Məhkəmə qərarları › İş №2-1(102)-2621/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2621/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2621/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin qoyulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğvi və vətəndaşlıq mənsubiyyətinin tanınması tələbinə dair inzibati iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-64/202 4 nömrəli, 17 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1960-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur.

2. İddiaçı Kirovabad şəhər Hərbi Komissarlığı tərəfindən xx.xx.1978-ci il tarixdə hərbi xidmətə çağırılmış və xidmətini xx.xx.1980-ci il tarixdə başa vurmuşdur.

3. Kirovabad şəhəri, Nalbandyan küçəsi (hazırda Gəncə şəhəri, Qaçaq Nəbi küçəsi) 54 ünvanında yerləşən daşınmaz əmlaka dair xx.xx.1989-cu il tarixdə iddiaçının adına texniki pasport tərtib edilmişdir. 4. 66№1962885 saylı pasporta əsasən iddiaçı Rusiya Federasiyası vətəndaşıdır.

5. İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və həmin Xidmətin xx.xx.2022-ci il tarixli qərarı ilə şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olması səbəbindən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 06 aprel 1960-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Nümayənd ə1 Aman oğlu və anası X1 milliyyətçə azərbaycanlı olaraq Azərbaycan SSR-nin vətəndaşı, SSRİ dağıldıqdan sonra isə Azərbaycan Respublikasının vətəndaşları olmuş və daim Gəncə şəhərində yaşamışlar. O da Azərbaycan SSR-nin vətəndaşı olmuş və 1997-ci ildə müvəqqəti olaraq Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Həmin zaman Azərbaycan Respublikasının vətəndaşı olmuş, heç bir zaman Azərbaycan Respublikasının vətəndaşlığından çıxmamış və imtina etməmişdir. Eləcə də mütamadi olaraq Azərbaycan Respublikasına gəlmişdir. Həmçinin Gəncə şəhərində mülkiyyətində fərdi yaşayış evi var. Buna baxmayaraq hazırda ona məlum olmuşdur ki, heç bir əsas olmadan qanunsuz olaraq onu Azərbaycan Respublikasının vətəndaşlığından çıxartmışlar. Ona görə də Azərbaycan Respublikasının vətəndaşlığına məsubiyyətin in tanınması barədə ərizə ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin cavabdeh əsassız olaraq onun Azərbaycan Respublikasının vətəndaşlığına məsubiyyətinin tanınmaması barədə qərar qəbul etmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2-1(114)-1665/2023 saylı qərarı ilə (hakim X5) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası SSR-nin vətəndaşı kimi Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmasına baxmayaraq, 1997-ci ildə Rusiya Federasiyasına gedərək həmin ölkənin vətəndaşlığını qəbul etdiyinə görə ona münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndi ona şamil edilə bilməz. Belə ki, həm in Qanunun 18-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsasdır və bu halda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.

10. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-64/2024 nömrəli iş üzrə 17 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X3 və X8) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2-1(114)-1665/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kasasiya şikayətində qeyd edilmişdir ki, iş üzrə qərar qəbul edən məhkəmələr nəzərə almamışlar ki, iddiaçı 06 aprel 1960-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Nümayəndə1 Aman oğlu və anası X1 milliyyətcə azərbaycanlı olaraq Azərbaycan SSR-nin vətəndaşı, SSRİ dağıldıqdan sonra isə Azərbaycan Respublikasının vətəndaşları olmuş və daim Gəncə şəhərində yaşamışlar. İddiaçı da Azərbaycan SSR-nin vətəndaşı olmuş və 1997-ci ildə müvəqqəti olaraq Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Həmin zaman Azərbaycan Respublikasının vətəndaşı olmuş, heç bir zaman Azərbaycan Respublikasının vətəndaşlığından çıxmamış və imtina etməmişdir. Eləcə də mütamadi olaraq Azərbaycan Respublikasına gəlmişdir. Həmçinin Gəncə şəhərində mülkiyyətində fərdi yaşayış evi var. Buna baxmayaraq hazırda iddiaçıya məlum olmuşdur ki, heç bir əsas olmadan qanunsuz olaraq Azərbaycan Respublikasının vətəndaşlığından çıxartmışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim ediləmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

5. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu q anunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər.... Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubi yyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə

6. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır:... 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. Maddə

11. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğul duqda;... Maddə

16. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi üçün əsaslar Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir: 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində; 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş digər əsaslar olduqda. Maddə

18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməs i; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;... 17. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Ma ddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayə ti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstər ilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiy a məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 2

4. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Belə ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından ibarətdir.

26. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin hüquqi mövqeyi ilə razılaşayaraq qeyd edir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.

27. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin 03 oktyabr 2023-cü il tarixli məktubunda İddiaçı 05 sentyab r 1989-cu il tarixdə Gəncə şəhəri Daxili İşlər şöbəsi tərəfindən XXİİİ-JQ seriyalı 559817 nömrəli keçmiş SSRİ pasportu ilə sənədləşdirildiyi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasport ilə sənədləşdirilmədiyi qeyd edilmişdir.

28. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 28 dekabr 2023-cü il tarixli məktubunda da İddiaçı Azərbaycan Respublikasının vətəndaşına məxsus şəxsiyyət vəsiqəsi əldə etmədiyi bildirilmişdir. 29. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsin in 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi, iddiaçı istinad olunan Qanunun qüvvəyə minməsinədək Azərbaycan Respublikası SSR-nin vətəndaşı kimi Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatd a olmasına baxmayaraq, 1997ci ildə Rusiya Federasiyasına gedərək həmin ölkənin vətəndaşlığını qəbul etdiyinə görə ona münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndi ona şamil edilə bilməz. Belə ki, həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsasdır və bu halda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.

31. Beləliklə, iddiaçının kassasiya şikayəti heç bir hüquqi əsasa söykənmir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, mə hkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

32. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-64/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar