Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2619/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2619/19 Bakı şəhəri 20 noyabr 2019-cu il Açar sözlər: hərbi qulluqçulara əlilliyə görə pensiyanın təyin eilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2-1(103)-863/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə və Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət dövrü ilə əlaqədar əlillik dərəcəsi ilə bağlı 09 yanvar 2008-ci il tarixdən 23 noyabr 2017-ci il tarixədək ona ödənilməli olan təminat xərcliyi fərqinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yan ında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə, 01 sentyabr 2008-ci il tarixdən ödənilməmiş Prezident təqaüdünün hesablanaraq ödənilməsi vəzifəsinin isə digər cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinin cavabdehlər siyahısından çıxarılmasını və iddia tələbinin “ona 23 noyabr 2014-cü il tarixdən təminat xərcliyinin 55 faizi miqdarında aldığı pensiya ilə 23 noyabr 2017-ci il tarixdən ikinci qrup hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik dərəcəsi ilə bağlı təyin edilmiş təminat xərcliyinin 80 faizi miqdarı arasındakı fərqin 23 noyabr 2014-cü il tarixdən 23 noyabr 2017-ci il tarixədək olan müddət üçün hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Müdafiə Xidmətinin Bakı şəhəri, X2 Mühafizəsi üzrə yanğın təhlükəsizliyi dəstəsinin 18 saylı Hərbiləşdirilmiş yanğın hissəsində yanğınsöndürən vəzifəsini icra etmiş və hərbi qulluqçu statusu daşımışdır. 16 iyul 2003-cü il tarixdə xidmət zamanı hündürlükdən yıxılaraq qapalı kəllə beyin travması almış, Fövqəladə Hallar Nazirliyinin Tibbi Xidməti Xüsusi həkim ekspertizasının rəyi əsasında X1 14 oktyabr 2007-ci il tarixli, 920ş saylı əmri ilə xidmətdən x aric edilmişdir. Ekspertiza Komissiyasının rəyi əsasında həmçinin ona 09 yanvar 2008-ci il tarixdə ikinci qrup hərbi xidmət dövrü ilə əlaqəli əlillik dərəcəsi təyin edilmiş, sonradan 23 noyabr 2017-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən ikinci dərəcəli əlillik formasında dəyişdirilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq ona təminat xərcliyinin 80 faizi məbləğində əlilliyə görə əmək pensiyası təyin edilməli olduğu halda, onun pensiyası təminat xərcliyinin 55 faizi miqdarında hesablanmışdır. İddiaçı əlilliyə görə əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etsə də, cavabdeh onun pensiyasının düzgün hesablandığını qeyd etməklə imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi iddia ərizəsinə qarşı təqdim etdiyi etirazda bildirmişdir ki, iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan ikinci qrup əlillərə müvafiq təminat xərcliyinin 55 faizi miqdarında pensiya təyin edilmişdir. Sonradan, iddiaçı Tibbi-Sosial Ekspert Komissiyasından təkrar keçmiş və əlilliyin “hərbi xidmət vəzifəsini yerinə yetirərkən” olaraq müəyyən edilmişdir. Bu səbəbdən, əlilliyin səbəbinin dəyişdirildiyi tarixdən iddiaçının əmək pensiyası onun təminat xərcliyinin 55 faizi miqdarından 80 faizi miqdarına qaldırılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2-1(81)2507/2018 saylı qərarı ilə (hakim Elçin Məmmədov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesb etmişdir ki, id diaçının əlilliyinin səbəb əlaqəsi sonuncu dəfə 23 noyabr 2017-ci il tarixdə dəyişdiyindən, qanunvericiliyin həmin tarixdə qüvvədə olmuş tələblərinə uyğun olaraq ona, əlilliyin səbəb əlaqəsinin dəyişdiyi tarixdən əvvəlki üç il üçün əmək pensiyasının təminat xərcliyinin ödənilmiş 55 faizi miqdarı ilə ödənilməli olan 80 faizi miqdarı arasındakı fərq hesablanaraq birdəfəyə ödənilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli, 2-1(103)-2193/2018 saylı qərarı ilə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdiril mədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 yanvar 2019-cu il tarixli, 2-1(102)-301/2019 saylı qərarı ilə (sədrlik edən Xəqani Məmmədov, hakimlər Azər Hüseynov və Rahib Nəbizadə) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyin təyin olunması və ya səbəb əlaqəsinin dəyişdirilməsinə dair qərarları vətəndaşlar üçün hüquqi nəticələr yaradan inzibati aktlardır ki, iddiaçı ona ilk dəfə əlilliyin təyin olunmasına dair TSEK tərəfindən qəbul olunm uş qərardan xəbərdar olmuş, lakin onu mübahisələndirməmişdir. Əlilliyin səbəbini TSEK müəyyən etdiyindən və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, cavabdehin iddiaçıya ödənişlər etmək vəzifəsi məhz TSEK tərəfindən verilmiş müvafiq qərar əsasında yaranır ki, apellyasiya məhkəməsi cavabdehin ümumiyyətlə iddia tələbində qoyulmuş öhdəliyi göstərilənləri nəzərə almaqla yenidən araşdırmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2-1(103)-863/2019 saylı qərarı ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) cavabdehin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qəra rı ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası Tibbi-Sosial Ekspert Komissiyasının iddiaçı tərəfindən mübahisələndirilməyən, inzibati akt sayılan qərarı əsasında təyin edildiyindən, cavabdehin hərəkətləri qanunsuz hesab edilə bilməz. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.16, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli, 93 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin 1.5, 3.1, 5.1, 5.4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin 1.3, 1.4, 3.1.3, 4.2 6, 5.4, 5.5, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2, 64.1, 64.2, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində iddia ərizəsində qeyd olunmuş iddianın əsaslarını təkrarlamış və əlavə olaraq bildirmişdir ki, Tibbi-Sosial Ekspert Komissisyasının ona əlilliyin təyin edilməsi barədə qərarı onun tərəfindən mübahisələndirilməsə də, sonradan komissiya tərəfindən 23 noyabr 2017-ci il tarixdə əliliyin səbəb əl aqəsi dəyişdirilərək hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci qrup əlillik müəyyən edilmişdir. Əlilliyə səbəb olan hal hər iki halda eyni olduğundan (qapalı kəllə beyin travması, baş beyin asteno-nevrotik vəziyyət) iddiaçının əmək pensiyası onun təminat xərcliyinin 80 faizi miqdarında olmaqla ödənilməmiş dövrlər üçün də hesablanmalı idi. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1, 37.7-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiya sı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçının pensiya uçot vərəqəsinin, pensiyanın yenidən hesablanmasına dair cavabdehin 08 dekabr 2017-ci il tarixli qərarının, TSEK-in sonuncu müayinəyə dair 23 noyabr 2017-ci il tarixli qiymətləndirmə məlumatının, FHN TTXXHEK-in qərarının, ilkin pensiya təyinatı barədə iddiaçının 12 mart 2008-ci il tarixli ərizəsi və cavabdehin 18 mart 2008-ci il tarixli qərarının, 21 №-li Zona TSEK-in 23 yanvar 2008-ci il tarixli SERTSE-01 679693 saylı müayinə aktının (və bundan sonrakı aktların) surətlərinə əsasən məhkəmə kollegiyası aşaıdakıları müəyyən edir. İddiaçı Fövqaladə Hallar Nazirliyi orqanlarında hərbi xidmətdə olarkən aldığı xəsarət 21 saylı TSEK-in qərarı ilə 09 yanvar 2008-ci il tarixdə və 2 qrup əlillik dərəcəsi verilərək əlilliyin səbəbi «hərbi xidmət dövrü ilə əlaqədar əlillik» kimi qiymətləndirilmiş və ona müvafiq ərizəsi əsasına cavabdeh tərəfindən 09 yanvar 2008-ci il tarixdən həmin dərəcə və səbəb əlaqəsi nəzərə alınmaqla, Qanunun qeyd edilən 20.16.2-ci maddəsinə müvafiq olaraq 102,18 manat məbləğində əlillik pensiyası təyin edilmişdir (TSEK-in 02 fevral 2009-cu il tarixli müayinə ak tı ilə həmin dərəcə və səbəbli əlaqə təkrarlanmış, 01 fevral 2010-cu il tarixli növbəti müayinə aktı ilə isə müddətsiz olaraq eyni dərəcə və səbəb əlaqəsi öz davamını tapmışdır). Sonradan, FHN Tibb Xidməti Xüsusi Həkim Ekspertiza komissiyasının 05 oktyabr 2017-ci il tarixli, 37/00396 saylı qərarı ilə iddiaçının aldığı xəsarət «Travmadır, xidməti vəzifəsini yerinə yetirərkən alınmışdır» kimi şəhadətləndirilmiş və bundan sonra iddiaçının müraciəti əsasında TSEK tərəfindən 23 noyabr 2017-ci il tarixdə aparılmış yeni müayinənin nəticəsi olaraq iddiaçıya verilən əlillik - 2-ci qrup dərəcəsi ilə «Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik» kimi qiymətləndirilmiş və bundan sonra ona cavabdehin 02 dekabr 2017-ci il tarixli qərarı ilə Qanunun qeyd edilən 20.16.1-ci maddəsinə müvafiq olaraq, 23 noyabr 2017-ci il tarixdən yeni hesablama ilə 353,20 manat məbləğində əlillik pensiyası təyin edilmişdir. İddiaçı qeyd olunan pensiya məbləğləri arasındakı fərqin hesablanaraq birdəfəli ona ödənilməsini tələb etmiş və sonuncunun işdə olan 12 fevral 2018-ci il tarixli iddiaçıya ünvanlanmış məktubundan göründüyü kimi, ona, TSEK-in müayinə aktlarına (qərarlarına) istinadən, fərqin hesablanıb ödənilməsindən imtina etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edil diyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya əlillik dərəcəsi Tibbi-Sosial Ekspert Komissiyasının iddiaçı tərəfindən mübahisələndirilməyən, inzibati akt sayılan qərarı əsasında təyin edildiyindən, həmin qərarın qəbul edildiyi tarix əsas olmaqla cavabdeh tərəfindən əmək pensiyasının təyin edilməsi qanunsuz hesab edilə bilməz. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, Tibbi-Sosial Ekspert Komissisyasının ona əlilliyin təyin edilməsi barədə qərarı onun tərəfindən mübahisələndirilməsə də, sonradan qəbul eidlmiş qərarda əliliyin səbəb əlaqəsi dəyişdirilmişdir. Əlilliyə səbəb olan hal hər iki qərarda eyni olduğundan, iddiaçının əmək pensiyası onun təminat xərcliyinin 80 faizi miqdarında olmaqla ödənilməmiş dövrlər üçün də hesablanmalı idi. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa (bundan sonra mətndə Qanun): - 20.16-cı maddəsinə əsasən, bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə - 55 faizi; 20.16.2. İ qrup digər əlillərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlillərə) müvafiq təminat xərcliyinin - 60 faizi, İİ qrup əlillərə - 55 faizi, İİİ qrup əlillərə - 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər; - 20.1.12-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular; - 12.2-ci maddəsinə əsasən, hərbi qulluqçulara, o cümlədən müddə tli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir; - 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Müddəaların tələblərindən görü ndüyü kimi, hərbi qulluqçulardan olan əlillərə müvafiq təminat xərcliyinin müxtəlif faiz nisbəti ilə pensiyanın ödənilməsi müəyyən olunmuşdur. Qanunun 20.16.1 və 20.16.2-ci maddələri arasında olan fərq hərbi qulluqçuların əlilliyinin səbəb əlaqəsi xidməti vəzifələri yerinə yetirməklə və ya xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan halla əlaqələndirilmişdir. Şəxsin müraciətinə uyğun olaraq əlilliyə görə əmək pensiyası müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi əlillik dövrü üçün təyin edilir. İşin hallarına görə, iddiaçıya ilk əvvəl əlilliyə görə təyin edilmiş əmək pensiyası onun əlilliyinin səbəb əlaqəsi xidməti vəzifələrin yerinə yetirməklə bağlı olmayan halla əlaqələndirildiyindən, yuxarıda istinad edilmiş Qanunun 20.16.2-ci maddəsi tətbiq olunmaqla təminat xərcliyinin fai z nisbi miqdarında müəyyən edilmişdir. Lakin 23 noyabr 2017-ci il tarixdə aparılmış yeni müayinənin nəticəsi olaraq iddiaçıya verilən əlillik - 2-ci qrup dərəcəsi ilə «Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik» kimi qiymətləndirilmişdir. Həmin müayinəyə dair zamana görə qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»sində aşağıdakılar müəyyən edilmişdir: - 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra — TSEK) tərəfindən həyata keçirilir; - 1.6-ci bəndinə əsasən, TSEK tərəfindən (...) hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəz ifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, (...) Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.5-ci bəndinə əsasən, hərbi-həkim ekspertizasının rəsmiləşdirdiyi göndərişlərin «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilməsi mümkün olmadıqda, onlar kağız daşıyıcıları formasında imzalanır və dairəvi möhürlə təsdiq olunmaqla, hərbi-həkim ekspertizası tərəfindən Xidmətə təqdim edilir; - 4.26-ci bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Müddəala rın tələblərindən göründüyü kimi, hərbi qulluqçulara münasibətdə hərbihəkim ekspertizasının müvafiq göndərişi əsasında TSEK-də əlilliyin qiymətləndirilməsi həyata keçirilir və müvafiq müayinə olunduqda sonra şəxsin əlilliyi müəyyən edilir. Əmək pensiyasının alınması üçün şəxsin təqdim etdiyi sənədlər onun həm əlil olmasını və əlilliyin bilavasitə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar olduğu sübuta yetirməlidir. Şəxsin əlilliyinin müəyyən ediməsinin tarixi TSEK-in qərarının qəbul edildiyi tarix hesab olunduğundan, məhz həmin tarixdən şəxsin əmək pensiyanın alınması hüququ yaranmış olur. Hərbi qulluqçunun istinad edilən Qanunun maddəsində nəzərdə tutulmuş əlilliyin yaranmasına əsas olmuş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi Azərbaycan Respublikası Nazirl ər Kabinetinin 59 saylı, 29 fevral 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Əsasnamənin 7.2-ci maddəsinə görə, hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». Beləliklə, hərbi qulluqçunun travmanın alınması ilə bağlı əlilliyi müəyyən olunarkən, hərbi-həkim komissiyası tərəfindən istinad edilən Əsasnamənin 7.2-ci maddəsinin “c” və “ç” bəndlərində nəzərdə tutulmuş qəbul edilən qərarların fərqi onunla bağlıdır ki, bir halda şəxsin hərbi xidmət vəzifələrini yerinə yetirərkən travmanın alınması (“c” bəndi), digər halda isə travmanın hərbi xidmət dövründə, lakin xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olmadan alınmasını nəzərdə tutmuşdur. İşin hallarına görə, iddiaçıya əlilliyinin səbəb əlaqəsi haqqında “travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» FHN Tibb Xidməti Xüsusi Həkim Ekspertiza komissiyasının 05 oktyabr 2017-ci il tarixli, 37/00396 saylı qərarı qəbul edilmişdir. Qeyd edilmiş əsasla T ibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya ikinci dərəcəli əlillik təyin olunarkən onun səbəb əlaqəsi kimi “Hərbi xidmət vəzifəsini yerinə yetirilməklə əlaqədar əlillik” kimi müəyyən edilmişdir ki, bu hal iddiaçının əmək pensiyasının yuxarıda istinad edilmiş Qanunun 20.16.1-ci maddəsinin tələblərinin cavabdeh tərəfindən həmin tarixdən etibarən tətbiqini mümkün etmişdir. Məhkəmə kollegiyası bu hissədə apellyasiya məhkəməsinin apardığı qiymətləndirmə ilə razılaşdığını qeyd edir. İddiaçının dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi cavabdeh inzibati orqanın qəbul etdiyi qərarının qanunsuz hesab olunmasl üçün hüquqi əsası kimi qiymətləndirilə bilməz. Çünki qanunvericiliyin yuxarıda aparılmış təhlilindən göründüyü kimi, cavabdeh tərəfindən müvafiq pensiya məbləğinin təyin edilməsini zəruri edən şərtlər daxilində və onlara müvafiq olaraq təqdim edilmiş sənədlər əsasında qərar qəbul edilmişdir. Qeyd edildiyi kimi, şəxsin əlilliyinin müəyyən ediməsinin tarixi TSEK-in qərarının qəbul edildiyi tarix hesab olunduğundan, məhz həmin tarixdən şəxsin müvafiq pensiya məbləğinin alınması hüququ yaranmış olur. Əlilliyin səbəb əlaqəsinin müəyyən edilməsi ilə bağlı İlkin qərarın düzgün olmaması əsası ilə iddiaçının marağı yalnız qəbul edilmiş qanunsuz qərar nəticəsində ona dəymiş zərər məbləğinin alınması ilə bağlı ola bilər. Bu halda iddiaçı məhz həmin orqana qarşı iddia qaldırmaqla qanunvericiliyin tələblərinə əsasən qəbul edilməli olan qərar əsasında ona çatmalı olan pensiya məbləği çərçivəsində zərərin ödənilməsini tələb edə bilər. Çünki bir inzibati orqanın qəbul etdiyi qanunsuz qərarının nəticələrinə görə digər inzibati orqanın məsuliyyəti müəyyən edilə bilməz. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə b ilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2-1(103)-863/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2619/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2619/2019
20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver