Məhkəmə qərarları › İş №2-1(102)-262/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-262/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-262/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2020-ci ilin dekabr ayınadək ona ödənilən pensiya məbləğinin (854,14 manat) bərpa e dilməsi, pensiya məbləği bərpa edilənədək əksik ödənilmiş 2512,09 manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, xx.xx.2021-ci il tarixli, **********4 nömrəli qərarın ləğv edilməsi, cavabdehdən maddi ziyana görə 3250 manat, mənəvi ziyana görə 5000 manat pulun onun xeyrinə tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 avqust 2023-cü il tarixli, 2-1(103)-1250/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya Dövlət Sosial X2 rayon şöbəsi tərəfindən dövlət qulluqçusu kimi xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 a prel 2012-ci il tarixli 2inz(81)54/2012 nömrəli qərarına əsasən İddiaçı iddiası qismən təmin edilərək, ona 03 avqust 2009-cu il tarixdə təyin olunmuş pensiyanın yenidən hesablanması, pensiya təyin edilən zaman orta aylıq vəzifə maaşının, dövlət məvacibinə dövlət qulluqçusunun qulluq stajına görə əlavənin və mükafatların düzgün tətbiq edilməməsi nəticəsində keçən dövr ərzində 1750,72 manat məbləğində dəymiş ziyanın, hesablanmış aylıq pensiyanın 6 misli miqdarında birdəfəlik müavinətin fərqi 328,26 manatın alınaraq ona verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial X2 rayon şöbəsinə həvalə edilmiş, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində rədd edilmişdir.

3. Cavabdehin inzibati orqanın xx.xx.2021-ci il tarixli **********4 nömrəli artıq ödənilmiş əmək pensiyası məb ləğinin geri qaytarılması haqqında qərarında xx.xx.2009xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 6705,58 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin 10 gün müddətində iddiaçı tərəfindən Filialın hesabına ödənilməli olması qeyd edilmişdir.

4. İddiaçı ona təyin edilmiş pensiyanın yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixli eyni məzmunlu ərizəyə baxılaraq əlavə olaraq qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqı xx.xx.1993 - xx.xx.1998-ci il tarixləri arasındakı dövr əsas götürülərək hesablanmışdır. Mərkəzi Filial tərəfindən cari ilin yanvar ayından etibarən əmək pensiya sı 743,70 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2020-ci ilin dekabr ayınadək ona ödənilən pensiya məbləğinin (854,14 manat) bərpa edilməsi, pensiya məbləği bərpa edilənədək əksik ödənilmiş 2512,09 manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********4 nömrəli qərarın ləğv edilməsi, cavabdehdən maddi ziyana görə 3250 manat, mənəvi ziyana görə 5000 manat pulun onun xeyrinə tutulması barədə qərar qəbul olunmasını xahiş e tmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin pensiyanın məbləğini azaltması və artıq ödənildiyini iddia etdiyi məbləği tələb etməsi qanunsuz və əsassızdır. Belə ki, DSMF-nin geri ödənilməsini tələb etdiyi 6705,58 manat məbləğin içərisində əvvəllər az ödənildiyi üçün sonradan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2inz(81)-54/2012 nömrəli qərarı əsasında ona ödənilmiş 2078,98 manat da vardır. Bundan əlavə, cavabdehin məktubunda qeyd edilmişdir ki, xx.xx.1982xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində Ermənistan Sovet Sosialist Respublikasında işlədiyi vəzifələrin dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Halbuki, Azərbaycan Respublikasının Prezidentinin x x.xx.2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən, Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə, 1991-ci ilin oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Odur ki, əmək kitabçasında yazılmış keçmiş SSRİ dövründə, yəni 1982-1988-ci illərdə Ermənistan SSR-də işlədiyi dövr onun iş stajına daxil edilməlidir. Eyni zamanda, cavabdeh tərəfindən ümumiyyətlə bu hissədə “Əmək pensiyaları haqqında” Qanuna düzgün istinad edilməmişdir və müvafiq qaydada təsdiq edilmiş təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinin uyğunlaşdırılması siyahısının hazırkı iddiaya aidiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 6-cı bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət et diyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə, 1991-ci ilin oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Göründüyü kimi, cavabdehin istinad etdiyi qayda yalnız əmək pensiyasının təyin edilməsi üçün istifadə edilir, pensiyanın yenidən hesablanması zamanı isə ölkə başçısının eyni tarixli və nömrə li Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları” tətbiq edilir ki, bu halda cavabdehin istinad etdiyi normativ hüquqi aktların tətbiqi istisna edilir. Əlavə olaraq, onun pensiyasının yenidən hesablanması zamanı heç bir halda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 776 nömrəli və xx.xx.2003-cü il tarixli 948 nömrəli Fərmanlarının müddəaları nəzərə alınmamışdır. Belə ki, qeyd edilən ilk Fərmanın 2-ci bəndinə əsasən, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilmişdir. Fərmanla təsdiq edilmiş siyahının xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasının 34-cü bəndi ilə Azərbaycan Respublikasının mərkəz i icra hakimiyyəti orqanlarının yanında olan, tabeliyində olan regional orqanlarının, ikili tabelikdə olan yerli bölmələrinin rəhbərləri və rəhbər müavinləri hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu hesab edilmişdir. İddiaçının əmək pensiyasının təyin edilməsi üçün istifadə edilən vəzifələrindən biri məhz Xızı rayon Əmək və Məşğulluq Mərkəzinin direktoru olmuşdur. İstinad edilən ikinci Fərmanın 1-ci bəndinə əsasən, xx.xx.2003-cü il tarixdən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir. Lakin iddiaçının pensiyasının hesablanması zamanı əsas götürülmüş vəzifələr üzrə məzuniyyətlə əlaqədar ödənilmiş müavinətlər nəzərə alınmamışdır.

7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki: 7.1. İddiaçıya DSM F-nin Yasamal rayon şöbəsi tərəfindən 01 may 2007-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. X4 Departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, 3 avqust 2009-cu il tarixində vaxtilə onun qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 259,30 manat, qulluq stajına görə əlavə 53,60 manat, ixtisas dərəcəsinə görə əlavə 30,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 58,16 manat olmaqla, orta aylıq əmək haqqı 401,06 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən, 25 il 10 ay 5 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (401,06 manat) 80 faizi - 320,85 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə, 16663,50 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 17465,71 manat ödənilmişdir. Bu səbəbdən də, iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 802,21 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. 7.2. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 1 dekabr 2013-cü il tarixindən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 370,50 manat, qulluq stajına görə əlavə 76,58 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 83,13 manat olmaqla orta aylıq əmək haqqı 585,21 manat təşkil etmişdir. Bununla əlaqədar, onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017- ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən, 25 il 10 ay 5 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (585,21 manat) 80 faizi - 468,17 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2013 - xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə, 23876,67 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 27220,12 manat ödənilmişdir. Bu səbəbdən də, iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 3343,45 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. 7.3. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərənca mına əsasən, 1 mart 2018-ci il tarixindən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 406,83 manat, qulluq stajına görə əlavə 84,09 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 91,28 manat olmaqla, orta aylıq əmək haqqı 637,20 manat təşkil etmişdir. Bununla əlaqədar, iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 20.11.2- ci maddəsinə əsasən, orta aylıq əmək haqqının (637,20 manat) 80 faizi - 509,76 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2018 - xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 545,00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövrdə iddiaçıya 634,32 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. 7.4. Dövlət qulluqçularının və zifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 1 sentyabr 2019-cu il tarixindən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 611,17 manat, qulluq stajına görə əlavə 126,33 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 137,13 manat olmaqla, orta aylıq əmək haqqı 929,63 manat təşkil etmişdir. Bununla əlaqədar, iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2- ci maddəsinə əsasən, orta aylıq əmək haqqının (929,63 manat) 80 faizi - 743,70 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2019 - xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 864,05 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövrdə iddiaçıy a 1925,60 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. 7.5. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2009 - xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6705,58 manat artıq pensiya məbləğinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 6705,58 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün 05 fevral 2021-ci il tarixli **********9 nömrəli məktubla yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bild irilmişdir. 7.7. Həmçinin, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən cari ilin yanvar ayından etibarən iddiaçının əmək pensiyası 743,70 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 11 oktyabr 2022-ci il tarixli 2-1(112)-795/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********4 nömrəli qərarı ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsi ilə bağlı qeyd etmişdir ki, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı i lə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair iddiaçının razılıq verməsi müəyyən edilmir. Etimadın qorunması prinsipindən çıxış edərək məhkəmə bildirmişdir ki, inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə, məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin iddiaçının hesabına düzəldilməsi yolverilməzdir.

10. Məhkəmə iddia tələbinin təmin olunmayan hissəsi, yəni, 2020-ci ilin dekabr ayınadək ona ödənilən pensiya məbləğinin (854,14 manat) bərpa edilməsi, pensiya məbləği bərpa edilənədək ona əksik ödənilmiş 2512,09 manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehdən maddi ziyana görə 3250 manat, mənəvi ziyana görə 5000 manat pulun onun xeyrinə tutulması hissələrinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya məxsus pensiya işinə baxış keçirilən zaman, eləcə də, məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş X3 Təyinatı Departamentinin Əmək haqqı əsasında hesablanan pensiya təyinatı şöbəsinin baş mütəxəssisi X1 də izahatından müəyyən edilmişdir ki, iddiaçının pensiya məbləği 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-54/2012 nömrəli, 04 aprel 2012-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqeyə uyğun olaraq tam şəkildə icra edilərək yenidən hesablanmış, məhkəmə qərarında göstərilmiş bütün mükafat və müavinətlər, ixtisas dərəcəsinə görə əlavə nəzərə alınmışdır. İddiaçının əvvəlki pensiya məbləği ilə indiki pensiya məbləği arasındakı fərq məbləği (hansı ki, bu fərq məbləği iddiaçıya artıq ödənilmiş pensiya məbləğinin yaranmasına səbəb olmuşdur) Dövlət Sosial X2 rayon şöbəsinin əməkdaşları tərəfindən pensiya məbləğinin düzgün hesablanmaması nəticəsində, əsasən 2018-ci ilin sentyabr ayında artım faizi məbləğlərinin yüksək götürülməsi (50 faiz əvəzinə 100 faiz) nəticəsində yaranmışdır. Belə olan təqdirdə, iddiaçının əvvəlki pensiya məbləğinin bərpa edilməsi barədə tələbi əsaslı hesab edilə bilməz. İddiaçının əvvəlki pensiya məbləğinin bərpa edilməsi barədə iddia tələbi əsaslı olmadığından, pensiya məbləğinin azaldılması nəticəsində iddiaçının əksik ödənildiyini iddia etdiyi 2512,09 manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbi də, əsaslı hesab edilə bilməz. Məhkəmə eləcə də, iddia tələbinin cavabdehdən maddi ziyana görə 3250 manat, mənəvi ziyana görə 5000 manat pul məbləğinin tutularaq ona ödənilməsi hissələrinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən ona maddi və mənəvi ziyanın dəyməsinə dair mötəbər sübutlar təqdim edilmədiyindən, iddia tələbləri həmin hissədə də, əsassız hesab olunmaqla təmin edilməməlidir.

11. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və K.H.Əkbərov) 02 avqust 2023-cü il tarixli, 21(103)-1250/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Mə hkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-795/2022 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır (qərarının mübahisələndirilən hissəsi ilə bağlı).

14. İddiaçı qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

15. Kassasiya şikayətində iddiaçı işin hallarına istinad edərək əlavə olaraq bildirmişdir ki, apellyasiya məhkəməsinə Ermənistan SSR Sığorta Baş İdarəsinin Amasya rayonu üzrə dövlət sığorta müfəttişliyinin və ümumiyyətlə Sığorta Baş İdarələrinin tabeçiliyinə dair sübut təqdim edilsə də, məhkəmə tərəfindən buna münasibət bildirilməmişdir. Halbuki, həmin sübutlara əsasən sığorta idarələrinin birbaşa SSR-nin Maliyyə Nazirliyinin tabeliyində olan Dövlət Sığorta İdarəsinə tabe olması müəyyən edilir. Hətta şərti olaraq bu vəzifə nəzərə alınmamalı olsa belə, iddiaçının dövlət qulluqçusu kimi 25 il 10 ay 5 gün stajının cəmi 5 ili Sığorta Baş İdarəsində olduğu halda, cavabdeh tərəfindən pensiya yenidən hesablanarkən dövlət qulluqçusu kimi stajı 1 ildən çox qısaldılmış, onun 1987-1988-ci illərdə şöbə müdiri vəzifəsində işlədiyi dövr nəzərə alınmamışdır. Cavabdeh tərəfindən nəzərə alınsaydı onun qulluq stajı 19 il 7 ay 9 gün deyil, 20 il 10 ay götürülərdi ki, bu da qulluq stajına görə əmək pensiyasının yenidən hesablanması üçün vaxtılə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsinin 67 faizinə gətirib çıxarardı. Eyni zamanda, 2019-cu ilin sentyabr ayına qədər pensiyası 545 manat olmuşdur. Həmin məbləğin 100 faiz artımı isə 1090 manat təşkil edir ki, o, həmin məbləği almamışdır. xx.xx.2019-cu il tarixdən ona 864 manat ödənilmişdir ki, bu da 50 faiz artıma uyğundur. Bundan əlavə, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qərarında pensiya hesablanarkən dövlət məvacibinin 80 faiz hesablanması qeyd olunsa da, hal-hazırda bu hesablama 63.75 faiz hesablanır. Bundan başqa, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiqlənmiş qaydaları Fərman dərc edilməmişdən 4 ay əvvəl pensiyanın hesablanmasında tətbiq etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz t əşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mü bahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəx sin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın rədd edilmiş hissələrində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edilməyən hissələrinə münasibətdə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılması prinsipi pozulduğundan apellyasiya instansiya məhkəməsinin qərarı iddia təmin olunmayan hissədə ləğv edilməli və iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

22. Hazırkı iş üzrə kassasiya şikayətinin predmetini iddia tələbinin təmin edilməyən hissəsi təşkil edir: - 2020-ci ilin dekabr ayınadək ona ödənilən pensiya məbləğinin (854,14 manat) bərpa edilməsi; - pensiya məbləği bərpa edilənədək ona əksik ödənilmiş 2512,09 manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması; - cavabdehdən maddi ziyana görə 3250 manat, mənəvi ziyana görə 5000 manat pulun onun xeyrinə tutulması.

23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd edilən tələblərinin əsaslı olubolmamasını yoxlamaq üçün cavabdehin iddiaçının pensiyasını yenidən hesablamaqla bağlı hərəkətlərinin qanuniliyinə qiymət verilməlidir.

24. İlk növbədə qeyd edilməlidir ki, iş materiallarında iddiaçının pensiya işi yoxdur və aşağı instansiya məhkəmələri tərəfindən işə əlavə edilməmişdir. Bu səbəbdən, iddiaçıya ilk dəfə nə vaxt və hansı əsaslarla, o cümlədən işlədiyi hansı illər dövlət qulluğu stajına daxil edilməklə pensiya hesablanmasını m üəyyən etmək mümkün deyildir. Halbuki, bu cavabdehin hərəkətlərinin qanuniliyinə və əsaslılığına qiymət vermək üçün vacibdir.

25. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi qərarında qeyd edilir ki, iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya məxsus pensiya işinin surətindən müəyyən edilmişdir ki, ona 38 il 3 ay 0 gün ümumi, 19 il 7 ay 9 gün dövlət qulluğu stajına görə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, dövlət qulluğu məvacibi xx.xx.1993 - xx.xx.1998-ci illər arasındakı dövr əsas götürülməklə hesablanmışdır. İddiaçıya pensiya hesablanması zamanı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 aprel 2012-ci il tarixli, 2inz(81)-54/2012 saylı qərarında göstərilmiş məhkəmənin hüquqi mövqeyi nəzərə alınmış, ona ixtisas dərəcəsinə və q ulluq stajına görə əlavələr, mükafatlar nəzərə alınmış, əmək pensiyasının məbləği 746,00 manat müəyyən edilmişdir.

26. Digər tərəfdən, tərəflərin dəlillərindən belə aydın olur ki, iddiaçının pensiyası yenidən hesablanmaqla ona ödənilən pensiya məbləği azalmışdır. O da qeyd edilməlidir ki, iş materiallarında pensiyanın yenidən hesablanmasına dair qərar da yoxdur və aşağı instansiya məhkəmələri tərəfindən bu qərar tələb edilib iş materiallarına əlavə olunmamışdır. Odur ki, cavabdehin hansı əsaslarla pensiyanın məbləğini yenidən hesablayıb azaltması, pensiyanı dəqiq hansı məbləğdə hesablaması barədə məlumat iş materiallarında yoxdur.

27. Digər tərəfdən, iş materiallarında olan yeganə imtina məktubunda (iddia ərizəsi məhkəməyə verilənədək) isə qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli eyni məzmunlu ərizəyə baxılaraq əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqı xx.xx.1993 - xx.xx.1998-ci il tarixləri arasındakı dövr əsas götürülərək hesablanmışdır. Mərkəzi Filial tərəfindən cari ilin yanvar ayından etibarən əmək pensiyası 743,70 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür.

28. Həmin imtinada xx.xx.2021-ci il tarixli məktubdan bəhs edilsə də, bu məktub iş materiallarında yoxdur. Digər tərəfdən, iş materiallarında iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktublar vardır ki, həmin məktublarda iddiaçının pensiyasının yenidən hesablanmasına dair izah verilmişdir. Həmçinin, iddia tələbinə dair ca vabdeh tərəfindən verilmiş etirazda da pensiyasının yenidən hesablanmasının açıqlaması verilmişdir. Lakin etirazın məzmunu ilə xx.xx.2021 və xx.xx.2022-ci il tarixli məktubların məzmunu fərqlidir.

29. Belə ki, məsələn, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli məktublarda qeyd edilmişdir ki, “3 avqust 2009-cu il tarixində İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 261,15 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 7,.35 manat, ixtisas dərəcəsinə görə əlavəsi 30,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 65,75 manat olmaqla, orta aylıq əmək haqqısı 435,25 manat təşkil etdiyi müəyyən edilmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 201 7-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 19 il 7 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (435,25 manat) 80 faizi – 348,20 manat məbləğində müəyyən edilməli idi. Qeyd olunan aylıq qanunauyğun pensiya məbləğinə görə adıçəkilən şəxsə xx.xx.2009 - xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 18083,94 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 17465,71 manat ödənilmişdir”.

30. Etirazda isə qeyd edilmişdir ki, “3 avqust 2009-cu il tarixində vaxtilə onun qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 259,30 manat, qulluq stajına görə əlavə 53,60 manat, ixtisas dərəcəsinə görə əlavə 30,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 58,16 manat olmaqla, orta aylıq əmək haqqısı 401,06 manat təşkil etmişdir. Bunu nla əlaqədar, onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən, 25 il 10 ay 5 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (401,06 manat) 80 faizi - 320,85 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2009 - xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16663,50 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 17465,71 manat ödənilmişdir. Bu səbəbdən də, iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 802,21 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir”.

31. Göründüyü kimi, iddiaçının vəzifə maaşının, qulluq stajına görə əlavənin, mükafatlarla müavinətlərin cəminə görə əlavənin v ə orta aylıq əmək haqqının məbləğində fərqlilik olmaqla yanaşı, həmçinin iddiaçının nəzərə alınan qulluq stajının müddətində də fərq vardır (25 il 10 ay 5 gün və 19 il 7 ay 9 gün).

32. Oxşar fərqlər sənədlərin digər hissəsində də mövcuddur.

33. Bununla yanaşı, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli məktublarda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezid enti tərəfindən müəyyən edilir. Həmin şəxslərin əmək pensiyasına quluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta ay lıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar, İddiaçı 19 il 7 ay 9 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 63.75 faiz təşkil edir.

34. Halbuki, iddia tələbinə etirazda pensiya məbləğinin orta aylıq əmək haqqının 80 faizi məbləğində hesablandığı qeyd edilmişdir.

35. Göründüyü kimi, xx.xx.2017-ci il tarixdən qüvvədə olan dəyişiklik iddiaçıya münasibətdə tətbiq edilərək 19 il 7 ay 9 gün qulluq stajına görə pensiya məbləği hesablandığı qeyd edilmişdir. Bu hal da apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır.

36. Bundan əlavə, xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, iddiaçının xx.xx.1982 - xx.xx.1988-ci illərdə Ermənistan SSR-də işlədiyi dövr qulluq stajına daxil edilməmişdir.

37. Ümumiyyətlə, iddiaçının dövlət qulluğu stajı ilə bağlı iş materiallarında olan sənədlər arasında ziddiyyət var: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)54/2012 saylı, 04 aprel 2012-ci il tarixli qərarında 21 il (iş v. 7), iddia tələbinə etirazda 25 ildən çox, məktublarda isə 20 ildən az iddiaçının sığorta stajının olduğu qeyd edilmişdir.

38. Sonuncu olaraq, iddia tələbinə etirazda və mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********4 nömrəli artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarda xx.xx.2009 - xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 6705,58 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin olması qeyd edilsə də, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli məktublarda 2668,35 manat artıq ödəmənin olması yazılmışdır.

39. Beləliklə, cavabdehin iddiaçının pensiyasının yenidən hesablanmasına dair dəlillərində (həm orta əmək haqqının məbləği, həm dövlət qulluğu stajının müddəti, həm də pensiya məbləğinin orta aylıq əmək haqqının neçə faizi (80 faiz, yaxud 63.75 faiz) götürülməklə hesablanmalı olması ilə bağlı ziddiyyət vardır. Ümumiyyətlə, iş materiallarında yenidən hesablama ilə bağlı qərar olmadığından cavabdehin hansı dəlillərinin əsaslı olmasına da qiymət vermək mümkün olmur.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi pensiya işini tələb etməli, iddiaçıya ilk dəfə pensiya təyin edilməsinin və məhkəmə qərarı əsasında pensiya məbləğinin yenidən hesablanmasının hansı qaydada aparıldığını araşdırmalı, iddiaçının pensiya məbləğinin azalmasına səbəb olan inzibati aktın mövcud olub-olmamasını müəyyən etməli, nəticədə iddiaçının pensiyasının yenidən hesablanması zamanı məhkəmə qərarı ilə müəyyən edilmiş halların cavabdeh tərəfindən nəzərə alınıb-alınmadığı aydınlaşdırılmalı, cavabdehin dəlilləri arasındakı ziddiyyətlər aradan qaldırılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 avqust 2023-cü il tarixli, 2-1(103)-1250/2023 nömrəli qərarı iddia təmin olunmayan hissədə ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar