Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-262/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı Nümayəndə1 cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafi Departamentinə qarşı iş üzrə QƏRAR Açar sözlər: icarə münasibətlərinə xitam verilməsi ilə bağlı kompensasiya tələbi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı Nümayəndə1, vəkili X3 iştirakı ilə, İddiaçı Nümayəndə1 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişa fi Departamentinə (bundan sonra cavabdeh) qarşı “Teliba” İstirahət Mərkəzinin yaradılmasına sərf olunmuş 3.200.000 ABŞ dollarının hazırkı günə olan məzənnəsinə görə 6.817.510 manat vəsaitin torpaq istifadəçisi kimi ödənilməsi, müqavilənin müddətinə vaxtından əvvəl xitam verilməsi nəticəsində 12.07.2017-ci il tarixdən 2018-ci ilin sonunadək olan müddət ərzində əldə olunmalı olan gəlirin əldən çıxmış mənfəət olaraq 425.000 manat vəsaitin cavabdeh inzibati orqandan tutulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-497/2019 saylı, 3 oktyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 4 mart 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hi ssə: X5 və Bərpası Müəssisəsi ilə iddiaçı arasında bağlanmış 01.08.2007-ci il tarixli 27 nömrəli müqaviləyə əsasən, Basqal Meşəbəyiliyinin 53-cü kvartalının 1-ci bölməsindən meşə bərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü sahədən istirahətrekreasiya məqsədi ilə 0,50 ha torpaq sahəsi 1 il müddətinə elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün iddiaçının istifadəsinə verilmiş, həmin müqavilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən təsdiq edilmişdir. Müqavilənin müddəti başa çatdıqdan sonra iddiaçı Meşələrin İnkişafı Departamentinə müraciət edərək müqavilənin müddətinin uzadılmasını və ərazinin artırılaraq 1,5 ha sahəyə çatdırılmasını xahiş etmiş, ərazidən həmin məq sədlə 10 il müddətinə 1,50 ha torpaq sahəsi iddiaçıya ayrılaraq tərəflər arasında 03.09.2008-ci il tarixli 13 nömrəli meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə müqavilə bağlanmış, müqavilə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən təsdiq edilmiş və baş meşəbəyi tərəfindən ayrılmış sahənin Sxemi tərtib edilərək İsmayıllı MMBM-nin direktoru tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Bundan sonra, iddiaçı torpaq sahəsində yüngül konstruksiyalı qurğudan ibarət tikililərdən istifadə etməklə istirahət mərkəzinin yaradılmasına icazə verilməsi məqsədilə İsmayıllı rayon İcra Hakimiyyətinə müraciət etmiş, İsmayıllı rayon İH başçısının 23.09.2009-cu il tarixli 131 nömrəli sərəncamı ilə icarəyə götürdüyü 1,50 ha torpaq sahəsində meşə landşaftını korlamadan, əsaslı tikinti aparmadan, qırıntıya, ağacların kəsilməsinə yol vermədən, yanğına sanitariya-gigiyena qaydalarına əmək etməklə, “Teliba” İstirahət Mərkəzinin yaradılması məqsədilə ilə yüngül konstruksiyadan ibarət ümumi sahəsi 1393,03 m2 olan binaların müvəqqəti quraşdırılmasına icazə verilmiş və istirahət mərkəzinin eskiz layihəsi hazırlanaraq İsmayıllı rayonunun baş memarı ilə razılaşdırılmışdır. Sözügedən istirahət mərkəzinin tikintisi başa çatdıqdan sonra 27.07.2012-ci il tarixdə qəbul komissiyası tərəfindən istirahət mərkəzinin tikinti norma qaydalarına uyğun quraşdırılması qərara alınaraq tikintisi başa çatmış obyektin istismara qəbul aktı tərtib və imza, möhürlərlə tə sdiq edilmişdir. Daha sonra, Meşələrin İnkişafı Departamenti tərəfindən tərəflər arasında bağlanmış müqavilə şərtlərinin iddiaçı tərəfindən pozulması, 1,5 ha əvəzinə 2,41 ha sahədən istifadə edilməsi, ərazidə tikintilərin aparılması, meşə fondu torpağının üst münbit qatının qanunsuz götürülməsi nəticəsində meşə fonduna 1754,93 manat ziyan vurduğu müəyyən edilərək 12.07.2017-ci il tarixli 354/ü nömrəli əmrlə tərəflər arasında bağlanmış 11.09.2008-ci il tarixli 133 nömrəli müqavilənin müddətinə 12.07.2017-ci il tarixdə vaxtından əvvəl xitam verilmiş, Meşələrin İnkişafı Departamentinin əmrinin surəti 07.02.2018-ci il tarixli məktubla iddiaçıya göndərilmişdir. Bunlardan başqa iddiaçı X5 və Bərpası Müəssisəsi cavabdeh Nümayəndə1 qarşı qanunsuz istifadə etdiyi meşə fondu torpağının boşaldılmas ı, ərazidə inşa edilmiş tikililərin sökülərək sahənin əvvəlki vəziyyətə gətirilməsi barədə iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 20.05.2015-ci il tarixli 2(037)-136/2015 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin 03.05.2018-ci il tarixli 2(107)-209/2018 nömrəli qətnaməsi ilə qismən təmin edilərək qətnamə “meşə fondu torpağının boşaldılmasının təmin edilməməsi” hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia həmin hissədə təmin edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəmənin 24.01.2019-cu il tarixli 2(102)-1140/2019 nömrəli qərardadı ilə icraata qəbul edilməmiş, geri qaytarılması üçü n işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmiş, Şəki Apelyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini alaraq icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçı müqaviləyə xitam verilməsi nəticəsində “Teliba” İstirahət Mərkəzinin meşə fondu torpaqlarında qalmaqla cavabdeh inzibati orqanın mülkiyyətinə keçdiyini əsas gətirərək həmin istirahət mərkəzinin tikintisi üçün sərf edilmiş vəsaitin və müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün 12.07.2017-ci il tarixdən 2018-ci ilin sonunadək əldən çıxmış mənfəətin ödənilməsi barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2007-ci ildə bir il müddətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X5 və Bərpası Müəssisəsi ilə torpaqdan istifadə müqaviləsi bağlanmış və bu müqavilə ilə istirahət-turizm və rekreasiya təyinatlı 0,5 ha torpaq sahəsi ayrılaraq onun istifadəsinə verilmişdir. Ayrılmış torpaq sahəsində “Teliba” istirahət mərkəzinin yaradılması məqsədilə 2007-ci ildə ilkin hazırlıq işləri görülmüş, zəruri inşaat materialları və avadanlıqları alınmışdır. Torpaqdan istifadə müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar 12 avqust 2018-ci il tarixdə ərizə ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə müraciət etmiş, müqavilənin müddətinin və ayrılmış ərazinin artırılaraq 1,5 ha sahəyə çatdırılmasını xahiş etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən X5 və Bərpası Müəssisəsinə göstəriş verilərək məsələnin yerin də araşdırılması, istənilən əlavə sahənin hansı meşəbəyilikdə, kvartalda, bölmədə yerləşdiyini, onun taksasiya təsvirini, orada meşəbərpa tədbirlərinin nəzərdə tutulub-tutulmadığını, həmçinin müqavilə şərtlərinə necə əməl olunduğunu göstərməklə, öz rəy və təkliflərini xəritədən çıxarışla birgə 10 (on) gün müddətində Meşələrin İnkişafı Departamentinə təqdim olunması tapşırılmışdır. Tələb olunan zəruri tədbirlər həyata keçirildikdən sonra X5 və Bərpası Müəssisəsi ilə aralarında 13 saylı 3 sentyabr 2008-ci il tarixli torpaqdan istifadə müqaviləsi bağlanmışdır. Bu müqavilənin şərtləri ilə Basqal meşəbəyiliyinin 53-cü kvartalının 1-ci bölməsində yerləşən meşə sahəsindən istirahət-turizm və rekreasiya məqsədilə 10 (on) il müddətinə 1,5 ha torpaq sahəsi onun istifadəsinə verilmiş, ayrılmış torpaq sahəsində “Teliba” İstirahət Mərkəzinin inşa edilməsini nəzərdə tutan eskiz layihə hazırlanmış və inşası planlaşdırılan istirahət mərkəzinin tikintisinə rəsmi icazənin verilməsi məqsədilə aidiyyəti üzrə İsmayıllı rayon İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət edərək razılaşdırmalarla bağlı eskiz layihəsini İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə təqdim etmişdir. “Teliba” İstirahət Mərkəzinin eskiz layihəsinə İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən rəy verildikdən sonra İcra Hakimiyyəti başçısı 23 sentyabr 2009-cu il tarixdə 131 saylı sərəncam imzalayaraq “Teliba” istirahət mərkəzinin tikintisinə rəsmi icazə vermiş və sərəncamın icrasına nəzarət Memarlıq və Tikinti şöbəsinə tapşırılmışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin nəzarəti altında 2009-2012-ci illər ərzində razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq “Teliba” istirahət mərkəzi inşa edilmiş, 2012-ci ildə istirahət mərkəzinin inşası başa çatdırılaraq İsmayıllı rayon İcra Hakimiyyəti başçısının göstərişi əsasında yaradılmış qəbul komissiyası tərəfindən obyektin tikinti norma və qaydalarına uyğunluğu yoxlanılaraq 27 iyul 2012-ci il tarixli akt tərtib edilməklə istirahət mərkəzi istismara qəbul edilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə ünvanladığı müraciət əsasında adına ********** saylı VÖEN verilmiş və fiziki şəxsin sahibkarlıq uçotu haqqında 4 iyun 2008-ci il tarixli şəhadətnamə alınmışdır. İstirahət mərkəzinin inşasını həyata keçirməklə yanaşı 2008-2012-ci illər ərzində əldə olunmuş gəlirlərdən dövlət büdcəsinə vergil ər ödənilmiş, məcburi dövlət sığorta haqları üzrə ödənişlər icra olunmuş və kommunal xərclərin ödənilməsi təmin edilmişdir. 27 iyul 2012-ci il tarixdə istirahət mərkəzi istismara qəbul edildikdən sonra yaradılmış bütün imkanlardan istifadə edilməklə tam şəkildə əhaliyə iaşə xidməti göstərilmiş, əldə olunmuş gəlirlərdən dövlət büdcəsinə külli miqdarda vergilər və məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Obyektin təkcə işıq sərfiyyatı ilə əlaqədar hər ay orta hesabla “xxxx” ASC-nin hesabına 1.500 manat nağd pul vəsaiti ödənilmişdir. İstirahət mərkəzi 2012-2017-ci illər ərzində əhaliyə iaşə xidməti göstərərkən dövlət nəzarəti orqanları tərəfindən mütəmadi olaraq yoxlanılmış və fəaliyyətində ciddi pozuntular aşkarlanmamışdır. Bununla yanaşı, 2013-2014-cü illər ərzində X5 və Bərpası Müəssisəsinin əməkdaşları ilə birgə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin əməkdaşları tərəfindən “Teliba” istirahət mərkəzinin yerləşdiyi əraziyə və yaxın ətraf ərazilərə baxışlar keçirilmiş, aşkar edilmiş pozuntularla bağlı müvafiq qaydada aktlar tərtib edilərək cərimələr müəyyənləşdirilmiş, müəyyən edilmiş cərimələrlə bağlı məhkəmə mübahisələri yaranmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında müəyyən olunmuş cərimələr vaxtında və tam həcmdə X5 və Bərpası Müəssisəsinin hesabına ödənilmişdir. Buna baxmayaraq, hər hansı əsas olmadan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin 16 iyul 2014cü il tarixli əmrinə əsasən X5 və Bərpası Müəssisəsinin balansında olan meşə fondu torpaqlarının istifadə vəziyyətinin y oxlanılmasının nəticələrinə dair 19 iyul 2014-cü il tarixdə tərtib edilmiş akt əsasında X5 və Bərpası Müəssisəsi iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətinə gətirilməsi və meşə fondu torpağının boşaldılmasını tələb etmişdir. İddia tələbi ilə bağlı işə İsmayıllı Rayon Məhkəməsində baxılmış və 20 may 2015-ci il tarixli 2(037)-136/2015 nömrəli qətnamə qəbul edilərək X5 və Bərpası Müəssisəsinin iddiası təmin edilməmişdir. İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi 20 may 2015-ci il tarixdən etibarən 14 iyun 2017-ci il tarixədək olan 2 il müddət ərzində qanuni qüvvədə olmuşdur. Buraxılmış prosessual müddət bərpa edilmədən 14 iyun 2017-ci il tarixdə X5 və Bərpası Müəssisəsi apelyasiya şikayəti ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası 3 may 2018-ci il tarixdə qətnamə qəbul etmiş və bu qətnamə ilə X5 və Bərpası Müəssisəsinin apelyasiya şikayəti qismən təmin edilərək ərazinin boşaldılması ondan tələb edilmişdir. Qətnamədən oğlu Nümayəndə2 30 may 2018-ci il tarixdə Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş, X5 və Bərpası Müəssisəsi 14 iyun 2017-ci il tarixdə apelyasiya şikayətini aidiyyəti üzrə ünvanladıqdan sonra 354/ü saylı 12 iyul 2017-ci il tarixli əmrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti 13 saylı 03 sentyabr 2008-ci il tarixli torpaqdan istifadə müqaviləsini birtərəfli qaydada ləğv etmişdir. Torpaqdan istifadə müqaviləsinin ləğvi nəticəsində “Teliba” istirahət mərkəzinin üzərində m ülkiyyət hüququ torpaq mülkiyyətçisi qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə keçmişdir. Göründüyü kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti X5 və Bərpası Müəssisəsi tərəfindən 14 iyun 2017-ci il tarixdə verilmiş apelyasiya şikayətinə dair məhkəmənin müvafiq qərarını gözləmədən, şikayətin verildiyi vaxtdan 1 ay sonra əvvəlcədən xəbərdarlıq etmədən torpaqdan istifadə müqaviləsini 12 iyul 2017-ci il tarixdə ləğv etmişdir. 13 iyul 2017-ci il tarixdə isə Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 5(006)827/2017 saylı qərarla mülkiyyət hüququ ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə məxsus olan “Teliba” istirahət mərkəzinin yerləşdiyi torpaq sahəsinin, tikililərin və digər daşınm az əmlakların üzərinə həbs qoymuşdur. “Teliba” istirahət mərkəzinin inşa edildiyi və uzun illər fəaliyyət göstərdiyi ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə məxsus olmamış, səlahiyyətli vəzifəli şəxslər öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət reyestrində qeydiyyata alınmamış müqavilə bağlamaqla istirahət-turizm və rekreasiya məqsədilə həmin ərazini ona uzun müddətli istifadəyə verməklə uydurma əqd bağlanmışdır. Müqavilə şəklində bağlanmış uydurma əqdin hüquqi qüvvəsinin mövcudluğuna inanaraq uzun illər kənd təsərrüfatı sahəsindəki fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi vəsaiti Bakı şəhərində yerləşən üç müxtəlif ünvanlardakı mənzillərin satışından və “Teliba” istirahət mərkəzinin fəaliyyətindən əldə olunmuş vəsaiti istirahət-tu rizm və rekreasiya məqsədilə ayrılmış torpaq sahəsində inşa edilmiş tikililərə və avadanlıqların alınmasına sərf edərək ümumilikdə 2008-2014-cü illər ərzində 3.200.000 AZN (üç milyon iki yüz min manat) nağd pul vəsaiti (həmin dövr üçün 4.103.000 ABŞ dolları (dörd milyon yüz üç min dollar) xərcləmişdir. İstifadəyə verilmiş torpaq sahəsini maya dəyəri bu günə olan manatın dollara nisbəti üzrə 6.817.510 AZN (altı milyon səkkiz yüz on yeddi min beş yüz on manat) təşkil edən daşınmaz əmlakla birgə geri almış və xərclədiyi pul vəsaitini ona ödəməmişdir. Bundan əlavə, “Teliba” istirahət mərkəzinin əsasən mövsümə uyğun olaraq fəaliyyəti ilə bağlı qazanclar əldə olunduğu halda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti məhz 12 iyul 2017-ci il tarixdə torpaqdan istifad ə müqaviləsini ləğv etməklə 2017-2018-ci illərin yay mövsümündə əldə olunmalı olan gəlirlərdən onu məhrum etmişdir. Bununla yanaşı, 20172018-ci illərin sonunadək əldə olunmalı olan gəlirlər də əldən çıxmış faydanın əsasını təşkil etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti torpaqdan istifadə müqaviləsini əvvəlcədən xəbərdarlıq etmədən birtərəfli qaydada ləğv etməklə bu günə olan məzənnəyə uyğun olaraq maya dəyəri 6.817.510 AZN (altı milyon səkkiz yüz on yeddi min beş yüz on manat) olan “Teliba” istirahət mərkəzini mənimsəmiş, bununla yanaşı 354/ü saylı əmrlə 03 sentyabr 2008-ci il tarixli 13 saylı torpaqdan istifadə müqaviləsinin 12 iyul 2017-ci il tarixdə ləğvi nəticəsində onun “Teliba” istirahət mərkəzindən istifadə hüququ da məhdudlaşdırılmış, nət icədə istirahət mərkəzi aşınmaya (amortizasiyaya) məruz qalmış, bir çox avadanlıqlar istifadəyə və istismara yararsız vəziyyətə düşmüş, daşınmaz əmlakların isə bir hissəsi eroziyaya uğramışdır. Bundan başqa, “Teliba” istirahət mərkəzinin inşasına rəsmi icazəni İsmayıllı rayon İcra Hakimiyyəti vermiş, 27 iyul 2012-ci il tarixdə “Teliba” istirahət mərkəzinin istismara qəbul edilməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi də tərəf olaraq iştirak etmişdir. X5 və Bərpası Müəssisəsinin iddia etdiyi kimi ərazidə inşa edilmiş tikililər qanunsuz hesab edilmişdirsə, o zaman obyektin tikinti norma və qaydalarına cavab verməsinə dair qəbul aktı hansı əsaslarla eyni qurumun tərkibində fəaliyyət göstərən inzibati orqan tərəfindən imza və möhürlə t əsdiqlənmişdir. Bundan əlavə, 2008-ci ildən etibarən ayrılmış torpaq sahəsində 2014-cü ilədək olan müddət ərzində tikinti və son tamamlama işləri həyata keçirilərkən X5 və Bərpası Müəssisəsi tərəfindən inşaat işlərinə heç bir müdaxilə edilməmiş, yalnız obyekt 27 iyul 2012-ci ildə istismara yararlı vəziyyətdə təhvil verildikdən sonra ərazidə mövcud olan tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi və ərazinin boşaldılması tələbi ilə bağlı 29 dekabr 2014-cü il tarixli iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət olunmuşdur. İsmayıllı Rayon Məhkəməsi isə iddianı əsassız hesab edərək təmin etməmişdir. Öz mülkiyyətinə nəzarəti həyata keçirməli olan X5 və Bərpası Müəssisəsi hansı əsaslarla 6 (altı) il müddətində (2008-2014) aparılan tikinti və son tamamlama işlərinə müd axilə etməmiş, yalnız obyekt tam şəkildə istismara yararlı vəziyyətdə əhalinin ümumi istifadəsinə verildikdən sonra məhkəmə qarşısında iddia qaldıraraq onun şəxsi hesabına inşa edilmiş, hazırda maya dəyəri 6.817.510 AZN təşkil edən “Teliba” istirahət mərkəzini mənimsəmişdir. İddiaçı 11 aprel 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Teliba” İstirahət Mərkəzinin yaradılmasına sərf olunmuş 3.200.000 ABŞ dollarının hazırkı günə olan məzənnəsinə görə 6.817.510 manat vəsaitin torpaq istifadəçisi kimi ödənilməsi, müqavilənin müddətinə vaxtından əvvəl xitam verilməsi nəticəsində 12.07.2017-ci il tarixdən 2018-ci ilin sonunadək olan müddət ərzində əldə olunmalı olan gəlirin əldən çıxmış mənfəət olaraq 425.000 manat vəsaitin cavabdeh inzibati orqandan tutulma sı” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın hüquqi əsasını Torpaq Məcəlləsinin 46, 111-ci maddələri və Mülki Məcəllənin 180 və əlaqəli normalarına istinad təşkil edir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(84)-265/2019 saylı iş) 20 iyun 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X6məruzəçi, X7 və X2, 2-2(107)-497/2019 saylı iş) 3 oktyabr 2019-cu il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının29 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmışdır. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, mə hkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı icarəsində olmuş torpaq sahəsində tikdiyi qeyri-yaşayış sahəsinə görə cavabdehdən ona kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona kompensasiya ödənilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşin hallarına görə: -X5 və X1 Meşəbəyiliyinin 53-cü kvartalının 1-ci bölməsindən meşə bərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü sahədən 10 il müddətinə 1,50 ha torpaq sahəsi iddiaçıya ayrılaraq iddiaçı ilə X5 və Bərpası Müəssisəsi arasında 3 sentyabr 2008-ci il tarixli müqavilə bağlanmış, müqavilə 11 sentyabr 2008-ci il tarixdə cavabdeh tərəfindən təsdiq edilmişdir. -İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 23.09.2009-cu il tarixli 131 nömrəli sərəncamına əsasən iddiaçı icarəyə götürdüyü 1,50 ha torpaq sahəsində “Teliba” İstirahət Mərkəzinin tikintisini həyata keçirmiş, tikinti başa çatdıqdan sonra 27.07.2012-ci il tarixdə obyektin qəbul komissiyası tərəfindən istirahət mərkəzinin tikinti norma qaydalarına uyğun quraşdırılması qərara alınaraq istismara qəbul edilmişdir. -Cavabdehin 12.07.2017-ci il tarixli əmri ilə tərəflər arasında bağlanmış 3 sentyabr 2008-ci il tarixli müqavilənin müddətinə 12.07.2017-ci il tarixdə vaxtından əvvəl xitam verilmişdir. -Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəyə minmiş 3 may 2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X5 və Bərpası Müəssisəsi cavabdeh Nümayəndə1 qarşı qanunsuz istifadə etdiyi meşə fondu torpağının boşaldılması, ərazidə inşa edilmiş tikililərin sökülərək sahənin əvvəlki vəziyyətə gətirilməsi barədə iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 20.05.2015-ci il tarixli 2(037)136/2015 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı X5 və Bərpası Müəssisəsi tərəfindən verilmiş apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin 03.05.2018-ci il tarixli 2(107)-209/2018 nömrəli qətnaməsi ilə qismən təmin edilərək qətnamə “meşə fondu torpağının boşaldılmasının təmin edilməməsi ” hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia həmin hissədə təmin edilərək cavabdeh Nümayəndə1 qanunsuz istifadə etdiyi Basqal meşəbəyiliyinin 53-cü kvartalının 1-ci bölməsində olan 2,37 ha meşə fondu torpağının boşaldılması qərara alınmış, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 3 may 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29.12.2017-ci il tarixli 1(091)-204/2017 nömrəli hökmü ilə Nümayəndə2 məxsus digər əmlaklarla yanaşı “Teliba”, hazırda isə Unikal istirahət mərkəzi müsadirə edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 15 mart 2018-ci il tarixli 1(107)-58/2018 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli 1(091)-204/2017 hök münün həmin hökmün nəticə hissəsinə “Şamaxı-İsmayıllı-Balakən avtomobil yolunun İsmayıllı rayonunun Basqal qəsəbəsi hissəsindən keçən hissəsində “Meşəbəyi” istirahət guşəsinin arxa tərəfində avtomobil yolundan 1 km aralıda sağ tərəfdə “Teliba" istirahət mərkəzinin qonşuluğunda meşə sahəsində Nümayəndə2 məxsus 3 mərtəbəli yarımçıq tikilinin dövlət nəfinə müsadirə olunan əmlakın tərkibinə daxil edilməsi, müsadirə edilmiş əmlak hesabına ilk növbədə cinayət nəticəsində mülki iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə vurulmuş zərərin ödənilməsi və qalan hissəsinin dövlət nəfinə alınması müddəası əlavə edilməklə dəyişdirilməsi qərara alınmış, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarları ilə müəyyən edili r ki, iddiaçıya aid “Teliba” hazırda isə Unikal istirahət mərkəzi cavabdehin sərəncamına keçməmiş, müsadirə ediləcəyi təqdirdə dövlətin və ya cinayət işi üzrə mülki iddiaçının mülkiyyətinə keçməsi ehtimalı vardır. Bəhs edilən məhkəmə qərarlarına görə iddiaçıya aid tikililərin onun vəsaiti hesabına sökülməsi barədə cavabdehin iddiası təmin edilməmişdir. İddianın bu hissəsinin təmin edilməməsinin səbəbləri yuxarıda qeyd edilmişdir. İddiaçıya aid tikililərin cavabdeh tərəfindən sökülməsi, istifadə edilməsi, hər hansı şəkildə yiyələnməsi məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı cavabdehə qarşı zərərin əvəzini tələb etmək hüququna malik olmur. Cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçının hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zə rərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1-ci maddə). Cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçının əmlakına zərər vurulması müəyyən edilməmişdir. Odur ki, hazırkı vəziyyətdə cavabdehin mülki hüquq məsuliyyəti daşıması istisna edilir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassa siya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-497/2019 saylı, 3 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-262/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-262/2020
04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver