Məhkəmə qərarları › İş №2-1(102)-2622/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2622/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2622/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi; məhkəmə sənədinin elektron üsulla çatdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 2-1(103)-1891/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 29500,0 manat pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi vəzifəsinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9546/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarı ilə iddi a təmin edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli 2-1(103)-1891/2023 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9546/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2023-cü il tarixli 2-1(103)1891/2023 saylı məktubla cavabdehə müraciət edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1891/2023 saylı inzibati işi üzrə qəbul edilmiş 23 may 2023cü il tarixli qərarından verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən müəyyən olundu ki, tərəfinizdən verilmiş kassasiya şikayəti prosessual müddət ötürülməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair müvafiq ərizə şikayətə əlavə edilməmişdir. Belə ki, iş materiallarında olan məhkəmə sənədinin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1891/2023 saylı 23 may 2023-cü il tarixli qərarı 06 iyun 2023-cü il tarixdə elektron sistemə yerləşdirilmişdir. İnzibati Prosessual Məcəllənin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadı nın təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərilməsi ilə bağlı İPM-in 95.2-ci maddəsinə əsasən Sizə hüquqi yardım göstərilərək yuxarıda qeyd olunan nöqsanın aradan qaldırılması təklif olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

7. Cavabdeh buraxılmış prosessual müddətin bərpası, şikayətin mümkün hesab edilməsi barədə vəsatət vermişdir.

8. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin mövqeyinə görə “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunduğu üçün Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsi əsas göt ürülmüş və məhkəmə qərarı cavabdehin elektron kabinetində yerləşdirilməklə sonuncuya rəsmi qaydada verilmiş hesab olunmuşdur. Belə olan təqdirdə, istər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya instansiyası məhkəməsi tərəfindən digər məhkəmə sənədləri də tərəflərə elektron kabinet vasitəsi ilə təqdim edilməli, habelə tərəflərdən müvafiq sənədlər bu üsulla tələb olunmalı idi. Halbuki, cavabdeh tərəfindən hazırlanmış apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə deyil, əlbəəl qaydada məhkəməyə təqdim edilmiş, eləcə də iddia ərizəsi və məhkəmə bildirişləri də poçt vasitəsi ilə cavabdehə göndərilmişdir.

9. Hətta xüsusi olaraq vurğulanmalıdır ki, Bakı Apellyasiya Məhkəməsi özü belə, xx.xx.2023-cü il tarixli 2-1(103)-1891/2023 nömrəli məhkəmə bildirişini poçt vasitəsi ilə cavabdeh vergi orqanına göndərmişdir (poçt qəbzi əlavə edilir). Belə olan təqdirdə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə qərarının poçt vasitəsi ilə göndərilməsinin istisna olunması, qərarın yalnız elektron kabinet vasitəsi ilə təqdim edilməli olduğu qənaətinə gəlməsi və qanunvericiliklə müəyyən edilmiş müddətin axımının elektron kabinet vasitəsi ilə təqdim edilmə anından hesablanması anlaşılan deyil.

10. Cavabdeh şikayətin mümkün sayılmasını xahiş etmişdir. Buraxılmış prosessual müddətin bərpasına dair cavabdehin ərizəsinə qarşı iddiaçının etirazının dəlilləri

11. Etirazda qeyd edilir ki, cavabdehin təqdim etdiyi "Buraxılmış prosessual müddətin bərpasına dair" ərizəsi məhkəmənin ünvanladığı məktuba cavab olaraq formal şəkildə hazırlanaraq təqdim olunmuşdur. Nəzər yetirilsə görərik ki, ca vabdeh həmin ərizənin başlığında müddəti buraxdığını qeyd edir, lakin mətndə bununla əlaqədar hər hansı üzrlü sayılacaq halı göstərmək əvəzinə, qanunvericilikdən normaları sadalamaqla apellyasiya məhkəməsinin mövqeyinin yanlış olduğunu izah etməyə çalışır. Sonda isə, buraxılmış müddətin üzrlü hesab olunmasını xahiş etmək yerinə, yalnız şikayətin kassasiya instansiyasına göndərilməsini xahiş edir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. Maddə 9-1.2. Məhkəmə və proses iştirak çıları tərəfindən məhkəmə aktlarının, ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzər də tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

13. Mülki Prosessual Məcəllə (MPM): Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.... Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sistem inin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYANİN MÜMKÜNLÜYÜ

14. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

15. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 9-1.1-ci maddəsi imperativ xarakter daşımamaqla “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçıya (ərizəçiyə) seçim imkanı verir.

16. İPM-in 9-1.3-cü maddəsi isə imperativ olaraq müəyyən edir ki, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda, həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

17. Beləliklə, əgər iddia (ərizə) “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəməyə, - iddiaçının (ərizəçinin) seçiminə əsasən, - elektron icraat qaydasında verilibsə, bu halda, inzibati icraat elektron məhkəmə icraatı qaydalarının tələblərinə uyğun olaraq aparılmalı, məhkəmə sənədləri də işdə iştirak edən şəxslərə həmin tələblərə uyğun (elektron üsulla) çatdırılmalıdır. 18. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu, lakin iddianın (ərizənin) elektron qaydada deyil, iddiaçının (ərizəçinin) seçiminə əs asən ümumi prosessual qaydada verildiyi, buradan, icraatın da ümumi prosessual qaydada aparıldığı hallarda, məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə elektron üsulla çatdırılmasının imperativliyi aradan qalxmış olur.

19. Məhkəmə kollegiyası nəzərə alır ki: 1) İPM-in 9-1-ci maddəsi Məcəlləyə hazırkı iddia verildikdən sonra əlavə edilmişdir; 2) hazırkı iddia ümumi icraat qaydalarına uyğun olaraq kağız daşıyıcıda verilmiş, icraat da aşağı instansiya məhkəmələrində ümumi icraat qaydalarına uyğun aparılmışdır. Hərçənd, yuxarıda qeyd olunduğu kimi, İPM-in 9-1.1-ci maddəsi imperativ xarakter daşımamaqla “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçıya (ərizəçiyə) seçim imkanı verir və həmin normanın qüvvəyə mindiyi vaxtdan sonra da o, iddianı (ərizəni) həmin məhkəməyə kağız daşıyıcıda da təqdim edə bilərdi.

20. Bununla yanaşı, iddianın (ərizənin) kağız daşıyıcıda verilməsi və icraatın ümumi prosessual qaydada aparılması “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəməni məhkəmə sənədlərini işdə iştirak edən şəxslərə elektron üsulla çatdırmaq imkanından (hüququndan) məhrum etmir. Yetər ki, məhkəmə sənədinin göndərildiyi işdə iştirak şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş, həmin sistemdə “elektron kabinet” yaratmış olsunlar. Belə olan halda, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Bu halda, məhkəmə sənədi rəsmi qaydada verilm iş hesab edilir (MPM-in 135.5, 135.6-cı maddələri). Buradan, həmin sənədlərin “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılmasına dair tələb də istisna edilir (MPM-in 135.1-ci maddəsi).

21. İşdən göründüyü kimi, cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş, həmin sistemdə “elektron kabinet” yaratmışdır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu Bakı Apellyasiya Məhkəməsi də mübahisələndirilən məhkəmə qərarını cavabdehin “elektron kabinet”də 06 iyun 2023cü il tarixdə yerləşdirmişdir. Həmin qərardan kassasiya şikayəti 27 iyul 2023-cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün İPM-in 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra məhkəməyə təqd im olunmuşdur.

22. Beləliklə, prosessual müddət ötürülmüşdür. 23. 06 iyun 2023-cü il tarixdən başlayaraq cavabdehin sərəncamında 1 ay sərbəst müddət olmuşdur. Həmin müddətdən istifadə etmək imkanını mümkünsüz edən və cavabdehin iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.

24. Beləliklə, prosessual müddətin buraxılmasında cavabdeh təqsirsiz olmamışdır.

25. Cavabdehin ərizədə göstərdiyi dəlillər və istinadlar şikayətin mümkünlüyünə dair prosessual müddətlə bağlı şərtləri təmin etmir.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 2-1(103)-1891/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulun

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar