Məhkəmə qərarları › İş №2-1(102)-2614/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2614/2025

08.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2614/2025 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Məlumat vərəqəsinin iddiaçının aldığı bütün əlavələr nəzərə alınmaqla yenidən tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi, vurulmuş ziyana görə 5 illik pul təminatı məbləğində kompensasiya ödənilməsi və sair Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. Iddiaçı 1994-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandonluq Məktəbində kursant kimi təhsil almış, 1999-cu ildən ##.##.2021-ci il tarixinədək Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində - *** nömrəli, N nömrəli hərbi hissələrdə (052-də V, 075-də qərargah rəisinin köməkçisi) vəzifəsində hərbi xidmətdə olmuşdur.

2. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək olan dövrdə Kəlbəcər, Cəbrayıl, Xocavənd, Şuşa və Füzulinin azad olunması uğrunda döyüşlərdə iştirak edərək müxtəlif medallarla təltif edilmişdir.

3. Iddiaçı müdafiə nazirinin **** nömrəli əmri ilə ##.##.2021-ci il tarixdə xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır.

4. Bundan sonra, iddiaçı barəsində sonuncu xidmət yeri olan N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş MN seriyalı, ****** nömrəli ## #### 2021-ci il tarixli “Pul attestatına” müvafiq olaraq tərtib edilmiş MN-***** nömrəli, ##.##.2021-ci il tarixli “Məlumat vərəqi” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Həmin məlumat vərəqinə əsasən iddiaçının təminat xərcliyi 1.765,70 manat məbləğində müəyyən edilmişdir.

5. “Cavabdeh Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında” Azərbyacan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli **** nömrəli Fərmanına müvafiq olaraq iddiaçının əmək pensiyasının yenidən hesablanması məqsədi ilə cavabdeh tərəfindən yenidən onun barəsində MN-***** nömrəli ##.##.2024-cü il tarixli “Məlumat vərəqi” tərtib edilərək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Elektron məlumatlar bazası”na daxil edilmişdir. Həmin məlumat vərəqinə əsasən iddiaçının təminat xərcliyi 3.415,70 manat məbləğində (1.910,00 manat vəzifə maaşı, 154,00 manat rütbə maaşı, xidmət illərinə görə 30% əlavə 619,20 manat, ərzaq payı əvəzinə 64,00 manat kompensasiya, “usta” məharət dərəcəsinə görə 35% əlavə - 668,50 manat) müəyyən edilmişdir.

6. Iddiaçı ona dair tərtib olunmuş məlumat vərəqəsində qeyd olunan məlumatlarla razılaşmayaraq bildirmişdir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11-ci maddəsinə müvafiq olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta ödənişi verilir. Odur ki, həmin ödənişin ona aid edilməsini xahiş etmişdir.

7. Cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli məktubla iddiaçının müraciətinə imtina cavabı verərək bildirmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ***-VIQD nömrəli Qanun ##.##.2021-ci il tarixdə qəbul edilmişdir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən, ”Sığortaolunan dedikdə - barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər”; başa düşülür. Həmin Qanunun 4.1-ci bəndinə əsasən, sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 4.2-ci bəndinə əsasən, sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular, o cümlədən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin əməkdaşları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq sığortalanırlar. Həmin Qanunun 4-cü maddəsinə əsasən, sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bır hərbi qulluqçu üçün ödənilməli olan sığorta məbləği, 5-ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir. Bu qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara, o cümlədən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin əməkdaşlarına sığorta ödənişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (##.##.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) tərəfindən aparılır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən, yeni normativ hüquqi akt, eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Qeyd edilən normaların məzmunundan aydın olur ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının ##.##.2004-cü il tarixli ***IIQ nömrəli Qanunu iddiaçı İddiaçı tətbiq edilə bilməz. Çünki, sözügedən Qanun 2004-cü ildə qəbul olunsa da, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ***-VIQD nömrəli Qanun ##.##.2021-ci il tarixdə qüvvəyə minmişdir. Göründüyü kimi, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik yeni qəbul olunduğundan daha üstün hüquqi qüvvəyə malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2-ci yarımbəndində nəzərdə tutulan “xxxx” dedikdə, ##.##.2022-ci il tarixədək Dövlət Kommersiya Sığorta Şirkəti, həmin tarixdən sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur. Hərbi qulluqçulara sığorta ödənişi qeyd edilən orqanlar tərəfindən həyata keçirilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların xxxxda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, xxxxya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası”nın 7.1.3cü yarımbəndində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti üzrə sığorta haqları on bir min manat sığorta məbləğinin 1 (bir) faizi miqdarında müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq bildirilir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşları, “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının ##.##.2004-cü il tarixli ***-IIQ nömrəli Qanununun 20.11-ci maddəsi ilə deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının ##.##.1997-ci il tarixli ***-IQ nömrəli Qanunu (bu Qanuna dəyişiklik edilməsi barədə ***-VIQD nömrəli # ###### 2021-ci il tarixli Qanun nəzərə alınmaqla) və Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı ilə sığorta olunurlar.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ona dair tərtib olunmuş məlumat vərəqəsinin iddiaçının aldığı bütün əlavələr nəzərə alınmaqla yenidən tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi, vurulmuş ziyana görə 5 illik pul təminatı məbləğində kompensasiya ödənilməsi, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən iddiaçının xidmət etdiyi ##.##.1999-cu ildən ##.##.2021-ci il tarixinə qədər olan dövr üçün hər il məzuniyyətə çıxarkən verilməli olan iki aylıq pul təminatı məbləğində müavinətin və həmin dövr üzrə həmin Qanunun 20.7-ci maddəsinə əsasən müalicə olunması ilə əlaqədar ildə bir dəfə verilməli olan iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin, eləcə də, paraşütlə tullanmaq üçün pul mükafatının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

9. Iddiaçı tələbini hazırkı qərarın 1-6-cı bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, ehtiyata buraxıldıqdan sonra pul təminatına dair arayış tərtib olunaraq 3 illik təminat xərcliyi həcmində kompensasiya məbləği hesabına köçürülmüşdür. Lakin pul təminatında onun xidmət etdiyi illər ərzində aldığı bütün əlavələr deyil, yalnız vəzifə, hərbi rütbə maaşı, xidmət illərinə görə faiz əlavəsi və ixtisas dərəcəsi göstərilmiş, ümumilikdə 1701,7 manat pul təminatı hesablanmışdır. Xidmət göstərdiyi sahə kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinə aid olduğu üçün ona xidməti illər zamanı daim bu məbləğdən daha yuxarı məbləğ bank hesabına köçürülmüş, ehtiyata buraxılmamışdan qabaq sonuncu dəfə 4307,80 manat məvacib almışdır. Bu da onu göstərir ki, o, bütün xidmət illəri zamanı aldığı aylıq əməkhaqqısı pul təminatı haqqında arayışda qeyd olunan məbləğdən çox olmuşdur. Bununla əlaqədar cavabdehə müraciət olunsa da, cavabdehin ##.##.2023-cü il tarixli cavab məktubu ilə tələbinin icrasından imtina olunmuşdur. Buna görə də onun xidmət illəri zamanı aldığı bütün əlavələrin hesablanaraq məlumat vərəqəsinə düzəliş olunmasına zərurət vardır. Qeyd olunan təminat xərcliyinin düzgün hesablanmaması ona ödənilən həm kompensasiya məbləğində, həm də pensiya məbləğində öz əksini tapmışdır. Cavabdeh bununla bağlı cavab məktubunda qeyd etmişdir ki, hərbi qulluqçuların vəzifə və rütbə maaşlarına xidməti vəzifələrinin icra edildiyi dövrdə tətbiq edilən artım əmsalları (qatlar) xidmətdə olan hərbi qulluqçuların hərbi xidmətinin stimullaşdırılması məqsədilə yalnız xidmət dövründə ödənilir və bu əmsallar (qatlar) daimi xarakter daşımır. Eyni zamanda, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** nömrəli Qərarına istinad olunaraq, ona verilən əlavələrin həmin qərarda göstərilmədiyi qeyd olunmuşdur. Halbuki, işin mübahisəsiz halıdır ki, o, xidməti dövründə vəzifə maaşına əlavələr almışdır. Əgər cavabdehin qeyd etdiyi kimi, bu əlavələr Nazirlər Kabinetinin siyahısında əks olunmayıbsa, bu əlavələrin verilməsi də qanunsuz olardı. Halbuki, rəsmi qaydada, bank kartına köçürmə yolu ilə, istisnasız bütün xidməti dövrdə aldığı əlavələrin qanunsuz olmasını iddia etmək tamamilə absurddur. Xüsusilə qeyd olunmalıdır ki, bu əlavələrin müvəqqəti xarakter daşıdığı qeyd olunmuşdur. Burada fərq ondan ibarətdir ki, ona verilən əlavələr hər hansı şərtdən asılı olmamış, hər heç vaxt (xəstəlik, ezamiyyətdə olarkən və sair) verilməsi dayandırılmamış, bu əlavələrdən məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Bununla da sübut olunur ki, ona verilən əlavələr müvəqqəti xarakter daşımamışdır. Indiki halda onun sosial təminat hüquqları həm də ona görə pozulur ki, xidməti dövründə hesablanan 3000 manat əməkhaqqından 500 manatdan çox məcburi dövlət sosial sığorta haqqı tutulmuş və o, təxminən 2500 manat əməkhaqqı almışdır. Bu tutulan vəsaitlərin mahiyyəti ondan ibarətdir ki, gələcəkdə həmin vəsaitlər şəxsə pensiya olaraq geri qaytarılsın. Bu halda isə o, həm böyük miqdarda sosial sığorta haqqı ödəmiş olur, həm də onları pensiya olaraq əldə edə bilmir.

10. Cavabdeh iddiaya etirazını imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların xxxxda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, xxxxya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası”nın 7.1.3-cü yarımbəndində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti üzrə sığorta haqları on bir min manat sığorta məbləğinin 1 (bir) faizi miqdarında müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq bildirilir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşları, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının ##.##.2004-cü il tarixli ***-IIQ nömrəli Qanununun 20.11-ci maddəsi ilə deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının ##.##.1997-ci il tarixli ***-IQ nömrəli Qanunu (bu Qanuna dəyişiklik edilməsi barədə ***-VIQD nömrəli # ###### 2021-ci il tarixli Qanun nəzərə alınmaqla) və Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı ilə sığorta olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydaya uyğun olaraq xəsarət (yaralanma, travma, kontuziya) almış xəstəliklə əlaqədar sağlamlığına ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına 3 illik miqdarında kompensasiya ödənilir.

11. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində xüsusi təyinatlı qüvvələrin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ### 2000ci il tarixli ***-* nömrəli Sərəncamının 2-ci bəndinin icrası ilə bağlı tərtib edilmiş müdafiə nazirinin ## ###### 2014-cü il tarixli *** nömrəli əmrinə (məxfi olduğu üçün əlavə edilmir) uyğun olaraq N nömrəli hərbi hissənin, o cümlədən, N nömrəli hərbi hissənin hərbi qulluqçularının vəzifə və hərbi rütbə maaşlarına xidməti vəzifələrinin icra edildiyi dövrdə artım əmsalları tətbiq edilir. Bu əmsallar həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların xüsusilə ağır olan hərbi xidmətlərinin stimullaşdırılması məqsədilə, yalnız xidmət dövrü ərzində ödənilir. Bu səbəbdən, əmsallar daimi xarakter daşımır. Belə ki, müdafiə nazirinin yuxarıda qeyd edilən əmrinin 3-cü bəndində göstərilir: “Xidməti vəzifələrin icra edilmədiyi dövrlərdə (xəstəlik (bilavasitə xidməti vəzifələrin icrası zamanı zədə, travma alınması səbəbindən hospitalda müalicə müddəti istisna olmaqla), təhsillə bağlı ezamiyyətlər, həbs) hərbi rütbə və vəzifə maaşları üzrə artım əmsalları tətbiq edilmədən ödənilsin.” Göründüyü kimi, rütbə və vəzifə maaşlarına tətbiq olunan əmsallar daimi deyil, yalnız hərbi qulluqçunun kəşfiyyat subyektinin əməkdaşı qismində xidməti vəzifələrin icra edildiyi dövrdə ödənilir. Xidməti vəzifələrini icra etdiyi dövrlərdə iddiaçıya ödənilən hərbi rütbə və vəzifə maaşlarına tətbiq olunan artım əmsalları daimi xarakter daşımadığı üçün qeyd edilən əmsalların təminat xərcliyinə daxil edilməsi qanunsuz və əsassızdır. Iddiaçı İddiaçı ##.##.2021-ci il tarixdə hərbi xidmətdən təxris olunarkən ona əmək pensiyası təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli ##.##.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın tələblərinə uyğun olaraq, hərbi xidmətdən buraxıldığı günə aldığı - aşağıda qeyd olunan ödəniş növlərindən ibarət təminat xərcliyi hesablanmışdır: vəzifə maaşından; rütbə maaşından; xidmət illərinə görə faiz əlavəsindən; vəzifə maaşından hesablanan ixtisas dərəcəsinə görə əlavədən; ərzaq payı əvəzinə verilən pul kompensasiyasından ibarətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının ##.##.1991-ci il tarixli ** nömrəli Qanununun 10-cu maddəsinin 2-ci bəndində hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsinin müəyyən edilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir (Qanundan çıxarış əlavə olunur). Göstərilən Qanunun və Azərbaycan Respublikası Prezidentinin ##.##.1992-ci il tarixli *** nömrəli Fərmanının icrası ilə bağlı qəbul edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** nömrəli Qərarında hərbi qulluqçuların aylıq maaşlarına üstəlik verilən pul təminatı növləri göstərilmişdir (Qərarın surəti əlavə olunur). Iddiaçı İddiaçı pensiya təyin edilməsi üçün məlumat vərəqində göstərilən pul təminatı növləri (təminat xərcliyi) Nazirlər Kabinetinin qeyd edilən Qərarına uyğun tərtib olunmuşdur. Hərbi qulluqçulara pul təminatının ödənilməsi qaydaları, Nazirlər Kabinetinin qeyd edilən Qərarının 2-ci bəndinin tələblərinə uyğun olaraq hazırlanmış müdafiə nazirinin ##.##.2017-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamə ilə tənzimlənir. Qeyd edilən Əsasnamənin tələblərinə uyğun olaraq. hərbi qulluqçulara aid ödəniş növlərindən yalnız uzun müddət xidmətə görə verilən faiz əlavəsi eyni zamanda həm hərbi rütbə, həm də vəzifə maaşlarından, digər əlavələr isə yalnız vəzifə maaşından hesablanır. Iddiaçıya xidmət müddətində tətbiq olunan artım əmsalları Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** nömrəli Qərarında nəzərdə tutulmadığından, qeyd edilən artım əmsallarının pul təminatı növlərinə (təminat xərcliyinə) daxil edilməsi qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5. maddəsinin tələblərinə uyğun olaraq təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. N nömrəli hərbi hissənin hərbi qulluqçularının hərbi rütbə və vəzifə maaşlarına xüsusi təyinatlı kəşfiyyat ixtisaslı hərbi qulluqçular üçün nəzərdə tutulan artım əmsallarının tətbiq edilməsi - bu maaşların bir neçə qat miqdarında olması kimi hesab edilir. Bu səbəbdən də xüsusi təyinatlı kəşfiyyat ixtisaslı hərbi qulluqçular üçün nəzərdə tutulan artım əmsallarının iddiaçıya pensiya təyin edilməsi üçün tərtib edilmiş məlumat vərəqində göstərilən pul təminatı növlərinə (təminat xərcliyinə) daxil edilməsi mümkün deyildir: Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsindən də göründüyü kimi, hərbi qulluqçuların aylıq vəzifə maaşı dedikdə, onların ştat üzrə təsdiq edilmiş bir qat, bir aylıq vəzifə maaşı nəzərdə tutulur. Azərbaycan Ordusunun xüsusi təyinatlılarından başqa, həm də bəzi hərbi hissələrdə xüsusi ağır qulluq şəraitini nəzərə alaraq, müdafiə nazirinin müvafiq əmrlərinə əsasən hərbi qulluqçuların aylıq vəzifə və rütbə maaşları müəyyən dövrlərdə bir neçə qat ödənilmişdir. Buna misal olaraq bildirilir ki, hərbi qulluqçuların vəzifə və hərbi rütbə maaşları döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrdə- üç qat və iki qat, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələrdə - bir qat yarım, xüsusi təyinatlı qüvvələrdə- dörd qatadək, hərbi hava qüvvələrinin uçuş qalxma heyətində və uçuşların təhlükəsizliyini təmin edən vəzifələrdə isə ##.##.1997-ci ilədək beş qatadək olmuşdur. Müdafiə nazirinin əmri ilə bir neçə qat həcmində ödənilən maaşlar müvəqqəti xarakter daşıyır. Pensiya təyin olunarkən həmin qatların nəzərə alınması hərbi qulluqçular arasında onların sosial təminatı sahəsində ədalət prinsipinin pozulması vəziyyətinə gətirib çıxara bilər.

12. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) ## ###### 2024-cü il tarixli 2-1(118) ****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsinin əsaslandırması: 13.1. Məhkəmə iddiaçının ilk tələbinə münasibətdə bildirir ki, vətəndaş İddiaçı bəzi dövrlərdə xüsusi ağır qulluq şəraitlərində xidmət üçün Müdafiə Nazirliyinin əmrinə əsasən bir neçə qat həcmində əmək haqqı almışdır. Yəni, iddiaçının vəzifə maaşının bir neçə qat həcmində maaş alması müvəqqəti xarakter daşımışdır. Həmçinin, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, iddiaçının xidmət etdiyi dövr ərzində Müdafiə Nazirliyinin əmri ilə 2-3 qat vəzifə maaşı verilib, həmin pul əlavə vəzifə maaşı sayılır. 13.2. Məhkəmə iddia tələbinin “vurulmuş ziyana görə 5 illik pul təminatı məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən iddiaçının xidmət etdiyi ##.##.1999-cu ildən ##.##.2021-ci il tarixinə qədər olan dövr üçün hər il məzuniyyətə çıxarkən verilməli olan iki aylıq pul təminatı məbləğində müavinətin və həmin dövr üzrə həmin Qanunun 20.7-ci maddəsinə əsasən müalicə olunması ilə əlaqədar ildə bir dəfə verilməli olan iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin ödənilməsi” hissəsinə münasibətdə bildirir ki, yuxarıda sadalanan qanunvericilik normalarının qarşılıqlı təhlilindən aydın olur ki, iddiaçının tələb etdiyi müavinətlərin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə münasibətdə ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iddiaçı İddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri sırasına aid olub-olmamasını müəyyənləşdirmək məqsədilə cavabdehə müvafiq sorğu ünvanlamışdır. Cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq daxil olmuş ##.##.2024-cü il tarixli məktubunda aşağıdakılar qeyd edilmişdir: 052 və onun tabeçiliyində olan hərbi hissələrdə, kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının siyahıları Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrlərinə əsasən təyin edilir. Sorğuya verilmiş cavabda (N nömrəli hərbi hissə tərəfindən) qeyd olunmuşdur ki, N nömrəli hərbi hissədə kəşfiyyat subyekti hesab edilən vəzifələr (bütün vəzifələr deyil) yalnız 2015-ci ildən etibarən təsdiq edilmişdir. N nömrəli hərbi hissədə xidmət etmək və ya döyüş əməliyyatlarında iştirak etmək kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı olması anlamını vermir və əməkdaş hesab edilən vəzifələr ayrıca əmr ilə elan olunur. Əlavə olaraq bildirilir ki, onların sorğusuna əsasən 444 və N nömrəli hərbi hissələrdən iddiaçı İddiaçı xidmət dövründə tutduğu vəzifələrin kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilib-edilməməsi barədə onlara məlumat verilmiş və həmin məktublarda iddiaçının tutduğu vəzifələrin Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilmədiyi qeyd olunmuşdur (məktubların surəti əlavə olunur). Göründüyü kimi iddiaçı kəşfiyyat və əks kəşfiyyat fəaliyyətini həyata keçirən əməkdaşların siyahısına daxil deyildir. 13.3. Eyni zamanda, məhkəmə iddiaçının sonuncu tələbinə münasibətdə isə bildirir ki, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən məktubda həmçinin qeyd edilmişdir ki, iddiaçının xidmət etdiyi hərbi hissə qeyd olunan pul mükafatının alınmasına dair şərtlərə uyğun gəlmədiyi üçün həmin hissələrdə pul mükafatı ödənilməsi tətbiq edilməmiş və heç bir qulluqçuya ödənilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur.

14. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: V.M.Hacıyev /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və T.B.Axundov) ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 16.1. Məhkəmə kollegiyası iddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı olub-olmamasının müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyindən əlavə məlumatlar tələb etmişdir. Nazirliyin ##.##.2024-cü il və ##.##.2025ci il tarixli məktublarından müəyyən olunmuşdur ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları hesab edilən vəzifələrin siyahısı Müdafiə nazirinin müvafiq əmrləri ilə təsdiq edilir və həmin siyahılara yalnız xüsusi olaraq müəyyən edilmiş vəzifələr daxil edilir. Hər hansı hərbi hissədə xidmət keçmək və ya döyüş əməliyyatlarında iştirak etmək özlüyündə şəxsin kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı hesab olunmasına əsas vermir. 16.2. Nazirliyin təqdim etdiyi məlumatlara əsasən, iddiaçının ##.##.2014-cü ildən ##.##.2017-ci ilədək N nömrəli hərbi hissədə qərargah rəisinin gündəlik fəaliyyətlərin planlaşdırılması və qoşun xidmətinə nəzarət üzrə köməkçisi, ##.##.2017-ci ildən isə N nömrəli hərbi hissədə maddi-texniki təminat şöbəsi rəisinin qərargah fəaliyyətinin planlaşdırılması üzrə müavini vəzifələrində xidmət etdiyi müəyyən edilmişdir. Həmin vəzifələr müdafiə nazirinin müvafiq əmrləri ilə təsdiq edilmiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları hesab olunan vəzifələr siyahısına daxil edilməmişdir. 16.3. Bundan əlavə, məhkəmə kollegiyası N nömrəli hərbi hissənin məxfi bölməsinin əməkdaşlarının iştirakı ilə müdafiə nazirinin müvafiq tam məxfi əmrlərinə baxış keçirmiş və müəyyən etmişdir ki, iddiaçının 2014–2021-ci illərdə tutduğu vəzifələr həmin əmrlərdə nəzərdə tutulmuş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifələri sırasında yer almamışdır. 16.4. Beləliklə, iş üzrə toplanmış sübutlarla iddiaçının mübahisəli dövrdə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı statusuna malik olmadığı təsdiq edildiyindən, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulmuş xüsusi təminat və imtiyazların ona şamil edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.

17. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri:

18. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmənin nəyə əsasən iddiaçının aldığı əlavələri vəzifə maaşından əlavə qismində nəzərə almaması aydın deyildir. Ümumilikdə, qanunvericilikdə hansı əlavələrin təminat xərcliyinə daxil edilib, hansılarının daxil edilməməsi məsələsi müəyyən edilməmişdir. Qanunvericilikdə konkret bir norma yoxdur ki, vəzifə maaşına əlavələrin məhz Nazirlər Kabinetinin qərarında göstərilməli olmasını müəyyən etsin. Əksinə, bu məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair ## ### 2020-ci il tarixli qərarı mövcuddur. Həmin qərarda da bir daha göstərilir ki, “Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq, bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə, həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.” Göründüyü kimi, bu qərarda belə bir göstəriş mövcud deyildir ki, əlavələr mütləq Nazirlər Kabinetinin hansısa qərarında əks olunmalıdır. Bu əlavələr Müdafiə Nazirliyinin əmri əsasında verilmişdirsə, bunu qadağan edən bir norma mövcud deyildir. Əksinə, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla, digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. Qanunun qeyd edilən normasından da aydın olur ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri də üstəlik verilən pul təminat növlərini müəyyən edə bilər.

19. Bir məqamı da qeyd etmək lazımdır ki, iddiaçı ilə oxşar hüquqi vəziyyətdə olan xüsusi “komando” briqada üzvlərinin vəzifə maaşlarından hesablanan əlavələri pul təminatına daxil edilir və pensiya zamanı nəzərə alınır. Həmin birliklərin fəaliyyəti Nazirlər Kabinetinin ##.##.2021-ci il tarixli, *** saylı qərarı ilə tənzimlənir və hal-hazırda da aldıqlar əlavələr pul təminat xərcliyinə daxil edilir. Ona görə də eyni şərtlərlə xidmət göstərilən iddiaçıya bu əlavələrin nəyə görə nəzərə alınmayıb, digər şəxslərdə nəzərə alınması açıqaşkar ayrı-seçkilik və bərabərlik prinsipinin pozulmasıdır.

20. Məhkəmənin tələbin sığorta ilə bağlı qeyd etdikləri isə tamamilə əsassız olmuşdur. Çünki, iddiaçı istər “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə, istərsə də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən sığortalana bilər və burada ziddiyyət yoxdur. Məhz hansı əsasla məhkəmənin iddiaçıya sığorta ödənişinin “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun tələblərinə uyğun olaraq ödənməli olmasını qeyd etməsi aydın deyildir. Çünki, iddiaçı həmçinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən də sığortalana bilərdi. Məhkəmə iddiaçını kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri sırasına aid etməmiş, bununla əlaqədar cavabdehin mövqeyi ilə razılaşmış və iddianı bu hissədə də təmin etməmişdir. Belə ki, cavabdeh Müdafiə Nazirliyi iddiaçıya “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 20.6 və 20.7-ci maddələrində nəzərdə tutulan ödənişlərin edilməməsini onunla əsaslandırır ki: 1) Bu şəxslərin dairəsini müəyyən etmək Müdafiə Nazirliyinə həvalə edilib və onun diskresion səlahiyyətləri çərçivəsində müəyyən edilir 2) Nazirlik 2014-cü ilə qədər bu cür şəxsləri müəyyən etməyib, bu barədə əmr verməyib 3) 2014-cü ildən sonra isə iddiaçı bu ödənişləri almağa hüquq verən vəzifələrdə xidmət etmədiyi üçün ona bu ödənişlər verilməyib. Lakin, bu mövqe tamamilə əsassızdır və həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində bununla əlaqədar məsələlər məhkəmənin diqqətinə çatdırılsa da, nəzərə alınmamışdır.

21. Qanunda yeganə istisna kimi müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular nəzərdə tutulmuş, başqa hər hansı qeyd şərt göstərilməmiş, hərbi qulluqçuların Müdafiə Nazirliyi tərəfindən əlavə olaraq seçilməsi müəyyən edilməmişdir. Ümumiyyətlə, heç bir qanunda, heç bir normativ hüquqi aktda Müdafiə Nazirliyinə belə bir səlahiyyət verilməmişdir. Əksinə, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci maddəsinə əsasən, “2.2. həmin Qanunun 6.2ci maddəsinin birinci və ikinci cümlələrində, 10.2-ci və 22.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.” Göründüyü kimi, Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsinin, yalnız Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdur. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci maddəsinə əsasən, “1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: 1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əkskəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: 1.4.1. Cavabdeh müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini.”

22. Burada yeganə sübuta yetirilməli olan məsələ odur ki, iddiaçının xidmət etdiyi hərbi hissələr Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə daxildir, ya yox. Bu isə işin mübahisəsiz halıdır ki, həmin hərbi hissələr subyekt kimi fəaliyyət göstərmişdir. Həmçinin, cavabdeh orqan da bununla əlaqədar hər hansı mövqe bildirməmiş, sübut təqdim etməmişdir. Cavabdehin və məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçular da ayrıca olaraq nazirlik tərəfindən seçilir və bu halda, göstərilən ödənişlər onlara edilir. Ikinci bir məqam ondan ibarətdir ki, cavabdehin mövqeyini qəbul etsək və bildirsək ki, Müdafiə Nazirliyinə belə bir səlahiyyət verilib, o zaman hansı hərbi qulluqçulara bu ödənişlərin verilməsi nazir tərəfindən hər il müəyyən edilməlidir. Çünki, 20.6 və 20.7-ci maddələrdə göstərilən ödənişlərin hərbi qulluqçulara hər il edilməsi müəyyənləşdirilmişdir. Nazirliyin “diskresion səlahiyyəti” çərçivəsində atmadığı addım iddiaçının hüquqlarını poza bilməz və qanunazidd ola bilməz. Həmçinin, artıq işin mübahisəsiz halıdır ki, iddiaçı 2014-cü ilə qədər kəşfiyyat və əks-kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş vəzifələrdə xidmət etmişdir. Bunu ##.##.2024-cü il tarixli məktubda hərbi hissə təsdiq etmişdir. Beləliklə, cavabdehin mövqeyini haqlı qəbul etsək belə, yenə də iddiaçıya 2014-cü ilə qədər müddət üçün bu ödənişlər edilməli idi. Üçüncü məqam ondan ibarətdir ki, cavabdeh 2014-cü ildən sonra iddiaçının bu ödənişləri almağa hüquq verən vəzifələrdə xidmət etmədiyini qeyd etsə də, yenə də işin mübahisəsiz halıdır ki, iddiaçı 2020-ci ildə təxris olunanda Qanunun 20.12ci maddəsi ilə nəzərdə tutulan kompensasiyanı almışdır. Belə ki, 20.12-ci maddəyə əsasən, Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Indi sual olunur ki, əgər iddiaçı bu subyektin əməkdaşı hesab olunmursa, nəyə görə cavabdeh orqan bu kompensasiyanı ödəmişdir? Əlbəttə ki, bu sualın da cavabı digər suallar kimi açıqdır, cavabdeh tərəfindən heç bir açıqlama verilə bilmir. Ona görə də cavabdeh orqan ziddiyyətli izahatlar verir, hətta onların mövqeyini haqlı qəbul edəndə belə, iddiaçıya bu ödənişlərin verilməməsini açıqlamaq mümkün olmur.

23. Eyni zamanda, məhkəmə iddiaçının sonuncu tələbinə münasibətdə isə qeyd etmişdir ki, “cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən məktubda həmçinin qeyd edilmişdir ki, iddiaçının xidmət etdiyi hərbi hissə qeyd olunan pul mukafatının alınmasına dair şərtlərə uyğun gəlmədiyi üçün həmin hissələrdə pul mukafatı ödənilməsi tətbiq edilməmiş və heç bir qulluqçuya ödənilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur.” Məhkəmə qeyd edilən şərtlərin nədən ibarət olması, hansı meyarlara əsasən müəyyən olunduğu, ümumiyyətlə bu cür şərtlərin hüquqi əsasının nədən ibarət olması kimi məsələləri araşdırmamış, hər hansı münasibət bildirməmişdir. Məhkəmə cavabdehin mövqeyini təkrarlamaqla sadəcə, onu təsdiq etmişdir. Halbuki, məhz məhkəmənin vəzifəsidir ki, cavabdehin verdiyi məlumatların doğru olubolmamasını araşdırsın, eləcə də əsaslandığı halların sübuta yetirilməsini tələb etsin.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

25. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu”nun: 2.1.3-cü maddəsinə əsasən sığortaolunan dedikdə - barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər başa düşülür. Həmin Qanunun 4-cü maddəsinə əsasən: 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 4-4-cü maddəsinə əsasən: Dövlət icbari şəxsi sığortası məqsədilə sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların xxxxda uçotu, habelə sığortalılar tərəfindən sığorta haqlarının hesablanması, xxxxya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

26. “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: 20.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa və bu qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zamanı onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır. 20.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin əməkdaşlarına peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 50 faizindən çox olmamaqla əlavələr təyin edə bilər. 20.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hesabına həyata keçirilir. 20.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. 20.7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. 20.8. Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablana bilər. 20.9. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının xarici dövlətlərin xüsusi xidmət orqanlarında və təşkilatlarında, həmçinin cinayətkar qruplarda tapşırıqlar yerinə yetirdiyi zaman xidmət müddəti Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, pensiya məbləğinin hesablanması, hərbi rütbələrin verilməsi, xidmət illərinə görə əlavə faiz hesablanması üçün xidmət illərinə əlavə olunmalıdır. 20.10. Məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. 20.13. Xidməti vəzifələrinin icrası zamanı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarının əmlakına dəyən zərər dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir. 20.14 Əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki azasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”: Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular- Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə vəX2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X1 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra– Fond) təqdim olunması qaydalarını müəyyən edir. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

28. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

33. Iddiaçının hazırkı tələbi 6 hissədən ibarətdir: 1) Məlumat vərəqəsinin iddiaçının aldığı bütün əlavələr (artım əmsalları) nəzərə alınmaqla yenidən tərtib olunaraq DSMF-yə göndərilməsi; 2) artım əmsalları nəzərə alınmaqla xəstəliklə əlaqədar sağlamlığına ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına ödənilən 3 illik miqdarında kompensasiyanın ona ödənilməsi; 3) “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən 5 illik pul təminatının ödənilməsi; 4) Həmin Qanunun 20.6-cı maddəsinə əsasən, iddiaçının xidmət etdiyi ##.##.1999-cu ildən ##.##.2021-ci il tarixə qədər olan dövr üçün hər il məzuniyyətə çıxarkən verilməli olan iki aylıq pul təminatı məbləğində müavinətin verilməsi; 5) həmin Qanunun 20.7-ci maddəsinə əsasən müalicə olunması ilə əlaqədar ildə bir dəfə verilməli olan iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin verilməsi; 6) Paraşütlə tullanmaq üçün pul mükafatının verilməsi.

34. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə mövqeyi ilə razılaşmışdır.

35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir:

36. Işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, iddiaçı barəsində cavabdeh tərəfindən tərtib edilmiş 1-ci məlumat vərəqində onun təminat xərcliyi cəmi, 1.765,70 manat göstərilmiş, daha sonra “Cavabdeh Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında” Azərbyacan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli **** nömrəli Fərmanına müvafiq olaraq yenidən MN- ***** nömrəli ##.##.2024-cü il tarixli məlumat vərəqi tərtib edilmiş, həmin məlumat vərəqinə əsasən iddiaçının təminat xərcliyi 3.415,70 manat məbləğində (1.910,00 manat vəzifə maaşı, 154,00 manat rütbə maaşı, xidmət illərinə görə 30% əlavə 619,20 manat, ərzaq payı əvəzinə 64,00 manat kompensasiya, “usta” məharət dərəcəsinə görə 35% əlavə - 668,50 manat) müəyyən edilmişdir.

37. Iddiaçı 1-ci tələbini onunla əsaslandırmışdır ki, pul təminatı haqqında arayışda yalnız bəzi ödəniş növləri nəzərə alınaraq 1701,7 manat məbləğ göstərilmişır. Halbuki, kəşfiyyat və əks-kəşfiyyat sahəsində xidmət etdiyindən faktiki aldığı aylıq məvacib daha yüksək olmuş və ehtiyata buraxılmamışdan əvvəl sonuncu dəfə 4307,80 manat əməkhaqqı almışdır.

38. Kollegiya bu tələbə münasibətdə qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, Azərbaycan Ordusunun xüsusi təyinatlılarından başqa, həm də bəzi hərbi hissələrdə xüsusi ağır qulluq şəraitini nəzərə alaraq, müdafiə nazirinin müvafiq əmrlərinə əsasən hərbi qulluqçuların aylıq vəzifə və rütbə maaşları müəyyən dövrlərdə müvəqqəti olaraq bir neçə qat ödənilmişdir. Odur ki, iddiaçı sonuncu xidmət etdiyi dövrdə vəzifə və hərbi rütbə maaşlarına tətbiq olunan artım əmsalları hesabına daha yüksək məbləğdə pul təminatı almış və bu halı əsas gətirərək, həmin məbləğlərin də təminat xərcliyinə daxil edilməli olduğunu iddia etmişdir.

39. Nəzərə almaq lazımdır ki, iddiaçıya xidmət etdiyi dövrdə ödənilən sözügedən artım əmsalları xüsusi ağır və spesifik xidmət şəraitində xidmət edən hərbi qulluqçuların stimullaşdırılması məqsədilə, yalnız xidməti vəzifələrin faktiki icra olunduğu dövr ərzində tətbiq edilmişdir. Həmin ödənişlər xidməti vəzifələrin icra edilmədiyi hallarda (xəstəlik, təhsil, məqsədli ezamiyyət, həbs və s.) ödənilmədiyindən, onların daimi xarakter daşımadığı müəyyən olunur.

40. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5ci maddəsindən də göründüyü kimi, hərbi qulluqçuların aylıq vəzifə maaşı dedikdə, onların ştat üzrə təsdiq edilmiş bir qat, bir aylıq vəzifə maaşı nəzərdə tutulur.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların da yuxarıda istinad olunan normalarının məzmunundan müəyyən edilir ki, təminat xərcliyi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq, hərbi qulluqçunun ştat üzrə müəyyən edilmiş aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər daimi xarakterli əlavələr əsasında hesablanır.

42. Həmçinin, bu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən də nəzərə almaq lazımdır ki, xidmət dövründə yalnız daimi xarakter daşıyan ödənişlər pensiya hesablanmasında nəzərə alına bilər.

43. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, xidməti vəzifələrini icra etdiyi dövrlərdə iddiaçıya ödənilən hərbi rütbə və vəzifə maaşlarına tətbiq olunan artım əmsalları daimi xarakter daşımadığından, qeyd edilən əmsalların təminat xərcliyinə daxil edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. Odur ki, iddiaçının 1-ci tələbi qanunsuz və əsassızdır.

44. Kollegiya 2-ci, yəni artım əmsalları nəzərə alınmaqla, xəstəliklə əlaqədar sağlamlığına ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına ödənilən 3 illik miqdarında kompensasiyanın ona ödənilməsi tələbi ilə bağlı isə qeyd edir ki, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanunun 20.12-ci maddəsinə əsasən, xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.

45. Həmin Qanununun tətbiq edilməsi haqqında # ###### 2004-cü il tarixli *** nömrəli Fərmanın 2.3-cü bəndinə əsasən, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2004-cü il tarixli ***- ** nömrəli Qərarı ilə təsdiq edilmiş (dərc edilmir) “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları” nın: - 1.1-ci bəndinə görə, bu qaydalar xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına (bundan sonra - əməkdaş) və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydasını müəyyən edir. - 2.2-ci bəndinə əsasən, xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir.

47. Iddiaçı iddia ərizəsinin dəlillərində qeyd olunan normaların tələblərinə müvafiq olaraq ona 3 illik pul təminatının ödənildiyini, lakin həmin məbləğin hesablanması zamanı xidmət dövründə aldığı bütün əlavə ödənişlərin nəzərə alınmadığını bildirmişdir.

48. Yəni, işin mübahisəsiz hallarına əsasən, iddiaçıya xəstəliklə əlaqədar sağlamlığına ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı kimi 3 illik kompensasiya ödənilmişdir.

49. Lakin, hazırda iddiaçı hazırda ödənilmiş 3 illik pul təminatının xidmət dövründə aldığı əlavələr də nəzərə alınmaqla, yenidən hesablanaraq fərq məbləğinin ödənilməsini tələb edir.

50. Kollegiyanın yuxarıda gəldiyi nəticəyə görə, iddiaçının pul təminatının tərkibinə artım əmsallarının daxil edilməsinə dair tələbi hüquqi cəhətdən əsaslı olmadığından, həmin əmsallar əsasında kompensasiyanın yenidən hesablanması barədə tələb də təmin edilə bilməz.

51. Beləliklə, 3 illik kompensasiyanın yenidən hesablanaraq ödənilməsi barədə iddia tələbi törəmə xarakter daşıdığından və əsas tələb əsassız olduğundan, bu hissədə də iddianın təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.

52. Iddiaçı 3-cü tələbində isə “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən, 5 illik pul təminatı məbləğində sığorta ödənişini tələb edir.

53. Həmin maddəyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir.

54. Bu Qanundan sonra isə “Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında” Qanun qəbul edilmiş, həmin Qanunda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin də sığorta olunmasına dair normalar təsbit edilmişdir. Belə ki, həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən, sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərdir. Qanunun 4.1-ci maddəsinə görə, sığortaolunan on bir min manat məbləğində sığorta edilir.

55. Göründüyü kimi, sonradan qəbul edilmiş və həmin münasibətləri daha konkret tənzimləyən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna edilmiş dəyişikliklərlə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, o cümlədən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi xidmət keçən şəxslərin dövlət icbari şəxsi sığortasının vahid qaydada həyata keçirilməsi müəyyən edilmişdir. Həmin Qanunun 2.1.3cü maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində xidmət edən hərbi qulluqçular da sığortaolunan şəxslər sırasına daxil edilmiş, 4.1-ci maddə ilə sığorta məbləği 11.000 manat, 4.2-ci maddə ilə isə sığorta haqqının məbləği müəyyən edilmişdir.

56. Beləliklə, qanunverici sonrakı hüquqi tənzimləmə ilə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sığorta təminatını ümumi dövlət icbari şəxsi sığorta sisteminə daxil etmiş və bu münasibətlərin xüsusi qaydada deyil, məhz “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun əsasında həyata keçirilməsini müəyyən etmişdir.

57. Bundan başqa, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən, eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən sonradan qəbul edilmiş normativ hüquqi akt əvvəl qəbul edilmiş akta nisbətən üstün tətbiq olunur. Bu baxımdan, hərbi qulluqçuların sığortalanması məsələsində sonrakı hüquqi tənzimləmə kimi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müddəaları tətbiq edilməlidir.

58. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların xxxxda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, xxxxya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası” nın 7.1.3cü yarımbəndində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti üzrə sığorta haqları on bir min manat sığorta məbləğinin 1 (bir) faizi miqdarında müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq müəyyən edilir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşları “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11ci maddəsi ilə deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunu və Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı ilə sığorta olunurlar.

59. Odur ki, iddiaçının 5 illik pul təminatı məbləğində sığorta ödənişinin verilməsi barədə tələbi qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsaslara söykənmədiyindən, cavabdehin bu hissədə də imtinası əsaslı və qanuni hesab edilir.

60. Iddiaçının 4-cü və 5-ci tələbləri ilə bağlı kollegiya aşağıdakıları qeyd edir.

61. Iddiaçının bu hissədəki tələbləri “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.6 və 20.7-ci maddələri ilə əsaslandırılmışdır.

62. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. Bu norma hərbi qulluqçuların illik məzuniyyət hüququnun təmin edilməsinə yönəlmiş sosial təminat tədbirini nəzərdə tutur.

63. Qanunun 20.7-ci maddəsində isə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), habelə onların ailə üzvlərinin pulsuz dövlət tibb xidməti ilə təmin olunması, eləcə də həmin subyektlərin hərbi qulluqçularına müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin verilməsi hüququ təsbit edilmişdir.

64. Beləliklə, qeyd olunan güzəşt və təminatlar, yalnız kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına şamil olunur. Buna görə də iddiaçının göstərilən normalara əsaslanan tələblərinin qiymətləndirilməsi üçün ilk növbədə, onun mübahisəli dövrdə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı hesab edilibedilməməsi müəyyən olunmalıdır.

65. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

66. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.2-ci bəndinə əsasən isə həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

67. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı 2014-cü ildən sonrakı dövrdə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları hesab olunan vəzifələrdə xidmət etməmişdir.

68. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissənin Maliyyə və Büdcə Idarəsinə ünvanladığı məktubdan görünür ki, iddiaçının ##.##.2014-cü il tarixdən ##.##.2017-ci il tarixədək xidmət etdiyi N nömrəli hərbi hissədəki vəzifəsi, eləcə də sonradan xidmət etdiyi vəzifələr Azərbaycan Respublikası müdafiə nazirinin 2014-2017ci və 2017-2020-ci illər üzrə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları hesab olunan vəzifələrin siyahılarının təsdiq edilməsi barədə əmrlərinə daxil edilməmişdir.

69. Həmçinin, müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmətini davam etdirməsini istisna edən xəsarəti aldığı zaman tutduğu N nömrəli hərbi hissənin maddi-texniki təminat şöbəsi rəisinin qərargahın fəaliyyətinin planlaşdırılması üzrə müavini vəzifəsi də müdafiə nazirinin həmin dövr üçün qüvvədə olmuş müvafiq əmrləri ilə təsdiq edilmiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları hesab olunan vəzifələr siyahısına daxil edilməmişdir.

70. Cavabdeh birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqdim etdiyi ##.##.2024-cü il tarixli məktubda da göstərilmişdir ki, N nömrəli hərbi hissədə və onun tabeliyində olan hərbi hissələrdə kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları hesab olunan vəzifələr müdafiə nazirinin müvafiq əmrləri ilə müəyyən edilir. Məktubda xüsusi olaraq vurğulanmışdır ki, N nömrəli hərbi hissədə xidmət etmək və ya döyüş əməliyyatlarında iştirak etmək özlüyündə şəxsin kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı hesab olunması üçün kifayət etmir və belə vəzifələr ayrıca əmrlərlə müəyyən edilir.

71. Bununla yanaşı, N nömrəli hərbi hissənin ##.##.2024-cü il tarixli **** nömrəli məktubundan görünür ki, iddiaçı 2014-cü ilədək həmin hərbi hissədə və onun tabeliyində olan hissələrdə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri üçün nəzərdə tutulmuş vəzifələrdə xidmət etmişdir. Lakin 2014-cü ildən sonrakı dövrə münasibətdə belə hal müəyyən edilməmişdir.

72. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin təqdim etdiyi ##.##.2025-ci il tarixli ***/*** nömrəli məktubda da göstərilmişdir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 6.2-ci maddəsinin tələblərinə uyğun olaraq, müdafiə nazirinin müvafiq əmrləri ilə hər il kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşları hesab olunan vəzifələrin siyahısı təsdiq edilmişdir. Iddiaçının həm N nömrəli hərbi hissədə, həm də N nömrəli hərbi hissədə tutduğu vəzifələr həmin siyahılarda öz əksini tapmamışdır.

73. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının mübahisəli dövrdə tutduğu vəzifələr müdafiə nazirinin müvafiq əmrləri ilə təsdiq edilmiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları hesab olunan vəzifələr siyahısına daxil edilmədiyindən, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.6 və 20.7-ci maddələrində nəzərdə tutulmuş təminat və güzəştlər ona şamil edilə bilməz. Bu səbəbdən, iddiaçının həmin normalara əsaslanan 4cü və 5-ci tələbləri əsaslı hesab edilə bilməz.

74. Iddiaçının paraşütlə tullanmaq üçün pul mükafatının verilməsinə dair 6-cı tələbi ilə bağlı isə nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** nömrəli Qərarının 1-ci bəndində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il ######ın #-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri dairəsinə “paraşütlə tullanmaq üçün pul mükafatı” da aid edilmişdir.

75. Iddiaçının hazırkı tələbi əsasında cavabdeh orqan tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş məktubda (səh 174) isə bununla bağlı qeyd edilmişdir ki, iddiaçının xidmət etdiyi hərbi hissə qeyd olunan pul mükafatının alınmasına dair şərtlərə uyğun gəlmədiyi üçün həmin hissələrdə pul mukafatının ödənilməsi tətbiq edilməmiş və heç bir hərbi qulluqçuya ödənilməmişdir.

76. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbləri qanunsuz və əsassız olduğundan məhkəmələr iddianı rədd etməklə bağlı düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

77. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar