Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2624/2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X1 İdarəsinə qarşı iş üzrə QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) iş № 2-1(102)-2624/18 Bakı şəhəri 26 dekabr 2018-ci il 26.12.2018 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, üçüncü şəxslər Tahirə Cahangirovanın və Simuzər Hüseynovanın vəkili Dilarə Əfrasiyabovanın iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 sentyabr 2018-ci il tarixli, 2-1(103)-2176/2018 saylı qərarından verilmiş kassasiya şikay ətinin mümkünlüyü məsələsinə baxmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı, üçüncü şəxslər Simuzər Hüseynova və Tahirə Cahangirova iş üzrə icraata cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tahirə Cahangirovanın “Ay-Ulduz” MK-nın sədri seçilməsinə dair reyestr məlumatlarında edilmiş dəyişikliyin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2018-ci il tarixli, 2-1(82)1284/2018 saylı qərarı ilə (hakim Zaur Tağıyev) iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı A pellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 sentyabr 2018-ci il tarixli, 2-1(103)-2176/2018 saylı qərarı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Afaq Nuriyeva və Vidadi Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olduqdan sonra onun mümkünlüyü məsələsinə 26 dekabr 2018-ci il tarixdə baxılacağına dair məhkəmə bildirişi iddiaçıya göndərilmişdir. Bildirişdə iddiaçının nəzərinə çatdırılmışdır ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmiş və vəkil tərəfindən imzalanmaqla onun orderi əlavə edilməmişdir. Bu səbəbdən, təyin olunan vaxta qədər göstərilmiş nö qsanların aradan qaldırılması, yəni prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin, habelə vəkil tərəfindən imzalanmış kassasiya şikayətinin və vəkilin orderinin təqdim olunması iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı təyin edilmiş vaxta qədər göstərilmiş nöqsanları aradan qaldırmamış, prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti, habelə vəkil tərəfindən imzalanmış kassasiya şikayətini və vəkilin orderini məhkəməyə təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları İclasında iştirak edən üşüncü şəxslərin vəkili kassasiya şikayətinin mümkün hesab edilməməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İclasının vaxtı və yeri barədə lazımi qaydada m əlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti aşağıdakı hüquqi əsaslara görə mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İPM-nin: - 89-cu maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. - 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəmə sinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər; - 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; - 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. - 94.2-ci maddəsinə əsaəsn, şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; - 96.2.-ci maddəsinə əsasən, Ali Məhkəmə kassa siyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddələrdən göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilibedilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin apellyasiya məhkəməsinin qərarının alındığı gündən 30 gün müddətində verilməsi məsələsi də aiddir. İşin 20 6-cı səhifəsində olan sifarişli məktubun çatdırılmasına dair xəbərnamədən göründüyü kimi, iddiaçıya apellyasiya məhkəməsinin qərarı 27 sentyabr 2018-ci il tarixində təqdim edilmişdir. Lakin, işin 218-ci səhifəsində olan zərfin üzərindəki poçt möhüründən göründüyü kimi, şikayət apellyasiya instansiyası məhkəməsinə çatdırılması üçün 29 oktyabr 2018-ci il tarixdə təqdim olunmuşdur. Bununla da müəyyən edililir ki, kassasiya şikayəti iddiaçı tərəfindən qərardan şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük prosessual müddət ötürülməklə verilmiş, müddətin ötürülmədiyinə dair hər hansı bir sübut, həmçinin müddətin bərpası ilə bağlı əsaslandırılmış vəsatət təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş kassasiya şikayəti həmçinin vəkil tərəfindən imzalanmamış və vəki lin orderi əlavə olunmamışdır. Azərbaycan Respublikası İPM-in 90.3-cü maddəsinə görə, şikayət üzrə məhkəmə icraatında bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Məsələ ilə bağlı Azərbaycan Respublikası MPM-in 67.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Qeyd edilməlidir ki, kassasiya şikayətinin mümkünlüyünü şərtləndirən tələblərdə həmçinin kassasiya şikayətinin vəkil tərəfindən imzalanması və vəkilin səlahiyyətlərini təsdiq edən orderin əlavə edilməsi müəyyən olunmuşdur. İstinad edilmiş qanunvericiliyin müddəalarına əsaslanmaqla, iddiaçı tərəfindən ve rilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxarkən belə nəticəyə gəlirəm ki, şikayət mümkün hesab edilə bilməz, çünki apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük prosessual müddət ötürülmüş, kassasiya şikayəti əsaslandırılmamış, habelə vəkil tərəfindən imzalanmaqla onun orderi əlavə edilməmişdir. Habelə, yuxarıda göstərilmiş 96.3-maddədə nəzərdə tutulmuş proses iştirakçılarının dinlənilmə hüququnu təmin edilməsi məqsədilə iddiaçıya müvafiq bildiriş göndərilmiş və prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin, habelə vəkil tərəfindən imzalanmış kassasiya şikayətinin və vəkilin orderinin məhkəməyə təqdim edilməsi təklif olunmuş lak in, iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən şikayətin qəbulundan imtina edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı isə iddiaçıya münasibətdə qanuni qüvvəyə minməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İPM-in 89, 90, 91, 94, 96.2, 96.3 və Azərbaycan Respublikası MPM-in 67.1-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 sentyabr 2018-ci il tarixli, 2-1(103)-2176/2018 saylı qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Ali Məhkəmənin hakimi Sevda Hüseynova “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2624/2018
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2624/2018
26.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver