Məhkəmə qərarları › İş №2-1(102)-2617/2018

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2617/2018

12.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2617/2018 12.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2617/18) Bakı şəhəri 12 dekabr 2018-ci il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İda rəsinə qarşı 11.12.2014-cü il tarixdən təminat xərcliyinin 55%-i miqdarında aldığı pensiya ilə 11.12.2017-ci il tarixdən 2-ci qrup müharibə əlili kimi təminat xərcliyinin 80%-i miqdarında aldığı pensiya arasındakı fərqin 11.12.2014-cü il tarixdən 11.12.2017-ci il tarixədək olan müddət üçün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1660/18 saylı iş üzrə 06.09.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 12 dekabr 2018-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial fondu olaraq qüvvədə ola n qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçıya 10.10.2009-cu il tarixdə təyin edilmiş əlillik dərəcəsindən fərqli olaraq, 11.12.2017ci il tarixdə təminat xərcliyinin 80 faizi miqdarında pensiya almaq hüququ verən “2-ci qrup Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı təyin edilmiş əlilliyin səbəb əlaqəsinin sonradan dəyişməsinə baxmayaraq, əlilliyin yaranma əsasının eyni olduğunu nəzərə alıb, keçmiş dövr üçün ödənilməmiş 25 faiz pensiya məbləğinin ödənilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən 23.02.2018-ci il tarixli 03/89/02-177 saylı məktubla imtina etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2 saylı Nərimanov rayon Zona Tibbi S osial Ekspert Komissiyası tərəfindən ona 17.10.2008-ci il tarixdə 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyin səbəb əlaqəsi “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilmişdir. Bundan sonra həmin tarixdən ona cavabdeh tərəfindən aylıq pul təminatının 55%-i miqdarında 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 2-ci dərəcəli əlillik qrupu 12.01.2016-cı il tarixədək hər il təsdiqlənmiş və 12.01.2016-cı il tarixdən müddətsiz olaraq təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə 2017-ci ildə əlilliyinin ilkin səbəb əlaqəsi üçün əsas olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 01.05.2008-ci il tarixli qərarına dəyişiklik edilmiş və Azərbaycan Respublikası M üdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 27.10.2017-ci il tarixli, 1831 saylı qərarı ilə hərbi xidmət dövrü aldığı travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə əvəz edilmişdir. Bunun əsasında isə TSEK-in 11.12.2017-ci il tarixli müayinə aktına əsasən əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə göstərilmişdir. Bu tarixdən cavabdeh tərəfindən ona aylıq pul təminatının 80%-i miqdarında pensiya təyin edilmiş, lakin o hesab edir ki, ona hal-hazırda təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun səbəb əlaqəsi üçün əsas olmuş hərbi travma hələ 03.08.2006-cı il tarixdən alındığı üçün ona 17.10.2008-ci il tarixdən 11.12.2017-ci il tarixədək olan müddət üçün aylıq pul təminatının 80%-i miqdarında hazırda aldığı pensiya ilə 17.10.2008-ci il tarixdən 11.12.2017-ci il tarixədək aldığı pul təminatının 55%-i arasında olan fərq hesablanaraq ona ödənilməlidir. Bu fərqin ona ödənilməsi xahişi ilə o 22.02.2018-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. ərizəyə 23.02.2018-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı 11.12.2014-cü il tarixdən təminat xərcliyinin 55%-i miqdarında aldığı pensiya ilə 11.12.2017-ci il tarixdən 2-ci qrup müharibə əlili kimi təminat xərcliyinin 80%-i miqdarında aldığı pensiya arasınd akı fərqin 11.12.2014-cü il tarixdən 11.12.2017-ci il tarixədək olan müddət üçün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 20.04.2018-ci il tarixli iş № 2-1(81)-2140/2018, (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 20.04.2018-ci il tarixli qərarının ləğv edilməsibarədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya sı məhkəməsi) 06.09.2018-ci il tarixli iş № 2-1(103)-1660/18 (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 20.04.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçıya ilkin olaraq İİ qrup əlilliyə görə (əlilliyin səbəbi, xidməti dövrlə əlaqədar) təminat xərcliyinin 55% məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı 2016-cı il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına müraciət edərək əlilliyin səbəbin dəyişdirərək “xidməti vəzifəni yerinə yetirərkən alınmışdır” etmişdir. Tərəflərindən həmin ildən 2016-cı il tarixdən iddiaçının pensiya məbləği yenidən hesablanaraq təminat xərcliyinin 80% məbləğində pensiya hesablanmışdır. İddiaçıya, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə görə - “xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan İİ qrup əlillərə müvafiq təminat xərcliyinin 80 faizi miqdarında pensiya təyin edilmişdir. İddiaçı iddia edir ki, son 3 il üçün arada yaranan fərq idarə tərəfindən hesablanaraq ödənilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçının iddia etdiyi “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” əsasına görə hesablanması tərəflərindən həyata keçirilmiş və əmək pensiyası hesablanaraq ödənilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 06.09.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazım i qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçıya ilkin olaraq İİ qrup əlilliyə görə (əlilliyin səbəbi, xidməti dövrlə əlaqədar) təminat xərcliyinin 55% məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı 201 6-cı il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına müraciət edərək əlilliyin səbəbin dəyişdirərək “xidməti vəzifəni yerinə yetirərkən alınmışdır” etmişdir. Tərəflərindən həmin ildən 2016-cı il tarixdən iddiaçının pensiya məbləği yenidən hesablanaraq təminat xərcliyinin 80% məbləğində pensiya hesablanmışdır. İddiaçıya, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə görə - “xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan İİ qrup əlillərə müvafiq təminat xərcliyinin 80 faizi miqdarında pensiya təyin edilmişdir. İddiaçı iddia edir ki, son 3 il üçün arada yaranan fərq idarə tərəfindən hesablanaraq ödənilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçının iddia etdiyi “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” əsasına g örə hesablanması tərəflərindən həyata keçirilmiş və əmək pensiyası hesablanaraq ödənilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçıya əlilliyin səbəbi olaraq 11.12.2017-ci il tarixdə dəyişdiyi üçün ona keçmiş dövr üçün pensiya fərqi ödənilməmiş və 11.12.2017-ci il tarixdən hesablama aparılmaqla təminat xərcliyinin 80 faiz miqdarında pensiya təyin edilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsind ə göstərilən şərt nəzərə alınmaqla ödənilir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 38-ci maddəsinin üçüncü hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar, məsələn səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “Andreyeva Latviyaya qarşı” məhkəmə işinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18.02.2009-cu il tarixli Qərarı bunun bariz nü munəsidir. Sözügedən işdə məhkəmə vurğulamışdır ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasıhesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçıya 11.12.2014-cü il tarixdən təminat xərcliyinin 55%-i miqdarında aldığı pensiya ilə 11.12.2017-ci il tarixdən 2-ci qrup müharibə əlil kimi təminat xərcliyinin 80%-i miqdarında aldığı pensiya arasındakı fərqin 11.12.2014-cü il tarixdən 11.12.2017-ci il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Bütün yuxarıda göstərilənlərə is tinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 06.09.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.09.2018-ci il tarixli 21(103)-1660/18 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Za

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar