Məhkəmə qərarları › İş №2-1(102)-262/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-262/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-262/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, peşələrin uyğunluğu) Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına q arşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021ci il tarixli, 2-1(103)-743/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı 25 ildən artıq ümumi iş stajına və 12 il 06 aydan çox xüsusi-zərərli iş stajına malik olduğunu nəzərə almaqla ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair tələblə cavabdehdə müraciət etmişdir. 2.Cavabdeh **********4 saylı, 21 noyabr 2019-cu il tarixli imtina məktubunda bildirmişdir ki, 12 avqust 1982-ci il tarixli ИТ-0680406 nömrəli əmək kitabçasında iddiaçının 01.07.1988-01.11.1999-cu il tarixləri arasın dakı dövr ərzində “Salyanneft” X1 İdarəsinin Xüsusi Texnika sexində maşinist vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi maşinist vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda olan qaldırıcı maşinist vəzifəsinə uyğun deyil. Bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 3.İddiaçı məhkəməyə müraciət edərək ona hüququnun yarandığı vaxtdan 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarix dən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixində doğulmuşdur. 57 yaşının tamam olduğu vaxt ümumi iş stajı 25 ildən çox olmuş, eləcə də 12 il 06 ay güzəştli iş stajı mövcud olmuşdur. İşlədiyi peşə ““Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarında öz əksini tapmışdır. 5.Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir. 6.Bakı İnzibati Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2-1(112)-954/2020 saylı qərarı (hakim – M.T.Hacıbəyova) ilə iddia təmin edilmiş, İddiaçı pensiya almaq hüququ yarandığı 26 fevral 2019-cu il tarixdən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. 7.Məhkəmənin mövqeyinə əsasən iddiaçının 01.07.1988-01.11.1999-cu il tarixləri arasındakı dövr ərzində güzəştli şərtlərlə pensiya hüququ verən Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş məhz qaldırıcı maşinist peşəsində işləməsi onun əmək kitabçası və başqa mötəbər sübutlarla təsdiqlənir. 8.Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instans iyası məhkəməsindəki icraat 9.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli 21(103)-743/2021 saylı qərarı (sədrlik edən və məruzəçi hakim – E.E.Nağıyeva, hakimlər – V.M.Məmmədov və A.Ə.Hüseyn) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2-1(112)-954/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 10.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmaqla qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci bəndinə əsa sən “Neft, qaz və qaz kondensatının hasilatı” sahəsində qaldırıcıların maşinisti peşəsində işlədiyi təsbiq olunduğundan, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. 11.Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ. a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən 12 il 6 ay güzəştli iş stajını toplamamışdır. Belə ki, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsindəki Neft-qaz və qaz kondensatının hasilatında qaldırıcıların maşinistləri peşəsinə uyğunlaşdırılsa da, iddiaçı 01.08.1988-01.11.1999-cu il tarixləri arasındakı dövr ərzində “Salyanneft” X1 İdarəsinin Xüsusi Texnika sexində maşinist vəzifəsində işləmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən iş lərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

15. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “b” bəndi əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublika sı Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 21300000 - Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı... 21302000 -

2. Neft-qaz və qaz kondensatının hasilatı... 2130200a—14012 - qaldırıcıların maşinistləri. 18.İnz ibati Prosessual Məcəllə: Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelly asiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bi lər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 19.Kassasiya şikayəti vaxtında verilmiş, şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 20.Apellyasiya instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Apellyasiya məhkəməsi iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunun ümumi və xüsusi staja malik olduğu məsələsi üzrə tam və hərtərəfli araşdırmanın aparılmasını təmin etmişdir. Məhkəmələr tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçı 01.01.2006-cı ilə qədər 25 ildən artıq ümumi iş stajına və 12 il 06 aydan çox xüsusi staja malik olmuşdur. Ona görə də, bu Qərarın 1 4-17-ci bəndlərindən sadalanmış maddi hüquq normalarının tələblərinə görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməlidir.

23. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsindəki Neft-qaz və qaz kondensatının hasilatında qaldırıcıların maşinistləri peşəsinə uyğunlaşdırılsa da, iddiaçı 01.08.1988-01.11.1999-cu il tarixləri arasındakı dövr ərzində “Salyanneft” X1 İdarəsinin Xüsusi Texnika sexində maşinist vəzifəsində işləmişdir.

24. Cavabdeh iddiaçının ümumi iş stajının toplanıldığını, eləcə də 01.08.198801.11.1999-cu il tarixləri arasındakı dövr güzəştli staja daxil ediləcəyi halda, həm də güzəştli stajın yaranacağını mübahisələndirmir. İşdə mövcud olan sənəd və sübutlar da bu halları təsdiq edir. Belə olan halda, qiymət verilməli olan yeganə məsələ 01.08.198801.11.1999-cu il tarixləri arasındakı dövrün iddiaçının güzəştli iş stajına daxil edilməsinin mümkünlüyü ilə bağlı məsələdir.

25. İş materiallarında mövcud olan sənədlərdən müəyyən edilir ki, iddiaçı həmin dövrlərdə “Salyanneft” X1 İdarəsinin Xüsusi Texnika sexində işləmişdir. Buna dair iddiaçıya məxsus əmək kitabç asında aparılmış qeyd və düzəlişdə onun qaldırıcı maşinisti peşəsində işlədiyi göstərilmişdir. “Salyanneft” X1 İdarəsinin işçilərinin şəxsi vərəqəsində də iddiaçının qaldırıcı maşinisti peşəsində işlədiyi qeyd edilmişdir. Nəhayət, Salyan Oyl LTD Şirkəti tərəfindən verilmiş 05 mart 2019-cu il tarixli güzəştli arayışda da iddiaçının “Salyanneft” X1 İdarəsinin Xüsusi Texnika sexində “Bakılı” qaldırıcısında maşinist işlədiyi göstərilmişdir. Beləliklə, iş materallarında mövcud olan mötəbərliyi mübahisələndirilməyən sübutlarla iddiaçının qaldırıcı maşinisti işlədiyi təsdiq olunur.

26. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, iddiaçı hətta maşinist peşəsində işləmiş olsa idi belə, bu halda da onun iddiası yenə əsaslı olacaqdı. Belə ki, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə gör ə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Bununla bağlı olaraq Salyan Oyl LTD Şirkəti tərəfindən verilmiş 05 mart 2019-cu il tarixli güzəştli arayışda iddiaçının işlədiyi peşənin bilavasitə icra etdiyi funksional vəzifəsinin qaldırıcı maşinistin funksional vəzifəsi ilə uyğunluq təşkil etdiyi təsdiq olunmuşdur.

27. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 21(103)-743/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar