Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2629/2018 05.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2629/18) Bakı şəhəri 05 dekabr 2018-ci il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı 1982, 1983, 1986, 1989-1994-cü illərdə Şəki rayonu Baş Layısqı kənd "Fəhlə kənd Birliyi" kolxozunda tütünçü, 1996-1998-ci illərdə Şəki rayonu Cunud kənd təsərrüfatı məhsulları istehsalı kooperativində tütünçü işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və 09.05.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-345/2018 saylı iş üzrə 02.10.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 05 dekabr 2018-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1965-ci ildə Şəki rayonu Baş Layısqı kəndində anadan olmuşdur. Cavabdeh dövlət sosial fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həya ta keçirir. İddiaçı 06.04.1985-ci ildə Ziyədxan Salmanov ilə nikah bağlayanadək onun soyadı Salahova olmuşdur. O, 29.05.1989-cu ildən 28.02.2010-cu ilədək Şəki Mərkəzi Rayon Xəstəxanası Baş Layısqı kənd xəstəxanasında tibb bacısı işləmiş, 01.03.2010-cu ildən Şəki Mərkəzi rayon Xəstəxanası Baş Layısqı kənd həkim məntəqəsində qeydiyyatçı, 01.10.2008-ci ildən isə Şəki rayonu Cunud kənd tam orta məktəbində xidmətçi işləyir. Azərbaycan Respublikası Milli Arxiv idarəsi Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş 07.03.2018-ci il tarixli 441 nömrəli arxiv arayışına əsasən, 1982, 1983, 1986, 1989-1994cü illərdə Şəki rayonu Baş Layısqı kənd "Fəhlə kənd Birliyi" kolxozunda tütünçü, 1996-1998-ci illərdə Şəki rayonu Cunud kənd təsərrüfatı məhsulları istehsalı kooperativində tütünçü iş ləmişdir. İddiaçı 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Cavabdehnə məktub ünvanlanmış, lakin sonuncu 09.04.2018-ci il tarixli 80/3-229 nömrəli cavab məktubu ilə bildirmişdir ki, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin siyahının 27-ci Yeyinti sənayesi bölməsinin 27.5.1-ci yarımbəndində tütün istehsalı üzrə fəhlələr sıralanmasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilmişdir. Siyahıda tütün istehsalı yeyinti sənayesinə aid olduğundan, habelə xüsusi sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunm ası mümkün deyildir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan şərtlər, yəni xüsusi və ümumi iş stajı və 52 yaşı var. Lakin cavabdeh əsassız olaraq yeyinti sənayesində tütün yarpaqlarını düzənlərin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququna malik olduğunu bildirmişdir. Tütün istehsalı tütünün əkilməsi, becərilməsi, yığılması, qurudulması üçün yarpaqlarının düzülməsi mərhələlərindən keçir. O, da tütünçü olaraq tütün yarpaqlarını əkərək becərmiş, düzmüş və qurudaraq yığmışdır. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı 1982, 1983, 1986, 1989-1994-cü illərdə Şəki rayonu Baş Layısqı kənd "Fəhlə kənd Birliyi" kolxozunda tütünçü, 1996-1998-ci illərdə Şəki rayonu Cunud kənd təsərrüfatı məhsulları istehsalı kooperativində tütünçü işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və 09.05.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 22 may 2018-ci il tarixli iş № 2-1(84)-834/2018, (sədrlik edən hakim Vidadi Qasımov) qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdehin üzərinə iddiaçıya 1982, 1983, 1986, 1990-1994-cü illərdə Şəki rayonu Baş Layısqı kənd "Fəhlə kənd Birliyi" kolxozunda tütünçü, 1997-ci illərdə Şəki rayonu Cunud kənd təsərrüfatı məhsulla rı istehsalı kooperativində tütünçü işlədiyi müddətin tam, 1989-cu ildə (160 gün) və 1996, 1998-ci illərdəki (müvafiq olaraq 157 gün+12 gün) iş stajı, bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət (160+157+12=339/170=1 il 9 ay) üzrə nəzərə alınaraq hesablanması və 09.05.2017-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissəsində təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 22 may 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra m ətndə apelyasiya instansiyası məhkəməsi) 02 oktyabr 2018-ci il tarixli iş № 2-1(107)-345/2018 (hakimlər Elçin Hüseynov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Gündüz Abbasov) qərarı ilə birinci instansiya məhkəməsinin 22 may 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər həmin Qanunun 9-cu maddəsində təsbit olunmuşdur. 9.1-ci maddəsinə istinadən “axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan sığortaolunanların qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ” əldə edirlər. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ v erən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Həmin Siyahının 27-ci Yeyinti sənayesi bölməsi 27.5.1-ci yarım bəndi tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilmişdir. Bu Siyahıda tütün istehsalı Yeyinti sənayesinə aid edildiyi üçün vətəndaşa kolxozdakı, yəni kənd təsərrüfatındakı iş stajına görə tütün yarpaqlarını düzən kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyə uyğun olmadığından tərəflərindən imtina olunmuşdur. Belə ki, kolxozdakı tütünçü peşəsi yuxarıda göstərilən qaydada tütünün sənaye üsulu ilə istehsalat deyil, kənd təsərrüfatı sahəsində tütünün becərilməsinə aid olduğundan vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. 01.01.200 6-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 27-ci Yeyinti sənayesi bölməsi 27.5.1-ci yarımbəndi tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi yeyinti sənayesinə aid olduğu üçün tütün fermentasiya müəssisələrində işləyənlərə şamil edilməsi nəzərdə tutulur. Həmçinin 01.01.2006-cı il tarixədək qüvvədə olan “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin z bəndinə istinadən tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında tam mövsüm ərzində çalışan qadınlar 52 yaşına ç atdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarlarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququ əldə edirdilər. 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda bu bənd çıxarılmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh apelyasiya instansiyası məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsi xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtis adi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər həmin Qanunun 9-cu maddəsində təsbit olunmuşdur. 9.1-ci maddəsinə istinadən “axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan sığortaolunanların qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ” əldə edirlər. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, pe şələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Həmin Siyahısının 27-ci Yeyinti sənayesi bölməsi 27.5.1-ci yarım bəndi tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilmişdir. Bu Siyahıda tütün istehsalı Yeyinti sənayesinə aid edildiyi üçün vətəndaşa kolxozdakı, yəni kənd təsərrüfatındakı iş stajına görə tütün yarpaqlarını düzən kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyə uyğun olmadığından tərəflərindən imtina olunmuşdur. Belə ki, kolxozdakı tütünçü peşəsi yuxarıda göstərilən qaydada tütünün sənaye üsulu ilə istehsalat deyil, kənd təsərrüfatı sahəsində tütünün becərilməsinə aid olduğundan vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. 01.01.2006-cı il tarixdən qüvvə də olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 27-ci Yeyinti sənayesi bölməsi 27.5.1-ci yarımbəndi tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi yeyinti sənayesinə aid olduğu üçün tütün fermentasiya müəssisələrində işləyənlərə şamil edilməsi nəzərdə tutulur. Həmçinin 01.01.2006-cı il tarixədək qüvvədə olan “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin z bəndinə istinadən tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında tam mövsüm ərzində çalışan qadınlar 52 yaşına çatdıqda və azı 20 il ü mumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarlarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququ əldə edirdilər. 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda bu bənd çıxarılmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikasında "Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə t əyin edilir. İş materiallarına əlavə olunmuşAzərbaycan Respublikası Milli Arxiv idarəsi Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş 07.03.2018-ci il tarixli 441 nömrəli arxiv arayışına əsasən iddiaçı Şəki rayonu Baş Layısqı kənd "Fəhlə kənd Birliyi" kolxozunda 1982-ci ildə 208 gün, 1983-cü ildə 244 gün, 1986-cı ildə 262 gün, 1989-cu ildə 160 gün, 1990-cı ildə 178 gün, 1991-ci ildə 226 gün, 1992-ci ildə 246 gün, 1993-cü ildə 290 gün, 1994-cü ildə 289 gün tütünçü, Şəki rayonu Cunud kənd təsərrüfatı məhsulları istehsalı kooperativində 1996-cı ildə 157 gün, 1997-ci ildə 187 gün, 1998-ci ildə 12 gün tütünçü işləmişdir. 15.01.2018-ci il tarixli 80/3-26 №-li məktubuna əsasən əmək kitabçası və arxiv arayışına əsasən iddiaçının 31 il 3 ay sosial sığorta stajı müəyyənləşdirilmişdi r. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin siyahının 27-ci Yeyinti sənayesi bölməsinin 27.5.1-ci yarımbəndində tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilmişdir. Siyahıda tütün istehsalı yeyinti sənayesinə aid olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması mümkün deyildir. Azərbaycan Respublikasının “X1 haqqında” Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun vətəndaşlar qocaldıqda, əmək qabiliyyətini tamamilə və ya qismən itirdikdə, habelə ailə başçısını itirdikdə onların Azərbaycan Respublikası Konstitusiyasında təs bit olunmuş maddi təminat hüququna zəmanət verməklə vahid dövlət pensiya sistemini müəyyən edir. Qanunla fəhlələrin, qulluqçuların, kolxozçuların, fərdi əmək fəaliyyəti və sahibkarlıqla məşğul olan şəxslərin və digər kateqoriyalardan olan zəhmətkeşlərin pensiya təminatı üçün bərabər normalara və şərtlərə zəmanət verilir, əmək qabiliyyəti olmayan vətəndaşların sosial pensiya almaq hüququ təmin edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Göründüyü kimi, kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhs il və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı, iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda əmək stajını təsdiqedıcı sənəd kimi arayışlar nəzərə alınır. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının 1982, 1983, 1986, 1990-1994-cü illərdə Şəki rayonu Baş Layısqı kənd "Fəhlə kənd Birliyi" kolxozunda tütünçü, 1997-ci illərdə Şəki rayonu Cunud kənd təsərrüfatı məhsulları istehsalı kooperativində tütünçü işlədiyi müddə t tam, 1989-cu ildə (160 gün) və 1996, 1998-ci illərdəki (müvafiq olaraq 157 gün+12 gün) iş stajı, bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət (160+157+12=339/170=1 il 9 ay) üzrə nəzərə alınaraq hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bununla yanaşı iş materiallarından gürünür ki, iddiaçı 31 il 3 ay ümumi iş stajına malik olub və bu işin mübahisələnməyən halıdır. Həmin müddətin 10 il 9 ayı tütünçü stajına aiddir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında" Qanunda bu bənd çıxarılmışdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda k olxozdakı tütünçü peşəsi nəzərdə tutulmadığından iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçının zərərli işdə çalışdığı dövrdə qüvvədə olmuş “X1 haqqında” Qanunda həmin peşə (iş) güzəştli şərt kimi nəzərdə tutulduğu halda, bunun sonrakı qanunda bilavasitə həmin məzmunda təsbit olunmaması şəxsin hüquqlarının məhdudlaşdırılmasının və ya bu hüquqların ümumiyyətlə aradan qaldırılmasının əsası kimi qəbul edilə bilməzdir. Çünki, şəxsin zərərli işdə çalışması faktı onun sosial təminat hüququnun tərkib hissəsi kimi mövcud olmaqda davam edir. İddiaçının həmin zərərli işdə “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin z bəndində nəzərdə tutulan 15 ildən az işlədiyinə gəldikdə isə burada yeni qanunun qüvvəsindən şəxsin hüquqi vəziyyətinin yaxşılaş dırılması üçün istifadə olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsi zərərli işdə çalışmanın minimum müddətini qadınlara münasibətdə 10 il həddində müəyyən etmişdir. Əks yanaşma sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Başqa sözlə, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmi yyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cınsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digə r ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Göründüyü kimi, bərabərlik prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02oktyabr 2018-ci il tarixli 21(107)-345/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-2629/2018
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2629/2018
05.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver