Məhkəmə qərarları › İş №2-1(102)-2627/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2627/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2627/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxslər X9, X22, X19 və X23) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət aktında edilmiş dəyişiklik nəzərə alınmadan verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibd ə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxslər X9, X22, X19 və X23) qarşı “X20 və onun ailə üzvlərinin adına verilmiş JN-0062 (kod ********) dövlət aktının 62C kontorunda edilmiş dəyişiklik nəzərə alınmadan daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində üçüncü şəxslərin adına qeydə alınmış RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(105)9/2023 nömrəli qərarından cavabdeh və üçüncü şəxs X9 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Quba rayonu sabiq Səməd Vurğun adına sovxozun ərazisində yerləşən torpaq sahələri Quba rayon Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli 03 nömrəli qərarı əsasında vətəndaşların mülkiyyətinə verilmişdir. Həmin qərara əsasən üçüncü şəxslər X10, X4, X15, X11 və X16 ümumi sahəsi 3,29 ha olan torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 25 yanvar 1999-cu il tarixdə 62 nömrə ilə qeydə alınmaqla JN-0062 (kod ********) dövlət aktı verilmişdir. Dövlət aktına sahəsi 15521 kv.m göstərilmiş 62 C saylı plan cizgi sənədi, sahəsi 6373,42 kv.m göstərilmiş 0062 saylı plan cizgi sənədi və sahəsi 10956 kv.m göstərilmiş 62 A saylı plan cizgi sənədi əlavə edilmişdir.

2. Eyni zamanda həmin qərar əsasında İddiaçı1 və onun ailə üzvlərinə 4.76 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair JN-0065 (kod ********) dövlət aktı verilmişdir.

3. Həmin qərar əsasında digər iddiaçı Hüseynov Tələt Tələt oğluna 0,80 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair JN-0067 (kod ********) dövlət aktı verilmişdir. 4. “Avift” kəndli fermer təsərrüfatının payçıları Aqrar İslahat Komissiyasına müraciət edərək, torpaq sahələrinin xəritələr üzrə paylanmadığını bildirərək yenidən bölgü aparılmasını tələb etmişlər. Payçıların müraciəti nəzərə alınaraq Quba rayon Səməd Vurğun adına X28 Komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 nömrəli qərarı əsasında “Avift” kəndli ferme r təsərrüfatının üzvlərinin mülkiyyətinə veriləcək torpaq sahələrinin sxemi müəyyən edilmiş və müvafiq dəyişikliyin edilməsi barədə Quba rayon Səməd Vurğun adına X28 Komissiyasının qərarının Quba rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilməsi xahiş edilmişdir. Quba rayon Aqrar İslahat Komissiyası Səməd Vurğun adına X28 Komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 nömrəli qərarı nəzərə alınaraq 22 yanvar 2000-ci il tarixli 01 nömrəli protokolu ilə uyğunsuzluğun aradan qaldırılması üçün lazımi düzəlişlərin edilməsi və edilmiş düzəlişlərin kompüter mərkəzində yenidən işlənməsini Dövlət Torpaq Komitəsindən və Yer Quruluşu Layihə İnstitutundan xahiş etmişdir.

5. Quba rayonu Vəl-Vələ kəndi ərazisində paylanmış və torpaq sahələrinə dair verilmiş JN 0082, 0084, 0081, 0083, 0076, 0062, 0065, 0067, 0069, 0068 və 0066 saylı dövlət aktları 24 avqust 2000-ci ildə 22 nömrəli qaimə əsasında Dövlət Torpaq Komitəsinə təhvil verilmişdir.

6. Quba rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanlanmış 28 avqust 2000-ci il tarixli 630/1 nömrəli məktubla müəyyən olunur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən kompüter mərkəzində müvafiq dəyişikliklər edilmiş, X20 və onun ailə üzvlərinə yeni verilmiş JN 0062 (kod ********) dövlət aktında ayrılmış torpaq sahəsinin ölçüsü 3,05 ha göstərilmişdir. Həmin dövlət aktına sahəsi 13098,75 kv.m göstərilmiş 62 C saylı plan cizgi sənədi və sahəsi 17400 kv.m göstərilmiş 0062 saylı plan cizgi sənədi əlavə edilmişdir. 7. 13 iyun 2015-ci il tarixdə X20 ailə üzvləri ilə birlikdə sahəsi 3,29 ha göstərilmiş ilkin dövlət aktı əsasında torpaq sahəsinin 1,732942 ha hissəsini X2, qalan 1,552 ha hissəsini X4 bağışlamışlar. X3 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla **********02 qeydiyyat nömrəli çıxarış verilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2(027)-2025/2016 nömrəli mülki iş üzrə Quba Rayon Məhkəməsinə verilmiş 29 iyun 2017-ci il tarixli 5411 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, X4 mülkiyyət hüququ ilə məxsus olan və RX seriyalı ******* nömrəli çıxarışda qeyd olunan 1,552 ha torpaq sahəsinin koordinatları İddiaçı1 və İddiaçı2 dövlət aktı əsasında məxsus olan torpaq sahəsinin koordinatları ilə üst üstə düşür.

9. İddiaçı1 mülkiyyətinə verilmiş 4,76 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh xx.xx.2016-cı il tarixli məktubla imtina edərək bildirmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, xx.xx.2016-cı il tarixli 2V-239 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əlavə edilmiş JN-0065 dövlət aktının 65N hissəsində göstərilən 10000,24 kv.m torpaq sahəsinə digər şəxsin adına çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X20 və onun ailə üzvlərinin adına verilmiş JN-0062 (kod ********) dövlət aktının 62C kontorunda edilmiş dəyişiklik nəzərə alınmad an daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində üçüncü şəxslərin adına qeydə alınmış RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən dövlət aktı Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında verilmişdir. İddiaçılar ailə üzvləri ilə birlikdə mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə bağlı tərtib edilmiş JN0065 nömrəli və JN0067 nömrəli dövlət aktları əsasında hüquqların dövlət qeydiyyatına alınması və çıxarış verilməsi üçün dövlət rüsumunu tam ödəməklə, 2016-ci ildə cavabdehə müraciət etmişlər. Lakin, cavabdeh 07 may 2016-cı il tarixli məktubla imti na etmiş və bildirmişdir ki, torpaq sahəsinə digər şəxsin adına çıxarış verilmişdir. Üçüncü şəxslərə iki dəfə, həm qüvvədə olmayan birinci bölgü üzrə saxta JN0062 nömrəli Dövlət Aktı üzrə, həm də qanuni hesab olunan ikinci bölgü üzrə əldə etdikləri JN0062 nömrəli Dövlət Aktı üzrə torpaq payı verilmişdir. Quba rayonu Səməd Vurğun adına X28 Komissiyasının 31 avqust 1996-cı il tarixli 02 nömrəli iclas protokolu tərtib edilərək 134 nəfər vətəndaşın torpaq payı birləşdirilib 82,4 hektar torpaq sahəsi ayrılaraq xəritə üzrə “Avift” kəndli fermer təsərrüfatına təhkim olunmuşdur. Quba rayonu Vəl-Vələ kəndi ərazisində yerləşən Səməd Vurğun adına sovxozun torpaqlarının islahat nəticəsində “Avift” k/f təsərrüfatı üçün torpaq sahəsinin yerini müəyyən etmək məqsədi ilə xəritə tərtib edilməsi barədə akt tərtib edilmiş, xəritə çəkilmiş və akta əlavə edilmişdir. Daha sonra X35 Komissiyasının 17 sentyabr 1996cı il tarixli 49 nömrəli protokolu ilə k/f təsərrüfatının nizamnaməsi təsdiq edilmiş, beləliklə k/f təsərrüfatı xəritəsi üzrə ayrılmış torpaq sahələrində fəaliyyət göstərməyə başlamışdır. Lakin sonradan hər bir mülkiyyətçinin torpaq payına torpağa mülkiyyət hüququ haqqında dövlət aktları verilərkən bir çox uyğunsuzluqlar yaranmışdır ki, bu da “Avift” k\f təsərrüfatının fəaliyyətinin dayanmasına səbəb olmuşdur. Torpaq payları vətəndaşlar arasında ümumi razılaşma yolu ilə müəyyənləşdirilir. Praktikadan göründüyü kimi, püşk atma aparılan zaman, fermer təsərrüfatının üzvlərindən hər hansı biri müxtəlif səbəblərdən püşkatmada iştirak etməzsə, həmin püşkü ümumi razılaşma yolu ilə təsərrüfatı n başçısı çəkə bilər. Beləliklə də yuxarıda qeyd olunan qanuna əsaslanaraq və əməl edərək püşkatma onun tərəfindən aparılmış və tərtib edilən xəritə üzrə mülkiyyətçilər yerləşdirilmişdir. Lakin, yerə köçürmə zamanı Səməd Vurğun adına təsərrüfatda bir çox səhvlərə və uyğunsuzluqlara yol verildiyindən mülkiyyətçilər arasında, o cümlədən onun təsərrüfatının payçı üzvləri arasında narazılıqlar baş vermişdir ki, bu da təsərrüfatının fəaliyyətinin dayanmasına səbəb olmuşdur. Bu narazılıqlar səbəbindən bir çox mülkiyyətçilər, o cümlədən yaranmış uyğunsuzluqları aradan qaldırmaq üçün yerli aqrar və rayon aqrar islahat komissiyalarına müraciətlər edilmişdir. Quba rayon S.Vurğun adına sovxoz AİK-nın 26 noyabr 1999-cu il tarixli 14 nömrəli iclas protokoluna əsasən baş vermiş uyğunsuzluqları aradan qa ldırmaq məqsədi ilə Quba rayon İcra Hakimiyyəti xx.xx.2000-ci il tarixdə Dövlət Torpaq Komitəsinə 125 nömrəli məktubla müraciət edərək təsərrüfatda qeyd olunan zəruri dəyişikliklərin aparılmasına göstəriş verilməsini xahiş etmişdir. Beləliklə zəruri dəyişikliklər aparılması üçün lazım olan birinci bölgü üzrə çıxarılmış torpaq mülkiyyət hüququ haqqında JN 0082, 0084, 0081, 0083, 0076, 0062, 0065, 0066, 0067, 0068 və 0069 nömrəli dövlət aktlarının hər iki nüsxələri 22 nömrəli qaimə üzrə xx.xx.2000-ci il tarixdə təhvil vermişdir. Dövlət Torpaq Komitəsinin kompüter mərkəzində ikinci bölgü aparılmış və torpağa mülkiyyət hüququna dair yeni aktlar, o cümlədən mübahisələndirilən JN0062, 0065 və 0067 nömrəli dövlət aktları hazırlanmışdır. Düzəlişdən sonra ikinci bölgü üzrə çıxarılmış JN 0062 nömrəl i dövlət aktı İsrafilov Abdula şəxsən verilmiş, sahəsi ona tanıdılmış və hal-hazırda ikinci bölgü üzrə çıxarılmış dövlət aktında göstərilmiş sxem üzrə torpaqdan istifadə edirlər. JN 0062 nömrəli dövlət aktı İsrafilov Abdulun adına tərtib edilmiş, lakin saxtakarlıq yolu ilə birinci bölgü üzrə çıxarılmış çıxarış arvadının adınadır. Qanuni sənədlərə əsaslanaraq ikinci bölgü üzrə hazırlanmış dövlət aktı gizlədilərək birinci bölgü üzrə dövlət aktı əsasında saxta çıxarış hazırlanmışdır.

12. Bundan başqa JN0062 nömrəli dövlət aktındakı sahə tamamilə başqa yerdə və tam fərqli koordinatlarda yerləşir. Bu sxemlər ******* nömrəli çıxarışın etibarsız hesab edilməsinə bir daha hüquqi əsas verir. Cavabdeh tərəfindən RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş torpaq mülkiyyət hüququna d air JN0062 saylı dövlət aktının saxta olması Quba rayon Məhkəməsində baxılan mübahisə zamanı öz təsdiqini tapmışdır.

13. Cavabdehin yazılı etirazının dəlilləri iddiaçıların müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

14. Üçüncü şəxs İsrafilova Railə Səddar qızı iddia tələbinə etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı1 olan 14 nömrəli protokolun surəti saxtadır, belə bir protokol mövcud deyildir. 19 may 2014-cü ildə DTXK-nin Quba rayon şöbəsinə ərizə ilə müraciət edərək Quba rayon Aqrar İslahat komissiyasının 1997-ci il 29 mart tarixli 03 nömrəli qərarı ilə verilmiş JN-0062 (kod ********) dövlət aktının 3,29 ha sahəsinin həqiqiliyinin araşdırılmasını xahiş etmiş, 17 iyun 2014-cü il tarixli 698/2 nömrəli cavab məktubunda bildirilmişdir ki, Quba rayon Aqrar İs lahat komissiyasının 1997-ci il 29 mart tarixli 03 nömrəli qərarı ilə JN-0062 (kod ********) dövlət aktı ilə mülkiyyətinə verilən 3,29 ha torpaq sahəsinin (beş nəfər ailə üzvünə) planı cizgilərə uyğundur. Deməli belə bir protokol mövcud deyildir, bu iddiaçının saxtakarlığıdır. Əgər mövcud olsaydı, ona həmin məktubda protokol haqqında məlumat verilərdi. Məhkəmə tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qeyd olunan protokolun müvafiq qaydada təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi haqqında sorğu göndərilmiş, sonuncu 12 avqust 2021-ci il tarixli cavab məktubunda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yer quruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxiv məlumatları əsasında aparılan araşdırma zamanı sözügedən dövlət aktları nda xx.xx.2000- ci il tarixli, 01 nömrəli protokola əsasən qismən dəyişiklik edilib-edilməməsi barədə məlumat aşkar edilmədiyini bildirmişdir.

15. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(118)-433/2021 nömrəli qərarı ilə (hakim C.B.Məmmədov) iddia təmin edilmiş, X20 və onun ailə üzvlərinin adına verilmiş JN-0062 (KOD ********) dövlət aktının 62 C konturunda edilmiş dəyişiklik nəzərə alınmadan daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində X5, X12, X6, İsrafilova Railə Səddar qızının və X13 adına qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (RX seriya nömrəsi 0673182) ləğv edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən bir neçə dəfə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinə ünvanlanmış sorğular olmasına baxmayaraq xx.xx.1999-cu il tarixli 14 nömrəli qərarın "xxxx" MMC-nin arxivində aşkar olunmaması səbəbindən JN-0062 (KOD ********) dövlət aktına hər hansı bir dəyişikliyin edilməsini müəyyən etmək mümkün olmamışdır. Bu isə iddiaçı tərəfindən təqdim edilmiş Quba rayon Səməd Vurğun adına X28 Komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 nömrəli qərarın mötəbərliyinə dəlalət edir. Belə ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətində JN-0062 nömrəli Dövlət aktının 62C konturuna dəyişiklik edilməsi barədə məlumatın olmamasına baxmayaraq, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mər kəzi MMC-nin elektron baza məlumatlarında JN-62C konturu 1,31 kimi qeydə alınmışdır. Yəni JN-62C konturunun 1.31 kimi qeyd olunması İsrafilova Railə Səddar qızının mülkiyyətində 1,552 kv.m torpaq sahəsinin deyil, 13098.75 (1.31) kv.m olmasına dəlalət edir. Ona görə də məhkəmə hesab etmişdir ki, ümumi sahəsi 3,29 ha torpaq sahəsi kimi göstərilmiş dövlət aktının 62C plan cizgi sənədində göstərilmiş sahəsi 15521 kv.m olan torpaq sahəsi əsasında aparılmış qeydlər qanunun tələblərinə ziddir. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ümumi sahəsi 3.29 ha torpaq sahəsi kimi göstərilmiş dövlət aktının 62C plan cizgi sənədində göstərilmiş sahəsi 15521 kv.m olan torpaq sahəsinin X20 və onun ailə üzvlərinin sahibliyində olmamasına baxmayaraq, bəlli olmayan səbəblərdən artıq hüquqi qüvvəsini itirmiş 3,29 ha torpaq sahəsi ilə bağlı verilmiş dövlət aktı əsasında hüquqi hərəkətlər aparılmış və nəticədə X9 (X20) Quba rayonunda fəaliyyət göstərmiş Səməd Vurğun adına X28 Komissiyasının 26 noyabr 1999-cu il tarixli qərarında nəzərdə tutulmuş torpaq sahəsindən artıq hissəyə sahib olmuşdur. Nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarında 26 noyabr 1999-cu il tarixli qərara dəyişikliyin qeydə alınması barədə məlumatın olmasına baxmayaraq, hal hazırda elektron baza məlumatlarında X3 mülkiyyətində olan 1.552 kv.m torpaq sahəsinin verilməsi üçün əsas olmuş JN-0062 (KOD ********) dövlət aktının 62 C konturunda torpaq sahəsi 1,31 ha kimi qeyd edi lmişdir. Bu isə bir daha iddia tələbinin əsaslı olmasına dəlalət edir.

17. Cavabdeh və üçüncü şəxs X9 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2-1(105)-160/2022 nömrəli qərardadı ilə X22, X19 və X23 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(105)-160/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin t abeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyində "xxxx" MMC-nin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/427 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı2 adına verilmiş JN-0067 kod 30310018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının 65N hissəsində göstərilən 10000,24 kv.m torpaq sahəsinin koordinatları iddiaçıların faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür. X5, X12 adına verilmiş ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda gö stərilən 1,5521 ha torpaq sahəsinin koordinatları həmin çıxarışın verilməsinə əsas olmuş X5 və onun ailə üzvlərinin adına olan JN-0062 kod 30310018 dövlət aktının 62C konturunun Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarında 1,31 ha kimi qeydə alınmış torpaq sahəsinin koordinatlarına uyğun deyildir. Yeni elektron uçot xəritələrində həmin JN0062 kod 30310018 dövlət aktının 62C konturunda göstərilmiş torpaq sahəsi vətəndaşın faktiki istifadə etdiyi torpaq sahəsi ilə uyğunluq təşkil edir. Həmin torpaq sahəsi 62C nömrəli dövlət aktında 1.55 ha göstərilməsinə baxmayaraq TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında 1,31 ha kimi göstərilmişdir. X5 və onun ailə üzvlərinin adına olan JN-0062 kod 30310018 dövlə t aktının 62C konturunun Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarında 1,31 ha kimi qeydə alınmış torpaq sahəsinin koordinatları İddiaçı2 adına verilmiş JN-0067 kod 30310018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 0,80 ha torpaq sahəsinin X7 və onun ailə üzvlərinin adına verilmiş JN-0065 kod 30310018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının 65N hissəsində göstərilən 10000.24 kv.m torpaq sahəsinin koordinatları yeni elektron uçot xəritə məlumatları ilə üstüstə düşmür. İddiaçı2 adına verilmiş JN-0067 kod 30310018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 0,80 ha və X7 və onun ailə üzvlərinin adına verilmiş JN-0065 kod 30310018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının 65N hissəsində gös tərilən 10000,24 kv.m torpaq sahələri X5 və onun ailə üzvlərinin adına verilmiş ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilmiş 1.5521 ha torpaq sahəsi TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazası məlumatında 67 nömrəli sxem ilə üst-üstə düşür. 65N nömrəli sxem ilə kəsişmir.

21. Mütəxəssis və ekspert rəylərində göstərilən hallarla əlaqədar zərurət yarandığından həmin rəyləri vermiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba rayonu şöbəsinin mühəndisi X8 və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti X18 məhkəmə kollegiyasının iclasında dindirilmişlər. X21 suallara cavab olaraq bildirmişdir ki, X20 və onun ailə üzvlərinə verilmiş çıxarışın sənəd üzrə koordinatları iddiaçıların torpaq sahəsi ilə üst-üstə düşür, amma TEKUİS məlumatlarında 1,31 ha torpaq sahəsi digər ərazidə göstərilmişdir. Həmin torpaq sahəsi iddiaçıların torpaq sahəsindən 500-600 metr aralıda yerləşir və üçüncü şəxslərin istifadəsindədir. Eyni zamanda üçüncü şəxsin adına olan çıxarış 65 nömrəli dövlət aktına əsasən İddiaçı1, 67 nömrəli dövlət aktı isə onun qardaşının istifadəsində olan torpaq sahələrinə verilmişdir. Təqdim edilmiş rəydə birinci suala cavab olaraq göstərilmiş üst-üstə düşməmə halı iddiaçıların faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatlarının bir-birinə münasibətdə üst-üstə düşməməsi ilə bağlıdır. Həmin torpaq sahələri faktiki olaraq iddiaçıların istifadəsindədır.

22. X27 suallara ca vab olaraq bildirmişdir ki, mütəxəssis tərəfindən rəy tərtib edilərkən müvafiq torpaq sahələrinə baxışda iştirak etmişdir. Məhkəmə Ekspertizası Mərkəzində torpaq sahələrinə dair baza məlumatları olmadığından bu kimi işlərdə ekspert rəyi mütəxəssis rəyindən asılıdır, iddiaçının torpaq sahəsi yol tərəfdən baxdıqda sağ tərəfdə yerləşir. Digər torpaq sahəsi isə əkin sahəsidir. Oraya avtomobillə getmişlər, hətta üçüncü şəxsin nümayəndəsi həmin sahəni göstərməkdə tərəddüd etmişdir.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(105)-9/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2-1(118)-433/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, habelə iş üzrə ekspertiza xə rci olan 100 manatın 50 manatının cavabdehdən, 50 manatının isə üçüncü şəxs İsrafilova Railə Səddar qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

25. Cavabdeh və üçüncü şəxs İsrafilova Railə Səddar qızı həmin qərardan kassasiya şikayətləri verərək, cavabdeh qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini, üçüncü şəxs işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

26. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, m əhkəmə qərarı ilə ləğv edilmiş RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışda göstərilən 3,29 ha torpaq sahəsinin 1,732942 ha hissəsi 13 iyun 2015-ci ildə X1, qalan 1,552 ha torpaq sahəsi isə Quba rayon notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-781 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İsrafilova Railə Səddar qızının adına keçirilmiş və həmin torpaq sahəsinə onun adına RX seriyalı ******* nömrəli dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məhkəmə qərarı ilə X14 adına verilmiş çıxarış, habelə RX seriyalı ******* nömrəli dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmədiyindən gələcəkdə iddiaçının həmin torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması müm kün olmayacaqdır.

27. Üçüncü şəxsin kassasiya şikayəti İnzibati Prosessual Məcəllənin 58.7, 13 v\ 68.2-ci maddələri ilə əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

28. İddiaçı1 kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə

4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklü lüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Maddə

9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dö vlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi;... 30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakç ılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qə rarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktı nın qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqla rı Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın və apellyasiya şikayətlərinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların təqdim etdikləri sübutlar, cavabdeh tərəfindən təqdim edilmiş etiraz və sənədlər, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər, habelə təqdim edilmiş ekspert rəylərinə əsasən istər birinci, istərsə də apelly asiya instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallardan görünür ki, Quba rayonun Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli 03 nömrəli qərarı əsasında X10, X4, X15, X11 və X16 ümumi sahəsi 3.29 ha torpaq sahəsi ayrılmış və JN-0062 kod 30310018 olan dövlət aktı verilmişdir. Həmin JN-0062 kod 30310018 olan dövlət aktına sahəsi 15521 kv.m göstərilmiş 62 C saylı plan cizgi sənədi, sahəsi 6373.42 kv.m göstərilmiş 0062 saylı plan cizgi sənədi və sahəsi 10956 kv.m göstərilmiş 62 A saylı plan cizgi sənədi əlavə edilmişdir. “Avift” kəndli fermer təsərrüfatı payçıları Aqrar İslahat Komissiyasına müraciət edərək, torpaq sahələrinin xəritələr üzrə paylanmamasını bildirməklə yenidən bölgü aparılmasını tələb etmişlər. Payçıların müraciəti nəzərə alınaraq Quba rayon Səməd Vurğun ad ına X28 Komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 nömrəli qərarı əsasında “Avift” kəndli fermer təsərrüfatının üzvlərinin mülkiyyətinə veriləcək torpaq sahələrinin sxemi müəyyən edilmiş və müvafiq dəyişikliyin edilməsi barədə Quba rayon Səməd Vurğun adına X28 Komissiyasının qərarının Quba rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilməsi xahiş edilmişdir. Quba rayonunun Vəl-Vələ kəndi ərazisində paylanmış və torpaq sahələrinə dair verilmiş JN 0082, 0084, 0081, 0083, 0076, 0062, 0065, 0067, 0069, 0068 və 0066 saylı dövlət aktları 24 avqust 2000-ci ildə 22 saylı qaimə əsasında Dövlət Torpaq Komitəsinə təhvil verilmiş və Dövlət Torpaq Komitəsi tərəfindən kompüter mərkəzində müvafiq dəyişikliklər edilmişdir. X20 və onun ailə üzvlərinə yeni verilmiş JN 0062 kod:30310018 olan döv lət aktında ayrılmış torpaq sahəsinin ölçüsü 3,05 hektar göstərilmiş və həmin dövlət aktına əlavə edilmiş sahəsi 13098.75 kv.m göstərilmiş 62C saylı plan cizgi sənədi və sahəsi 17400 kv.m göstərilmiş 0062 saylı plan cizgi sənədi ayrılmışdır.

38. Göründüyü kimi, dəyişiklik əsasında verilmiş yeni dövlət aktında X10 ilkin ayrılmış 3,29 ha torpaq sahəsindən az ölçüdə torpaq sahəsi qeydə alınmışdır. Buna baxmayaraq sahəsi 3,29 ha göstərilmiş ilkin dövlət aktı əsasında torpaq sahəsinin 1,732942 ha hissəsi X1, qalan 1,552 ha torpaq sahəsi üzərində bağışlama əsasında X3 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və çıxarış verilmişdir.

39. Apellyasiya instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı təqdim edilmiş mütəxəssis və ekspert rəylərində mübahisənin düzgün həlli üçün əhəmiy yət kəsb edən qoyulmuş bütün suallara ətraflı cavab verilmiş, mübahisəli torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatları naturadan plana alınaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, elektron baza məlumatları əsasında X5, X12 adına verilmiş ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 1,5521 ha torpaq sahəsinin koordinatları həmin çıxarışın verilməsinə əsas olmuş X5 və onun ailə üzvlərinin adına olan JN-0062 kod 30310018 dövlət aktının 62C konturunun Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarında 1,31 ha kimi qeydə alınmış torpaq sahəsinin koordinatlarına uyğun deyildir. Çıxarışda gö stərilən torpaq sahəsinin koordinatları dövlət aktı əsasında iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür.

40. Eyni zamanda qeyd edilən 1,31 ha torpaq sahəsi iddiaçıların istifadəsində olan torpaq sahəsindən kənarda yerləşməklə hazırda da üçüncü şəxslərin istifadəsindədir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinə dair X5, X12, X6, İsrafilova Railə Səddar qızının və X13 adına qeydə alınmış və ******* nömrəli çıxarışda göstərilən torpaq sahəsinə dair koordinatlar üzrə qeydiyyat aparılarkən cavabdeh inzibati orqan tərəfindən səhvə yol verilmiş və hazırki qərarın 29-30-cu bəndlərində sadalanan qanunvericiliyin tələblərinə riayət edilməmişdir.

41. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasib ətdə həmçinin onu da qeyd edir ki, ləğv edilən RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışda qeyd olunmuş 3,29 ha torpaq sahəsinin 1,732942 ha hissəsinin digər şəxsə satılması hazırki mübahisənin predmeti deyil və qalan hissə üzrə sonradan qeydiyyat aparılması hazırki mübahisə predmeti olan qeydiyyatın əsaslı olması anlamına gəlmir və sadalanan hallar qeyri-qanuniliyi məhkəmələr tərəfindən təsdiq edilmiş 1,5521 ha torpaq sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi üçün maneə törədə bilməz.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və üçüncü şəxs İsrafilova Railə Səddar qızının kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(105)-9/2023 nömrəli qərarı dəyişd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar