Məhkəmə qərarları › İş №2-1(102)-262/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-262/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-262/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsinə, 13 saylı X5, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiyanın mümkünsüzlüyü, müddətin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəy ova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsinə, 13 saylı X5, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1379/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizəyə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdeh Bakı şəhəri 13 nömrəli X4 notariusu X2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş bağışlanma müqaviləsinin və RX seriyalı xxxxsaylı çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Sonradan, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsinə, 13 saylı X5, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “maddi və mənəvi ziyanın tutulması” barədə iddia irəli sürmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-988/2020 nömrəli qərardadı ilə (hakim: A.P.Oruczadə) iddia mümkün sayılmamışdır.

4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, notariat konturuna qarşı verilmiş iddialara ümumi məhkəmələrdə baxıldığından, həmçinin iddiaçı tərəfindən maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sa ylı Bakı Ərazi İdarəsinə ilkin müraciət edilmədiyindən iddia mümkün sayıla bilməz.

5. Birinci instansiya məhkəməsinin qərardadından iddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1379/2020 nömrəli iş üzrə 02 sentyabr 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-988/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. İddiaçı apelyasiya instansiyası m əhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.

9. İddiaçının ərizəsi onunla əsaslandırılmışdır ki, vəkili COVİD-19 virusuna yoluxduğundan vaxtında kassasiya şikayəti verə bilməmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ Məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili vəsatətin təmin edilməsini və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etdilər.

11. Üçüncü şəxs məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehlərə təqdim edilmiş məhkəmə bildirişində onların nümayəndələrinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ:

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbu l etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

14. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının ərizəsi əsassız olduğundan təmin edilməməli, onun şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

15. Belə ki, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

16. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1379/2020 saylı qərardadı xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçıya göndərilmişdir. İddiaçının qərardadı a lması barədə iş materiallarında hər hansı sənəd olmasa da, o, xx xxxxxxxx 2020-ci il tarixdə ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, apelyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1379/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçının mübahisələndirilən qərardaddan kassasiya şikayəti verilməsi üçün vəkillə təmin olunması Azərbaycan Respublikası Vəkillər X1 həvalə edilmiş, həmin qərardad icra edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilmişdir. İddiaçıya hüquqi yardım göstərilməsi üçün xx xxxxxxx 2020-ci il tarixdə Vəkil order yazıl mışdır. İddiaçı və onun vəkili tərəfindən tərtib olunmuş kassasiya şikayəti isə xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

18. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir məlumat yoxdur. İddiaçı və onın vəkili də kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyini etiraf edir və şikayətin daha əvvəlki tarixlərdə verilməsini mübahisə etmir.

19. Göründüyü kimi, iddiaçıya hüquqi yardım göstərilməsi üçün vəkilə order xx xxxxxxx 2020-ci il tarixdə yazılmasına baxmayaraq, kassasiya şikayəti xx xxxxxx 2020ci il tarixdə, yəni 01(bir) aydan artıq müddət keçdikdən sonra poçta təhvil verilmişdir. Beləliklə də, apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün qanunla mü əyyən edilmiş 10 (on) günlük prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır.

20. Lakin iddiaçı və vəkili hesab edir ki, müddət üzrlü səbəbdən ötürülmüşdür. Belə ki, müddətin ötürülməsi vəkilin koronovirus (COVİD-19) xəstəliyinə yoluxması səbəbindən baş vermişdir.

21. Məhkəmə kollegiyası ərizəçinin bu dəlilini əsassız hesab edir. Belə ki, iddiaçının vəkili məhkəmə kollegiyasının iclasında koronavirus xəstəliyinə tutulduğu üçün evdən çıxa bilmədiyini səbəb kimi göstərmiş, lakin xəstəliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzürsüz səbəbdən ötürmüşdür və buna görə də, müddətin bərpa edilməsi üçün əsas yoxdur.

23. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1379/2020 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçı şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar