Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2618/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi, prosessual müddətin bərpasından imtina, kassasiyanın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sos ial Müdafiə Fonduna qarşı “qərarın ləğv edilməsi, hüququnun yarandığı gündən hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2024-cü il tarixli, 2-1(108)-54/2024 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə cavabdehin ərizəsinə və kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək, onun Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsinin hesabına ödədiyi m əcburi dövlət sosial sığorta haqqı ödəniş müddəti əmək stajına hesablanmaqla, 25 ildən ibarət olan iş stajı tətbiq edilməklə cavabdehin xx.xx.2023-cü il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi, hüququnun yarandığı gündən əmək pensiyası hesablanmaqla ona yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-1(122)-291/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsinin hesabına ödədiyi məcburi dövlət sosial sığorta haqqı ödəniş müddəti əmək stajına hesablanmaqla, 25 ildən ibarət olan iş stajı tətbiq edilməklə cavabdehin xx.xx.20 23-cü il tarixli, 12 nömrəli qərarı ləğv edilmiş, iddiaçıya bu hüququnun yarandığı gündən əmək pensiyası hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2024-cü il tarixli, 2-1(108)-54/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh həmin qərardan kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermiş, eyni zamanda, kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilm əsini və iddianın təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsasland ırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbu l edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi aşağıda qeyd olunan səbəblərdən təmin edilməməli, həmçinin onun kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
8. Kassasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
9. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
10. Belə ki, iş üzrə materiallardan görünür ki, apel lyasiya instansiyası məhkəməsinin qərarı elektron imza ilə təsdiq edilib xx.xx.2024-cü il tarixdə AZEMİS-də cavabdehə məxsus şəxsi elektron kabinetə yerləşdirilməklə, xx.xx.2024-cü il tarixdə isə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etdirilməklə cavabdehə rəsmi qaydada təqdim olunmuşdur. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir.
11. Göründüyü kimi, cavabdeh tərəfindən kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən qanunla müəyyən olunmuş bir aylıq müddət ötürülməklə verilmişdir. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş üzrə materiallarda hər hansı sübut yoxdur.
12. Bu qərardadın 6-cı bəndində istinad olunan normaya görə, ka ssasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
13. Eyni zamanda, bu qərardadın 6-cı bəndində istinad olunan normaya görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
14. Cavabdehin kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsində müddətin ötürülməsi müvafiq “ASAN imza” proqramında yaranmış texniki nasazlıq səbəbindən tərəflərindən Elektron Məhkəmə İnformasiya Sisteminə daxi l olmağın mümkün olmaması ilə əlaqələndirilmiş və beləliklə də müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verdiyi qeyd edilərək buraxılmış prosessual müddətin bərpa olunması xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə həmin halları təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.
15. Nəzərə alınmalıdır ki, ötürülmüş müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Hazırkı halda isə cavabdehin ərizəsində istinad etdiyi hallar müddətin üzrlü səbəbdən buraxılmasına haqq qazandıra və buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz.
16. Göründüyü kimi, cavabdeh kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin məhkəməyə müddətin üzrlü səbəbdən və onun təqsiri olmadan bur axılmasına dair hər hansı mötəbər sübut təqdim etməmişdir.
17. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə cavabdehin ərizəsi təmin edilməməli, bunun üzərindən və həmçinin istinad olunan prosessual hüquq normalarına əsasən kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır.
18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2024-cü il tarixli, 2-1(108)-54/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan i