Məhkəmə qərarları › İş №2-1(102)-2619/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2619/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2619/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1976-1992-ci illərdə iqtisadçı-müfətti ş işlədiyi müddətin dövlət qulluğunda işlədiyi müddət olaraq 1 vəzifə maaşı həcmində müavinət, qulluq stajına görə ona 30 % əlavə (dövlət qulluğunun son 24 ayı hesablanmaqla) nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və xx.xx.2017-ci ildən fərqin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2023-cü il tarixli, 2-1(103)-1258/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1992-ci il tarixədək X16 iqtisadçı-müfəttiş (mühasib) vəzifəsində işləmişdir. Ona xx.xx.2017-ci il tarixdən yaşa görə ömürlük 276,62 manat məbləğində əmək pensiyası təyin edilmişdir.

2. Azə rbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli 04/xx-xx/1829 nömrəli məktubdan görünür ki, SSRİ Balıq Təsərrüfatı Nazirliyinin “Baş Balıqçılıq idarəsi”nin xx.xx.1984-cü il tarixli 45/P nömrəli əmri ilə təsdiq edilmiş SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Balıq ehtiyatlarının mühafizəsi və artırılması və balıqçılığın tənzimlənməsi üzrə “Başbalıq Təsərrüfatı Hövzə İdarəsi haqqında Nümunəvi Əsasnaməsi”nin 3-cü hissəsinə əsasən “Hövzə İdarəsi” SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Baş balıqçılıq idarəsinin smetası əsasında saxlanılmış, SSRİ Dövlət Bankında büdcə və büdcədənkənar hesablara və SSRİ Tikinti Bankının müəssisələrində açıq hesaba malik olmuşdur. Həmin “Nümunəvi Əsasnamə”nin 8-ci hissəsinə əsasən “Hövzə İdarəsi” SSRİ və müttəfiq resp ublikaların qanunvericiliyinin, SSRİ Balıq Təsərrüfatı Nazirliyinin və Başbalıqçılıq idarəsinin balıq ehtiyatlarının mühafizəsi və artırılması, balıqçılığın tənzimlənməsi, həmçinin balıq təsərrüfatı hovuzlarının çirkləndirilməsinə qarşı mübarizə məsələləri üzrə əmr və təlimatların icrasına və “Hövzə İdarəsi”nin tabeçiliyində olan balıq təsərrüfatı hovuzlarının vəziyyətinə və onların çirklənməsi və digər balıq ehtiyatları, su bitkilərinin və heyvanlarının zərərli təsirlərdən qorunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsinə nəzarət etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövl ət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.16-cı bəndində ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Qeyd edilənlərə əsasən X19 İdarəsi ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanı (baş idarə, idarə) statusunda fəaliyyət göstərmişsə, həmin idarədə i ddiaçının işlədiyi müddət dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alına bilər.

3. İddiaçı 1976-1992-ci illərdə dövlət qulluğunda iqtisadçı-müfəttiş olaraq işlədiyi müddətin dövlət qulluğu kimi nəzərə alınması ilə bağlı 18 fevral 2020-ci il və 11 noyabr 2020-ci il tarixdə cavabdeh inzibati müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublalar imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyul 1977-ci il tarixli 222 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı İdarəsi yaradılmışdır. Həmin Qərarın 2 nömrəli əlavəsində Balıq Təsərrüfatı İdarəsinin aparatında X19 İdarəsi mövcud olmamışdır. Bu səbəbdən də vaxtilə həmin qurumda çalışdığı vəzifələr qanunvericiliyin təl əbləri baxımından dövlət qulluğu hesab edilmir.

4. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı hər hansı dövlət qulluğu vəzifəsinə aid olmadığından, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1.16-cı bəndində ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının yalnız (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 1976-1992 illər üzrə iqtisadçı-müfəttiş olaraq işlədiyi müddətin dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınmaqla, qulluq stajına görə ona 30% əlavənin hesablanması, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və xx.xx.2017-ci il tarixdən hazırki vaxtadək olan fərqin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzər inə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1972-1976-cı illərdə Binə donuzkökəltmə sovxozunda, 1976-cı ildə Azərbaycan SSRİ Sənaye Tikinti Nazirliyinin Dəmir-beton trestinin 9 saylı Dəmir-beton boruları zavodunda, 1976-1992-ci illərdə “X19” idarəsində, 1992-1994-cü illərdə “Azərbalıq” Dövlət Konsernində, 2005-2018-ci illərdə "xxxx" MMC-də müxtəlif vəzifələrdə çalışmışdır. 1976-1992-ci illərdə “X19” idarəsində iqtisadçı-müfəttiş vəzifəsində çalışmışdır. Ona 1 noyabr 2017-ci il tarixdən yaşa görə pensiya təyin olunub və pensiya məbləği 276,62 manat müəyyən edilmişdir. Ona verilən pensiya məbləği ilə razılaşmadığı üçün cavabdehə müraciət edərək pensiya məbləğinin yenidən hesablanmasını tələb etmişdir. Tələbinin əsası kimi 1976- 1992-ci illərdə X19 İdarəsində çalışdığı iqtisadçı-müfəttiş vəzifəsinin dövlət qulluğuna aid olduğunu və ona həmin vəzifədə işlədiyi müddətin dövlət qulluğunda qulluq stajı kimi hesablanmalı olduğunu göstərmişdir və buna dair sübutlarını təqdim etmişdir. Faktlar və sənədlər onun iqtisadçı-müfəttiş olaraq işlədiyi 1976-1992-ci illərə görə müddətin, dövlət qulluğunda qulluq stajı kimi hesablanmalı olduğuna əsasdır. Ona münasibətdə qanuna görə pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci ilin oktyabr ayının 18-nə kimi dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzi fələrinə uyğunlaşdırılması Siyahısına əsasən vəzifəsinə uyğunlaşdırılmalıdır. Pensiya alanın arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki qulluğunun 24 ayı və ya ardıcıl gələn 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır.

7. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir.

8. İşin məhkəmə araşdırması zamanı sorğuya cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 18/221 nömrəli məktub və ona əlavə edilmiş arxiv sənədindən çıxarışdan görünür ki, Nazirliyin Su hövzələrində X4 və Mühafizəsi Departamenti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliy inin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Xidməti olaraq fəaliyyət göstərir. Sabiq SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Baş İdarəsinin tabeçiliyində olan “X14” idarəsi (Cənubi X11 artırılması, bərpası, mühafizəsi və X12 idarəsi) Azərbaycan Respublikasında 1991-ci ilədək fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arxivində saxlanılan sənədlərə əsasən (1941-1990-cı illər) “X14” idarəsi keçmiş Azərbaycan SSR-də fəaliyyət göstərmişdir. “Cənubi Xəzərbalıqartırma İdarəsi”nin tabeliyində olan 9 balıqartırma zavod və təsərrüfatları, 10 balıq mühafizə müfəttişlikləri vasitəsilə Azərbaycanda balıq ehtiyatlarının artırılması, bərpası, mühafizəsi və balıq X20 fəaliyyətləri ilə məşğul olan dövlət idarəetmə orqanı olmuşdur. “İdarə” dövlət büdcəsindən maliyyələşdirilmiş və SSRİ Dövlət Bankının Azərbaycan SSR şöbəsində ******* saylı büdcə hesabı olmuşdur. “İdarə” ünvan 1 ünvanında yerləşmişdir. xx.xx.1983-cü il tarixdə sabiq SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Baş idarəsi tərəfindən təsdiq edilmiş idarəetmə aparatı üzrə ştat cədvəlinə əsasən 9 balıqartırma zavod və təsərrüfatları, 10 rayon balıq mühafizə müfəttişlikləri üzrə 68 idarəetmə vahidi nəzərdə tutulmuşdur. SSRİ dağıldıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 447 nömrəli qərarına əsasən sözügedən idarənin bazasında onun funksiyalarını həyata keçirən “Azərbalıqartırma” Dövlət Konserni yaradılmışdır. A zərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 40 nömrəli Fərmanına əsasən “Azərbalıqsənaye” İstehsalat Birliyi, “Azərbalıq”, “Azərbalıqartırma”, “Azərbalıqsənayesatış” konsernləri və “Xəzər” X2 əsasında Azərbaycan Respublikasının “Azərbalıq” X9 Konserni yaradılmışdır. Azərbaycan Respublikasının “Azərbalıq” X9 Konsernin nizamnaməsi və tərkibinə daxil olan müəssisələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 avqust tarixli qərarı ilə təsdiq edilmişdir. “Azərbalıq” X9 Konsernin idarə heyətinin xx.xx.1994-cü il tarixli 07 nömrəli qərarı ilə “Azərbalıq” X9 konserninin X10, Qorunması və X20 – “Balıqartıma” idarəsinin nizamnaməsi təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.1994-cü il tarixli qərarı ilə qeydə alınmışdır. “Balıqa rtırma” idarəsi X10, qorunması və X20ni idarə etmiş və öz fəaliyyətini dövlət büdcəsindən maliyyələşdirmə prinsipi əsasında həyata keçirmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 669 nömrəli Sərəncamı ilə “Balıqartırma” idarəsi istisna olmaqla “Azərbalıq” X9 Konserninin tabeliyində olan müəssisə və təşkilatlar özəlləşdirməyə açıq elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Sərəncamına əsasən “Azərbalıq” X9 Konserni ləğv olunmuş, ləğv olunan “Azərbalıq” X9 Konserninin səlahiyyətləri və onun tabeliyində olan müəssisə və təşkilatlar (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 669 nömrəli sərəncamının 1-ci bəndində göstərilən müəssisə və təşkilatlar istisna olunmaqla) yəni əvvəllər “Balıqartırma” idarəsi adland ırılan Su hövzələrində X4 və Mühafizəsi Departamenti və X1 institutu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilmişdir. Hal-hazırda “X14” idarəsinin funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X4 və Mühafizəsi Departamenti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və xx.xx.2004-cü il tarixli 151s nömrəli sərəncamına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 108 nömrəli Qərarının 2-ci bəndi ilə xx.xx.2001-ci il tarixindən dövlət orqanlarının təsnifatına daxil edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4062/2021 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia təmin edilmi ş, iddiaçının 1976-1992 illər üzrə iqtisadçı-müfəttiş işlədiyi müddət dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınmaqla, qulluq stajına görə ona 30% əlavənin hesablanması, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və 1 noyabr 2017-ci il tarixdən, hazırki vaxtadək olan fərqin pensiyasının üzərinə hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2021-ci il tarixli 18/221 nömrəli məktubu və həmin məktuba əlavə olunmuş cənubi X11 Artırılması, Bərpası, Mühafizəsi və X12 idarəsi (“Cənubi Xəzərbalıqar tırma idarəsi”) barədə Arxiv arayışına əsasən iddiaçının 1976-1992 illərdə işləmiş olduğu “Cənubi Xəzərbalıqartırma idarəsi” Azərbaycanda balıq ehtiyatlarının artırılması, bərpası, mühafizəsi və balıq X20 fəaliyyətləri ilə məşğul olan dövlət idarəetmə orqanı olmaqla, “İdarə” dövlət büdcəsindən maliyyələşdirilmiş və SSRİ Dövlət Bankının Azərbaycan SSR şöbəsində büdcə hesabı olmuşdur. İddiaçıya qulluq stajına görə 30% əlavənin hesablanması, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması cavabdehə həvalə olunmalıdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 16 mart 2022-ci il tarixli, 18/99-055 nömrəli arayışından görünür ki, iddiaçı 1976-1992-ci illərdə SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Baş Balıq İdarəsinin “X22” İdarəsində və “Azərbalıq” Dövlət Konsernində aşağıdakı kimi işləmişdir: - 20 avqust 1976-cı ildə “Cənubxəzərbalıq” İdarəsinə iqtisadçı-müfəttiş vəzifəsinə qəbul edilmiş (əmr № 215, xx.xx.1976-cı il); - 2 yanvar 1986-cı ildə X7 baş mühasib vəzifəsinə göndərişlə təyin edilmiş (əmr № 1,xx.xx.1986-cı il); - 1 aprel 1986-cı ildə İdarədə öz vəzifəsinin icrasına başlamış (əmr № 84, xx.xx.1986-cı il); - 23 iyun 1983-cü ildə maliyyə təsərrüfat fəaliyyətinin təftişi üzrə apardığı işlərin yüksək göstəricilərinə görə Təşəkkür elan edilmiş (əmr № 149, xx.xx.1983-cü il); - 05 noyabr 1983-cü ildə işinin yüksək göstəricilərinə görə Böyük Oktyabr Sosialist İnqilabının 66-cı ildönümü ilə əlaqədar Təşəkkür elan edilmiş (əmr № 290, xx.xx.1983-cü il); - 20 aprel 1984-cü ildə Sosialist yarışmalarda əldə etdiyi nailiyyətlərə görə Təşəkkür elan edilmiş (əmr № 109, xx.xx.1984-cü il); - 4 iyul 1984-cü ildə Balıqçı Günü ilə əlaqədar iş fəaliyyətinin yüksək göstəricilərinə görə Təşəkkür elan edilmiş (əmr № 158, xx.xx.1984-cü il); - 1 noyabr 1984-cü ildə Böyük Oktyabr Sosialist İnqilabının 67-ci ildönümü ilə əlaqədar iş fəaliyyətinin yüksək göstəricilərinə görə Təşəkkür elan edilmiş (əmr № 275, İM 1.1984-cü il); - 2 4 iyul 1987-ci ildə Balıq mühafizə məsələləri üzrə tədbirlərdə apardığı təbliğat işlərinə görə 100 rubl mükafat verilmişdir (əmr № 214, xx.xx.1987-ci il).

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 may 2022-ci il tarixli, 2-1(103)-284/2022 nömrəli qərarı (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4062/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassas iya instansiyası məhkəməsində birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2-1(102)-1986/2022 nömrəli qərarı (hakimlər: N.İ.Rəsulbəyova/sədrlik edən və məruzəçi/, K.N.Bədəlov və İ.K.Hüseynov) ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 may 2022-ci il tarixli, 2-1(103)-284/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə rədd edilmişdir.

17. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, aşağı instansiya məhkəmələri tərəfindən iddiaçının 1976-1992 illərdə işləmiş olduğu vəzifənin dövlət qulluğuna aid edilməsi tam və hərtərəfli yoxlanılmış, bununla bağlı müvafiq arxiv arayışları əldə edilərək iş materiallarına əlavə edilmişdir. Onun 1976-1992-ci illərdə işlədiyi vəzifənin dövlət qulluğuna aid edilməsi öz təsdiqini tapdığından kassasiya şikayətinin bununla bağlı qeyd edilən dəlili əsassızdır.

18. Bununla belə, məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin mübahisəli iş illərinin dövlət qulluğuna aid edilməsi ilə bağlı araşdırmaları yetərli olsa da, iddia tələbinin “qulluq stajına görə ona 30% əlavənin hesablanması, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması” ilə bağlı gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Belə ki, qanunverici dövlət qulluqçusunun hər bir halda, birmənalı ol araq pul mükafatı ilə təltif ediləcəyini təsbit etməmişdir. Bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Bu mənada, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığı üçün iddiaçı hazırda fəaliyyətdə olan dövlət qulluqçusunun məvacibinə istinadla və həmin əlavəni nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilməz. İddiaçının nəzərə alınmasını tələb etdiyi mükafatlara gəldikdə isə, məhkəmələr ilk növbədə iddiaçıya əmək pensiyası təyin olunarkən nəzərə alınan və ya iddiaçının tələbinə görə nəzərə alınmalı olan qulluq dövrünün (dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı) hədlərini, iddiaçıya ödənilmiş mükafat(lar)ın məhz həmin zaman hədləri nə aid olduqlarını dəqiq müəyyən etməli idilər. Belə ki, həmin mükafat(lar)ın məbləği “əmək haqqındakı sonrakı artımlar” üçün qüvvədə olmasa belə, əmək pensiyasının təyin olunduğu vaxtda onun məcmu məbləğinin müəyyən edilməsi üçün nəzərə alına bilərdi. Hazırkı iş üzrə məhkəmə qərarlarında bu barədə hər hansı məlumat yoxdur.

19. Digər tərəfdən, məhkəmə kollegiyası iddia tələbinin “qulluq stajına görə ona 30% əlavənin hesablanması” hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmələr ilk növbədə iddiaçıya əmək pensiyası təyin olunarkən nəzərə alınan və ya iddiaçının tələbinə görə nəzərə alınmalı olan qulluq dövrünün (dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı) hədlərini dəqiq müəyyən etmədiyindən iddianın həmin hissədə də təmin edilməsi əsassız olmuşdur. Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq hər ay əlavə haqq ödənilir. İşin halları ilə müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi dövlət qulluğu stajı 1976-1992-ci illərə aiddir və bu zaman onun qulluq stajı 15 il 4 ay 26 gündür. Yəni iddiaçıya əmək pensiyası təyin edilərkən nəzərə alınan və ya iddiaçının tələbinə görə nəzərə alınmalı olan qulluq dövrünün (dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı) hədləri dəqiq müəyyən edildikdə aşkar şəkildə görünür ki, iddiaçı nə 24 ay, nə də 60 ay ərzində qulluq stajına görə ardıcıl olaraq 30 faiz həcmində əlavə almaq hüququna malik olmamışdır. İddiaçının əmək pensiyası yenidən hesablanarkən nəzərə alınan və ya alınmalı olan qullu q dövrünün dəqiq müəyyənləşdirilməsi iddiaçıya qulluq stajına görə ödənilən əlavə haqqın məbləğinin də dəqiq müəyyən edilməsinə xidmət edəcəkdir. İndiki halda, iddiaçıya dövlət qulluğuna görə əmək pensiyası yenidən hesablanarkən qulluq stajına görə əlavə 30 faiz məbləğin onun pensiyasına hesablanması ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə əsaslı olmamışdır. Nəzərə almaq lazımdır ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortasına cəlb olunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığo rtaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Bu baxımdan şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər və ya o vəsaitlərdəki artımlar nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Göründüyü kimi, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə ona verilən pul ödənişidir. Belə yanaşma dövlət in sosial təminat siyasətinin və pensiya qanunvericiliyinin məqsədlərindən irəli gəlir. Bu mənada pensiya alan şəxslərə münasibətdə pensiya təyin edilərkən və ya pensiya yenidən hesablanarkən onların işlədikləri dövrdə almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əlavələrin nəzərə alınması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, dövlət məvacibinin və ya onlara edilən əlavələrin nəzərə alınması sosial t əminat sisteminin məqsədlərinə və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.2-ci maddələrinin tələblərinə uyğun deyildir. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, iddia tələbinin “qulluq stajına görə ona 30% əlavənin, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafatın və bir vəzifə maaşı həcmində müavinətin pensiyasının yenidən hesablanması zamanı nəzərə alınması” hissəsi üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Apellyasiya instansiya məhkəməsi işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, iddiaçının pensiyasının yenidən hesablanması ilə bağlı iddia tələbini araşdırarkən nəzərə alınan və ya iddiaçının tələbinə görə nəzərə alınmalı olan qulluq dövrünün (dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı) hədlərini dəqiq müəyyən etməmiş, nəticə etibarı ilə, qulluq stajına görə əlavənin, mükafatların və müavinətin məbləği ilə bağlı əsassız nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.3 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Cavabdeh qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan hazırda kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya in stansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan məhkəmə iddiaçının dövlət qulluğuna görə əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmalı olan qulluq dövrünün (dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı) hədlərini dəqiq müəyyən etməli, bundan sonra iddiaçının həmin hədlərdə aldığı qulluq stajına görə əlavə, mükafat və müavinətlərlə bağlı tam və hərtərəfli araşdırma aparmalı və nəticədən asılı olaraq ədalətli qərar qəbul etməlidir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

20. İşin məhkəmə araşdırması zamanı təqdim edilmiş cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə qərarına əsasən mükafatlar da nəzərə alınmaqla iddiaçının əmək pensiyası yenidən hesablanmışdır və pensiya məbləği 582,48 manat təşkil edir.

21. İddiaçı apellyasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək pensiya təyinatı ilə əlaqədar son 24 ayın hesablanmasını xahiş etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2023-cü il tarixli, 2-1(103)-1258/2023 nömrəli qərardadı (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinin “mükafatlar nəzərə alınmaqla pensiyanın yenidən hesablanması” hissəsinə xitam verilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, cava bdehin xx.xx.2023-cü il tarixli qərarından göründüyü kimi, iddiaçının aldığı mükafatlar nəzərə alınmaqla ona təyin edilmiş pensiya yenidən hesablanmış və mövcud 384,58 manat pensiya məbləği 582,48 manat olaraq müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının iddia tələbinin mükafatların nəzərə alınmaqla pensiyasının yenidən hesablandığı və bu səbəbdən də artıq həmin hissədə tərəflər arasında mübahisənin mövcud olmadığı müəyyən olunmuşdur. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, hazırki iş üzrə iddia tələbinin “mükafatlar nəzərə alınmaqla pensiyanın yenidən hesablanması” hissəsi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında həmin hissədə mübahisə artıq mövcud olmadığından qeyd olunan hissədə iddia tələbinə icraata xitam verilməlidir.

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2023-cü il tarixli, 2-1(103)-1258/2023 nömrəli qərarı (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4062/2021 nömrəli qərarı qismən, iddia tələbinin iddiaçının 1976-1992 illər üzrə iqtisadçı-müfəttiş işlədiyi müddətin dövlət qulluğunda işlədiyi müddət olaraq və bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alın maqla pensiyanın yenidən hesablanması və xx.xx.2017-ci ildən fərqin hesablanaraq ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4062/2021 nömrəli qərarı iddiaçının 1976-1992 illər üzrə dövlət qulluğunda işlədiyi müddətin və qulluq stajına görə ona 30 % əlavənin hesablanması (dövlət qulluğunun son 24 ayı nəzərə alınmaqla) və xx.xx.2017-ci il tarixdən hazırkı vaxtadək olan fərq məbləğinin ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbi 1976-1992 illər üzrə iqtisadçı-müfəttiş işlədiyi müddətin dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınmaqla, qulluq stajına görə ona 30% həcmində əlavənin hesablanmas ından, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafatın verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasından və bir vəzifə maaşı həcmində müavinətin verilməsinin nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasından ibarətdir. Məhkəmə kollegiyası iddia tələbinin çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafatın nəzərə alınaraq pensiyanın yenidən hesablanmasına aid hissədə qeyd etmişdir ki, iddia tələbinin həmin hissəsi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında həmin hissədə mübahisə artıq mövcud olmadığından Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-1258/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə xitam verilmişdir. İddia tələbinin 1976-1992 illər üzrə dövlət qulluğu nda işlədiyi müddətin və qulluq stajına görə ona 30 % əlavənin hesablanması (dövlət qulluğunun son 24 ayı nəzərə alınmaqla) və xx.xx.2017-ci il tarixdən hazırkı vaxtadək olan fərq məbləğinin ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının dövlət qulluğuna görə əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmalı olan qulluq dövrü (dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı) hədləri dəqiq müəyyən edilməli, bundan sonra iddiaçının həmin hədlərdə aldığı qulluq stajına görə əlavə, mükafat və müavinətlərlə bağlı tam və hərtərəfli araşdırma aparmalı və nəticədən asılı olaraq ədalətli qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası tərəfindən iddiaçıdan onun dövlət qulluğuna görə əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alın malı olan dövlət qulluğunun son 24 ayı ilə bağlı ərizəsi alınaraq iş materiallarına əlavə edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası iddia tələbinin pensiyanın bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla hesablanmasına aid hissədə qeyd etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası cavabdehin aparıcı mütəxəssisi X13 və iddiaçını dinləyərək belə nəticəyə gəlmişdir ki, işlədiyi dövrdə iddiaçının bir vəzifə maaşı həcmində müavinət alması öz təsdiqini tapmamışdır.

26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdehi n kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının işlədiyi müəssisə təşkilatı-hüquqi formasına görə dövlət funksiyasını həyata keçirmiş olsa belə, həmin təşkilatda əmək fəaliyyəti dövlət qulluğu hesab edilmir. İddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahıda yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

28. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

14. Dövlət qulluqçusu 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qullu ğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.... Maddə

22. Dövlət məvacibi 22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.... Maddə

23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.... Maddə

24. Dövlət qulluqçularının mükafa tlandırılması 24.1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir....

30. Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”:...

2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə mü vafiq olaraq hesablanır. 3. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.... 5. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür. 6. əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qullu qçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır....

12. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır.

31. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli, 774 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mü kafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”:...

2. Mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.

3. Dövlət qulluqçuları işin nəticələrinə görə mükafatlandırılmanın aşağıdakı növləri üzrə həvəsləndirilir: kollektiv mükafatlandırılma; fərdi mükafatlandırılma....

8. Dövlət qulluqçusuna işin nəticələrinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır....

12. Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəy yən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.

32. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”:...

2. Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq əlavə haqq verilir.

3. Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq aylıq dövlət qulluğunda maaşına nisbətən faizlə müəyyən edilir və hər ay ödənilir.

4. Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq aşa ğıdakı qaydada hər ay əlavə haqq ödənilir: Aylıq vəzifə maaşına əlavə haqq Qulluq stajı (il) (faizlə) 1 ildən – 5 ilədək 5 5 ildən – 10 ilədək 10 10 ildən – 15 ilədək 20 15 ildən yuxarı 30... 33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... 1.0.2. sosial sığorta stajı (bunda n sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;...

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıd ır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir..... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələr inin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

39. İlk öncə məhkəmə kollegiyası onu qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2023-cü il tarixli, 2-1(103)-1258/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4062/2021 nömrəli qərarı qismən ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan apellyasiya instansiyas ı məhkəməsinin qərarını iddia tələbinin təmin edildiyi hissədə deyil, tam mübahisələndirilmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Belə olan halda məhkəmə kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilmiş hissəsinə münasibətdə deyil (həmin hissədə də apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi qanuni hesab olunur), təmin edilmiş hissəsinə münasibətdə əsaslılığı yoxlanılır.

40. İddiaçının məhkəməyə müraciət etməkdə hüquqi marağı onun 1976-1992-ci illərdə işlədiyi müddətin dövlət qulluğuna aid edilməsi və qulluq stajına görə ona 30% əlavənin hesablanmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi illərin dövlət qulluğu hesab edilməli olmaması ilə bağlı kassasiya dəlili əsassızdır. Belə ki, iş materiallarında olan X15 məktubu, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş arayışlarla təsdiq olunur ki, qanunvericiliyin tələbi baxımından iddiaçının 1976-1992-ci illərdə X16 işlədiyi iqtisadçı-müfəttiş (mühasib) vəzifəsi dövlət qulluğudur və həmin illər nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməlidir (hesablanmalıdır).

41. İddia tələbinin qulluq stajına görə 30% əlavənin hesablanması hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı iddia tələbinə üzrə zəruri olan həddə hüquqi qiymət verilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

42. Odur ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2023-cü il tarixli, 21(103)-1258/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar