Məhkəmə qərarları › İş №2-1(102)-2623/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2623/2019

06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2623/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2623/19 Bakı şəhəri 06 noyabr 2019-cu il Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, iddianın mümkünlük şərtinin cavabdehə müraciətlə bağlı yoxlanılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili XXXun, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin vəkili Vəkil, üçüncü şəxs XXX bağçılıq yoldaşlığının nümayəndəsi XXXin iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Zəfər Abdulov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2019-cu il tarixli, 2-1(103)-737/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bak ı şəhər Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, XXX XXX bağ sahəsindəki 0,05 hektar (500 kv.m) torpaq sahəsində yerləşən 98 saylı bağın plan və ölçü tərtib edilməklə mülkiyyət hüquqılarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın 3 saylı, 10 mart 1989-cu il tarixli protokolundan “Çıxarış”a əsasən, onun adına XXX bağ sahəsində 500 kv.m-dən ibarət 98 saylı torpaq sahəsinin ayrılması və ona bağçılıq yoldaşlığı üzvlük vəsiqəsinin verilməsi qərara alınmış, 10 sentyabr 1989-cu il tarixdə ona bağçılıq yoldaşlığı üzvlük kitabçası verilmişdir. İddiaçı onun istifadəsində olan torpaq sahəsində yerləşən bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə onun adına dövlət reyestrindən “Çıxarış”ın verilməsinə dair cavabdehə müraciət etmiş, cavabdeh isə onun müraciətinə cavab verməmişdir. Cavabdeh təqdim etdiyi etirazında bildirmişdir ki, mütəxəssis tərəfindən mübahisəli bağ sahəsinə baxış keçirilən zaman, iddiaçının iddia etdiyi sahənin başqa bir bağ sahəsi ilə birlikdə digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasara alınmaqla ümumi sahənin daxilində yerləşdiyi aşkar olunmuş, bağ sahəsinə giriş mümkün olmadığından daxili baxış keçirilməmiş, habelə hüquqmüəyyənedici sənədlər əlavə edilmədiyindən bağ sahəsinin yerini dəqiqləşdirmək mümkün olmamışdır. Cavabdeh həmçinin qeyd etmişdir ki, iddia tərəfindən cavabdehə hər hansı müraciətin edilməsi aşkar edilməmişdir ki, bu da iddiaçının öhdəliklərin icrasına dair iddiasının inzibati prosessual qanunvericiliyin tələbləri baxımından mümkünlük şərtlərinə cavab vermədiyini göstərir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 fevral 2018-ci il tarixli, 2-1(82)298/2018 saylı qərarı ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddia tələbi öhəliyin icrasına dair iddialara aid olsa da, cavabdehin imtinası onun, ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olmuşdur. Məhkəmə cavabdehin hərəkətsizliyini inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizlik kimi qiy mətləndirməklə cavabdeh tərəfindən inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərinin mövcudluğunun sübut edilməsinin cavabdehin üzərinə düşməsi qənaətinə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının istifadəsində olan bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin onun arxivində aşkar olunmadığını bildirsə də, qanunsuzluğuna və etibarsızlığına dair heç bir sübut olmayan, iddiaçıda mövcud olan sənədlərin cavabdehin arxivində olmaması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 avqust 2018-ci il tarixli, 2-1(103)-1288/2018 saylı qərarı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Ülvi Mayılov və Vidadi Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2-1(102)-238/2019 saylı qərarı ilə (sədrlik edən Xəqani Məmmədov, hakimlər Rahib Nəbizadə və Azər Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, apellyasiya məhkəməsi mübahisəli bağ sahəsinin iddiaçıya bağlılığını göstərən heç bir hüquq müəyyənedici sənədin təqdim olunmadığını qeyd etmiş, lakin iddiaçı tərəfindən həmin bağ sahəsinə dair təqdim olunan sənədlərin hansı səbəbdən hüquq müəyyənedici sənəd kimi qəbul edilməməsini əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə üzrə həlledici məsələ mübahisəli bağ sahəsinin iddiaçının istifadəsinə ayrılıb-ayrılmadığı ilə bağlı olduğundan və bununla əlaqədar iş materiallarında ziddiyyətli sənədlər mövcud olduğundan məhkəmə həmin halı dəqiq müəyyən etməli idi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 fevral 2018-ci il tarixli şifahi qərardadı ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) XXX bağçılıq yoldaşlığı işə üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Apell yasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2019-cu il tarixli, 2-1(103)-737/2019 saylı qərarı ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehə müraciət etməsi, habelə mübahisəli bağ sahəsinin iddiaçının adına qeydə alınması üçün qanunvericiliklə nəzərdə tutulan bütün sənədlərin mövcudluğu iş materialları ilə öz təsdiqini tapmışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1, 24.3-24.4, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9, “Daşınmaz əmlakın dövlət reyestri haq qında” Azərbaycan Respublikası Qanunun 8.0.7, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1, 96.11-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv olunması və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh kassasiya şikayətində etirazda qeyd olunmuş imtinanın əsaslarını təkrarlayaraq bildirmişdir ki, qeyd edilmiş ünvanda keçirilmiş yoxlama-ölçü işləri zamanı müəyyən edilmişdir ki, iddia edilən bağ sahəsi başqa bir bağ sahəsi ilə birlikdə digər fiziki şəxs tərəfindən mişar ilə hasara alınmış ümumi ərazinin daxilində yerləşir, bağ sahəs inə giriş mümkün olmadığından daxili baxış keçirilməmiş və hüquqmüəyyənedici sənədlər əlavə edilmədiyindən, bağ sahəsinin yerini dəqiqləşdirmək mümkün olmamışdır. Digər əsas kimi bildirilmişdir ki, məhkəmənin iddiaçı tərəfindən cavabdehə müraciət olunduğuna dair istinad etdiyi ştrix kodu SS421819763AZ olan qəbz barədə “Azərpoçt” elektron izləmə portalında hər hansı məlumat aşkar edilməmiş, habelə müraciətin poçt orqanları tərəfindən cavabdehə təqdim olunmasını təsdiq edən poçt xəbərnaməsi iş materiallarında mövcud olmamışdır. Məhkəmə iddiaçı tərəfindən cavabdehə həqiqətən müraciət olunmasının müəyyənləşdirilməsi məqsədilə “Azəzrpoçtun” müvafiq filialına sorğu göndərməli olduğu halda, bunu etməmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respubli kası Torpaq Məcəlləsinin 55, 67, 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2, 8, 9, 10.1, 11.1, 12.1-ci maddələsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3cü maddəsinə v ə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən, XXX bağçılıq yoldayşlığı işə üçüncü şəxs qismində cəlb edilmiş və onun adından Azərbaycan Respublikası Dövlət Neft və Sənaye Universitetinin HİK sədri tərəfindən verilmiş etibarnamə əsasında məhkəmənin 11 aprel 2019-cu il tarixli iclasında iştirak edən X2 (HİK-in üzvü) “Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının bağçılıq yoldaşlığı (BY) üzvlərinin XXX bağçılıq sahəsi üzrə Siyahısını məhkəməyə təqdim edərək bildirmişdir ki, hal-hazırda XX X bağçılıq yoldaşlığının faktiki olaraq sədri yoxdur. X1 və Sənaye Universitetin Həmkarlar İttifaqı Komitəsində saxlanılır. Həmin Siyahının təsdiq olunmuş bir surətini məhkəməyə gətirmişdir. İddiaçı həmin Siyahıda 98-cidir. O, bağçılığa üzvlüyə 1989-cu ildə qəbul olunmuş və XXX bağçılıq-yoldaşlığına Sabunçu rayonu, Nardaran qəsəbəsindən qərbdə, Ləiş bağ massivində ayrılan torpaqlarda, onun da istifadəsinə 500 kv.m torpaq sahəsi verilmişdir. Sonradan müraciətinə əsasən ona üzvlük kitabçasının dublikatı, eyni zamanda, torpaq sahəsinin cizgisi verilmişdir. Ona verilən vaxtdan bağ sahəsindən iddiaçı faktiki olaraq istifadə edir. İddiaçı mübahisəli torpaq sahəsinin adına qeydə alınıb, çıxarış verilməsinə dair ərizə ilə yazılı şəkildə poçt rabitəsi vasitəsilə (poçt qəbzinin halloqram kodu: SS4 21819763AZ, dairəvi möhürün rekvizitləri: «Azərbaycan AZ 1123, 06.09.2017 Bakı») cavabdehə göndərmişdir. İddiaçının cavabdehə ünvanlvanmış ərizəsinin “Qoşma:” hissəsindən görünür ki, həmin ərizəyə onun şəxsiyyət vsəiqəsi, Bakı şəhəri XDS-İK –nin 21 iyul 1989-cu il tarixli qərarı barədə arxiv arayışı, Neft və Kimya İnstitutunun rektorluğunun HİK-nin 3 saylı 10 mart 1989-cu il tarixli protokolundan çıxarış, torpaq sahəsinin cizgisi(eskizi), üzvülük kitabçası (surətləri) ərizəsinə əlavə edilmişdir. Keçmiş Bakı şəhəri XDS İK-nin 21 iyul 1989-cu il tarixli 6/255 saylı qərarının Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından verilmiş arxiv çıxarışına əsasən, Azərbaycan Neft və Kimya İnstitutunun 150 nəfər bağçılıq yoldaşlığına Nardaran qəsəbəsindən şimal-qərbdə yerləşən (Ləiş) bağ mas ivində torpaq sahəsi ayrılmışdır. Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasının 3 saylı, 109 sentyabr 1989-cu il tarixli protokolundan çıxarışa (dublikatına), habelə, XXX bağçılıq yoldaşlığının iddiaçıya verdiyi üzvülük kitabçasına (dublikatına) əsasən XXX bağçılığıq sahəsində 98 saylı torpaq sahəsi (500 kv.m) iddiaçının adına hesab olunması və ona bağçılıq yoldaşlığının (BY) üzvlük vəsiqəsi verlməsi qərara alınmışdır. Həmin torpaq sahəsinin işdə olan cizgisinə, eləcə də, bütövlükdə bağçılıq yoldaşlığının sxematik planına əsasən müəyyən olunur ki, iddiaçıya Ləiş bağ massivində ayrılan 98 saylı bağ sahəsi 500 kv.m olmaqla, şimal tərəfdən 99 saylı, cənubdan 97 saylı qərbdən isə 70 saylı torpaq sahələri ilə əhatə olunur. “Azərbay can Dövlət Neft Akademiyası” əməkdaşlarınnın Bağçılıq Yoldaşlığı üzvlərinin XXX bağçılıq sahəsi üzrə Akademiyanın Rektorluğu, Həmkarlar İttifaqı Komitəsi və bağçılıq yoldaşlığı tərəfindən birgə təsdiq olunmuş “Siyahısı”ndan görünür ki, iddiaçının adı Siyahıda 98-ci sırada 98 saylı bağ sahəsinə təsbit olunmuşdur. İddiaçının məhkəməyə təqdim olunmuş əmək kitabçasının surətindən də görünür ki, 06 yanvar 1972-ci il tarixdən 30 may 2016-cı il tarixədək Neft və Kimya Akademiyasında çalışmış, bundan sonra da müqavilə əsasında əmək fəaliyyətini davam etdirmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş, lakin onun mümkünlüyünü inzibati orqana müraciət edilməməsi əsası ilə cavabdeh mübahisələndirmişdir. Apellyasiya məhkəməsi cavabdehin dəlilinə münasibətdə hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin adına qeydə alınıb, çıxarış verilməsinə dair ərizə ilə yazılı şəkildə poçt rabitəsi vasitəsilə cavabdehə göndərmiş və qanunun tələbləri baxımından iddiaçının cavabdehə müraciətinin mövcudluğu öz təsdiqini tapır. Bu mövqeyi mübahisələndirən cavabdeh bildirmişdir ki, iddiaçının müraciət etdiyinə dair “Azərpoçt” elektron izləmə portalında hər hansı məlumat aşkar edilməmiş, habelə müraciətin poçt orqanları tərəfindən cavabdehə təqdim olunmasını təsdiq edən poçt xəbərnaməsi iş materiallarında mövcud olmamışdır. Məhkəmə iddiaçı tərəfindən cavabdehə həqiqətən müraciət olunmasının müəyyənləşdirilməsi məqsədilə “Azəzrpoçtun” müvafiq filialına sorğu göndərməli olduğu halda, bunu etməmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələbləri onu ehtiva edir ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddiaçının cavabdehə aşağıdakılardan ibarətdir. müraciət edilməsi ilə bağlı qanunvericiliyin təl əbləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir; - 3.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra mətndə Qanun): - 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qayd ada aparılır: 9.1.1. bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; - 10.1-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır; - 10.4-cü madəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə 1 nömrəli əlavə kimi təsdiq edil miş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur” Qaydalarının: - 2.1-cı bəndinə əsasən, bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş hüquqi hərəkətlərin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərin, dövlət və yerli özünüidarə orqanlarının (bundan sonra — ərizəçi) ərizələri və onlara əlavə edilmiş sənədlər elektron və kağız formalarda ərazi idarələrinin sənədlərin qəbulu və verilməsi şöbələrinin və xidmət bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilir. Xidmət bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilən sənədlər həmin gün ərazi idarələrinə göndərilir. - 2.2-ci bəndinə əsasən, (...) ərizəçiyə onun soyadını, adını və atasının adını (hüquqi şəxsin adı) ərizənin qeydiyyat nömrəsini, qeydiyyat və son icra tarixlərini, ərizəyə əlavə olunan sənədlərin siyahısını özündə əks etdirən və ərizəni qəbul edən ərazi idarəsinin sənədlərin qəbulu və verilməsi şöbəsinin və ya xidmət bölməsinin məsul şəxsi tərəfindən imzalanan təsdiqetmə bildirişi verilir; - 2.3-ci bəndinə əsasən, müraciət elektron formada daxil olduqda çap edilir və bu Qaydaların 2.2-ci bəndində göstərilən prosedurdan sonra müvafiq elektron təsdiqetmə bildirişi ərizəçiyə elektron formada göndərilir. - 6.1-ci bəndinə əsasən, bu bildiriş və sənədlərin əsli ərizəçiyə müraciətin daxilolma formasından asılı olaraq bilavasitə və ya poçtla göndərilir, sənədlər elektron qaydada təqdim edildikdə isə yalnız bildirişin göndərilməsi üçün sənədlərin qəbulu və verilməsi şöbəsinə verilir. Göstərilmiş normativ-hüquqi aktlarda sadalanmış müddəal arın əlaqəli təhlili o nəticəni yaradır ki, cavabdehə müraciət edilmənin üç qaydası müəyyən edilmişdir: bilavasitə, poct göndərişi ilə və elektron qaydada təqdim edilmə vasitəsilə. Ərizəçinin müraciətin daxilolma formasından asılı olaraq sənədlərin qəbulu barədə müvafiq bildiriş ya kağız üzərində yazılmış qaydada, yaxud elektron qaydada verilməlidir. İşin hallarından göründüyü kimi, iddiaçı müvafiq sənədləri poşt vasitəsilə cavabdehin ünvanına göndərmiş və bunun sübutu olaraq müvafiq poçt qəbzini məhkəməyə təqdim etdiyi sənədlərə əlavə etmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanmış qanunvericiliyin tələblərinə əsaslanmaqla qeyd edir ki, apellaysiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının cavabdehə müraciətinin mövcudluğu öz təsdiqini tapdığından, cavabdehin bildirdiyi əsas ın əlavə olaraq yoxlanılması üçün zəruriyyət olmamışdır. Belə ki, cavabdehin bildirdiyi kimi, poçt orqanları tərəfindən cavabdehə təqdim olunmasını təsdiq edən poçt xəbərnaməsinin iş materiallarında mövcud olmaması iddianın mümkünlük şərtini istisna edən hal kimi qiymətləndirilməsi üçün hüquqi əsas kimi qəbul oluna bilməz. Çünki yuxarıda göstərilmiş müddəalarda cavabdehin istinad etdiyi kimi imperativ xarakter daşıyan belə bir norma nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərti ödənildiyindən onun mahyyəti üzrə baxılması prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçının bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı tələbə münasibətdə apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər q anunvericiliklə onun mülkiyyətinin qeydə alınması üçün yetərli olduğundan və onların mötəbərliyi şübhə doğurmadığından, onlarda təsbit olunan məlumatların həqiqiliyi qəbul edilməlidir. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, qeyd edilmiş ünvanda keçirilmiş yoxlama-ölçü işləri zamanı müəyyən edilmişdir ki, iddia edilən bağ sahəsi başqa bir bağ sahəsi ilə birlikdə digər fiziki şəxs tərəfindən mişar ilə hasara alınmış ümumi ərazinin daxilində yerləşir, bağ sahəsinə giriş mümkün olmadığından daxili baxış keçirilməmiş və hüquqmüəyyənedici sənədlər əlavə edilmədiyindən, bağ sahəsinin yerini dəqiqləşdirmək mümkün olmamışdır. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. İstinad edilən Qanununun: - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hü quqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Müddəanın tələbindən göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci tarixli sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Beləliklə, istifadəsində olan torpaq sahəsinə dair iddiaçının ilkin sənədlərinin, o cümlədən həmin bağ sahəsinin ona verilməsi zamanı tərtib edilmiş sənədlərin üzləşdirilməsi məqsədilə məhz cavabdeh onda saxlanılan arxiv sənədləri üzrə yoxlama aparmalıdır. İddiaçının iddialı olduğu torpaq sahəsi XXX bağçılıq yoldaşlığına 1989-cu ildə ayrıldığı nəzərə alınaraq, həmin dövrə münasibətdə qüvvədə olmuş qanunvericiliyin tələbləri aşağıdakıları nəzərdə tutmuşdur. 7 iyul 1970-ci il tarixdə qəbul edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinə əsasən, torpaq sahələrinin ayrılması və rəsmiləşdirilməsi qaydası aşağıdakı kimi müəyyən edilmişdir: - 13-cü maddədə torpaq sahələrinin ayrılma qaydasında istifadəyə verilməsi, torpaq sahələrinin istifadəyə verilməsinin Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı və ya müvafiq xalq deputatları Sovetinin İcrayyə Komitəsinin qərarı əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur; - 23-cü maddəyə əsasən, torpaq sahəsinin ayrılması torpaq sahəsinin sərhədlərinin n aturada (yerində) müəyyən edilməsi, digər sahələrdən mərzlərlə və digər fərqləndirici nişanlarla özündə cəmləşdirir; - 24-cü maddəsinin mənasına görə, torpaq istifadəçilərin torpaqdan daimi istifadə hüququ torpağa istifadə hüququna dair dövlət aktı ilə, torpağa müddətli istifadə hüququ Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şəhadətnamə forması ilə təsdiq edilirlər; - 97-ci maddəsinin mənasına görə, hər bir üzvünə 600 kv.m qədər ölçüdə olan torpaq sahələri kollektiv bağçılıq üçün idarə, müəssisə və təşkilatlara verilə bilər. Kollektiv bağçılıq üçün torpaqlar Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında dövlət ehtiyatından, kollektiv bostançılıq üçün torpaqlar isə şəhər xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, şəhərlərin yaxın illərdə tikinti işləri üçün və ya başqa ehtiyaclar üçün ayrılmamış boş torpaqlarından və qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan qaydada ayrılmış dövlət ehtiyatı torpaqlarından istifadəyə verilir. Bağçılıq cəmiyyətinin üzvlərinə münasibətdə isə həmin dövrdə Azərbaycan SSR Nazirlər Sovetinin və AHİŞ-in «Fəhlə və qulluqçuların bağçılıq yoldaşlığının vahid Nizamnaməsində dəyişikliklər və əlavələr edilməsi və kollektiv dirrikçiliyin təşkili qaydaları haqqında Əsasnamənin təsdiqi haqqında» 1985-ci il 12 aprel tarixli, 122 nömrəli qərarı qüvvədə olmuşdur. Vahid Nizamnaməyə əsasən isə, bağçılıq yoldaşlığının üzvlüyünə qəbul olunma, üzvlük haqları və üzvlük kitabçaların verilməsi, bağçılıq yoldaşlığının üzvünün hüquq və vəzifələri və digər məsələlər tənzimlənmişdir. Eyni zamanda, hər bir bağçılıq yoldaşlığı özünün fərdi Nizamnaməsini qəbul etməli, təsdiq etməli və ona əsasən fəaliyyət göstərməli idi. Maddələrin tələblərinə görə, kollektiv bağçılıq-bostançılıq üçün torpaqlar ayrılarkən torpaq sahəsinin sərhədləri naturada (yerində) müəyyən edilməli, torpağdan istifadə hüququ dövlət aktı forması ilə təsdiq edilməli və yalnız müəyyən edilmiş ölçülərdə və məqsədlə istifadə olunmalıdır. Bağçılıq yoldaşlığının üzvlüyünə qəbul olunma və və hər bir üzvünə torpaq sahəsinin ayrılması müvafiq qaydada rəsmiləşdirilməlidir. Məhkəmənin apardığı araşdırma ilə iddiaçıya torpaq sahəsinin ayrılması zamanı bu tələblərə riayət olunması müəyyən edilmişdir. İşin hallarından göründüyü kimi, Bakı şəhəri XDS İK-nin 21 iyul 1989-cu il tarixli qərarı ilə Azə rbaycan Neft və Kimya İnstitutunun 150 nəfər bağçılıq yoldaşlığına Nardaran qəsəbəsindən şimal-qərbdə yerləşən (Ləiş) bağ masivində torpaq sahəsi ayrılmış, iddiaçı bağçılıq yoldayşlığı üzvlüyünə 1989-cu ildə qəbul olunmuş və ona üzvülük kitabçası verilmişdir. Qeyd edilmiş sənədlərin mötəbərliyini və cavabdehdə saxlanılan sənədlərlə qeyriuyğunsuzluğunun təşkil edilməsini cavabdeh mübahisləndirməmiş və məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması yuxarıda istinad edilmiş Qanunun 8.0.7-cı maddəsində nəzərdə tutulmuş əsaslar üzrə aparılması barədə apellyasiya məhkəməsinin nəticəsi qanunamüvafiqdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 sa ylı Bakı Ərazi İdarəsinin rəisi Zəfər Abdulov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2019-cu il tarixli, 2-1(103)-737/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar