Məhkəmə qərarları › İş №2-1(102)-2614/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2614/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2614/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi və öz arzusu ilə ehtiyata buraxılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Səyyad Kərimov və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi və öz arzusu ilə ehtiyata buraxılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1682/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfind ən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1992 - xx.xx.1996-cı illərdə Silahlı Qüvvələrdə, xx.xx.1996-cı ildən Sərhəd Qoşunlarında xidmət keçmiş, Dövlət Sərhəd Xidməti rəisinin 7 avqust 2019- cu il tarixli 948 ş/h nömrəli əmri ilə Sahil Mühafizəsinin qərargah rəisinin müavini – peşəkar hazırlıq şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

2. İddiaçı xx.xx.2021-ci il tarixdə Sahil Mühafizəsinin qərargah rəisinə raportla müraciət edərək, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir.

3. İddiaçı ilə xx.xx.2021-ci il tarixdə aparılmış söhbət haqqında arayışa əsasən, söhbətin sonunda Sahil Mühafizəsinin rəhbər heyəti iddiaçıya ehtiyata buraxılmaqla bağlı qərarını həyata keçirməyə tələsməməsini, bir daha düşünməsini tövsiyə etmiş, habelə mövcud qanunvericiliyin və Əsasnamənin tələbləri, hərbi xidmətin vacibliyi və üstünlükləri izah edilərək fikirlərini dəqiqləşdirilməsi üçün vaxt verilmişdir.

4. İddiaçı ilə xx.xx.2021-ci il tarixdə aparılmış söhbət haqqında arayışa əsasən, söhbətin sonunda iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilmişdir. 5. xx.xx.2021-ci il tarixli attestasiya vərəqəsində qeyd edilmişdir ki, iddiaçı xidmət etdiyi müddətdə vəzifə borclarının və verilmiş tapşırıqların icrasına məsuliyyətlə yanaşmağa çalışsa da, son vaxtlar bir sıra nöqsanlara yol verməklə tabeçiliyində olan şəxsi heyətə düzgün nəzarət təşkil edə bilməmişdir. Belə ki, o, hərbi qulluqçulara məharət dərəcəsi üzrə imtahanların qəbulu zamanı və bu prosesin sənədləşdirilməsi zamanı yaranan kobud nöqsanları vaxtında aşkar edə bilməmişdir. Bundan başqa, o, qanunsuz fəaliyyətlə məşğul olan, arzuolunmaz şəxslə bir məclisdə görüşərək süfrə arxasında fotoşəkillər çəkdirməklə onunla əlaqədə olmuş və bununla sərhədçi nüfuzuna xələl yetirmişdir. Buna görə də, Azərbaycan Respublikası Silahlı X1 67-ci maddəsinin “e” bəndinə müvafiq olaraq hərbi rütbəsi bir pillə aşağı salınmaqla, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədəuyğun hesab edilmişdir.

6. Cavabdehin xx.xx.2021-ci il tarixli, 1233 ş/h nömrəli əmrinə əsasən, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq qərargah rəisinin müavini-peşəkar hazırlıq şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.

7. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 0172 nömrəli əmrinə əsasən, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 75 (yetmiş beş) gün müddətinə növbəti m əzuniyyət verilməklə, 5 oktyabr 2021-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmış və Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır (Əsas:cavabdehin xx.xx.2021-ci il tarixli, 1233 ş/h nömrəli əmri). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xidməti uyğunsuzluğa görə hərbi xidmətdən azad olunması barədə 15 iyul 2021-ci il tarixli 1233 ş/h nömrəli əmrin ləğv olunması və öz arzusu ilə ehtiyata buraxılması barədə əmr verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 23 iyul 2021- ci il tarixdə işdən çıxarılma ilə bağlı təyinat vərəqi verilmişdir. Həmin sənəddə qeyd olunur ki, 15 iyul 2021-ci il tarixdə onun barəsində Xidmət rəisi tərəfindən ehtiyata buraxılması barədə əmr verilmişdir. O, Dövlət Sərhəd Xidmətində 29 il xidmət etmiş, 1-ci dərəcə kapitan kimi xidmət dövrü ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə və qüsursuz olaraq gəlmiş, medallarla təltif edilmişdir. Səhhəti ilə bağlı yaranmış problemlə əlaqədar öz vəzifə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkdiyi üçün 4 may 2021-ci il tarixdə işdən azad olunması ilə bağlı raport yazmışdır. 16 may 2021-ci il tarixdə o, müayinə üçün hərbi həkim komissiyasına göndərilmişdir. 31 may 2021-ci il tarixli “Hərbi həkim komissiyasının rəyi”ndə onun hipertoniya xəstəliyindən əziyyət çəkdiyi və sıradankənar hərbi xidmətə yararlı olması öz əksini tapmışdır. Sonradan heç bir qanuni əsas və heç bir ətraflı araşdırma olmadan xidmətdən çıxarılmışdır. Birinci səbəb odur ki, 4 iyul 2021-ci il tarixdə dostu C.Bədəlov onu öz ad gününü qeyd etmək üçün Bakı şəhərindəki “Bakı” kafesinə dəvət etmiş və təxminən 4 – 5 saat davam etmiş həmin tədbirdə Rövşən Əliyev adlı şəxs də iştirak etmişdir. Onun həmin şəxslə əvvəldən, nə də tədbirdən sonra münasibəti olmamışdır. Həmin şəxs tədbirdə 2 saat qaldıqdan sonra oranı tərk etmişdir. O, 12-13 iyul 2021-ci il tarixlərdə Neftçala rayonunda ezamiyyətdə olmuş və ezamiyyətdən qayıtdıqdan sonra sözügedən tədbirdə çəkilmiş şəkillərdəki görüntülərlə əlaqədar hərbi hissə komandiri onu öz yanına çağırmışdır. Hərbi hissə komandiri ondan 40 dəqiqə ərzində izahat almış, “balı qçılardan kimi tanıması”, “balıqçılarla nə vaxt görüşməsi” kimi suallar vermişdir. R.Əliyev qayıq sahibi olan şəxsdir, 5 iyul 2021-ci il tarixdə qayığın heyət üzvü olan balıqçıları özbaşına dənizə göndərmişdir. Həmin şəxslər dənizə özbaşına getdikləri üçün mühafizə orqanı tərəfindən tutulmuşlar. O, R.Əliyevlə şəxsi və ya xidməti münasibətlərdə olmadığından, bu hadisələr barədə məlumatı dostu C.Bədəlovdan almışdır. R.Əliyevin dindirilməsində əsas məqsəd onun dənizə kim tərəfindən göndərilməsinin dəqiqləşdirilməsi olmuşdur. Onun Peşəkar hazırlıq şöbəsinin müdiri kimi xidmətində hər hansı marağı olmamışdır. Digər bir səbəb isə, “məharət dərəcəsinin saxtalaşdırılması” ilə bağlıdır. O, məsələdən xəbərdar olmamış, məharət dərəcələri ilə bağlı şöbə tərəfindən 2 nüsxədə sənəd tərtib edilmişdir. Sə nədlərdən biri həmin şöbədə, digəri isə məxfi şöbədə saxlanılır. Peşəkar hazırlıq şöbəsində olan sənəddə heç bir dəyişiklik edilməmişdir. Məxfi şöbədə isə zərurət yarandıqda, sənəd müxtəlif şəxslər tərəfindən sənəd imza edilərək götürülə bilər. Qərargah rəisinin otağında onun bu işdə təqsirinin olmadığı, yalnız nəzarət edilməli olduğu bildirilmişdir. O, isə qeyd etmişdir ki, nəzarəti təkcə o, deyil, komissiya üzvü olan 10 nəfər də etməlidir. Eyni zamanda, sənədlə bağlı nəzarət hər iki şöbə tərəfindən həyata keçirilməlidir. Məharət dərəcəsinin qiymətləndirilməsi 2021-ci ilin yanvar ayında keçirilmişdir və o, həmin dövrdə “Covid-19” virusuna yoluxmuşdur. Komissiyanın iclasında iştirak etsə belə, nə səhhəti, nə də xarakteri belə bir saxtakarlığın həyata keçirilməsinə yol verə bilməzdi. Onun s axtakarlıq etməməsi müəyyən edilmişdir. Lakin bununla bağlı iclasın yekunu olaraq protokol tərtib edilmiş və bildirilmişdir ki, rütbəsi bir pillə aşağı salınacaq və “xidməti uyğunsuzluq”la işdən xaric olunması barədə qərar qəbul ediləcək. O, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq (xidməti uyğunsuzluğa görə) 23 iyul 2021-ci il tarixdən 5 oktyabr 2021-ci il tarixədək 75 gün müddətinə növbəti məzuniyyət verilməklə və 5 oktyabr 2021-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. “Xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmağı və heç bir intizam tədbiri tətbiq edilmədən rütbəsinin aşağı salınmasından aydın olur ki, məsul şəxsl ər tərəfindən araşdırma düzgün və ətraflı aparılmamışdır. Qeydiyyatda olduğu hərbi hissə yuxarıda sadalanan hadisələrlə bağlı düzgün araşdırma aparmadan yanlış qərar vermişdir. Ona qarşı yaradılmış olan bu kompaniya onun işdən öz səhhətində yaranan problemlə bağlı çıxmaq istəyi ilə əlaqədardır.

10. Bakı İnzibati Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2-1(112)-2046/2022 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, cavabdeh Dövlət Sərhəd Xidmətinin 15 iyul 2021-ci il tarixli 1233 ş/h nömrəli əmri ləğv edilmiş, iddiaçının hərbi xidmətdən “öz arzusu” ilə ehtiyata buraxılması barədə əmr verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xidməti fəaliyyətində sadalanan nöqsanlar mövcud olsa belə seçilmiş intizam tədbiri, yəni rütbəsi bir pillə aşağı salınmaqla “xidməti uyğunsuzluğa görə” xidmətdən ehtiyata buraxılması qanuna, o cümlədən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17ci maddəsində təsbit edilmiş “mütənasiblik prinsipi”nə, 58-ci maddəsinə, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 15, 69-cu maddələrinə, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 33.3, 41-ci maddələrinə ziddir. Məhkəmə bir halı da diqqətə çəkmişdir ki, hazırkı məhkəmə icraatında iddiaçı mübahisələndirilən 15 iyul 2021-ci il tarixli əmrin qəbulundan əvvəl ehtiyata buraxılması barədə ərizə ilə aidiyyəti üzrə müraciət etdiyini bildirsə də, cavabdeh inzibati orqan bunu təkzib edən heç bir sübut gətirməmişdir. Halbuki, 10 ildən artıq zabit rütbəsində xidmət etmiş hərbi qulluq çu kimi onun müvafiq hüququ da yaranmışdır. Bu hal da, müvafiq əmrin adekvat addım və qərəzsiz hərəkət kimi qiymətləndirilməsinin əleyhinə çıxış etməklə yanaşı, bununla bağlı cavabdeh inzibati orqanın hərəkətsizliyi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(103)-183/2023 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov /sədrlik edən və məruzəçi/, P.Hüseynov və Ş.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2046/2022 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə, həm də hazırkı icraat zamanı məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilən hallara əsasən, Attestasiya Komissiyasının rəyində göstərilən halların həqiqiliyi öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının rəisi olduğu Dövlət Sərhəd Xidmətinin X10 hazırlığı şöbəsinin baş zabiti 2-ci dərəcəli kapitan X4 17 iyul 2021-ci il tarixli izahatına və “Sahil Mühafizəsi” rəisinin 056 saylı xx.xx.2021-ci il tarixli əmrinə, tərəflərin məhkəməyə verdiyi izahatlarına (və s.) əsasən müəyyən olunur ki, 2021-ci ilin yanvar ayında Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilərək verilməsi və təsdiq edilməsi ilə əlaqədar keç ilmiş imtahanların nəticələrinə dair tərtib olunmuş akt və əmr həmin ilin fevral ayında Peşəkar hazırlığı şöbəsinin leytenant X16 tərəfindən hazırlanıb iş bölməsi tərəfindən imzalandıqdan sonra şöbəyə qaytarılmış, lakin sonradan, aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 2-ci dərəcəli kapitan X11 tərəfindən, həmin şöbəsinin rəisi 1-ci dərəcəli kapitan İddiaçı razılığı ilə təsdiq olunmuş əmrdə dəyişiklik edilmiş və kapitan X18, leytenant X12, baş miçman X17, gizir X14, gizir X21, gizir X15 və kiçik gizir X8 məharət dərəcəsi verilən şəxslər kimi əmrə əlavə edilmiş, nəticədə sonunculara toplamda 2479 manat məharət dərəcələrinə görə əlavə vəsait ödənilmişdir. Həmin əmrə əlavə olunmuş “tanış oldum” başlıqlı vərəqədən görünür ki, Peşəkar hazırlığı şöbəsinin rəisi olan İddiaçı da həm in əmrlə tanış olduğunu imzası ilə təsdiqləmişdir. Peşəkar hazırlığı şöbəsinin baş zabiti 2-ci dərəcəli kapitan X11 vermiş olduğu izahatında adları çəkilən hərbi qulluqçuların şöbə rəisi İddiaçı razılığı ilə, sonradan qanunsuz olaraq akta əlavə etdiyini təsdiq etmişdir. Eyni zamanda, Maliyyə bölməsinin rəisi X5 xx.xx.2021-ci il tarixli və gizir X6 xx.xx.2021-ci il tarixli izahatlarına əsasən, onların öz xahişləri ilə adlarının sonradan sözügedən əmrə əlavə edildiyini təsdiqləmişlər. Qeyd olunanlar onu deməyə əsas verir ki, Peşəkar hazırlıq şöbəsinin rəisi olaraq İddiaçı üzərinə düşən vəzifə borcuna ciddi yanaşmamış, kobud pozuntulara yol vermişdir. İddiaçının Attestasiya Komissiyasının tədqiq olunan rəyində yol verdiyi göstərilən digər pozuntu onu ehtiva edir ki, onun arzuolunmaz şəxslər lə (dövlət sərhədini pozan, qaçaqmalçılıqla məşğul olan şəxs) əlaqələri mövcud olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçıya irad tutulan həmin halların həqiqiliyi məhkəməyə təqdim olunmuş sübutlarla təsdiq olunur. Belə ki, cavabdehin təhqiqat orqanı tərəfindən aparılan araşdırma zamanı qaçaqmalçılıq cinayət əməlini törətməkdə təqsirləndirilən Rövşən Əliyevin üzərindən çıxan smartfon tipli mobil telefona baxış keçirilərkən onun İddiaçıla birlikdə fotoşəkilləri aşkar edilmişdir ki, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş həmin fotoşəkillərdə qeyd olunanlar öz təsdiqini tapır. Bundan əlavə, iddiaçının xx.xx.2021 -ci il tarixdə “Bakı” restoranında X19 ilə görüşdüyü müəyyən olunmuşdur. Əslində, iddiaçı özü də iddia ərizəsində 4 iyul 2021-ci il tarixdə Bakı şəhərində “Bakı” kafesində dostunun 4-5 saat davam edən ad günündə Rövşən Əliyev adlı şəxslə birlikdə iştirak etdiyini inkar etmir. Hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(002)-358/2021 nömrəli hökmündən isə görünür ki, X19, bir qrup şəxslə əlbir olub, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq dövlət sərhədini dəfələrlə keçməsinə görə AR CM-nin 32.5, 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri bilinərək məhkum edilmişdir. Göründüyü kimi, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olaraq iddiaçı etik davranış qaydaları ilə üzərinə düşən vəzifələrinə etinasızlıq göstərmiş, aşkar surətdə onları pozmuşdur. Başqa sözlə, onun xidməti vəzifələri ilə bir ar aya sığmayan, hərbi qulluqçu adına ləkə gətirən hərəkətlərə yol verməsi sübuta yetirilir. Ən azından, iddiaçının öz arzusu ilə ehtiyata buraxılması barədə ərizə verməsi, onun vəzifə borclarının icrasına laqeyd yanaşmasını, ələlxüsus, arzuolunmaz şəxslərlə (o cümlədən, dövlət sərhədini pozan və qaçaqmalçılıqla məşğul olan şəxslə) əlaqə saxlaması üçün əsas ola bilməzdi. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun qeyd olunan 4-cü maddəsinin 2-ci hissəsinin tələbi baxımından o, hərbi qulluqçu olaraq, hərbi xidmətdən ehtiyata buraxıldığı son günə qədər hərbi xidmətin başında sayılırdı.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1936/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər: K.Bədəlov /sədrlik edən və məruzəçi/, İ.Hüseynov və N.Rəsulbəyova) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 13 aprel 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1682/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə /sədrlik edən və məruzəçi/, G.Abbasova və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməs i birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.0.6.-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.

21. Qanunun tələbindən də göründüyü kimi xidməti uyğunsuzluq yəni hərbi qulluqçu xidmət etdiyi dövrdə hərbi nizamnamələrin, xidməti təlimatların tələblərini bilməli və gündəlik fəaliyyətində həmin tələbləri rəhbər tutmalı olmağı əvəzinə, əksinə hərbi qulluqçularla ünsiyyət qaydalarını pozmuş, sənədlərin tərtibatında nöqsanlara yol vermiş, vəzifə borcunu zəif icra etmiş, sərhədçiyə yaraşmayan hərəkətlərə yol vermişdir. Yol verdiyi nöqsanlarla bağlı dəfələrlə intizam cəzası almış, iradlardan nəticə çıxarmamış, tutduğu vəzifədə ona göstərilən etimadı doğrultmamışdır.

22. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə, İddiaçı 3 halda intizam cəzası ilə intizam məsuliyyətinə cəlb edilmişdir.

23. İddiaçının hazırkı tələbi əsassızdır. Belə ki, o işlədiyi vəzifənin icrasını düzgün təşkil etməmiş, müvafiq təlimatların və nizamnamələrin tələblərinə riayət etməmiş, davranışlarında sərhədçiyə yaraşmayan nöqsana yol v erdiyinə görə “Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.

24. Hesab edir ki, məhkəmə bu iddia tələbi üzrə araşdırmanı birtərəfli qaydada aparmış və onun təqdim etdiyi sübutlara qiymət verməyərək düzgün nəticəyə gəlməmişdir.

25. Qeyd olunanlardan da görünür ki, məhkəmə maddi və prosessual hüquq normasını düzgün tətbiq etməmişdir.

26. Buna görə də İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı iddia tələbi əsassızdır və təmin edilməməlidir.

27. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. «H ərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 2. bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. 29. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

33. Hərbi rütbələrdən məhrumetmə, hərbi rütbələrin aşağı salınması və bərpası 33.3. Hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri (əsgər, matros, kiçik gizir, kiçik miçman, kiçik leytenant hərbi rütbəsinə malik olanlar istis na olmaqla) digər intizam tənbehi tədbirləri müsbət nəticə vermədikdə bir pillə aşağı salına bilər. Maddə

40. Həqiqi hərbi xidmətdən buraxılma 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə

41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfində n həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X2”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna ol maqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə.

30. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə 156. e) bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) bəndinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim he sabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Maddə 162. hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Maddə 163. ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Maddə 165. ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən ela n olunur. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir.

31. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllə nin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin göstərilməlidir. əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə iddiaçının verdiyi kassasiya şikayəti üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının m əhkəmə baxışı predmeti olmuş, bunun nəticəsində Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1936/2023 saylı qərarı qəbul edilmişdir ki, həmin qərarla iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 13 aprel 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

35. Ali Məhkəmənin həmin qərarının “kassasiya instansiyası məhkəməsinin mövqeyi” adlanan əsaslandırma hissəsində qeyd edilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iki əsas dəlili qiymətləndirmiş və iş üzrə yekun nəticəyə gəlmişdir. Bunlardan biri iddiaçının arzuolunmaz şəxslərlə (dövlət sərhədini pozan, qaçaqmalçılıqla məşğul olan şəxs) əlaqəsin in mövcud olması, digəri isə Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilərək verilməsi və təsdiq edilməsi ilə əlaqədar keçirilmiş imtahanların nəticələrinə dair tərtib olunmuş akt və əmrdə saxtakarlığa yol verilməsi ilə bağlıdır.” (qərarın 32-ci bəndi).

36. Daha sonra Ali Məhkəmə göstərmişdir ki, “İddiaçının arzuolunmaz şəxslərlə əlaqəsinin mövcud olması xüsusatı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halına görə, iddiaçı 04 iyul 2021-ci il tarixdə keçirilən ad günü tədbirində X19 ilə görüşmüş və onların masa arxasında bərabər şəkilləri çəkilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(002)-358/2021 nömrəli hökmündən göründüyü kimi, X13 təqsirli bilindiyi cinayət əməli 6-14 iyul 2021-ci il t arixləri arasında, yəni iddiaçı ilə görüşdən sonrakı tarixlərdə törədilmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi iddiaçının X19 ilə sonuncunun cinayət əməlini törətməsindən öncə bir məclisdə iştirakını onun xidmətə uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına əsas kimi qəbul etməkdə səhvə yol vermişdir.” (qərarın 33-cü bəndi).

37. Ali Məhkəmənin qərarının 34-cü bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı bəndinin maddəsinin “j” bəndinə əsasən, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.”

38. Ali Məhkəmənin qərarının 35-ci bəndində qeyd edilmişdir ki, “Nəzərə almaq lazımdır ki, iddiaçı 10 ildən artıq xidmət etmiş zabit kimi xx.xx.2021-ci il tarixdə Sahil Mühafizəsinin qərargah rəisinə raportla müraciət edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir.”

39. Ali Məhkəmənin qərarının 36, 37 və 38-ci bəndlərində yazılmışdır ki, “İddiaçı ilə xx.xx.2021-ci il tarixdə aparılmış ilkin söhbət zamanı ona ehtiyata buraxılmaqla bağlı qərarını həyata keçirməyə tələsməməsi, bir daha düşünməsi tövsiyə edilmiş, habelə mövcud qanunvericiliyin və Əsasnamənin tələbləri, hərbi xidmətin vacibli yi və üstünlükləri izah edilərək fikirlərini dəqiqləşdirməsi üçün vaxt verilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı ilə aparılmış ikinci söhbət zamanı isə onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilmişdir. Buna baxmayaraq, X19 xx.xx.2021-ci il tarixdə saxlanıldıqda və onun mobil telefonunda iddiaçı ilə xx.xx.2021-ci il tarixdə çəkilmiş şəkili müəyyən edildikdə, dərhal həmin gün iddiaçının hərbi rütbəsi bir pillə aşağı salınmaqla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin eht iyatına buraxılmasının məqsədəuyğun hesab edilməsi barədə attestasiya keçirilmiş və bir gün sonra, yəni xx.xx.2021-ci il tarixdə hazırkı iş üzrə mübahisələndirilən əmr qəbul edilmişdir.”

40. Ali Məhkəmənin qərarında həmçinin göstərilmişdir ki, “Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan cavabdehin etirazında və apellyasiya şikayətində irəli sürdüyü dəlillərin əsaslığını yoxlamamış, iddiaçının öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə müraciəti ilə əlaqədar söhbət zamanı ona ehtiyata buraxılmaqla bağlı qərarını həyata keçirməyə tələsməməsi, bir daha düşünməsinin tövsiyə edilməsi, növbəti söhbət zamanı (xx.xx.2021-ci il tarixdə) isə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasının məqsədəuyğun hesab e dilməsinə baxmayaraq, qısa (bir ay) müddət keçdikdən sonra bir gün ərzində onun “xidmətə uyğunsuzluğa görə” ehtiyata buraxılmasının səbəblərini ətraflı araşdırmamışdır.” (qərarın 39-cu bəndi).

41. Bununla yanaşı Ali Məhkəmə qərarında yazmışdır ki, “Bundan başqa, iddiaçının mübahisələndirdiyi əmrin qəbul edilməsinə əsas olmuş digər xüsusat Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilərək verilməsi və təsdiq edilməsi ilə əlaqədar keçilmiş imtahanların nəticələrinə dair tərtib olunmuş akt və əmrdə saxtakarlığa yol verilməsi ilə bağlıdır. Bununla bağlı qeyd olunmalıdır ki, “Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilməsi, verilməsi və təsdiq edilməsi haqqında” 056 nömrəli əmrin 29 yanvar 2021-ci il tarixdə qəbul edilməsinə, iddiaçının 03 may 2021-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmasına dair müraciət etməsinə və ona xidmətinin davam etdirilməsinin təklif olunmasına baxmayaraq, X13 14 iyul 2021-ci il tarixdə saxlanılması və onun mobil telefonunda iddiaçı ilə 04 iyul 2021-ci il tarixdə çəkilmiş şəklinin aşkar edilməsi ilə bərabər həmin gün, yəni 14 iyul 2021-ci il tarixdə keçirilmiş attestasiya komissiyasının iclasının protokolunda iddiaçı tərəfindən saxtakarlığa yol verilməsi də müəyyən edilmiş və qeyd edilənlər onun xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmasına səbəb olmuşdur. Lakin bununla bağlı, apellyasiya instansiyası məhkəməsi işdə olan açıq-aşkar ziddiyyətləri tam, hərtərəfli və obyektiv araşdırmadan yekun nəticəyə gəlmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının yuxarıda qeyd edilən əsaslara görə xx.x x.2021-ci il tarixdə ehtiyata buraxılması barədə əmr qəbul edilsə də, iş materiallarına əlavə edilmiş X6 və X5 izahatları mübahisələndirilən əmrdən 2 gün sonra, 17 iyul 2021-ci il tarixdə alınmışdır. Adları çəkilən şəxslər izahatlarında adlarının məharət dərəcəsinin verilməsi barədə əmrə əlavə edilməsini yoldaşlıq əsasında X3 xahiş etdiklərini bildirmişlər. İsmayıl Teymurov isə 17 iyul 2021-ci il tarixdə verdiyi izahatda iddiaçının bundan məlumatlı olduğunu qeyd etsə də, kassasiya instansiyası məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində həmin izahatını təkzib etmiş, məharət dərəcəsi alanların siyahısına əlavə şəxslərin salınmasından iddiaçının məlumatlı olmadığını qeyd etmişdir. Habelə, Nümayəndə3 da məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, DSX-nin X7 bölməsin in rəisi olaraq xidməti araşdırma onun tərəfindən aparılmışdır. Xidməti araşdırma zamanı müəyyən olmuşdur ki, leytenant X12, kapitan X18, gizir X14, gizir X21, gizir X15, kiçik gizir X8 və baş miçman X9 adları məharət dərəcəsi verilən siyahıya X11 tərəfindən salınmışdır. Qeyd olunan hərbi qulluqçuların izahatları əsasında İddiaçı bunlardan xəbərdar olmaması müəyyən edilmişdir. Məhz, X11 bu hərəkətlərə yol verdiyinə görə xidməti uyğunsuzluqla hərbi xidmətdən azad olunmuşdur. Göründüyü kimi, iddiaçının barəsində xidməti uyğunsuzluğa görə qəbul edilmiş mübahisələndirilən əmrin xx.xx.2021-ci il tarixdə qəbul edilməsinə, lakin həmin əmrdə istinad olunan əsasın xx.xx.2021-ci il tarixdə alınmış izahatla müəyyən edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi bu halları araşdırmamış, İsm ayıl Teymurovun izahatının əsaslığını yoxlamamışdır. Nəzərə almaq lazımdır ki, hazırda İsmayıl Teymurov məhkəməyə göndərdiyi ərizəsində təhqiqat zamanı verdiyi izahatında göstərilən xüsusatların həqiqəti əks etdirmədiyini, iddiaçının həmin əmrdə edilən dəyişikliklərdən xəbərdar olmadığını bildirmişdir.” (qərarın 40-44-cü bəndləri).

42. Məlum olduğu kimi, İPM-in 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

43. Apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən, haqlı olaraq İPM-in 96.11-ci maddəsinin müddəalarını əsas götürməklə, Ali Məhkəmənin yuxarıda qeyd edilmiş hüquqi mövqeyini tam yerinə yetirmiş, bunun nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul etmişdir.

44. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən əmr qəbul edilərkən iki hala istinad edilmişdir: Birincisi iddiaçının arzuolunmaz şəxslərlə (dövlət sərhədini pozan, qaçaqmalçılıqla məşğul olan şəxs) əlaqəsinin mövcud olması; digəri isə Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilərək verilməsi və təsdiq edilməsi ilə əlaqədar keçirilmiş imtahanların nəticələrinə dair tərtib olunmuş akt və əmrdə saxtakarlığa yol verilməsi ilə bağlıdır.

45. İddiaçının arzuolunmaz şəxslərlə əlaqəsinin mövcud olması xüsusatı ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz halına görə, iddiaçı 04 iyul 2021-ci il tarixdə keçirilən ad günü tədbirində X19 ilə görüşmüş və onların masa arxasında bərabər şəkilləri çə kilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(002)-358/2021 nömrəli hökmündən göründüyü kimi, X13 təqsirli bilindiyi cinayət əməli 6-14 iyul 2021-ci il tarixləri arasında, yəni iddiaçı ilə görüşdən sonrakı tarixlərdə törədilmişdir. Həmçinin, həm həmin cinayət işi üzrə hazırkı iddiaçı heç bir statusda cəlb edilməmiş, həmçinin, hazırkı araşdırma zamanı da cavabdehin nümayəndələri iddiaçının həmin şəxslə, həmin şəxsin törətdiyi cinayət əməli ilə bağlılığına dair sübut təqdim edə bilməmişdir.

46. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının X19 ilə sonuncunun cinayət əməlini törətməsindən öncə bir məclisdə iştirakı onun xidmətə uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən e htiyata buraxılmasına əsas kimi qəbul edilə bilməz.

47. Bundan başqa apellyasiya məhkəməsi qərarında göstərmişdir ki, iddiaçının mübahisələndirdiyi əmrin qəbul edilməsinə əsas olmuş digər xüsusat Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilərək verilməsi və təsdiq edilməsi ilə əlaqədar keçilmiş imtahanların nəticələrinə dair tərtib olunmuş akt və əmrdə saxtakarlığa yol verilməsi ilə bağlıdır.

48. Bununla bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, “Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilməsi, verilməsi və təsdiq edilməsi haqqında” 056 nömrəli əmrin 29 yanvar 2021-ci il tarixdə qəbul edilməsinə, iddiaçının 03 may 2021-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmasına dair müraciət etməsinə və peşəkarlıq səviyyəsi nəzərə alı nmaqla ona xidmətinin davam etdirilməsinin təklif olunmasına baxmayaraq, X13 14 iyul 2021-ci il tarixdə saxlanılması və onun mobil telefonunda iddiaçı ilə 04 iyul 2021-ci il tarixdə çəkilmiş şəklinin aşkar edilməsi ilə bərabər həmin gün, yəni 14 iyul 2021-ci il tarixdə keçirilmiş attestasiya komissiyasının iclasının protokolunda iddiaçı tərəfindən saxtakarlığa yol verilməsi də müəyyən edilmiş və qeyd edilənlər onun xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmasına səbəb olmuşdur.

49. Lakı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X6 və X5 izahatları mübahisələndirilən əmrdən 2 gün sonra, 17 iyul 2021-ci il tarixdə alınmışdır. Adları çəkilən şəxslər izahatlarında adlarının məharət dərəcəsinin verilməsi barədə əmrə əlavə edilməsini yoldaşlıq əsasında X3 xahiş etdiklərini bildirm işlər. İsmayıl Teymurov isə 17 iyul 2021-ci il tarixdə verdiyi izahatda iddiaçının bundan məlumatlı olduğunu qeyd etsə də, kassasiya instansiyası məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində həmin izahatını təkzib etmiş, məharət dərəcəsi alanların siyahısına əlavə şəxslərin salınmasından iddiaçının məlumatlı olmadığını qeyd etmişdir.

50. Habelə, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Nümayəndə3 da məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, DSX-nin X7 bölməsinin rəisi olaraq xidməti araşdırma onun tərəfindən aparılmışdır. Xidməti araşdırma zamanı müəyyən olmuşdur ki, leytenant X12, kapitan X18, gizir X14, gizir X21, gizir X15, kiçik gizir X8 və baş miçman X9 adları məharət dərəcəsi verilən siyahıya X11 tərəfindən salınmışdır. Qeyd olunan hərbi qullu qçuların izahatları əsasında İddiaçı bunlardan xəbərdar olmaması müəyyən edilmişdir. Məhz, X11 bu hərəkətlərə yol verdiyinə görə xidməti uyğunsuzluqla hərbi xidmətdən azad olunmuşdur.

51. Beləliklə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının barəsində xidməti uyğunsuzluğa görə qəbul edilmiş mübahisələndirilən əmr xx.xx.2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, həmin əmrdə istinad olunan əsas xx.xx.2021-ci il tarixdə alınmış izahatlarla müəyyən edilmişdir. Bundan başqa, yuxarıda sözügedən məsələ ilə bağlı araşdırmanın ilin əvvəlindən başladığı qeyd edilsə də, lakin may ayından sonra iddiaçı ilə aparılan söhbətlərdə bu məqama toxunulmur, həmçinin, əmrin verildiyi xx.xx.2021-ci il tarixədək iddiaçı barəsində həmin halla bağlı araşdırma materiallarının mövcudluğu d a məhkəmə araşdırmaları zamanı müəyyən edilmir. Buna dair sübutlar da cavabdeh tərəfindən sonuncu iclas zamanı da təqdim edilməmişdir

52. Həmçinin, apellyasiya məhkəməsi öz qərarında yazmışdır ki, kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, İsmayıl Teymurovun izahatının əsaslılığı məhkəmə araşdırması zamanı yoxlanılmamışdır, belə ki, İsmayıl Teymurov məhkəməyə göndərdiyi ərizəsində təhqiqat zamanı verdiyi izahatında göstərilən xüsusatların həqiqəti əks etdirmədiyini, iddiaçının həmin əmrdə edilən dəyişikliklərdən xəbərdar olmadığını bildirmişdir.

53. Kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla apellyasiya məhkəməsi tərəfindən X11 məhkəmə iclasına şahid kimi dəvət edilərək dindirilmişdir.

54. X11 şahid kimi apellyasiya məhkəməsində verdiyi izahatında qeyd etmişdir ki, Məharət dərəcənin verilməsi ilə bağlı icraçı birbaşa o olmuşdur, siyahını və aktı o tərtib etmişdir, balların artırılması barədə İddiaçı məruzə edilməmişdir, həmçinin siyahıya əlavə edilərkən İddiaçı məruzə edilməmişdir, həmin dövrdə İddiaçı səhhəti ilə əlaqədar hospitalda müalicədə olmuşdur. O, yəni X11 bu hərəkətlərə yol verdiyinə görə xidməti uyğunsuzluqla hərbi xidmətdən azad olunmuşdur. Birinci dəfə ondan izahat xx.xx.2021-ci ildə alınmış, bundan əvvəl ondan bu məsələ ilə bağlı izahat alınmamışdır.

55. Cavabdehin bildirməsinə görə İddiaçı xx.xx.2017-ci il tarixdə “hərbi qulluqçularla ünsiyyət qaydalarını pozduğuna görə Sahil Mühafizəsinin rəisi tərəfindən “şiddətli töhmət”, xx.xx.2020-ci il tarixdə “sənədlərin tərtibatında yol verdiyi nöqsanlara görə” Sahil Mühafizəs inin qərargah rəisi tərəfindən töhmət, xx.xx.2020-ci il tarixdə “vəzifə borcunun zəif icrasına görə” Sahil Mühafizəsinin rəisi tərəfindən “töhmət” elan edildiyini qeyd etmişdir.

56. Bununla bağlı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, sözügedən intizam cəzalarının verilməsindən 6 ay keçdikdən sonra iddiaçı barəsində mübahisələndirilən əmr qəbul edilmiş, həmçinin, iddiaçı ilə hələ 2021-ci ilin may ayında ilkin söhbət zamanı iddiaçının məhz peşəkarlıq səviyyəsi nəzərə alınaraq ona xidmətdə qalması təklif edilmişdir.

57. Bütün yuxarıda göstərilənlərə əsasən apellyasiya məhkəməsi haqlı olaraq qərarında qeyd etmişdir ki, cavabdeh Dövlət Sərhəd Xidmətinin 15 iyul 2021-ci il tarixli 1233 ş/h nömrəli əmri qanuna zidd olmaqla İddiaçı hüquqlarının həyata keçirilməsinə maneələr yar adan və hüquqlarının pozulmasına səbəb olan inzibati akt olduğundan, birinci instansiya məhkəməsinin əmrin ləğv edilməsi və İddiaçı hərbi xidmətdən “öz arzusu” ilə ehtiyata buraxılması barədə əmr verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

58. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1682/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar