Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2616/2025 09.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Şəhid Ailələri, Əlillər və X1” İctimai Birliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin ayrılmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı “Şəhid Ailələri, Əlillər və X1” İctimai Birliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Şəhid Ailələri, Əlillər və X1” X2 qərargah şöbəsinin tikint isi ilə bağlı Zəngilan şəhəri ərazisində 0,24 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 aprel 2025-ci il tarixli, 21(105)-331/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması, zəruri infrastrukturun qurulması, sosial xidmətlər şəbəkəsinin formalaşdırılması, habelə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramının icrası istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq işlərə başlanmışdır. Yuxarıda qeyd olunan tədbirlərin icrası yekunlaşdırıldıqdan sonra müvafiq müraciətə əsasən “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1304 nömrəli Fərmanına uyğun olaraq qaldırılan məsələnin baxılması məqsədəuyğun hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Şəhid Ailələri, Əlillər və X1” X2 qərargah şöbəsinin tiki ntisi ilə bağlı Zəngilan şəhəri ərazisində 0,24 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi, Konstitusiya quruluşu uğrunda sağlamlıqlarını, gəncliklərini, həyatını vuruşaraq fədakarcasına qurban verən şəhid ailələrinin, əlillərin və müharibə veteranlarının pozulmuş hüquqlarının qorunması üçün yaradılmış bir təşkilatdır. Təşkilat 2006-cı ildə dövlət qeydiyyatından keçərək mövcud qanunvericilik çərçivəsində fəaliyyət göstərir. Təşkilatın çoxsaylı kontingenti Respublika ərazisində keçirilən bütün tədbirlərdə (20 Yan var, Xocalı Soyqırımı, Prezident seçkiləri, Zəfər bayramı, Qurban bayramı, Ramazan bayramı, Silahlı Qüvvələrin yaranması Günü və s.) dövlət tədbirlərində fəal iştirak edir. Lakin təşkilatın işğaldan azad olunan Zəngilan rayonunun Ağalı kəndində şəhid ailələri, əlillər və müharibə veteranları üçün hər hansı bir tədbirin və yaxud toplantının keçirilməsində qərargahın olmamasına görə onlarla görüşlər keçirilə bilmir. Dəfələrlə rayon icra orqanlarına, İcra Hakimiyyətlərinə yazılı müraciət etsə də, heç bir müsbət cavab alınmamışdır. Ağalı kəndi hal-hazırda təhlükəsiz ərazi sayılır, bütün ərazi minalardan təmizlənib, insanların yaşaması üçün hər bir şərait yaradılıb, idarə və təşkilatlar quruculuq işi ilə məşğuldur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023- cü il tarixli, 3-35/2-415/2023 nömrəli cavab məktubunda bildirilir ki, işğaldan azad edilmiş ərazidə təhlükəsizliyin təmin olunması, zəruri infrastrukturun qurulması, sosial xidmətlər şəbəkəsinin formalaşdırılması, habelə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramının icrası istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq işlərə başlanmışdır.
4. Cavabdehin iddia tələbinə etirazı imtinaya uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, aşağıda sadalananlara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1304 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən, tikinti məqsədləri üçün torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2534 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nə əsasən, sifarişçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə Zəngilan rayonu, Ağalı kəndinin tikintisi üçün Komitənin xx.xx.2023-cü il tarixli 89 nömrəli Sərəncamı ilə 190 ha torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, şəhərsalma sahəsində əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə zəruri infrastrukturun qurulması, sosial xidmətlər şəbəkəsinin formalaşdırılması və insanların təhlükəsizliyin təmin olunmasıdır.
5. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) 20 dekabr 2024-cü il tarixli, 2-1(118)-1044/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, torpaq sahələrinin yuxarıda qeyd edilən məqsədlər üçün fiziki və ya hüquqi şəxslərə ayrılması cavabdeh inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Yəni həmin səlahiyyətlə cavabdeh orqana öz seçimi ilə davranış imkanı verilmişdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibat i orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırkı işdə də cavabdehin torpaq sahəsini ayırıb-ayırmaması ilə bağlı diskresion səlahiyyətləri vardır və cavabdeh tərəfindən qanunvericiliklə ona verilmiş diskresion səlahiyyətlərin həddinin aşıldığı müəyyən olunmur.
7. İddiaçı həmin qərardan apellyasiya şika yəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.R.Quliyev /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və G.İ.Cabbarova) 03 aprel 2025-ci il tarixli, 2-1(105)-331/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq həmçinin qeyd etmişdir ki, cavabdeh inzibati orqanın 27 yanvar 2023-cü il tarixli, 3-35/2-415/2023 nömrəli məktubunda qeyd edilir ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması, zəruri infrastrukturu n qurulması, sosial xidmətlər şəbəkəsinin formalaşdırılması, habelə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramının icrası istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq işlərə başlanmışdır. Bu tədbirlərin icrası yekunlaşdırıldıqdan sonra müvafiq müraciətə əsasən “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1304 nömrəli Fərmanına uyğun olaraq, qaldırılan məsələyə baxılması məqsədəuyğun hesab edilmişdir. Cavabdeh inzibati orqan hazırkı şərtlərə uyğun olaraq iddiaçının müraciətindən imtina etmiş, lakin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramının icrası na uyğun olaraq, məsələyə yenidən baxıla biləcəyini ifadə etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti qanunvericiliyin tələbi nəzərə alınmaqla, hazırkı şərtlərə uyğun olaraq cavablandırılmış və bu zaman iddiaçının hüquqlarının pozulması və ya əsassız məhdudlaşdırılmasına yol verilməmişdir.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
11. Kassasiya şikayətinin əsasını iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ ED İLƏN HÜQUQ 13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar... 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi Maddə
14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
14. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1304 nömrəli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Müəyyən edilsin ki, işğaldan azad edilmiş ərazilərdə aşağıdakı səlahiyyətlərin həyata keçirilməsi müvəqqəti olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilir: 1.1. tikinti, yer təkinin geoloji öyrənilməsi və faydalı qazıntı yataqlarının istismarı, habelə faydalı qazıntıların çıxarılması ilə əlaqəli olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədləri üçün torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi;...
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati ak tın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.... 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; Maddə
74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqa nın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzər də tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instans iyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn və kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya Zəngilan şəhəri ərazisində 0,24 ha torpaq sahəsinin ayrılması ö hdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı lazımi qaydada araşdırma aparmış, cavabdehin imtinasının qanuni olması və bu səbəbdən iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
22. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahis ələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 aprel 2025-ci il tarixli, 2-1(105)-331/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.