Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2628/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: sosial təminat hüququ ilə bağlı mübahisələr; yaşa görə əmək pensiyasının təyin edilməsi; iş müddətinin sosial sığorta stajına daxil edilməsi; arxiv arayışı 05.11.2019 GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X1 ibarət tərkibdə, tərəflərin iştiakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında C avabdehnə qarşı iş müddətin sosial sığorta stajına daxil edilməsi haqqında iddia tələbinə dairiş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 2019-cu il tarixli qərarından cavabdeh şöbətərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 1973-1974, 1976-1977, 1982-1996-cı illərdə Göyçay rayon Alpout kənd “Nəsimi” adına kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqt isadi Məhkəməsinin 07 mart 2019-cu il tarixli nömrəli qərarı ilə (hakim R.Məcidov; iş No 2-1(84)-84/2019) iddianın qismən təmin edilməsi; cavabdeh şöbənin üzərinə iddiaçının 1983-1996-cı illərdə Göyçay rayon Alpout kənd “Nəsimi” adına kolxozda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyninin qoyulması; cavabdeh şöbənin üzərinə iddiaçının 1973, 1974, 1976, 1977 və 1982-ci illərdə Göyçay rayon Alpout kənd “Nəsimi” adına kolxozda işlədiyi müddətin Göyçay rayon Alpout kənd “Nəsimi” adına kolxoz tərəfindən müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlənmiş müddət nəzərə alınmaqla onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması; iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolle giyasının 30 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən R.Rəfiyev, hakimlər G.Abbasov və M.Hüseynov; iş № 21(107)-304/2019) cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07 mart 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və şöbənin pozulmuş hüquqlarının bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edi lmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmi şdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı Göyçay rayon Alpout kənd “Nəsimi” adına kolxozda 1973cü ildə 87 əmək günü, 1974-cü ildə 15 əmək günü, 1976-cı ildə 78 adam günü, 1977-ci ildə 130 adam günü, 1982-ci ildə 201 adam günü, 1983-cü ildə 311 adam günü, 1984-cü ildə 328 adam günü, 1985-ci ildə 342 adam günü, 1986-cı ildə 360 adam günü, 1987-ci ildə 361 adam günü, 1988-ci ildə 363 adam günü, 1989-cu ildə 363 adam günü, 1990-cı ildə 305 adam günü, 1991-ci ildə 365 adam günü, 1992-ci ildə 365 adam günü, 1993-cü ildə 299 adam günü, 1994-cü ildə 306 adam günü, 1995-ci ildə 310 adam günü, 1996-cı ildə 250 adam günü işləmişdir. Göyçay rayon “Nəsimi” adına kolxozunda kişilər üçün 1973-1984-cü illərdə adam günləri minimumu 240 gün, 1985-1989-cu illərdə 200 gün və 1990-cı il tarixdən etibarən 240 gün olmuşdur. İddiaçı 1983-1996-cı illərdə işləməklə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirsə də, 1973, 1974, 1976, 1977 və 1982-ci illərdə işləməklə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. İddiaçının qeyd olunan illərdə Göyçay rayon “Nəsimi” adına kolxozda işləməsi, adam günü və əmək haqqı qazanması, habelə “Nəsimi” adına kolxozda müəyyən olunmuş minimum əmək iştirakı norması Göyçay rayon Dövlət Arxivinin 05.03.2018-ci il tarixli 148 nömrəli, 31.10.2018-c i il tarixli 465 nömrəli nömrəli arxiv arayışları və kolxoz kitablarında olan iddiaçının şəxsi hesabının surətləri ilə təsdiq olunur. İddiaçının adına açılaraq 05 iyul 1996-cı il tarixdə doldurulmuş əmək kitabçasında onun kolxozda işlədiyi illər qeyd olunmamışdır. İddiaçı pensiya təyin edilməsi ilə bağlı cavabdeh şöbəyə müraciət etmiş, sonuncu 01.10.2018-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, əmək kitabçasında qeydlər olmadığından arxiv arayışına əsasən ona yaşa görə əmək pensiyasının hesablanması qanuna uyğun deyildir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, qanuna görə, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, y axud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzr ə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə müvafiq olaraq iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı Göyçay rayon “Nəsimi” adına kolxozda 1983-1996-cı illərdə müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirdiyindən həmin illər onun sosial sığorta stajına tam daxil edilməlidir. Bundan başqa, “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən o lunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Yuxaarıda qeyd edilmiş Göyçay rayon Dövlət arxivi tərəfindən verilmiş 05.03.2018-ci il tarixli 148 nömrəli arxiv arayışına əsasən, iddiaçı Göyçay rayon Alpout kənd “Nəsimi” adına kolxozda 1973-cü ildə 87 əmək günü, 1974-cü ildə 15 əmək günü, 1976-cı ildə 78 adam günü, 1977-ci ildə 130 adam günü, 1982-ci ildə 201 adam günü, 1983-cü ildə 311 adam günü, 1984-cü ildə 328 adam günü, 1985-ci ildə 342 adam günü, 1986-cı ildə 360 adam günü, 1987-ci ildə 361 adam günü, 1988-ci ildə 363 adam günü, 1989-cu ildə 363 adam günü, 1990-cı ildə 305 adam günü, 1991-ci ildə 365 adam günü, 1992-ci ildə 365 adam günü, 1993-cü ildə 299 adam günü, 1994-cü ildə 306 adam günü, 1995-ci ildə 310 adam günü, 1996-cı ildə 250 adam günü işləmi şdir. Göyçay rayon “Nəsimi” adına kolxozunda kişilər üçün 1973-1984-cü illərdə adam günləri minimumu 240 gün, 19851989-cu illərdə 200 gün və 1990-cı il tarixdən etibarən 240 gün olmuşdur. İddiaçı 1983-1996-cı illərdə işləməklə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirsə də, 1973, 1974, 1976, 1977 və 1982-ci illərdə işləməklə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. 1973, 1974, 1976, 1977 və 1982-ci illərdə Göyçay rayon “Nəsimi” adına kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmədiyindən və bunun üzrlü səbəbləri barədə məhkəməyə sübut təqdim olunmadığından, iddiaçının həmin illərdə iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddəti onun sosial sığorta staj ına daxil etməkdə 1-ci instansiya məhkəməsi haqlı olmuşdur. İddiaçının Göyçay rayon “Nəsimi” kolxozunda işləməsi, adam günü və əmək haqqı qazanması, habelə minimum əmək iştirakı norması Göyçay rayon Dövlət Arxivi tərəfindən verilmiş 05.03.2018-ci il tarixli 148 nömrəli, 31.10.2018-ci il tarixli 465 nömrəli nömrəli arxiv arayışları və kolxoz kitablarında olan iddiaçının şəxsi hesabının surətləri ilə təsdiq olunur. Yuxarıda qeyd olunduğu kimi, əmək stajını təsdiqedici sənəd kimi arayışlar da nəzərə alındığından cavabdeh şöbənin imtinası qanunsuz və əsassızdır. Eyni zamanda qanuna görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi arayışlar nəzərə alınır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə müvafiq ola raq inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsa tətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İş üzrə müəyyən edilir ki, iddaçının 25 il 7 ay 19 gün sosial sığorta stajı və 18.484,47 manat pensiya kapitalı vardır. Alpout kənd “Nəsimi” adına kolxozda 1965-ci il tarixdən 1985-ci il tarixədək kişilər üçün 240 adam günü norması, 1985-ci il tarixdən isə 200 adam günü norması nəzərdə tutulmuşdur. İddiaçının 1983-1996-cı illərdə Göyçay rayon Alpout kənd “Nəsimi” adına kolxozda işlədiyi müddətin, 1973, 1974, 1976, 1977 və 1982-ci illərdə Göyçay rayon Alpout kənd “Nəsimi” adına kolxozda işlədiyi müddətin Göyçay rayon Alpout kənd “Nəsimi” adına kolxoz tərəfindən müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlənmiş müddət nəzərə alınmaqla onun sosial sığorta stajına daxil edildiyi halda vətəndaşın pensiya almaq hüququ yarana bilər. Bununla da, qeyd edilən illər onun sosial sığorta stajına daxil edilərsə, iddiaçı tərəfindən yaşa görə pensiya almaq üçün cavabdeh inzibati orqana edilmiş müraciət müsbət nəticələnə bilər. Odur ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı və qanuni olmamış, iddiaçının iddia tələbi 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmə k qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının: 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndi rilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri ape llyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 30 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2628/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2628/2019
05.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver