Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2622/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2622/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: dövlət qulluqçusuna hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15% həcmində, 5 ildən yuxarı qulluğa görə 10% əlavə haqqın və müavinətin ödənilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, İddiaçı, cavabdehin vəkili Vəkil oğlunun iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbayca n Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1097/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşıiddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx 1994-06.02.1997-ci illərdə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının humanitar məsələləri üzrə müavini, xxxx 1997-xxxx 1997-ci illərdə Təhsil Nazirliyinin Nəzarət İdarəsində aparıcı mütəxəssis, xxxx 2002-xxxx 2002-ci illərdə Sabunçu rayon İcra hakimiyyəti Aparatı ərazi idarəetmə orqanları ilə iş şöbəsində referent, xxxx 2002-xxxx 2008-ci illərdə Sabunçu İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsi, xxxx 2009-xxxx 2009 Abşeron rayon *****-nin Texniki və İcarə İstismar şöbəsində mühəndis kimi dövlət qulluğu vəzifələrində işlədiyini, dövlət qulluqçusu kimi ona xxxx 2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edildiyini, lakin onun pensiyasında qanunvericilikdə nəzərdə tutulan əlavələrin nəzərə alınmadığını, bununla bağlı ərizə ilə cavabdehə müraciət edərək, qeyd olunan əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktu bla pensiyasının qanunvericiliyə uyğun olaraq düzgün hesablandığına, ona xxxx 2016-cı il tarixdən 318,32 manat, xxxx 2018-ci il tarixdən isə 335,30 manat məbləğində əmək pensiyasının təyin edildiyinə istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, ona pensiya hesablanması zamanı hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında verilən əlavə haqqın, dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinət, habelə dövlət qulluğunda qulluq stajının 5 ildən artıq olması ilə əlaqədar 10% əlavə nəzərə alınmaqla, pensiyasının xxxx 2016-cı il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)-694/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim – T.Ə.Əsədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1097/2019 saylı qərarı ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixliqərarı dəyişdirilmiş, iddia tələbi qismən təmin edilərək, İddiaçı əmək pensiyasının dövlət qulluqçularına ödənilən - hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında ver ilən əlavə haqq, il ərzində ödənilən bir aylıq vəzifə maaşı məbləğində müavinət və qulluq stajına görə ödənilən 10% əlavə haqq nəzərə alınmaqla, xxxx 2016-cı il tarixdən yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessua l hüquq normalarının pozuntusuna yol verilmiş, İddiaçı işlədiyi dövrdə iddia etdiyi əlavələri, o cümlədən hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizini il ərzində bir aylıq vəzifə maaşı məbləğində müavinəti və qulluq stajına görə vəzifə maaşının 10 faizini almadığı üçün həmin əlavələrin nəzərə alınaraq pensiya məbləğinin yenidən hesablanması barədə Bakı Apellyasiya Məhkəməsinin qərarı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinin tələblərinə ziddir, iddiaçının cavabdeh təşkilata olmuş müraciəti cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl etməklə qiymətləndirilmişdir. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxl ayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)1097/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı, dövlət qulluğuna görə təyin olunmuş yaşa görə əmək pensiyasının, dövlət qulluqçular ına ödənilən hakimiyyət səlahiyyətlərinin icrası ilə əlaqədar 15 faiz əlavə haqq, hər il ödənilən 3 qat mükafat, əmək məzuniyyətinə çıxarkən bir vəzifə maaşı həcmində müavinət, eləcə də dövlət qulluğunda qulluq stajının 5 ildən artıq olması ilə əlaqədar 10% əlavə haqq nəzərə alınmadan hesablandığını, bununla bağlı cavabdeh orqana müraciət etdiyini, sonuncu, qanunla üzərinə düşən həmin öhəliyini yerinə yetirmədiyini, onun pensiya hüquqlarını pozduğunu qeyd etmiş, iddiaçıya xxxx 2016-cı il tarixdə dövlət qulluqçusu pensiyası təyin edilərkən, onun 2003-2008-ci illəri əhatə edən Nardaran qəsəbə nümayəndəsi dövlət qulluğu vəzifəsində 5 illik əmək fəaliyyəti dövrü nəzərə alınmaqla, orta aylıq əmək haqqından əmək pensiyası təyin edilmiş və bu zaman orta aylıq əmək haqqının tərkibində həmin dövrdə ona ödənilən mükafatlar nəzərə alınmış, ümumilikdə ona 318,82 manat məbləğində pensiya məbləği hesablanmışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdehin hesablamasına əsasən iddiaçının pensiyasında, onun Sabunçu rayon İHB-nın Nardaran qəsəbə nümayəndəsi vəzifəsi səlahiyyətlərinin icrasına görə qanunvericilikdə nəzərdə tutulan 15 faiz əlavə haqq nəzərə alınmamış, «Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xxxx 2008-ci il 776 №-li Fərmanının 2-ci və həmin Fərmanla təsdiq edilmiş «Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı»nın 4-cü bəndində yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nüm ayəndələri və nümayəndələrinin müavinlərinə hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq təyin edilmiş, eyni zamanda hesablama vərəqələrinə görə iddiaçının pensiyasında hər il dövlət qulluqçuları məzuniyyətə çıxarkən, onlara bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinət də nəzərə alınmamış, Sabunçu rayon İHB-nin Nardaran qəsəbə nümayəndəliyinin arayışına əsasən məzuniyyətə çıxarkən iddiaçıya bir aylıq müavinətlər ödənilmiş, iddiaçının pensiyasının hesablamasına əsasən dövlət qulluğunda qulluq stajı 5 ildən artıq olsa da, qanunla müəyyən olunmuş 10 faiz əlavə haqq da onun pensiyasında nəzərə alınmamış, cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanmasından imtina etməsi qanunvericiliyin qeyd olunan tələblərinə zidd olmu ş, beləliklə, iddiaçının (iddia tələbinin mükafatlara dair hissəsi istisna olmaqla) dövlət qulluğunda vəzifə səlahiyyətlərinin icrasına görə 15 faiz əlavə, məzuniyyətə çıxarkən 1 aylıq müavinət və qulluq stajının 5 ildən artıq olması ilə əlaqədar 10% əlavə haqq nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması hissəsində iddianın təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” xxxx 2003-cü il tarixli Fərmanına əsasən 2003-cü il xxxx tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ver ilir və bu müavinət dövlət qulluqçularına hər il işlədiyi mərkəzi icra hakimiyyəti orqanı tərəfindən ödənilir. Azərbaycan Respublikası Prezidentinin xxxx 2002-ci il tarixli, 665 №-li Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları»nın 4-cü bəndinə əsasən (Azərbaycan Respublikası Prezidentinin xxxx 2004-cü il, tarixli 105 №-li Fərmanını ilə edilən əlavə və dəyişiklik) 5 ildən 10 ilədək dövlət qulluğunda stajına görə 10 faiz əlavə haqq ödənilir. «Əmək pensiyaları haqqında» Qanunun qüvvədə olan 29.3-cü maddəsinin redaksiyasına əsasən bu Qanunun 20.1.1 -20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissə si indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına isti nad etməklə məhkəmə qərarını dəyişdirərək, iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının pensiyasında, onun Sabunçu rayon İHB-nın Nardaran qəsəbə nümayəndəsi vəzifəsi səlahiyyətlərinin icrasına görə qanunvericilikdə nəzərdə tutulan 15 faiz əlavə haqqın nəzərə alınmadığını, «Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xxxx 2008-ci il 776 №-li Fərmanının 2-ci və həmin Fərmanla təsdiq edilmiş «Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı»nın 4-cü bəndində yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri və nümayəndələrinin müavinlərinə haki miyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın təyin edildiyini, eyni zamanda iddiaçının pensiyasında hər il dövlət qulluqçuları məzuniyyətə çıxarkən, onlara bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinətin də nəzərə alınmadığını, məzuniyyətə çıxarkən iddiaçıya bir aylıq müavinətlərin ödənildiyini, cavabdeh orqanın imtinasının qanunvericiliyin qeyd olunan tələblərinə zidd olduğunu, beləliklə, iddiaçının (iddia tələbinin mükafatlara dair hissəsi istisna olmaqla) dövlət qulluğunda vəzifə səlahiyyətlərinin icrasına görə 15 faiz əlavə, məzuniyyətə çıxarkən 1 aylıq müavinət və qulluq stajının 5 ildən artıq olması ilə əlaqədar 10% əlavə haqq nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması hissəsində iddianın təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun sübuta yetirildiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2019-cu il tarixli, 2-1(103)1097/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respub likası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1097/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2622/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2622/2019
23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver