Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2619/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şikayət üzrə apellyasiyanın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.11.2024 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs - Qəbələ rayonu Zarağan Bələdiyyəsi) “çıxarışın, plan ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-328/2024 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ rayonu Zarağan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçıya Zarağan kəndinin ərazisində bələdiyyənin perspektiv inkişaf fonduna məxsus torpaqlardan verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququ barədə sənədlərin (mülkiyyət hüququna dair) hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, plan ölçünün sənədinin verilm əsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-752/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-328/2024 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir.
5. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-752/2024 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi ndə yaradılmış elektron kabinetinə yerləşdirildikdən sonra xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-752/2024 nömrəli qərarından şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti 7 gün ötürmüşdür. Bu da onu göstərir ki, birinci instansiya məhkəməsinin qərarı cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilsə də, inzibati orqan tərəfindən buna diqqət yetirilməmiş, bununla da şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür.
6. Bundan sonra cavabdeh məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etmişdir.
7. Cavabdeh ərizəsində qeyd etmişdir ki, Şək i Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli 2-1(107)-328/2024 nömrəli qərardadında cavabdeh tərəfindən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-752/2024 nömrəli qərarını xx.xx.2024-ci il tarixdə əldə etdiyini qeyd etmişdir. Bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə ölkə ərazisində qeyri-iş günü olduğu üçün 9 saylı Qəbələ Ərazi İdarəsində də iş günü olmamışdır. Sözügedən qərarın xx.xx.2024-ci il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilməsi də qeyri-mümkündür və qərar Ərazi İdarəsi tərəfindən xx.xx.2024-ci il tarixdə əldə edilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)752/2024 nömrəli qərarından apellyasiya şikayəti vermək üçün üzrlü səbəbdən buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-328/2024 nömrəli qərardadı ilə cavabdehin prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir.
9. Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
10. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinin tələbi pozulmuşdur. Belə ki, həmin iş üzrə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2-2131/2024 nömrəli apellyasiya şikayəti qanunla müəyyən edilmiş vaxt ərzində verilmişdir. Şəki İnzib ati Məhkəməsi qanunla müəyyən edilmiş qaydada sözügedən qərarını iş üzrə cavabdeh olan Ərazi İdarəsinə məlumat üçün göndərməmiş qeyd olunan prosessual qanunvericilinin tələblərini pozmuşdur. Həmin qərarın elektron məhkəmə sistemində yerləşdirilməsi barədə məlumat da Ərazi İdarəsinin elektron poçt ünvanına göndərilməmişdir. Cavabdeh Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-1(116)-752/2024 nömrəli qərarını elektron məhkəmə sistemindən xx.xx.2024-cü il tarixdə əldə edə bilmiş və həmin tarixdə də qərar Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən prosessual müddət də xx.xx.2024-cü il tarixdən hesablanaraq xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti tərtib edilərək xx.xx.2024-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsinə təqdim edilmişdir.
11. Şəki Apellyasiy a Məhkəməsi xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxaraq, şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti 8 gün ötürülməsi qənaətinə gələrək apellyasiya şikayətini mümkün saymamış və şikayətin icraata qəbulundan imtina etmişdir.
12. Şəki Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli 2-1(107)-328/2024 saylı qərardadında cavabdeh tərəfindən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 21(116)-752/2024 nömrəli qərarını xx.xx.2024-ci il tarixdə əldə etdiyini qeyd etmişdir. 13.Cavabdeh məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, xx.xx.2024-ci il tarixdə ölkə ərazisində qeyri-iş günü olduğu üçün 9 saylı Qəbələ Ərazi İdarəsində də iş günü olmamışdır. Sözü gedən qərarın xx.xx.2024-ci il tarixdə elektron məhkəmə sisteminə y erləşdirilməsi də qeyri-mümkündür və qərar Ərazi idarəsi tərəfindən xx.xx.2024-ci il tarixdə əldə edilməmişdir.
14. Belə ki, cavabdeh olaraq mütəmadi olaraq hər gün elektron məhkəmə sisteminə nəzarət edir, lakin Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-1(116)752/2024 nömrəli qərarını elektron məhkəmə sistemindən gec əldə etmişlər.
15. Cavabdeh qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemi onlar üçün yeni bir sistemdir və kifayət qədər yüklü bir sistemdir. Eyni zamanda sistemdən istifadədə də müəyyən texniki problemlərlə qarşılaşmışlar Bu da internetin gücündən və digər texniki problemlərdən irəli gəlir. 16.“Elektron məhkəmə” sistemində olan çatışmazlıqlar isə cavabdehin ziyanına qərar qəbul edilməsi üçün əsas ola bilməz.
17. Şəki İnzibati Məhkəməsi, qanunla müəyyən edi lmiş qaydada sözü gedən qərarını iş üzrə cavabdeh olan Ərazi İdarəsinə məlumat üçün göndərməmiş, qeyd olunan prosessual qanunvericiliyinin tələblərini pozmuşdur. Beləliklə, məhkəmə kollegiyası göstərilən prosessual hüquq normalarını pozulmasına yol verərək nəzərə almamışdır ki, qərar elektron məhkəmə sistemində yerləşdirildikdən sonra, bu barədə məlumat Ərazi İdarəsinin elektron poçt ünvanına göndərilməli idi, lakin göndərilməmişdir.
18. Belə ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-1(116)752/2024 nömrəli qərarını xx.xx.2024-cü il tarixdə cavabdehə məxsus olan elektron kabinetdə yerləşdirildiyi iş materialları ilə öz təsdiqini tapmır. Əvvəla, iş üzrə materiallarda cavabdeh münasibətdə apellyasiya məhkəməsinin istinad etdiyi Elektron məhkəmə informasiya sistemindən çıxar ış mövcud deyil. Cavabdehə münasibətdə isə iş materiallarında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış vergi İnformasiya Sistemindən (AVES-dən) göndərilən məlumatlara dair çıxarış əlavə olunmuşdur. Həmin çıxarış isə məhkəmə aktının proses iştirakçısının elektron kabinetində yerləşdirildiyini təsdiq edən sənəd qismində Elektron məhkəmə informasiya sistemindən çıxarış hesab olunur. Bu baxımdan AVİS-dən göndərilən məlumata dair çıxarış məhkəmə aktının proses iştirakçılarına rəsmi qaydada təqdim olunduğuna təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə vəziyyətdə Apellyasiya instansiya məhkəməsi məhkəmə qərarının cavabdehə rəsmi qaydada təqdim olunduğunu təsdiq edən mötəbər sübut olub olmadığını müəyyən etməli, eyni zamanda, apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayaraq müvafiq proses sual hərəkətləri həyata keçirməli idi.
19. Apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə ak tının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyi şdirilə bilər. KASSASİYANİN HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
25. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
26. Cavabdeh bəyan edir ki, xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2-2131/2024 nömrəli apelly asiya şikayəti qanunla müəyyən edilmiş vaxt ərzində verilmişdir. Şəki İnzibati Məhkəməsi qanunla müəyyən edilmiş qaydada sözügedən qərarını iş üzrə cavabdeh olan Ərazi İdarəsinə məlumat üçün göndərməmiş, prosessual qanunvericilinin tələblərini pozmuşdur. Cavabdeh Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-1(116)752/2024 nömrəli qərarını elektron məhkəmə sistemindən xx.xx.2024-cü il tarixdə əldə edə bilmiş və həmin tarixdə də qərar Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən prosessual müddət də xx.xx.2024-cü il tarixdən hesablanaraq xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti tərtib edilərək xx.xx.2024-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. xx.xx.2024-ci il tarixdə ölkə ərazisində qeyriiş günü olduğu üçün 9 saylı Qəbələ Ərazi İda rəsində də iş günü olmamışdır. Sözü gedən qərarın xx.xx.2024-ci il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilməsi də qeyrimümkündür və qərar Ərazi idarəsi tərəfindən xx.xx.2024-ci il tarixdə əldə edilməmişdir.
27. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, xx.xx.2024-ci il tarixin qeyri-iş günü olduğu və həmin tarixin prosessual müddətə daxil edilmədiyi halda belə, prosessual müddət cavabdeh tərəfindən ötürülmüşdür.
28. Qərarın xx.xx.2024-ci il tarixdə elektron məhkəmə sistemində yerləşdirildiyi təsdiq olunur. Bunun məhkəmə tərəfindən hətta qeyri-iş günündə etməsi mübahisələndirilməli deyil, çünki hazırkı halda bu, nəticəyə təsir etmir. Bu halda, ən azından martın 18-i iş günü olmuş dur. Həmin tarixdən cavabdehin sərəncamında 30 gün sərbəst prosessual müddət olmuşdur. Lakin həmin müddətdən iddiaçı istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.
29. Beləliklə, prosessual müddətin buraxılmasında cavabdeh təqsirsiz olmamışdır.
30. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-328/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.