Məhkəmə qərarları › İş №2-1(102)-2623/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2623/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2623/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 2023-cü il 22 iyun tarixli, 2-1(103)1212/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə müraciət etmiş, lakin cavabdeh onun müraciətini təmin etməmişdir.

2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: Bildiririk ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtlər haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr t arixli qərarının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyuş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə ə laqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizamı hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma travma kontuziyal alma haqqında arayışlar yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı subut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut ed ən başqa sənədlər əsasında vətəndaşlara müharibə veteranı adı verilir. Bildiririk ki, döyüş əməliyyatlarında iştirakınızı subut edən sənədlər olduğu təqdirdə Sizə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər.

3. Dəmir yolu nəqliyyatında ilk yardım bölməsinin yaradılması barədə Azərbaycan Respublikası Dəmir yolu rəisinin xx.xx.1992-ci il tarixli 106/H saylı əmrinin və Azərbaycan Dəmir Yolu X8 tibbi-sanitar xidmətinin rəisinin xx.xx.1992-ci il tarixli 15/HBC saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, dəmir yolu nəqliyyatında ilk tibbi yardım dəstələri yaradılmış, həmin dəstələrin texniki, tibbi, ərzaq, tibbi sanitar heyətinin komplektləşdirilməsinə başlanılmışdır.

4. Azərbaycan Dəmiryolu Bakı stansiyası 26 Bakı Komissarı adına Xəstəxanasının “İlk yardım b ölməsinin təşkili və yerləşdirilməsi barədə” xx.xx.1992-ci il tarixli, 68 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1992-ci il tarixli, 106/H saylı və xx.xx.1992-ci il tarixli 15/HBC saylı əmrlərinin tələblərinə uyğun olaraq xx.xx.1992-ci il tarixdə döyüş bölgələrində yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərilməsi üçün 26 nəfərdən ibarət tibbi işçisi ezam edilmişdir (24-cü sırada İddiaçı adı qeyd edilmişdir).

5. Ağdam rayonu döyüş zonasında xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək olmuş, yaralı hərbi qulluqçulara ilk tibbi yardımın göstərilməsi üzrə sanitar qatarın şəxsi heyətinin Ağdam rayon komendantı polkovnik R.Məmmədov tərəfindən xx.xx.1992-ci ildə təsdiq edilmiş siyahısında tibbi bacısı İddiaçı adı qeyd edilmişdir.

6. Azərbaycan Dəmiryolu Bakı stansiyası Xəstəxanasının 118 nömrəli xx.xx.1992-ci il tarixli əmrinin təsdiq edilmiş surətindən (xx.xx.1992-ci il tarixli, 106/H saylı və xx.xx.1992-ci il tarixli 15/HBC saylı əmrlərinin tələblərinə uyğun olaraq) görünür ki (İş materiallarında olan "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba əlavə edilmişdir), döyüş bölgəsində yaralı hərbi qulluqçulara ilk tibbi yardımın göstərilməsi üçün ezam olunmuş bir neçə şəxsə, o cümlədən tibb bacısı Hacıyeva Svetlanaya ezamiyyət pulunun verilməsi qeyd edilmişdir.

7. X6 və X4 xx.xx.2002-ci il tarixdə nikahlarını bağlamışlar və nikah bağlandıqdan sonra arvada Mustafayeva soyadı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları A) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçının ərizəsinə əsasən cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Dəmir yolu nəqliyyatında ilk yardım bölməsinin yaradılması barədə xx.xx.1992-ci il tarixli Azərbaycan Respublikası Dəmir yolu rəhbərliyinin əmrinə müvafiq olaraq, o cümlədən Azərbaycan Dəmir Yolu X8 tibbi və sanitariya xidmətinin rəisinin xx.xx.1992-ci il tarixli əmrinə müvafiq olaraq, Azərbaycan Respublikası Dəmiryolu 26 Bakı Komissarı adına olan Xəstəxana rəhbərliyinin “İlk ya rdım bölməsinin təşkili və yerləşdirilməsi barədə” xx.xx.1992-ci il tarixli əmrə əsasən xx.xx.1992-ci il tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüş bölgələrində yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərilməsi üçün 26 nəfərdən ibarət dəstə yaranmış və Ağdam rayonuna cəbhəyanı bölgəyə göndərilmişdir. Ezam olunmuş şəxslər içərisində iddiaçı OPM-nin tibb bacısı vəzifəsində göndərilmişdir və vəzifə borcunu ləyaqətlə yerinə yetirmişdir. Azərbaycan Dəmir Yolunun hərbi tibbi-sanitar qatarı formalaşdırılaraq Ağdam rayonuna cəbhəyanı bölgəyə göndərilmişdir. Həmin hərbi tibbi-sanitar qatarın rəisi Abbasov Yadulla, qatarın rəis müavini X11, iddiaçı isə tibb bacısı kimi təyin edilmişdir. Ondan başqa həmin hərbi qatarda 10 nəfər əməkdaş ça lışırdı və onların hər biri müharibə gedən bölgədə döyüşlər getdiyi zaman orada olmalarını təsdiq edə bilər. Azərbaycan Respublikası Dəmir Yolları Bakı stansiyası Xəstəxanası üzrə verilmiş xx.xx.1992-ci il tarixli əmrə əsasən xx.xx.1992-ci il tarixdən iddiaçı bir qrup tibb əməkdaşı tərkibində səkkizinci partiya ilə cəbhəyanı bölgəyə ezamiyyətə göndərilmişdir. Cəbhəyanı bölgədə qaldıqları və 19 gün ərzində hərbiçilərə tibbi yardım göstərdiklərinə görə onlara 19 günlük ezamiyyət pulu verilmişdir. Bundan başqa, o, arxivdən aldığı xx.xx.1992-ci il tarixli Azərbaycan Respublikası Dəmir yolu rəhbərliyinin əmri, Azərbaycan Oktyabr İnqilabı X15 tibbi və sanitariya xidmətinin rəisinin xx.xx.1992-ci il tarixli əmri və Azərbaycan Respublikası Dəmiryolu 26 Bakı Komissarı adına olan Xəstəxana rəhbərdiy inin xx.xx.1992-ci il tarixli əmri Azərbaycan Dəmir Yolunun hərbi tibbi-sanitar qatarın həqiqətən formalaşdığını, Ağdam rayonuna cəbhəyanı bölgəyə göndərilməsini və onun həqiqətən də həmin tibbi-yardım hərbi dəstənin tərkibində hərbi tibbi xidmət keçməsini təsdiq edir. xx.xx.1992 tarixdən xx.xx.1992-ci tarixə qədər Ağdam rayonunda yerləşən cəbhə bölgəsində təcili yardım hərbi tibb qatarın olmasını və zərər çəkənlərə və yaralanan əsgərlərə ilk tibbi yardım göstərməsi Ağdam rayonunun komendantı polkovnik P.Məmmədov tərəfindən 1992-ci il 20 oktyabr tarixində təsdiqlənmiş hərbi qatarın heyətinin siyahısı sübuta yetirir. Dörd ay ərzində onların cəbhə bölgəsində xidmət etmələrini komendant tərəfindən təsdiq edilmiş siyahı sübuta yetirir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət edərək həmi n xx.xx.1992-ci il tarixli siyahı alınmışdır. Arxivlərdən toplanmış sənədləri aldıqdan sonra o, 2019-cu ilin yay aylarında cavabdehə müraciət etmişdir. Xeyli müddət keçdikdən sonra cavabdeh müraciətinə formal cavab verərək, onun xahişini təmin etməkdən imtina etmiş və döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər olduğu təqdirdə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla biləcəyini bildirmişdir.

11. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmiş və yazılı etirazını onunla əsaslandırmışdır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 se ntyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə istinadən bildirmişdir ki, özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını, həmçinin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz.

12. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 25 noyabr tarixli, 2-1(112)-2017/2020 nömrəli qərarı (hakim-P.Hüseynov) ilə iddiaçının cavabdehə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddiası təmin edilmişdir.

13. Məhkəmə qe yd etmişdir ki, hərbi qulluqçu olmayan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə veteranı adı və vəsiqəsi verilə bilər.

14. Hazırkı işdə də iddiaçının tibbi yardım məqsədi ilə həmin döyüş zonalarına ezam olunduğu iş materialları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı ezamiyyətdə olarkən döyüş zonasına tibbi yardım ilə bağlı xidməti vəzifəsini yerinə yetirmişdir. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırı qları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir.

15. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. B) apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 30 iyun tarixli, 2-1(103)82/2022 saylı qərarı ilə (hakimlər-A.Hüseyn/sədrlik edən, A.Hüseynov və S.Bəktaşi) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2020-ci il 25 noyabr tarixli, 21(112)-2017/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir.

18. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçının döyüş zonalarına qeyd edilən ezamiyyətləri döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmamışdır.

19. Həmin dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının döyüş zonalarına tibbi yardım məqsədi ilə həmin döyüş zonalarına ezam olunduğu iş materialları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı ezamiyyətdə olarkən döyüş zonasına tibbi yardım ilə bağlı xidməti vəzifəsini yerinə yetirmişdir.

20. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, 1992ci ildə onları Ağdama göndəriblər. Qatarda müavin işləmişdi. Xanımlar tibb bacısı kimi 8-ci partiyada əmrlə gəlmişdilər. Svetlana xanım onun y anında işləyirdi. Özü də vəsiqəni məhkəmə qərarı ilə alıb, müraciət edəndə imtina vermişdilər. Svetlana xanım orada cərrahiyyə şöbəsində işləyirdi. 21. xx.xx.1992-ci il tarixli əmrdə 24-cü sırada qeyd olunan “Цветлaна” adının yanlışlıqla, yoxsa düzgün olaraq yazılması, “Цветлaна” adı ilə “Светлaна” adının eyni olub-olmaması barədə məlumatın məhkəməyə təqdim olunması məqsədilə "xxxx" QSC-yə sorğu ünvanlanmış, sorğuya xx.xx.2022-ci il tarixdə cavab daxil olmuşdur. Cavab məktubunda bildirilmişdir ki, xx.xx.1992-ci il tarixli əmrin 24-cü sırasında adı göstərilən Musayeva Svetlana ilə hazırkı İddiaçı eyni şəxs olmaması onunla təsdiq olunur ki, X5 1998-ci il tarixdə vəfat etmişdir. Bununla əlaqədar arxiv arayışı təqdim olunmuşdur. Arxiv arayışından görünür ki, X1-Sanitar Xidməti "xxxx" MMCnin xx.xx.1980-ci il tarixli əmrlə işə qəbul edilmiş, xx.xx.1998-ci il tarixli əmrilə ölümü ilə əlaqədar ştat cədvəlindən çıxarılmışdır.

22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir.

23. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 23 noyabr tarixli, 2-1(102)-1951/2022 saylı qərarı ilə (hakimlər: İ.Hüseynov – sədrlik edən və məruzəç i, K.Bədəlov və N.Rəsulbəyova) kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 30 iyun tarixli, 2-1(103)-82/2022 saylı qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

25. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarında istinad edilən Azərbaycan Dəmir Yolu tibbi və sanitariya xidmətinin rəisinin xx.xx.1992-ci il tarixli əmrinə müvafiq olaraq Azərbaycan Respublikası Dəmir Yolu Xəstəxanasının baş həkimi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli əmrinə əsasən döyüş bölgələrində yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərilməsi üçün 26 nəfərdən ibarət tibb işçilərinin cəbhəyanı bölgəyə göndərilməsi nəzərdə tutuls a da, əmrdəki Siyahıda iddiaçının adı göstərilməmişdir.

26. Bundan əlavə, iş materiallarında olan, Ağdam rayon Komendantı tərəfindən xx.xx.1992-ci il tarixdə təsdiq edilmiş “xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək döyüş bölgələrində yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərmiş şəxslərin Siyahısı”nda da iddiaçının adı göstərilməmişdir. Həmin Siyahıda adı göstərilən “Musayeva Svetlana” ilə 2002-ci ildə X6 adlı şəxslə rəsmi nikaha daxil olduqdan sonra ərinin soyadını (Mustafayeva) götürmüş iddiaçı (qız soyadı Hacıyeva) fərqli şəxslərdir. 27. "xxxx" QSC tərəfindən sorğuya xx.xx.2022-ci il tarixdə verilmiş cavabda da qeyd edilmişdir ki, xx.xx.1992-ci il tarixli əmrin 24-cü sırasında adı göstərilən Musayeva Svetlana ilə hazırkı iddiaçı eyni şəxs olmaması onunla təsdiq olunu r ki, X5 1998-ci il tarixdə vəfat etmişdir.

28. İş materiallarında yalnız Azərbaycan Dəmir Yolu Bakı stansiyası Xəstəxanasının xx.xx.1992ci il tarixli əmrinin surətində döyüş bölgəsində yaralı hərbi qulluqçulara ilk tibbi yardımın göstərilməsi üçün ezam olunan 5 nəfər şəxsə, o cümlədən tibb bacısı Hacıyeva Svetlanaya ezamiyyə pulunun verilməsi və xx.xx.1992-ci il tarixdən ezam olunmaları qeyd edilsə də, -yuxarıda qeyd olunduğu kimi, -Ağdam rayon Komendantı tərəfindən xx.xx.1992-ci il tarixdə təsdiq edilmiş “xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək döyüş bölgələrində yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərmiş şəxslərin Siyahısı”nda Hacıyeva Svetlananın adı göstərilməmişdir.Başqa sözlə, həmin məzmunda əmrin verilməsi şəxsin bilavasitə döyüş əməliyyatları aparan hərbi h issələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğunu və həmin tapşırıqları bilavasitə icra etdiyini özü-özlüyündə təsdiq etmir. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 22 iyun tarixli, 21(103)-1212/2023 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov – sədrlik edən və məruzəçi, R.Səmədov və Ş.Məmmədova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2020-ci il 25 noyabr tarixli, 2-1(112)-2017/2020 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi rədd edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ( bax yuxarı §§ 25-28) ilə razılaşmış, qeyd edilən istiqamətlərdə araşdırma aparmış və qeyd etmişdir ki, iddiaçının döyüş bölgəsində ezamiyyətdə olmasını təsdiq edən mötəbər məlumatlar müəyyən olunmur.

31. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin sonuncu qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri A) Kassasiya şikayətinin dəlilləri

32. Müharibə şəraitində iddiaçı ilə eyni dövrdə eyni ərazidə və eyni dəstədə olmuş hərbi qulluqçu olmayan digər şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilmiş, iddiaçıya isə belə vəsiqə verilməsindən imtina edilir. Bununla da cavabdeh inzibati orqan tərəfindən “bərabərlik hüququ” kobud şəkildə pozulmuşdur. Eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır.

33. Apellyasiya məhkəməsi tərəfindən "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixli sorğu göndərilmişdir."xxxx" QSC-nın 30 noyabr 2021-ci il tarixli, 122227 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.1992-ci il tarixli 118 nömrəli əmrdə adı qeyd edilən Svetlana Hacıyeva ilə Mustayeva Svetlana eyni şəxsdir. Belə ki, “Bakı Dəmir Yolu” Xəstəxanası” MMC-də işləyən X4 2002-ci ildə X6 adlı şəxslə rəsmi nikaha daxil olduqdan sonra ərinin soyadını götürmüşdür.

34. İddiaçı Mustafayeva (Hacıyeva) ilə ezam olan cərrah E.İbrahimovun adı həm 118 nömrəli Dəmiryolu Bakı Stansiyası Xəstəxanasının əmrinin siyahısında, həm də Ağdam rayonun komendantı po lkovnik R.Məmmədov tərəfindən təstiqlənmiş xx.xx.1992-ci il tarixli siyahıda olması İddiaçı (Hacıyeva) 5 nəfərdən ibarət səkkizinci partiya tibb işçilərinin tərkibində Ağdam rayonuna ezam edilməsi və onun xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək döyüş bölgəsində ilk tibbi yardım göstərilməsi və həmin tapşırıqları bilavasitə icra etdiyini öz təstiqini tapır. Həmin faktı təstiq etmək məqsədlə cərrah E.İbrahimovu, qatarın rəisi Y.Abbasovu, rəis müavini Ə.Tağıyevı və bölmə rəisi S.F.Həsənovu şahid qismində məhkəməyə dəvət edib onların izahatların alınması barədə iddiaçı tərəfindən Bakı Apellyasiya məhkəmə qarşısında vəsatət qaldırılmışdır. Lakin vəsatət əsassız olaraq təmin edilməmişdir.

35. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, İnzibati İcraat haqqınd a Qanunun 10.2, 12.1, 12.2, 12.3, 13.2, Mülki Prosessual Məcəllənin 217.1, İnzibati Prosessual Məcəllənin 11.1, 12.1, 12.2, 13, 14-cü maddələrinə istinad etməklə əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş, etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də təsbit olunmuş şərtin iddiaçı tərəfindən təmin olunduğu işin hazırkı vəziyyətində təsdiq olunmadığından, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏ Rİ

37. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

38. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ 39. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3.Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılır.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər....” Maddə 7.Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edi lir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir.Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilindı müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. 40. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmişdir):

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərh əd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmişDQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olu nmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X2 Xidməti, X3 Dövlət Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə bir gə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;... Qeyd.

1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, iş lədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X2 Xidməti və X3 Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazi rliyi tərəfindən verilir....” 41. “İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur....” Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı b arədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

43. X13 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

44. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

45. Apellyasiya məhkəməsi mübahisənin mü əyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

46. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

47. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, o, hərbi qulluqçu olmamışdır, sadəcə tibb bacısı kimi xidmət göstərmişdir ki, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər hərbi qulluqçu olduğu halda onlara müharibə veteranı adı və vəsiqəsi verilə bilər.Onunla eyni dövrdə eyni ərazidə və eyni dəstədə olmuş hərbi qulluqçu olmayan digər şəx slərə müharibə veteranı adı və vəsiqəsi verilmiş, iddiaçıya isə belə vəsiqə verilməsindən imtina edilir.

48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, hazırkı qərarın 39-cu bəndində göstərilən normaların məzmunundan görünür ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa görə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşır ığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər.

49. Lakin hazırkı işdə iddiaçının döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsində iştirakı iş materialları ilə sübuta yetirilmir. Ağdam rayon Komendantı tərəfindən xx.xx.1992-ci il tarixdə təsdiq edilmiş “xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək döyüş bölgələrində yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərmiş şəxslərin Siyahısı”nda da iddiaçının adı göstərilməmişdir.

50. Həmin Siyahıda adı göstərilən “Musayeva Svetlana” ilə 2002-ci ildə X6 adlı şəxslə rəsmi nikaha daxil olduqdan sonra ərinin soyadını (Mustafayeva) götürmüş iddiaçı (qız soyadı Hacıyeva) fərqli şəxslərdir.Bu hal "xxxx" QSC tərəfindən sorğuya xx.xx.2022-ci il tarixdə verilmiş cavabla təsdiq edilir.

51. Kassasiya şikayətinin digər dəlilinə (bax § 33) münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kassasiya şikayətində Svetlana Hacıyeva ilə Mustayeva Svetlananın eyni şəxs olmasını təsdiq edir.Bu hal onsuz da mübahisə predmeti olmamışdır.Apellyasiya məhkəməsi isə qərarında “Musayeva Svetlana” ilə Mustafayeva (Hacıyeva) Svetlananın fərqli şəxslər olduğunu qeyd etmişdir.

52. İddiaçı kassasiya şikayətinin digər dəlilində (bax § 34) qeyd etmişdir ki, onun cəbhə bölgəsində olmasının sübuta yetirilməsi üçün şahidlərin dəvət olunması barədə vəsatət əsassız təmin edilməmişdir.

53. Məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, şahid ifadəsi o zaman əhəmiyyətli olardı ki, məhkəmə iş üzrə konkret nəticəyə gələ bilməsin.Lakin apellyasiya məhkəməsi iş materiallarına istinad etm əklə (xüsusən-Ağdam komendantı tərəfindən təsdiq edilmiş xx.xx.1992-ci il tarixdə təsdiq edilmiş “xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək döyüş bölgələrində yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərmiş şəxslərin Siyahısı”) əsaslı nəticəyə gəlmişdir.

54. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də təsbit olunmuş şərtin iddiaçı tərəfindən təmin olunduğu işin hazırkı vəziyyətində təsdiq olunmadığından, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.

55. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, iddiaçının döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu sübuta yetmədiyindən hazırkı qərarın 39-cu bəndində göstərilən şəxslərin dairəsinə aid deyildir.

56. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

57. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

58. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 22 iyun tarixli 2-1(103)1212/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar