlət Aktının A planşetində qeyd edilmiş 2911.60 kv.m torpaq sahəsinin 0.0532 ha hissəsi üst-üstə düşür.

5. A 129071 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 9905.71 kv.m torpaq sahəsi A 476023 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 0.9905 ha sahəsi ilə qismən üst-üstə düşür

6. A 129071 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 9905.71 kv.m torpaq sahəsinin 0.0281 ha hissəsi JN 923 nömrəli Dövlət Aktının A planşetində qeyd edilmiş 2911.60 kv.m torpaq sahəsi ilə üst-üstə düşür.

7. A 476023 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 0.9905 ha torpaq sahəsinin 0.0293 ha hissəsi JN 923 nömrəli Dövlət Aktının A planşetində qeyd edilmiş 2911.60 kv.m torpaq sahəsi ilə üst-üstə düşür.

8. X12 əsasən X6 adına kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar kimi 0.1662 ha torpaq sahəsi, X1 adına kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar kimi işlənilmiş 0.1390 ha torpaq sahəsi, X1 adına kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası çoxillik əkmələr kimi işlənilmiş 0.3733 ha torpaq sahəsi və X10 adına kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası çoxillik əkmələr kimi 1.2752 hektar torpaq sahələri işlənilmişdir.

9. X12 əsasən JN seriyalı 921 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan torpaq sahələri barədə X11 hər-hansı bir məlumat öz əksini tapmamışdır.

10. JN seriyalı 921 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan torpaq sahəsinin 0.1237 ha hissəsi X6 adına tərtib olunmuş A seriyalı 118499 nömrəli (**********0353 kadastr nömrəli) Tor paq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşür.

11. Qeyd edilən torpaq sahələri bir-birlərindən fiziki sərhədləri metal torla ayrılmışdır.

23. Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1(116)-1/2023 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia rədd edilmişdir.

24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda iddiaçılar seriya RX ******* nömrəli çıxarışı və ondan əvvəl verilmiş plan-ölçü sənədlərini mübahisələndirmişlər. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanın 2.3.5-ci bəndinə əsasən ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslər in hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi nəzərdə tutulmuşdur. Lakin, cavabdeh orqan məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı olmadan, sözügedən torpaq sahəsi ilə bağlı uzun illər davam edən məhkəmə mübahisəsinin mövcudluğunu aşkar bildiyi halda yeni X12 Seriya RX ******* nömrəli çıxarışın məzmununa uyğun olmayan düzəliş etmişdir.

25. Xüsusilə nəzərə alınmalıdır ki, Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarı ilə torpaq payı ayrılmış subyektlər siyahısında X18 4 nəfər ailə üzvü ilə birlikdə 2 ha torpaq payının verilməsi nəzərdə tutulmuşdur. İddiaçı, sözügedən torpaq sahəsinə dair JN 923 nömrəli Dövlət Aktına (1.94 ha) istinad etsə də, iş materiallar ı ilə müəyyən olunur ki, faktiki olaraq X14 adına A129480 (12502.84 kv.m), A129327 (2912.56 kv.m) və A129470 (4568.93 kv.m) nömrəli plan-ölçü sənədləri tərtib edilərək kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilməli olan torpaq sahəsi tamamlanmışdır (12502.84+2912.56+4568.93=19984,33 kv.m = 1,998 ha). Tərtib edilmiş yeni plan-ölçü sənədlərinin heç biri iddia olunan torpaq sahəsinə aid deyil.

26. X25 və sonradan tərtib edilmiş plan-ölçü sənədlərində Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarına istinad olunsa da, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonu Bəhmətli kəndi üzrə (digər təsərrüfatlarla bərabər) aparılmış torpaq islahatında qismən dəyişiklik edilmişdir. Sözügedən qərarda vətəndaşlara ölçülüb verilən torpaq sahələri 1:2000 miqyasda tərtib edilərkən texniki səhvlərə yol verilməsi, mülkiyyət hüququna dair Dövlət Aktları paylanarkən faktiki verilən torpaq sahələri ilə üst-üstə düşməməsi qeyd edilmişdir.

27. Sonradan yeni plan-ölçü sənədlərinin tərtib edilməsində məqsəd də, məhz tərtib edilmiş Dövlət Aktlarında yol verilmiş nöqsanların aradan qaldırılması olmuşdur. Əks təqdirdə istinad olunan Dövlət Aktları mövcud olduğu halda yenidən plan-ölçü sənədlərinin tərtib edilməsinə lüzum da qalmazdı. Bununla belə yeni tərtib edilmiş plan-ölçü sənədlərində Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarına istinad edilməli olduğu halda, yanlışlıqla əvvəlki qərara istinad edilmişdir. Hər bir halda yeni tərtib edilmiş plan-ölçü sənədlərinin tərtib edilməsinə əsas olmuş hüquqmüəyyənedici sənəd qismində Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı qəbul edilməlidir. İşdə olan, X6 adına tərtib edilmiş A434699 №-li plan ölçü sənədindən görünür ki, 1800 kv.m torpaq sahəsinə dair tərtib edilmiş həmin sənəddə məhz Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarına istinad edilmişdir. Göründüyü kimi iddiaçıların istinad etdiyi JN 923 nömrəli Dövlət Aktının qüsurlu tərtib edilməsi Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə müəyyən edilmiş və həmin qərarla Dövlət Aktının verilməsinə əsas olmuş Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarına dəyişiklik edilmişdir.

28. İddia olunan torpaq sahəsinə dair iddiaçıların istinad etdiyi JN 923 nömrəli Dövlət Aktı qüvvədə olmadığından, iddiaçı həmin sənədə ist inad etməklə torpaq sahəsi ilə üstüstə düşən hissədə A seriyalı 118499 nömrəli (**********0353 kadastr nömrəli) və A seriyalı 129071 nömrəli (**********0353 kadastr nömrəli) “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin, o cümlədən 22 dekabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğvini tələb etməkdə haqlı olmamışdır.

29. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

30. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2024-cü il tarixli, 2-1(107)-215/2024 nömrəli qərarı ilə (hakimlər: V.Məliko v - sədrlik edən və məruzəçi, T.Həsənov və R.Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 139.1, 139.3, 140, 141.1, 141.2, 141.3, 146.1, 146.2-ci,. “Torpaq islahatı haqqında” Qanunun 12, 14, 21-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 11.1, 12.1-ci maddələrinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

32. İddiaçı1 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

33. İddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Zaqatala Rayon Məhkəməsinin 23 aprel 2002-ci il tarixli, 2-32 nömrəli qətnaməsinin preyudisiallığı nəzərə alınmamışdır. Bundan əlavə qeyd edilmişdir ki, JN seriyalı 923 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ola-ola torpaq sahəsinin başqasına verilməsi qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Üçüncü şəxs Məmmədov İlham Musa oğlu kassasiya şikayətinə etiraz təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2024-cü il tarixli, 21(107)-215/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılnmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 35. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi status una (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onlar ın təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkə məsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

37. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları: 1) Potocka və digərləri Polşaya qarşı, § 57 2 ) H. Belçikaya qarşı, § 53 3) Suominen Finlandiyaya qarşı, § 36 4) X21rşı, § 29; § 30 5) Hiro Balani İspaniyaya qarşı, § 27; § 28 6) Helle Finlandiyaya qarşı, § 60 7) Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı 38. “N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı. Konstitusiya

39. S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Konstitusiya KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

41. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazır kı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

44. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həll i üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

45. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya in stansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

46. Belə ki, işin müəyyən edilmiş hallarına görə Zaqatala rayon AİK-nın xx.xx.1996cı il tarixli, 38 nömrəli qərarı əsasında Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1.94 ha torpaq sahəsi X20 4 nəfər ailə üzvü ilə birlikdə (iddiaçılar) ayrılmışdır. Bununla bağlı, JN-923 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. JN-923 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçılara ayrılmış torpaq sahəsi 2911,60 kv.m, 2452,93 kv.m, 4786,85 kv.m və 9267,15 kv.m olmaqla 4 ayrı-ayrı hissədən ibarətdir və bu hissələr müvafiq olaraq, 923A, 923B, 923Q, 923D planşet nömrələri ilə göstəri lmişdir. İddiaçılara məxsus torpaq sahələri ilə bağlı A129480, A129327 və A129470 nömrəli plan-ölçü sənədləri tərtib edilmişdir.

47. Eyni zamanda Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarı əsasında Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 2 ha torpaq sahəsi X9 4 nəfər ailə üzvü ilə birlikdə (üçüncü şəxslər) ayrılmış və bu barədə JN-921 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. JN-921 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X9 4 nəfər ailə üzvü ilə birlikdə ayrılmış torpaq sahəsi 2536,44 kv.m, 6500,35 kv.m və 10972,33 kv.m olmaqla 3 ayrı-ayrı hissədən ibarətdir və bu hissələr müvafiq olaraq, 921A, 921V, 921B planşet nömrələri ilə göstərilmişdir.

48. Hazırkı mübahisə iddiaçılara ayrılmış JN-923 saylı Dövlət Aktının 923A planşetində göstərilən 2911,60 kv.m torpaq sahəsinin üçüncü şəxslərə məxsus torpaq sahələri ilə üst üstə düşməsi ilə bağlıdır. Bu səbəbdən iddia tələbi üçüncü şəxslərə məxsus torpaq sahələrinin sanədlərinin iddiaçıların mülkiyyətində olan 2911.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşdüyü hissələrdə ləğv edilməsinə yönəlmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən qeyd etmişdir ki, X25 və sonradan tərtib edilmiş plan-ölçü sənədlərində Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarına istinad olunsa da, Zaqatala rayon AİKnın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonu Bəhmətli kəndi üzrə (digər təsərrüfatlarla bərabər) aparılmış torpaq isl ahatında qismən dəyişiklik edilmişdir. Sözügedən qərarda vətəndaşlara ölçülüb verilən torpaq sahələri 1:2000 miqyasda tərtib edilərkən texniki səhvlərə yol verilməsi, mülkiyyət hüququna dair Dövlət Aktları paylanarkən faktiki verilən torpaq sahələri ilə üst-üstə düşməməsi qeyd edilmişdir. Sonradan yeni plan-ölçü sənədlərinin tərtib edilməsində məqsəd də, məhz tərtib edilmiş Dövlət Aktlarında yol verilmiş nöqsanların aradan qaldırılması olmuşdur. Əks təqdirdə istinad olunan Dövlət Aktları mövcud olduğu halda yenidən plan-ölçü sənədlərinin tərtib edilməsinə lüzum da qalmazdı. Bununla belə yeni tərtib edilmiş plan-ölçü sənədlərində Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarına istinad edilməli olduğu halda, yanlışlıqla əvvəlki qərara istinad edilmişdir. Hər bir halda yeni tərtib edilmiş plan-ölçü sənədlərinin tərtib edilməsinə əsas olmuş hüquqmüəyyənedici sənəd qismində Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı qəbul edilməlidir.

50. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyini əsaslı hesab etmir. Belə ki, işin materiallarından iddiaçılara məxsus JN-923 nömrəli Dövlət aktının qüvvədə olmaması barədə hər hansı dəlil müəyyən edilməmişdir. Apellyasiya məhkəməsini istinad etdiyi Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarında da dövlət aktlarının ləğv edilməsi qeyd edilməmiş, sadəcə olaraq dövlət aktlarının ləğv edilməsi üçün məhkəmə orqanları qarşısında məsələ qaldırılması qeyd edilmişdir.

51. Apellyasiya məhkəməsi özünün də bildirdiyi kimi, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması b arədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur.

52. Belə olan halda, Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarının ləğv edilməsi barədə hər hansı sübut təqdim edilməyənədək mötəbər hesab edilməlidir.

53. Bundan əlavə apellyasiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, Fərmanın 2.3.5-ci bəndinə əsasən ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi nəzərdə tutulmuşdur. Lakin, cavabdeh orqan məhkəmənin qərarı və ya reyes trdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı olmadan, sözügedən torpaq sahəsi ilə bağlı uzun illər davam edən məhkəmə mübahisəsinin mövcudluğunu aşkar bildiyi halda yeni X12 Seriya RX ******* nömrəli çıxarışın məzmununa uyğun olmayan düzəliş etmişdir.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsini qeyd etdiyi bu fikir iddianın təmin edilməsinə yönələn fikirdir və hazırkı nəticə ilə, yəni iddianın rədd edilməsi konteksti ilə ümumiyyətlə uyğunlaşmır.

55. Torpaq sahələrini üst-üstə düşməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından və mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçılara aid JN-923A nömrəli dövlət aktındakı torpaq ilə üçüncü şəxsə məxsus JN-921A nömrəli dövlət aktındakı torpaq qonşudur. Həmçinin mütəxəssis rəyində torpaq sahə lərinin bir-birindən fiziki sərhədlərinin metal torla ayrıldığı qeyd edilmişdir.

56. Həmçinin mütəxəssis rəyindən aydın görünür ki, üçüncü şəxsə məxsus JN921A nömrəli dövlət aktında qeyd edilən torpaq sahəsinin konfiqurasiyası mübahisələndirilən plan-ölçü və çıxarışda tamamilə fərqli göstərilmişdir. Bu fərqliliklərin səbəbi də aydınlaşdırılmamışdır.

57. Bundan əlavə iddia rədd edilərkən digər üçüncü şəxslərə - X7 və Zaqatala rayon Bəhmətli bələdiyyəsinə qarşı hər hansı münasibət bildirməmiş onlara münasibətdə hər hansı araşdırılma aparılmamışdır.

58. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar iddia ərizəsində, eləcə də apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin 23 aprel 2002-ci il tarixli qətnaməsinin preyudisiallığına istinad etsələr də, həmin xüsus at məhkəmə araşdırmasının predmeti olmamış, həmin qətnamə araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilərinə hər hansı münasibət bildirməmiş, bu dəlilləri qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır. Beləliklə də, İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinin tələblərini pozmuşdur.

59. Halbuki, həmin maddənin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin qərarında hər bir halda apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

60. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərar qəbul edərək hazırkı qərarın 36 (a) bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

61. Məhkəmə kollegiyası hə mçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məh kəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X21rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X21rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X21rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60).

62. Qeyd edilənlər baxımından məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

63. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər y aradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir. (“N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı)

64. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (“S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

65. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.

66. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2024-cü il tarixli qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı, müəyyən edilməli və qanuni qərar qəbul edilməlidir.

68. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassas iya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2024-cü il tarixli, 21(107)-215/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar