Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2617/2019 02.10.2019 ALİ MƏHKƏMƏ İddiaçı qızının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı iş üzrə (Açar söz: 45 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respulikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi» tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibat i-İqtisadi Kollegiyasının 2-1(103)-671/19 saylı 16 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 02.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 30 noyabr 1983-cü ildən 14 sentyabr 1993-cü il tarixədək keçmiş X7 filialında (1985-ci ildən X2, 2002-ci ildən indiki Azərbaycan MEA Fizika İnstitutu) 12 və 3-cü elmiistehsalat şöbələrində mühəndis kimi daimi olaraq tam iş günü ərzində civə zərərliyi şəraitində işləmişdir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı tarixdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinin tələblərinə əsasən, ona 45 yaşının tamam olduğu tarixdən p ensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh 28.06.2018-ci il tarixli, 13/01-2898 saylı məktubunda qeyd etmişdirki, Azərbaycan MEA Fizika İnstitutunda saxlanılmış arxiv sənədlərində nə iddiaçının işləmiş olduğu şöbənin, nə də şəxsən iddiaçının özünün bilavasitə civə tərkibli birləşmələrin isti əritmə üsulu ilə alınması, civə tərkibli birləşmələrin açıq üsulla mexaniki və kimyəvi emalı, civə tərkibli birləşmələrin, hissələrin və cihazların istehsalı, civə tərkibli cihazların sınaqdan keçirilməsi ilə bağlı işləri həyata keçirməsi barədə heç bir məlumat aşkar olunmamışdır. Bu səbəbdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosi al Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 10.10.2006-cı il tarixdən güzəştli şərtlərlə pensiya almaq hüququnu təmin edib, ona güzəştli şərtlərlə pensiyanın “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, 10.10.2006-cı il tarixədən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibаti-İqtisаdi Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli 2-1(82)-4119/2018 nömrəli qərаrı ilə İddiaçı 10.10.2006-cı il tarixdən güzəştli şərtlərlə pensiya almaq hüququnu təmin edilməklə, güzəştli şərtlərlə pensiyanın “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü m addəsinin “a” bəndinə əsasən 10.10.2006-cı il tarixdən hesablanması və birdəfəflik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibаti-İqtisаdi Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli 2-1(82)-4119/2018 nömrəli qərаrından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-671/19 saylı 16 may 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddia qismən təmin edilərək, İddiaçı, 45 yaşının tamam olduğu 10.10.2006-cı il tarixdən hesablanmaqla, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün yaranmış pensiya fərqin in “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 32.1.1-ci və 37.7-ci maddələrinin müəyyən etdiyi qaydalara müvafiq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının 18 il 08 ay ümumi stajı, 09 il 09 ay 14 gün xüsusilə zərərli və ağır iş stajı olduğundan iddiaçının 45 yaşdan pensiya hüququ vardır və cavabdehin imtinası əsassızdır. Bununla yanaşı 2006-cı ildən pensiya məbləğinin hesablanması və ödənilməsi mexanizmi hazırkı qanunvericilikdə nəzərdə tutulmadığından pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 32.1.1-ci və 37.7-ci maddələrinin müəyyən etdiyi qaydalara müvafiq ödənilməlidi r. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-671/19 saylı 16 may 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə Azərbaycan MEA Fizika İnstitutunun arayışında iddiaçının civə tərkibli birləşmələrin açıq üsulla mexaniki və kimyəvi emalı, istehsalı, belə tərkibli cihazların sınaqdan keçirilməsi fəaliyyəti ilə məşğul olması bildirilmişdir. Lakin institutda saxlanılmış arxiv sənədlərində isə onun işlədiyi şöbənin və şəxsən özünün bilavasitə bu işləri həyata keçirməsi barədə məlumat aşkar olunmamışdır. Kassator İPM-nin 9.1, 9.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitutsiyasının 60-cı maddəsinə, 129-cu maddəsinin 3-cü hissəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməs inin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-671/19 saylı 16 may 2019-cu il tarixli qərarını ləğv edərək işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-671/19 saylı 16 may 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8- ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin a bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 06 ayını ilini hə min işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 06 ay artırılır. Yuxarıda qeyd olunan normaların məzmununa uyğun olaraq, iddiaçıya 45 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 1997-ci ilin yanvar ayının 1-dək 15 il ümumi iş stajı, 07 il 06 ay xüsusi iş stajı olmalıdır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı 30 noyabr 1983-cü il 14 sentyabr 1993-cü il tarixədək keçmiş X7 filial ında (1985-ci ildən X2, 2002-ci ildən indiki Azərbaycan MEA Fizika İnstitutu) 12 və 3-cü elmi-istehsalat şöbələrində mühəndis kimi daimi olaraq tam iş günü ərzində civə zərərliyi şəraitində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Xİİİ bölməsinin 1130000b—17541 bəndinə müvafiq olaraq İddiaçı işlədiyi peşə ona güzəştli şərtlərlə pensiya hüququ almağa əsas verir. Beləliklə xx.xx.1961-cı il təvəllüdlü İddiaçı 01.08.1997-ci il tarixədək 15 ildən artıq ümumi stajı, o cümlədən 7 il 6 aydan artıq xüsusi stajı olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan MEA Fizika İnstitutunun arayışında iddiaçının civə tərkibli birləşmələrin açıq üsulla mexaniki və kimyəvi emalı, istehsalı, belə tərkibli cihazların sınaqdan keçirilməsi fəaliyyəti ilə məşğul olması bildirilsə də, institutda saxlanılmış arxiv sənədlərində isə onun işlədiyi şöbənin və şəxsən özünün bilavasitə bu işləri həyata keçirməsi barədə məlumat aşkar olunmamışdır. Kassatorun bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Fizika İnstitutunun 30.04.2018-ci il tarixli izahlı arayışına (və eyni tarixli aktına), eləcə də, əhkəmə tərəfindən İnstituta 11 mart 2019-cu il tarixdə verilmiş sorğuya, so nuncu tərəfindən verilmiş verilmiş 29.03 2019-cu il cavab məktubuna və həmin məktubda ziddiyyətli məqamlara izah gətirilməsi üçün məhkəmənin 15.04.2019-cu il tarixdə verilmiş növbəti bir sorğusuna alınmış 29.04.2019-cu il tarixli cavab məktubuna əsasən apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İnstitun 3-cü elmi-istehsalat şöbəsində mühəndis vəzifəsində işləyən iddiaçı tam iş günü ərzində civə tərkibli birləşmələrin isti əritmə üsulu alınması, mexaniki və kimyəvi emalı və belə birləşmələrin istehsalı, hissələrin və cihazların hazırlanması, onların sınaqdan keçirilməsi kimi, AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahıda nəzərədə tutulan vəzifələrdə xüsusilə zərərli və ağır şəraitdə 7 il 6 aydan da çox çalışmışdı r. Azərbaycan MEA Fizika İnstitutunun məhkəmənin sorğusuna əsasən 29.04.2019-cu il tarixli cavabında iddiaçının xüsusilə zərərli və ağır şəraitdə fəaliyyətinə aydınlıq gətirərək aşağıdakılar bildirilmişdir: «İddiaçı 30 noyabr 1983-cü il tarixdən 14 sentyabr 1993-cü il tarixədək mühəndis vəzifəsində işlədiyi Fotoelektronika İnstitutu (indiki Azərbaycan Milli Elmlər X5) 1972-ci ildə keçmiş SSRİ Müdafiə Sənayesi Nazirliyi tərəfindən Bakıda, Moskva şəhərində fəaliyyət göstərən X6 İnstitutunun filialı kimi yaradılmış, 1985-ci ildən həmin Nazirliyin tərkibində X1 çevrilmiş və 1992-ci ildən (SSRİ dağıldıqdan sonra) Azərbaycan Elemlər Adademiyasının tərkibinə keçirilmişdir. Fotoelektronika İnstitutunun fəaliyyəti, orada yerinə yetirilən işlər və onların sənədləri «Məxfi» və «Tam Məxfi» qrifinə mal ik olmuşdur. İnstitutun əsas vəzifəsi xüsusi texnika üçün müxtəlif fotoqəbuledicilərin işlənməsi, istehsalı və tətbiqidir. İnstitutun əsas şöbələrindən biri indi də fəaliyyət göstərən «Fotoqəbuledicilər və fotoqəbuleci qurğular» şöbəsi («3»-cü elmi-istehsalat şöbəsi) olmuşdur. Həmin şöbədə görünən, yaxın və uzaq infraqırmızı oblastda işləyən fotoqəbuledici qurğuların yaradılması, hazırlanması və istehsalı təşkil oolunmuş, parametrlərinə görə yeganə olan «Dunay» şərti adlı (Atom enerjisi İnstitutunda, lazer nişanlamada və s. tətbiq olunan) «Planeta-CF» və «Arktur» fotoqəbulediciləri («Kosmos» və Resurs» kosmik aparatlarında tətbiq olunan), üçün pilotsuz aparatlarda yerləşdirilən BF-31U, BF-32U fotoqəbulediciləri, Mars planetinin şəklini çəkənə POF fotoqəbuledicisi və digər fotoqəbuledicilər işlənib hazırlanmış və sifarişçiyə təhvil verilmişdir (Bax «Azərbaycan Elmlər Akademiyası-50», səh. 58-59; Bakı-Sabah, 1995-ci il və Azərbaycan Milli Elmlər Akademiyası 70», səh.72-73; Bakı-Elm, 2015) Göstərilən fotoqəbuledicilər civə tərkibli darzolaqlı yarımkeçirici birləşmələr əsasında hazırlanır (bu bütün dünya təcrübəsində belədir) Məhz civə tərkibli birləşmə (HgCdTe birləşmə) görünən, yaxın və uzaq infraqırmızı oblastda fotohəssas materialdır. Həmin civə tərkibli birləşmələr İddiaçı işlədiyi «3»-cü şöbədə («Fotoqəbuledicilər və fotoqəbuledici qurğular» şöbəsi. Bax: İddiaçı Əmək kitabçası) onun iştirakı ilə isti əritmə üsulu ilə alınmış, mexaniki və kimyəvi emal olunmuş, onlar əsasında fotoqəbuledicilər hazırlanmış, sınaqdan keçirilmiş və təhlil edilmişdir. Zərərli şəraitdə işə gör ə Fotoelektronika İnstitutunun şöbələrində çalışan hər bir əməkdaşına gündəlik 0,5 litr süd verilmiş və onlar qısaldılmış iş gününə (7 saatlıq) malik olmuşlar. İddiaçı işlədiyi «3»-cü şöbə indii də Fizika İnstitutunun tərkibində 2.8 saylı laboratoriya kimi öz fəaliyyətini davam etdirir və civə tərkibli materiallar əsasında fotoelementlərin hazırlanması və tətbiqi üzrə 06.06.2003-cü il tarixli 35 saylı əmrə uyğun olaraq zərərli iş şəraitinə görə hər ay əmək haqqına 16% əlavə ödənilir və onlar qısa iş günü (7 saat) rejimində işləyirlər. X9 Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayonu şöbəsinə ünvanlanmış 02908/249 №-li 30.04.2018-ci il tarixli izahlı Arayış həmin arayışa əlavə olunmuş Aktda göstərilən Komissiya tərəfindən yuxarıda istinad olunan Kitablarda, İddiaçı Əmək kitabçasında olan məlumatlara və İddiaçı işlədiyi «3»-cü şöbədə (indi 2.8 saylı laboratoriya) 1980-cı illərdən indiyədək çalışan əməkdaşlardan sorğuya əsasən tərtib olunmuşdur.» İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Lakin hazırkı iş üzrə iddiaçı ona güzəştli şərtlərlə 45 yaşdan əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübu t etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəb ul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-671/19 saylı 16 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanıl
Məhkəmə qərarları › İş №2-1(102)-2617/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2617/2019
02.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver