Məhkəmə qərarları › İş №2-1(102)-2621/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2621/2019

20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2621/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: İİ qrup əliliyə görə əmək pensiyasının təyin edilməsi GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı Xaqani qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövl ət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının bərpa edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1176/2019 saylı, 30 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 20 noyabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Xaqani qızı (bundan sonra - iddiaçı) 07.11.1983-cü ildə Yevlax şəhərində anadan olmuşdur. (AA0599334 nömrəli şəxsiyyət vəsiqəsi). O, 01.02.2010-cu il tarixli 04 saylı əmrlə “Planet” marketə mühasib vəzifəsinə qəbul edilmiş və 01.10.2012-ci il tarixli, 7 saylı əmrlə işdən azad edilmiş, 27.12.2012-ci il tarixli, 4 saylı əmrlə “Rəşad” firması na direktor vəzifəsinə təyin edilmiş və 30.01.2015-ci il tarixli, 01 saylı əmrlə işdən azad edilmişdir. (0634941 saylı əmək kitabçası). Tibbi Sosial Ekspert Komissiyasının 09.01.2015-ci il tarixli müayinə aktına əsasən iddiaçıya İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sabunçu rayon şöbəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, lakin cavabdeh 17.09.2018-ci il tarixli, 16/01-5241 saylı məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun əmək kitabçasında olan iş stajlarını və sosial sığorta kartında toplanan iş stajlarını və pensiya kapitalları barəsində DSMF-nin Nizami rayon şöbəsi tərəfindən verilmiş 12.02.2015-ci il tarixli 15/517 və 15/518 saylı, 10.05.2017-ci il tarixli 15/064 saylı, 20.08.2018-ci il tarixli 15/181 saylı və Bakı şəhəri X1 Departamentinin 13.02.2015-ci il tarixli 88/07/125-762 saylı arayışlarında qeyd olunan iş stajlarını və pensiya kapitalını nəzərə alaraq pensiyasının ləğv edildiyi tarixdən (06.01.2015-ci il) bərpa edilməsi, yenidən hesablanması və keçmiş dövr ərzində yaranmış fərqin birdəfəyə ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 06.01.2015-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası almışdır. Pensiya təyin olunandan sonra 2015, 2016 və 2017ci illərdə qarşılıqlı yoxlamadan keçib və pensiyanı n məbləğinin düzgünlüyü hər dəfə öz təsdiqini tapmışdır. DSMF-nin Sabunçu rayon şöbəsinin 17.09.2018-ci il tarixli, 16/01-5241 saylı məktubunda guya iddiaçıya verilən arayışın düzgünlüyü öz təsdiqini tapmadığı və ona 5.889,54 manat artıq vəsait ödənildiyi qeyd olunmuşdur. Qeyd olunan məktubda nə hansı nömrəli arayışın öz təsdiqini tapmadığı qeyd olunmuş, nə də yoxlama aktının surəti məktuba əlavə olunmamışdır. İddiaçı 2015-ci ilin 06 yanvarından İİ qrup əlilliyə görə əmək pensiyası alır. Həmin vaxt əlilliyə görə əmək pensiyasının təyin olunması şərtləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq tənzimlənirdi. Belə ki, iddiaçı cavabdehə pensiya təyin olunması ilə bağlı müraciət etdikdə 31 yaşı olmuş və ona əmək pensiyası təyin edilməsi üçün 5 il 4 ay iş stajı tələb olunmuşdur. İddiaçının isə DSMF-nin Sabunçu rayon şöbəsinə təqdim etdiyi əmək kitabçasında iş stajı 8 il 6 aydan çox olmuşdur. Belə olan halda iddiaçının iş stajı 8 il 6 ay 3 gün təşkil etdiyindən və əlilliyə görə əmək penisyasının təyin edilməsi üçün tələb olunan 5 il 4 ay iş stajını topladığından düzgün olaraq ona İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının əmək kitabçasında və sosial sığorta kartında qeyd olunanlar əmək kitabçasında, həm də elektron hökumət portalında öz təsdiqini tapmasına baxmayaraq, cavabdeh orqan qanunsuz olaraq iddiaçıya pensiya ödənilməsini dayandırmışdır. Cavabdeh iddia ərizəsinə 26.02.2019-cu il tarixli, **********3 saylı etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qa nununun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası II qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçı 04.02.2015-ci il tarixdə II qrup əlilliyə görə əmək pensiyası təyin olunması ilə bağlı müraciət etmişdir. İddiaçının müraciəti əsasında DSMF Nizami rayon şöbəsindən daxil olmuş arayışa əsasən 5 il 09 ay sığorta stajı əsasında ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 11.09.2018-ci il tarixdə yenidən araşdırma aparılmış və məlum olmuşdur ki, iddiaçı fərdi uçot sistemində 07.05.2013-cü ildə qeydiyyata alınmasına baxmayaraq 01.01.2008-ci il tarixdən onun adına sistemə işlənməklə düzgün olmayan sosial sığorta və pensiya kapitalı barədə arayış verilmişdir. Bu səbəbdən vətəndaşa təyin olmuş əliliyə görə əmək pensiyası dayandırılmış və ona əlilliyə görə sosial müavinət təyin olunmuşdur. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-1334/2019 saylı, 14 mart 2019-cu tarixli qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia təmin edilərək, iddiaçınınəmək kitabçasında olan iş stajlarını və sosial sığorta kartında toplanan iş stajlarını və pensiya kapitalları barəsində DSMF-nin Nizami rayon şöbəsi tərəfindən verilmiş 12.02.2015-ci il tarixli 15/517, 15/518 saylı, 10.05.2017-ci il tarixli 15/064 saylı, 20.08.2018-ci il tarixli 15/181 saylı və Bakı şəhəri X1 Departamentinin 13.02.2015-ci il tarixli 88/07/125-762 saylı arayışlarında qeyd olunan iş stajlarını və pensiya kapitalını nəzərə alaraq pensiyanın ləğv edildiyi tarixdən (06.01.2015-ci il) bərpa edilməsi, yenidən hesablanması və keçmiş dövr ərzində yaranmış fərqin birdəfəyə ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1176/2019 saylı iş üzrə 30 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinin 2-1(82)-1334/2019 saylı, 14 mart 2019-cu tarixli qərarı dəyişdirilmiş, iddia qismən təmin edilərək, iddiaçının əmək kitabçasında olan iş stajlarını və sosial sığorta kartında toplanan iş s tajının və pensiya kapitalları barəsində DSMF-nin Nizami rayon şöbəsi tərəfindən verilmiş 12.02.2015-ci il tarixli 15//517, 15/518 saylı, 10.05.2017-ci il tarixli 15/064 saylı, 20.08.2018-ci il tarixli 15/181 saylı və Bakı şəhəri X1 Departamentinin 13.02.2015-ci il tarixli 88/07/125-762 saylı arayışlarında qeyd olunan iş stajlarını və pensiya kapitalını nəzərə alaraq, pensiyanın ləğv edildiyi tarixdən (06.01.2015-ci il) bərpa edilərək yenidən hesablanması və keçmiş dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia pensiya fərqinin birdəfəlik ödənilməsi hissəsində təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəm əsi tərəfindən iddianın təmin olunması və iddiaçının cavabdeh tərəfindən ləğv edilmiş əlilliyə görə pensiyasının bərpa edilməsi qanuni və əsaslıdır, lakin işə baxan birinci instansiya məhkəməsi iddiaçının pensiyasının keçmiş müddət üçün ödənilmə qaydasını müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Apelyasiya instansiya məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Şikayətdə bildirilir ki, apelyasiya instansiya məhkəməsinin qərarı qanuni baxımdan ədalətli deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən, İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən təhsil müddətinin sığorta stajı kimi hesablanması nəzərdə tutulmamışdır. Qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə formasından, əmək qabiliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi ilə işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təmin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət növləri sığorta stajına daxil edilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı i şə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd olunmalıdır ki, apelyasiya instansiya məhkəməsinin qərarı ilə iddia qismən təmin edilsə də, iddiaçı iddianın təmin olunmayan hissəsini mübahisələndirməmiş, qərardan kassasiya şikayəti verməmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. İPM-in 90.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM- in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ilə cavabdehin tələbi qismən təmin edilsə də, cavabdeh kassasiya şikayətində qərarın tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən - iddianın təmin edilməyən hissəsi ilə bağlı mümkünsüz, qalan hissədə mümkün hesab edilməlidir. Ona görə də hazırkı kassasiya baxışının predmetini apelyasiya instansiyası məhkəməsinin qərarının cavabdehin kassasiya şikayətinə əsasən, iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir. İddiaçı pensiyasının keçmiş müddət üçün ödənilmə qaydası ilə bağlı apell yasiya məhkəməsinin qərarını mübahisələndirmədiyindən, qərarın həmin hissəsinin yoxlanılması hazırkı kassasiya baxışının predmetini təşkil etmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatların a müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. Belə ki, cavabdeh hansı arayışın, hansı əsasla və nəyə görə düzgün olmadığını, nə səbəbdən qeyd olunan dövrün iş stajını qəbul etmədiyini əsaslandırılmamış, bununla bağlı mötəbər sübutetmə vasitələrinə istinad etməmişdir. Məhkəmələr pensiya işindən çıxarış sənədlərə, o cümlədən, əllik sənədinə, əmək kitabçasının qeydlərinə və DSMF qurumunun özünün iddiaçının sığorta stajı və pensiya kapitalı barədə arayışlarına əsasən isə iddiaçının 7 ildən çox sığorta stajının mövcud olduğunu müəyyən etmişlər. Həmçinin 4 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktına(№080843) əsasən müəyyən olunur ki, 06.01.2015-ci il tarixdən iddiaçıya İİ qrup əlillik dərəcəsi verilmişdir. Qeyd olunmalıdır ki, «Əmək pensiyaları haqqında» Qanunun həmin vaxt qüvvədə olan 12.1-ci maddəsində nəzərdə tutulurdu ki, bütün qrupdan olan əlillərə - əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə olan halda, əmək kitabçasının qeydlərinə əsasən 07.11.1983-cü il təvəllüdlü iddiaçının 01.02.2010-cu il tarixdən 01.10.2012-ci il tarixinədək 2 il 8 ay «Planet» marketdə mühasib vəzifəsində, 27.12.2012-ci il tarixdən 30.01.2015-ci il tarixinədək 2 il 1 ay 3 gün isə «Rəşad» firmasında direktor vəzifəsində (cəmi 4 il 9 ay ) işlədyi müəyyən edilir. Eyni zamanda, DSMF-nin Nizami rayon şöbəsinin 12.02.2015-ci il tarixli 15/017 saylıarayışına və sığortaedən Axundov Vahid Nurəddin oğlunun sığortaolunan iddiaçı barədə DSMF-yə verdiyi hesabat məlumatlarına əsasan müəyyən edilir ki, iddiaçı 01.01.2008-ci il tarixdən etibarən 2010-cu ilə qədər də sığorta stajına malikdir ki, belə olan halda, onun “Planet” marketə 01.02.2010-cu ildə işə qəbul olunana qədər 2 ildən də artıq sığorta stajının mövcudluğu müəyyən olunur. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ümumiyyətlə, işdə olan, DSMF-nin Ni zami rayon şöbəsinin qeyd olunan 12.02.2015-ci il tarixli 15/017 saylı, habelə, 10.05.2017-ci il tarixli 15/064 saylı və 20.08.2018-ci il tarixli 15/181 saylı «Sığortaolunanların fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə» arayışlarının, habelə, sığortaedənlərin sığorta olunan İddiaçı barədə DSMF-yə təqdim etdiyi hesabat sənədlərinin qarşılıqlı təhlili ilə iddiaçının 7 ildən də çox sığorta stajının mövcud olduğu öz təsdiqini tapır. İddiaçının 2-ci qrup əlilliyinə görə pensiya hüququnun yarandığı vaxt (2015-ci ildə) «Əmək pensiyaları haqqında» Qanunun qüvvədə olan 12.1-ci maddəsinin redaksiyası baxımından isə hesabladıqda, onun əmək qabiliyyətinin yarandığı 07.11.1998-ci ildən (yəni, 15 yaşından) əlilliyinin müəyyən olunduğu 06.01.2015-ci il tarixinədək olan 16 il 1 ay yaş dövrü üçün 64 ay, daha konkret, 5 il 4 ay 10 gündən çox olmayan sığorta stajı tələb olunur. Tədqiq olunan pensiya işinə dair sənədlərdən isə göründüyü kimi, iddiaçının sığorta stajı 7 ildən artıqdır. Beləliklə də cavabdehin 11.09.2018-ci il tarixdə apardığı yenidən araşdırmanı əsas gətirərək arayışın düzgün olmamasına istinadən iddiaçıya pensiya ödənişinin dayandırılmasının tamamilə qanunsuz və əsassız olduğu sübuta yetirilir. «İnzibati icraat haqqında» Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə s ənədlərin və ya məlumatların tələb olunması qadağandır. (maddə 19.1) Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. (maddə 19.2) Azərbaycan Respublikası İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın qis mən təmin edilməsi barədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1176/2019 saylı iş üzrə 30 may 2019-cu il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar