Məhkəmə qərarları › İş №2-1(102)-262/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-262/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-262/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əldə edilmiş yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin geri qaytarılmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 avqust 2024-cü il tarixli, 2-1(103)-1064/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2021-ci il tarixli “Alqı-satqı” müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsi ünvanında tikilən 6 saylı yaşayış binanın 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 119 kv. m. (mənzilin daxilində yerləşən arakəsmələrin altındakı sahə ilə birlikdə 125 kv.m) olan 311 saylı mənzil "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçıya satılmışdır.

2. Həmin müqaviləyə əsasən mənzilin 1 kv.m. üçün dəyəri 1480 (ƏDV daxil) manat müəyyən olunmaqla ümumi dəyəri 185000 manat təşkil edir. Alıcı mənzilin dəyərini müqavilə imzalandığı andan 165000 (bir yüz altmış beş min) manat avans olaraq ödəyir, qalıq 20000 (iyirmi min) manat təşkil edir. Qalan məbləği xx.xx.2021-ci il tarixdən etibarən 36 ay müddətində ödəməyi öhdəsinə götürür. 3. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş qəbzə əsasən X4 (iddiaçının anası -“Ödəyən”) xx.xx.2023-cü il tarixdə "xxxx" Mənzil-Tikinti Kooperativinə (xx.xx.2021-ci il tarixli 30 №-li müqaviləyə əsasən İddiaçı 311 saylı mənzilin qismən ödənişi 165000.00 manat ödəmiş və xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən mənzilə dair pay haqqının qalıq hissəsi 16600 manat iddiaçı tərəfindən ödənilmişdir.

4. İd diaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı cavabdehə müraciət etmişdir. X2 tərəfindən xx.xx.2023 və xx.xx.2023-cü il tarixli elektron ərizələrə 30 nömrəli müqavilə, ödəniş sənədi və digər sənədlər əlavə edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2023-cü il tarixli **********733700 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Bildirişdə qeyd olunan çatışmazlıqlar müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırılmadığından "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri -yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasının 6.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən iddiaçının xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 03 aprel 2023-cü il tarixli, **********700100 saylı qərarının ləğv edilməsi və xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmış dır ki, onun tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müvafiq portal üzərindən elektron ərizə ilə müraciət edilərək, nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması xahiş olunmuşdur. Lakin onun ilkin müraciətinə cavab olaraq, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən əlavə sənədlərin təqdim olunması barədə müvafiq portal vasitəsilə məktub elektron ünvanına daxil olmuşdur. Belə ki, sözügedən cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, mənzilin alıcısı qismində onun adı qeyd olunmasına baxmayaraq, mənzilin alınması üçün müəyyən edilmiş məbləğ X4 tərəfindən müvafiq banka ödənilmiş və bununla əlaqədar onun X1 ödənişin həyata keçirilməsi ilə əlaqədar verilm iş etibarnamənin təqdim edilməsi zəruridir. Daha sonra, o, xx.xx.2023-cü il tarixdə növbəti müraciətini Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müvafiq portal vasitəsilə elektron qaydada göndərmiş və müraciətində qeyd etmişdir ki, X4 onun doğma anasıdır və əlavə dəyər vergisinin ona qaytarılmasına Şahnaz İsmayılovanın etirazı yoxdur, o cümlədən, qeyd olunanları təsdiqləyəcək şəxsiyyət vəsiqələrinin, doğum haqqında şəhadətnamələrin, nikah haqqında şəhadətnamənin surətləri və Şahnaz İsmayılova tərəfindən sözügedən əlavə dəyər vergisi məbləğinin onun qızı olan ona ödənilməsinə etirazının olmaması barədə notarial qaydada verilmiş ərizə həmin məktuba əlavə edilmişdir. Lakin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 03 aprel 2023-cü il tarixli **********700100 saylı qərar qəbul edərək, yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Həmin qərar 05 aprel tarixində elektron portala yerləşdirilmişdir. Hazırda isə, sonuncu qərarın ləğv edilməsi və yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03 aprel 2023-cü il tarixli, **********700100 saylı qərarı qanunsuzdur. Belə ki, cavabdehə təqdim edilmiş bütün sənədlərdən müəyyən olunur ki, mənzilin alqı-satqısına əsasən, bütün sənədlər qaydasında olmuş və əlavə dəyər vergisi qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilmişdir. Lakin, cavabdeh formal mülahizələrə əsaslanaraq, ödənilmiş əlavə də yər vergisinin geri qaytarılmasından imtina etmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X2 tərəfindən xx.xx.2023 və xx.xx.2023-cü il tarixli elektron ərizələrə 30 nömrəli müqavilə, ödəniş sənədi və digər sənədlər əlavə edilmişdir. Sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2023-cü il tarixli **********733700 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin, X2 tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində etibarnamə təqdim edilməmişdir. Bildirişdə qeyd olunan çatışmazlıqlar müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırılmadığından “Fiziki şəxs olan istehlakçılar tərəfində n Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasının 6.1.2-ci bəndinə əsasən alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesab ına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edilməlidir. Qaydalara əsasən bank sənədində ödənişi aparan alıcının soyadı, adı və atasının adının olması ilə bağlı tələb mövcuddur. Lakin, X2 tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı xx.xx.2021-ci il tarixli ödəniş sənədində ödənişin alıcı tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmişdir. Qeyd olunan sənədin cavabdeh orqana iddiaçı tərəfindən təqdim olunmadığını məhz iddiaçı öz iddia ərizəsində təsdiq edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2-1(112)-9904/2023 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı tərəfindən həm cavabdeh inzibati orqana, həm də məhkəməyə təqdim olunmuş bank ödəniş qəbzinin surətindən görünür ki, “Ödəyən” şəxs qismində X4 qeyd olunmuşdur. Mübahisələndirilən qərardan görünür ki, iddiaçının “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizəsinə baxılaraq və sənədlərdə çatışmazlıqlarla bağlı alıcıya bildiriş göndərilsə də, alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində etibarnamə təqdim edilmədiyindən, onun ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. Cavabdehin qəbul etdiyi inzibati akt “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə uyğun olaraq əsaslan dırılmış, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı baş verməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğundan cavabdeh “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi” barədə qərarı qəbul edən zamanı obyektiv həqiqəti əks etdirdirən halların nəzərə alındığını sübuta yetirmiş, bununla da qanuni inzibati akt qəbul etmişdir

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 avqust 2024-cü il tarixli, 2-1(103)-1064/2024 nömrəli qərarı ilə (hakimlər R.Səmədov - sədrlik edən və məruzəçi, A.Oruczadə və X.Cəmilova) apellyasiya şikayəti təmin edilmiş Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilərək iddia təmin edilmiş, cavabdehin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********700100 №-li, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasə n, yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin İddiaçı ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan iddiaçının anası Şahnaz İsmayılovanın notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsi ünvanında tikilən yaşayış binasının 6 saylı binanın 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 125 kv.m olan 311 saylı mənzili qızı İddiaçı almışdır. Lakin, mənzilin alınması üçün lazım olan müvafiq məbləğ onun (Şahnaz İsmayılova) tərəfindən bank vasitəsilə ödənilmişdir. Hazırda, sözügedən mənzi lin alınması alınması ilə əlaqədar ödənilmiş pul məbləğinin əlavə dəyər vergisinin qızı İddiaçı müvafiq bank hesabına köçürülməsinə etiraz etmir. Bu səbəbdən cavabdeh inzibati orqan tələbin təmin edilməsindən imtina edərkən və birinci instansiya məhkəməsi mübahisələndirilən qərarı qəbul edərkən etibarnamə olmamasına istinad edərək işin hallarını hərtərəfli araşdırmamış və yanlış nəticəyə gəlmişdilər.

13. Apellyasiya məhkəməsi mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün Mülki Məcəllənin 357, 358.1, 358.2, 360-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na və Vergi Məcəlləsinin 165.6-cı maddəsinə istinad etmişdir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Kassator şikayətində qeyd etmişdir ki, iş materiallarından görüldüyü kimi, apellyasiya məhkəməsinin istinad etdiyi etibarnamə xx.xx.2023-cü il tarixində verilmişdir. Nə iddiaçının cavabdehə müraciət etdiyi vaxt nədə ki, Bakı İnzibati Məhkəməsində məhkəməyə təqdim edilmişdir. Əgər verilsəydi, cavabdeh tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli **********733700 nömrəli bildi rişə iddiaçı tərəfindən cavab verilərdi. 16. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən, qanunların icrası üçün AR Konstitusiyasının əsasən, Qanunların icrası naminə Fərmanlar qəbul edilir. Məhz “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasıŞərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında AR Prezidentinin xx.xx.2023-cü il tarixli 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasıŞərtləri və Qaydaları” təsdiq olunmuşdur. Məhz həmin qanunun tətbiqi naminə blanket norma kimi, qanun həmin qaydalara göndəriş edərək müəyyən formallıq qoyur və bu formallıq mülki hüququ münasibətlərindən tamam fərqlənir. Yəni məhkəmə müvafiq formallığın tətbiq edildiyi və konkret müəyyən edilmiş meyarlara cavab verilməli olan qaydaları deyil, mülki hüquq münasibətinə üstünlük vermişdir. Qeyd edilən səbəbdən apellyasiya məhkəməsi tərəfindən əməliyyatın yanlış aparılmasının çatışmazlıq kimi qiymətləndirilməsi işin faktiki hallarına uyğun olmamaqla əsassız və qanunsuz olmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: M addə 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə y aşayış və (və ya) qeyriyaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

19. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə gö rə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcın ın bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura s istemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ö dənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 fa izi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə.

20. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onl arın təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə ver ilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələblər i göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsiri ndə və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi əldə etdiyi yaşayış sahəsinə görə ödədiyi ƏDV məbləğinin 30 faizinin ona qaytarılması barədə cavabdeh tərəfindən qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir.

26. İşin müəyyən edilmiş hallarına görə, iddiaçı tərəf indən xx.xx.2021-ci il tarixli alğısatqı müqaviləsi bağlanılmaqla, yaşayış sahəsi satın alınmış, yaşayış sahəsinin ümumi dəyəri 185000 manat təşkil etmişdir. Həmin yaşayış sahəsinin dəyəri 165000 manat məbləğində olan hissəsi (kassa mədaxil orderi iş səh. 17) ödənilmiş, qalan 20000 manat hissəsinin isə xx.xx.2021-ci il tarixdən etibarən 36 ay müddətində ödənilməsi barədə razılığa gəlinmişdir.

27. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən isə qeyd edilən mənzilə dair pay haqqı 16600 manat iddiaçı tərəfindən ödənilmiş və iddiaçının kooperativə mənzilə görə borcu qalmamışdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021-ci il tarixdə ödənilmiş 165000 manat məbləğin ödənilməsi barədə iş materiallarında kassa mədaxil orderi olsa da, 16600 manatın n ağdsız qaydada ödənilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinin 01 yanvar 2020-ci il tarixdən qüvvədə olan redaksiyasına görə, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.

30. Göründüyü kimi, istinad edilən normada nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərinin və qaydas ının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunması təsbit edilmişdir.

31. Nəzərə alınmalıdır ki, qanunvericinin VM-nin 165.6-cı maddəsində ifadə edilmiş iradəsi nağdsız hesablaşmaların təşviqi ilə bağlı dövlət siyasətindən irəli gəlir. Bu halda, nağd ödəmələrlə bağlı ƏDV-nin qaytarılması istisna edilir.

32. Belə yanaşmanın davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2022- ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 26 may 2022-ci il tarixdən qüvvədə olan “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”n ın 5.1-ci bəndində də qeyd olunmuşdur ki, alıcı yaşayış və qeyriyaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam ödədikdən sonra 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və zəruri sənədləri skan edərək portala göndərir.

33. Qaydaların bu bəndində bəhs olunan “nağdsız qaydada tam” ödənilməsi ifadəsi, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişin birmənalı olaraq tamamının nağdsız ödənilməsini ehtiva edir.

34. Qaydanın 6-cı bəndi, yəni keçid müddəaları ilə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən istinad edilən Qaydanın qüvvəyə mindiyi 2022-ci il mayın 26-dək olan dövrdə yaranmış münasibətlərin tənzimlənməsi qaydasını müəyyən e dir. Bu, istinad edilən Qaydanın zaman etibarilə daha gec qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri (məsələn, ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsi ilə bağlı və sair) onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir.

35. İddiaçı tərəfindən sözügedən yaşayış sahəsi həmin dövrdə əldə edildiyindən hazırkı mübahisəyə münasibətdə istinad edilən Qaydanın keçid müddəaları şamil edilməlidir.

36. Həmin Qaydanın 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə ed ilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə.

37. Göründüyü kimi, istinad edilən Qaydanın keçid müddəalarına əsasən, 2020-ci il yanvarın 1-dən 2022-ci il mayın 26-dək olan dövrdə yaşayış sahəsinin əldə edildiyini və ödənişin tam həyata keçirdiyini təsdiq edən sənədləri – yəni yaşayış sahəsinin dəyərinin (hissə-hissə ödənilmiş olsa belə, onun bir hissənin deyil) nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim edən alıcıya ödənilmiş ƏDV-nin 30 faizinin qaytarıldığı müəyyən edilmişdir. Başqa sözlə, qeyd edilən normada da yaşayış sahəsinin dəyərinin ödənişinin nağdsız qaydada tam həyata keçirildiyi təqdirdə alıcıya ödənilmiş ƏDV-nin 30 faizinin qaytarıldığı nəzərdə tutulmuşdur.

38. Hazırkı işin müəyyən edilmiş hallarından isə, sözügedən yaşayış sahəsinin dəyərinin ödənişinin nağd qaydada həyata keçirildiyi görünür. Bel ə olan halda isə, cavabdehin sözügedən yaşayış sahəsinin dəyərinin ƏDV məbləğinin 30 faizinin qaytarılması öhdəliyi yaranmır və bu baxımdan iddiaçı iddia tələbində haqlı sayıla bilməz.

39. Nəticə etibarı ilə, hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

40. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia təmin olunmamalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 avqust 2024-cü il tarixli, 21(103)-1064/2024 nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar