Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2614/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; şikayətin imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), və Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı “kollegiyanın üzvlüyündən xaric edilmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1695/2023 nömrə li qərarından cavabdeh tərəfindən verilmiş kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı “kollegiyanın üzvlüyündən xaric edilmə” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü tarixli, 21(112)-2573/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmişdir.
2. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1695/2023 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 21(112)-2573/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Cavabdeh kassasiya şikayət i verərək, qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil t ərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
6. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır.
7. Belə ki, Azərbaycan Respublikasının İPM-nin 1.2 və MPM-nin 407.3-cü maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, kassasiya şikayəti onu tərtib edən vəkillə bərabər, şikayəti verən şəxs (onun nümayəndəsi və ya qanuni nümayəndəsi) tərəfindən də imzalanmalıdır.
8. Hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti onun vəkili tərəfindən imzalansa da, cavabdehin özü (və ya nümayəndəsi) tərəfindən imzalanmamışdır.
9. Azərbaycan Respublikasının İPM-nin 96.3-cü maddəsinə uyğun olaraq müvafiq məhkəmə bildirişi göndərilməklə, qeyd olunan çatışmazlığın məhz 13 noyabr 2023-cü il tarixədək aradan qaldırılması cavabdehə təklif olunmuş, lakin cavabdeh həmin tarixədək məhkəmə bildirişinə münasibət bildirməmiş və qanunla müəyyən edilmiş qaydada imzalanmış kassasiya şikayətini məhkəməyə təqdim etməmişdir.
10. Cavabdeh tərəfindən imzalanmış kassasiya şikayəti bildirişdə nöqsanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra, yəni müəyyən edilmiş müddətin başa çatmasından 1(bir) aya yaxın vaxt keçdikdən sonra – 11 dekabr 2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, prosessual qanunvericiliyin tələblərinə uyğun kassasiya şikayəti vaxtında, yəni məhkəmə bildirişində müəyyən edilən tarixədək təqdim edilmədiyindən həmin şikayət üzrə kassasiya icr aatı mümkün sayıla bilməz. Odur ki, şikayətin qəbulundan imtina edilməlidir.
12. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1695/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.