Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2613/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanaraq ödənilməsi; qərara izah verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.11.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarə sinə (hazırkı adı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (hazırkı adı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı «pensiyanın yenidən hesablanaraq ödənilməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1769/2024 nömrəli, 29 may 2024-cü il tarixli qərardadından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək idarənin 31 avqust 2016-cı il tarixli, 03/89/02-471 saylı inzibati akt hesab olunan məktubunda göstərilənlərin qanuna zidd hesab edilməsi, əlilliyinin cəbhədə olmaqla bağlı xəstəlik nəticəsində üz verdiyindən müharibə əlilləri kateqoriyasına aid edilərək İİ qrup müharibə əlili hesab edilməsi vəzifəsinin Xidmətə həvalə edilməsi və İİ qrup müharibə əlili kimi pensiyanın yenidən hesablanması, hərbi qulluqçu kimi hərbi xidmətdən buraxıldığı günə aldığı aylıq vəzifə və rütbə maaşından hesablanan əlavə kimi döyüş bölgəsinə görə pul təminatının təminat xərcliyinin tərkibində yenidən hesablanaraq ödənilməsi vəzifəsinin İdarəyə həvalə olunması barədə qərar qə bul edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.
3. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2-1(103)-05/2018 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, iddia cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə aid hissədə mümkün sayılmamış, İddiaçı müharibə əlilləri kateqoriyasına aid edilməsi hissəsində isə qərar dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. 5. 01 fevral 2019-cu il tarixdə 1 saylı Bakı inzibati-iqtisad Məhkəməsi tərəfindən 23 avqust 2017-il tarixli, 2-1 (81)-3445/2017 nömrəli iş üzrə icra vərəqəsi verilmişdir.
6. Binəqədi rayon İcra və Probasiya şöbəsinin 27 fevral 2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-iqtisad Məhkəməsinin 01 fevral 2019-cu il tarixli, 2-1 (81)- 3445/2017 nömrəli icra sənədi üzrə icraat dayandırılmışdır.
7. Bakı şəhər Binəqədi rayon icra Şöbəsinin 02 dekabr 2021 -ci il tarixli qərarı ilə 1 saylı Bakı inzibati-iqtisad Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 01 fevral 2019-cu il tarixli icra vərəqəsi üzrə icraat təzələnmişdir.
8. Daha sonra cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 1 saylı Bakı İnzibati-iqtisad Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 01 fevral 2019-cu il tarixli icra vərəqəsindən apellyasiya şikayəti verərək, icra vərəqəsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2586/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
9. Həmin qərardaddan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və icra vərəqəsindən verilən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiy asının 2-1(102)-41/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qərarı ilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2586/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmə qərarının izah olunması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir. 11.Ərizə onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsini n 21(81)-3445/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə “İddiaçı oğlunun müharibə əlililəri kateqoriyasına aid edilməsi vəzifəsi” Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur, iş üzrə məhkəmə prosesinin davam etməsi səbəbindən sözügedən qərar ilə bağlı icra vərəqəsi 01 fevral 2019-cu il tarixdə verilmişdir, iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsi əsasında xx.xx.2019-cu il tarixdə icra sənədi üzrə icraat dayandırılmış və Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2021- ci il tarixli xx/xx-32696-30 nömrəli qərarı ilə icra vərəqəsi üzrə icraat təzələnmişdir. Lakin qərarda göstərilən tələblər aydın olmadığı və hazırda qüvvədə olan qanunvericilikdə “müharibə əlilləri kateqoriyası” ifadəsinə yer verilmədiyi üçün qərarın icrası mümkün olmamışdır. Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır, «icra haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakim E.Əliyev) ərizə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarına İ ddiaçı xüsusi səbəblərdən əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi izah verilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə qərarına izah verilərkən qərar qəbul edilən vaxt qüvvədə olan maddi hüquq normalarına istinad olunmalıdır. Belə ki, 16 yanvar 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.6-cı bəndinə əsasən TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Beləliklə, məhkəmə qərarı qəbul edilərkən qüvvədə olan “Əsasnamə”də ümumi xəstəlik və digər (xüsusi) səbəblərə aid olan əlilliyin təyin edilməsi göstərilmişdir. Göründüyü kimi, həmin “Əsasnamədən”də müəyyən olunur ki, “hərbi xidmət dövrü ilə əlaqədar” əlilliyin təyini xüsusi səbəblərlə müəyyən olunaraq, “ümumi xəstəliklə əlilliyin təyini səbəbinə aid edilməmişdir. Daha sonra qəbul edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasf’nda əlilliyin təyin olunma səb əblərinin dairəsi daha da dəqiqləşmişdir. Həmin “Qayda”nın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2.1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmə ti vəzifələri) yerinə yetirməklə əlaqədar. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə qərarı qəbul edilərkən qüvvədə olan qanunvericiliyin müddəaları və sonradan qəbul edilmiş normativ hüquqi akt şəxsin vəziyyətini ağırlaşdırdığı nəzərə alındıqda məhkəmə qərarına iddiaçı “İddiaçı xüsusi səbəblərdən əlilliyin təyin olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” kimi izah verilməlidir.
14. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizədə qeyd olunan əsaslar nəzərə alınmaqla yenidən izah edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1769/2024 nömrəli, 29 may 2024-cü il tarixli qərardadı ilə (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.Məmmədova və M.Qarayeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, ərizədə qeyd olunan əsaslar nəzərə alınmaqla yenidən izah edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
15. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı inzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə “İddiaçı müharibə əlililəri kateqoriyasına aid edilməsi vəzifəsi” Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
19. Lakin hazırda qüvvədə olan qanunvericilikdə “müharibə əlilləri kateqoriyası” ifadəsi mövcud deyildir.
20. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasf’nın 1.5-ci maddəsində əlilliyin səbəbli əlaqəsinin növləri qeyd edilmişdir. Həmin Qərarın 3.2-ci maddəsinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir, iddiaçıya münasibətdə əlillik səbəbinin müəyyən edilməsi üçün zəruri olan rəsmi sənəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi- həkim komissiyasının Qərarıdır.
21. İddiaçı barəsində olan Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında iddiaçıya əlillik təyinatı aparılması üçün əsas olan diaqnoz müvafiq qərara əsasən ümumi xəstəlik səbəbi ilə əlillik təyinatı üçün əsasdır. Beləliklə, Qərarın əsaslandırma və nəticə hissəsindəki ziddiyyətli məqam səbəbilə qoyulan öhdəliyin məzmunu tam aydın olmadığından qərarın icrası mümkün olmamışdır.
22. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(81)-3445/2017 saylı Qərardadı ilə ərizə təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarına “İddiaçı xüsusi səbəblərdən əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi izah verilmişdir.
23. İddiaçı barəsində olan Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında iddiaçıya əlillik təyinatı aparılması üçün əsas olan diaqnozun müvafiq qərara əsasən ümumi xəstəlik səbəbi ilə əlillik təyinatı üçün əsas olsa da, Məhkəmə mübahisələndirilən qər adadda 1 saylı Bakı İnzibati-iqtisad Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarına “İddiaçı xüsusi səbəblərdən əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi izah vermişdir.
24. Ümumi xəstəlik səbəbi ilə diaqnozu aparılan şəxsə “xüsusi səbəblərdən” əsası ilə əlillik aparılması mümkün deyildir və məhkəmələrin bu ziddiyyətli halı araşdırmadan və düzgün qiymətləndirmədən qərar qəbul etməsi qanunvericiliyin normalarının pozulmasına səbəb olmuşdur. Cavabdeh tərəfindən sözügedən Bakı inzibati Məhkəməsinin qərardadından verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1 (103)-1769/2024 nömrəli qərardadı ilə təmin olunmamışdır.
25. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kas sasiya şikayətində, apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsini, ərizədə qeyd olunan əsaslar nəzərə alınmaqla yenidən izah edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
26. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddət ində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında veri lmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məlum olduğu kimi, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və ərizədə qeyd olunan əsaslar nəzərə alınmaqla yenidən izah edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası iş üzrə qə bul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(103)-1769/2024 saylı qərardadla cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması nəticəsinə gələrkən, yəni birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə razılaşaraq belə hesab etmişdir ki, (apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmiş mətn birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında olduğu kimi götürülmüşdür) “ məhkəmə qərarına izah verilərkən qərar qəbul edilən vaxt qüvvədə olan maddi hüqu q normalarına istinad olunmalıdır. Belə ki, 16 yanvar 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.6-cı bəndinə əsasən TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRl-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Beləliklə, məhkəmə qərarı qəbul edilərkən qüvvədə olan “Əsasnamə”də ümumi xəstəlik və digər (xüsusi) səbəblərə aid olan əlilliyin təyin edilməsi göstərilmişdir. Göründüyü kimi, həmin “Əsasnamədən”də müəyyən olunur ki, “hərbi xidmət dövrü ilə əlaqədar” əlilliyin təyini xüsusi səbəblərlə müəyyən olunaraq, “ümumi xəstəlik”lə əlilliyin təyini səbəbinə aid edilməmişdir. Daha sonra qəbul edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasında əlilliyin təyin olunma səbəblərinin dairəsi daha da dəqiqləşmişdir. Həmin “Qayda”nın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hü quqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə qərarı qəbul edilərkən qüvvədə olan qanunvericiliyin müddəaları və sonradan qəbul edilmiş normativ hüquqi akt şəxsin vəziyyətini ağırlaşdırdığı nəzərə alındıqda məhkəmə qərarına iddiaçı “İddiaçı xüsusi səbəblərdən əlilliyin təyin olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” kimi izah verilməlidir.”
31. Başqa sözlə, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında öz əksini tapmış ifadələri eyni ilə saxlamış, yəni heç bir əlavə araşdırma aparmadan və yeni sübutları toplamadan, sadəcə olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
32. Lakin apellyasiya məhkəməsinin həmin mövqeyi qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarının icrasını mümkünsüz etmişdir.
33. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, (İPM-in 1.2-ci maddəsinə istinadən) məlumdur ki, MPM-in “Qətnamənin və ya qərardadın izah edilməsi” adlanan maddəsi mövcuddur.
34. Həmin Məcəllənin 230.1-ci maddəsinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.
35. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir.
36. Heç şübhəsizdir ki, MPM-in 230-cu maddəsinin adından da bəlli olduğu kimi, həmin maddənin məqsədi məhkəmə aktının, onun məzmununu dəyişdirmədən izah edilməsidir.
37. Başqa sözlə məhkəmə, məhkəmə aktını elə şəkildə izah etməlidir ki, məhkəmə aktının icrası mümkün olsun.
38. Apellyasiya məhkəməsinin sözügedən qərardadı qanunun həmin tələbinə cavab vermir.
39. Belə ki, 16 yanvar 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.6-cı bəndinə əsasən TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir.
40. Beləliklə, məhkəmə qərarı qəbul edilərkən qüvvədə olan “Əsasnamə”də ümumi xəstəlik və digər (xüsusi) səbəblərə aid olan əlilliyin təyin edilməsi göstərilmişdir. Göründüyü kimi, həmin “Əsasnamədən”də müəyyən olunur ki, “hərbi xidmət dövrü ilə əlaqədar” əlilliyin təyini xüsusi səbəblərlə müəyyən olunaraq, “ümumi xəstəliklə əlilliyin təyini səbəbinə aid edilməmişdir.
41. Daha sonra qəbul edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda əlilliyin təyin olu nma səbəblərinin dairəsi daha da dəqiqləşmişdir.
42. Həmin “Qayda”nın 1.5-ci bəndinə əsasən, şəxsin əlilliyi bu səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2.1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini ( xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.
43. Göründüyü kimi, sözügedən qərarda şəxsin əlilliyinin “ümumi səbəblərdən” (1.5.1-ci bənd, həmin bəndin 7 (yeddi) yarımbəndi var) və “xüsusi səbəblərdən” (1.5.2-ci bənd, həmin bəndin 4 (dörd) yarımbəndi var) müəyyən edilməsi qeyd edilmişdir.
44. Lakin nəzərə alaraq ki, iddiaçının əlilliyi “xüsusi səbəblərdən” müəyyən edilmişdir, burada ona dörd yarımbəndindən hansının tətbiq edilməsi konkret şəkildə araşdırılıb göstərilməlidir.
45. Xüsusi ilə nəzərə alaraq ki, işin 12-ci səhifəsində olan 349 nömrəli, xx.xx.2007-ci il tarixli “xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçının səbəb əlaqəsi ondan ibarətdir ki, “xəstəlik hərbi xidmət dövründə alınmışdır”.
46. Bununla əlaqədar apellyasiya məhkəməsi Müdafiə Nazirliyinə iddiaçının qulluq et diyi hərbi hissəyə sorğu göndərməli və iddiaçıda əlilliyə səbəb olmuş hadisənin sözügedən “Qayda”nın hansı yarımbəndinə, yəni 1.5.1.5., 1.5.1.6 və ya 1.5.2.3-cü yarımbəndlərinə uyğun olması müəyyən edilməli və bunun əsasında məhkəmə qərarına yeni izah verilməlidir.
47. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iş üzrə yenidən izah verilməsi üçün apellyasiya məhkəməsinə göndərilməlidir. 48.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2024-cü il tarixli, 21(103)-1769/2024 nömrəli qərardadı ləğv edilsin. 1 saylı Bak ı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, xx.xx.2017ci il tarixli qərarına yenidən izah verilməsi üçün iş apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.