Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2618/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2618/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: iddiaçı «Kimya istehsalı» sahəsində çalışdığı halda, «Metal emalı» sahəsi üzrə nəzərdə tutulmuş peşələr ona güzəştli şərtlərlə pensiya hüququ verə bilməz) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 Vilayət oğlunun iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)568/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinəmüraciət edərək, xx.xx.1954-cü il tarixdə anadan olduğunu, xxxx tarix dən əmək fəaliyyətinə başladığını və xxxx 2017-ci il tarixə kimi müxtəlif təşkilatlarda işlədiyini, eyni zamanda Sovet Ordusu sıralarında 2 il hərbi xidmət keçdiyini, 40 ilə yaxın əmək stajı topladığını, xxxx 1987-ci il tarixdən xxxx 1988-ci ilə qədər Xüsusi Konstruktor Bürosunun («XKB») «******» Təcrübə sınaq zavodunun tökmə sahəsində iqtisadçı, xxxx 1988-ci il tarixdən xxxx 1990-cı ilə qədər həmin sahədə usta, xxxx 1990-cı ildən xxxx 1997-ci ilə kimi isə sahə rəisi (cəmi 9 il, 4 ay, 23 gün), eyni zamanda «xxxx» İstehsalat Birliyinin Layihə konstruktor Bürosunun (əvvəlki, «xxxx» QSC) Azərbaycan Elmi Tədqiqat və Layihə Qaz İnstitutu) İstehsalat Bazasının tökmə sahəsində baş usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq olun muş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri»n 2 №-li Siyahı»sında «Metal emalı» (müvafiq olaraq «*******», «********», «*************», **********» kodlar üzrə) bölməsində, eləcə də xxxx 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq olunmuş Siyahının 11-ci «Metal emalı» bölməsində nəzərdə tutulan güzəştli pensiya hüququ verən zərərli peşələrə aid olduğuna görə ona 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığını, pensiya təyinatı üçün ərizə ilə cavabdehə müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla işlədiyi həmin peşələrin Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahıda göstərilmədiyinə istinad etməklə, güzəştli şərtlərlə ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etdiyini bildirərək, xxxx 1987-ci il tarixdən xxxx 1990-cı il tarixədək və xxxx 1991-ci il tarixdən xxxx 1997-ci il tarixdən Xüsusi Konstruktor Bürosu «Neftkimyacihaz»ın Təcrübə sınaq zavodunun tökmə sahəsində iqtisadçı, usta sahə rəisi, habelə, xxxx 1997-ci il tarixdən xxxx 2010-cu il tarixədək Azərbaycan ElmiTədqiqat Layihə və Qaz İnstututunun istehsalat bazasının tökmə sahəsində 13-cü dərəcəli baş usta işlədiyi dövrü güzəştli iş stajı kimi nəzərə alaraq, ona 57 yaşı tamam olan vaxtdan, yəni xxxx 2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci tarixli, 2-1(81)-3286/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim – E.Q.Məmmədov). Bakı Apellyasiya Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-568/2019 saylı qərarı ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul e dilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçının xxxx 1987-ci il tarixdən xxxx 1988-ci ilə qədər Xüsusi Konstruktor Bürosunun («XKB») «*******» Təcrübə sınaq zavodunun tökmə sahəsində iqtisadçı, xxxx 1988-ci il tarixdən xxxx 1990-cı ilə qədər həmin sahədə usta, xxxx 1990-cı ildən xxxx 1997-ci ilə kimi isə sahə rəisi (cəmi 9 il, 4 ay, 23 gün), eyni zamanda «xxxx» İstehsalat Birliyinin Layihə konstruktor Bürosunun (əvvəlki, «xxxx» QSC) Azərbaycan Elmi Tədqiqat və Layihə Qaz İnstitutu) İstehsalat Bazasının tökmə sahəsində baş usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricil əri»n 2 №-li Siyahı»sında «Metal emalı» (müvafiq olaraq «*****», «**********», «********», ********» kodlar üzrə) bölməsində, eləcə də xxxx 2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq olunmuş Siyahının 11-ci «Metal emalı» bölməsində nəzərdə tutulan güzəştli pensiya hüququ verən zərərli peşələrə aid olduğundan, ona 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Tərəflərin izahatları İddiaçının vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsinixahiş etdi. Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi fa ktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-568/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xxxx 2006-cı ilədək qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə 52 yaşından əmək pensiyası təyin edilməsinin qanunvericiliklə müəyyən edilən əsaslar vardır,iddiaçı iddia tələbində sadalanan vəzifələrin Nazirlər Kabinetinin qüvvədən düşmüş 320 saylı qərarı ilə təsdiq ol unmuş 2 №-li Siyahı, eyni zamanda qüvvədə olan 12 saylı qərarı ilə təsdiq olunmuş Siyahı üzrə «Metal emalı» bölməsində nəzərdə tutulan güzəştli pensiya hüququ verən göstəricilərə aid olduğunu bildirərək, onun 57 yaşından pensiya hüququ yarandığını iddia edir, əmək kitabçasına, eləcə də X2 Birliyinin xxxx 2017-ci il və xxxx 2017-ci il tarixli, «xxxx» İB-nin 05 aprel 2018-ci il tarixli arayışlarına əsasən iddiaçı Xüsusi Konstruktor Bürosunun «*******» Təcrübə sınaq zavodunun töhmə sahəsində xxxx 1987-ci il tarixdən xxxxx 1988-ci ilə qədər (7 ay, 3 gün) un tökmə sahəsində iqtisadçı, 02.06.1988-ci il tarixdən xxxx 1990-cı ilə qədər (2 il, 27 gün) həmin usta, xxxx 1990-cı ildən xxxx 1997-ci ilə qədər (6 il, 8 ay, 23 gün) sahə rəisi, «xxxx» İstehsalat Birliyin Layihə-Konstruktor Bürosunda (əvv əlki adı: «xxxx» QSC Azərbaycan Elmi Tədqiqat və Layihə Qaz İnstitutu) xxxx 1997-ci il tarixdən xxxx 2010-cu il tarixədək (12 il, 3 ay, 21 gün) tökmə sahəsində 13cü dərəcəli baş usta vəzifələrində işləmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının çalışdığı vəzifələr neft kimyasına aid istehsalat sahələri ilə bağlı vəzifələr olmaqla, həm qüvvədən düşmüş 1 və 2 №-li Siyahının «Metal emalı» (Xİ və XİV), həm də qüvvədə olan «Siyahı»nın «Metal emalı» (11-ci) bölməsində nəzərdə tutulan göstəricilərə aid edilməsi istisna edilir, sadalanan rəhbər vəzifələr Siyahıların «Metal emalı» bölməsinə aid olsa belə, iddiaçının Xüsusi Konstruktor Bürosunun «Neftkimyacihaz» Təcrübə sınaq zavodunun tökmə sahəsində iqtisadçı işlədiyi 7 ay 3 gün zərərli iş şərait inə aid edilməmiş, digər tərəfdən onun «xxxx» İB-in Konstruktor Layihə Bürosunda tökmə sahəsində 13-cü dərəcəli baş usta kimi çalışdığı dövr (12 il, 3 ay 21 gün ) də zərərli və ağır iş şəraitində iş stajı kimi qəbul edilə bilməz, «xxxx» İB-nin 11 aprel 2019-cu il tarixli məktubuna, eləcə də DSMF-nin Binəqədi rayon şöbəsinin əməkdaşları tərəfindən «xxxx» İB-nin İNKTŞŞ-nin əməkdaşının iştirakı ilə tərtib etdikləri xxxx 2019-cu il tarixli aktına əsasən Layihə Konstruktor Bürosunda işlədiyi müddətdə iddiaçının əmək haqqına zərərli iş şəraitinə görə hər hansı əlavələr ödənilməmiş, yəni həmin iddiaçının xxxx» İB-də Layihə Konstruktor Bürosundakı işlədiyi peşə zərərli iş şəraiti ilə bağlı olmamış, beləliklə, «Siyahı»ların «Metal emalı» bölməsi üzrə də iddiaçının «Neftkimyacihaz» Təcrübə sınaq zav odunda işlədiyi iqtisadçı və onun «xxxx» İB-dəki baş usta vəzifələrinin güzəştli iş stajı kimi nəzərə alınması mümkün olmadığından, onun tələb olunan 12 il, 6 ay güzəştli iş stajı toplanmadığından, güzəştli şərtlərlə pensiya hüququ yaranmamış, ümumiyyətlə, iddiaçının güzəştli iş stajı kimi iddia etdiyi vəzifələr neft-qaz istehsalatı sahəsinə aiddir, həmin istehsalat sahələri üzrə «Siyahı»ların «Qazma, neftin, qazın və qaz konlensağlarının hasilatı və emalı» (qüvvədən düşmüş 1 №-li Siyahıda X və 2№-li Siyahıda Xİİ, qüvvədə olan Siyahının 10-cu) bölməsinə nəzər saldıqda tökmə üzrə belə rəhbər vəzifələrin güzəştli pensiya hüququ verən göstəricilər sırasında mövcudluğu müəyyən edilməmiş, həmçinin bu vəzifələr «Siyahı»ların «Kimya istehsalatı» (1 №-li Siyahıda Vİİİ, 2 №-li Siyahıda X, hazırkı « Siyahıda» 8-ci) bölməsində də güzəştli pensiya hüququ verən vəzifələr kimi nəzərdə tutulmamış, beləliklə, cavabdehin imtinası iddiaçının hüquqlarını pozmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. xxxx 2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını h əmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xxxx 2006-cı il tarixə qədər qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xxxx 1997-ci il tarixədək 13-cü maddəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalat ların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 1997-ci il tarixli 358-İQD nömrəli Qanununla dəyişiklik edilərək 50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır). Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının çalışdığı v əzifələr neft kimyasına aid istehsalat sahələri ilə bağlı vəzifələr olmaqla, həm qüvvədən düşmüş 1 və 2 №-li Siyahının «Metal emalı» (Xİ və XİV), həm də qüvvədə olan «Siyahı»nın «Metal emalı» (11-ci) bölməsində nəzərdə tutulan göstəricilərə aid edilməsinin istisna edildiyini, digər tərəfdən onun «xxxx» İB-in Konstruktor Layihə Bürosunda tökmə sahəsində 13-cü dərəcəli baş usta kimi çalışdığı dövrün (12 il, 3 ay 21 gün ) də zərərli və ağır iş şəraitində iş stajı kimi qəbul edilə bilmədiyini, «Siyahı»ların «Metal emalı» bölməsi üzrə iddiaçının «Neftkimyacihaz» Təcrübə sınaq zavodunda işlədiyi iqtisadçı və onun «xxxx» İB-dəki baş usta vəzifələrinin güzəştli iş stajı kimi nəzərə alınması mümkün olmadığından, tələb olunan güzəştli iş stajının 12 il, 6 ay toplanmadığına görə güzəştli şərtlərlə pe nsiya hüququnun yaranmadığını, ümumiyyətlə, iddiaçının güzəştli iş stajı kimi iddia etdiyi vəzifələrin neft-qaz istehsalatı sahəsinə aid edildiyini, həmçinin bu vəzifələrin «Siyahı»ların «Kimya istehsalatı» (1 №-li Siyahıda Vİİİ, 2 №-li Siyahıda X, hazırkı «Siyahıda» 8-ci) bölməsində güzəştli pensiya hüququ verən vəzifələr kimi nəzərdə tutulmadığını, beləliklə, cavabdehin imtinasının iddiaçının hüquqlarını pozmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının p ozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-568/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-568/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2618/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2618/2019
23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver