Məhkəmə qərarları › İş №2-1(102)-2629/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2629/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2629/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpağa hüququn qeydə alınması, inzibati akt əsasında icarə hüququnun qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər “X9” MMC, Ağstafa rayon Pirili Bələdiyyəsi və Ağstafa Rayon İcra Hakimiyyəti) “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-13/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Ağstafa rayonu Pirili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətində olan 7 ha kənd təsərrüfatına yara rsız torpaq sahəsi sahibkarlıq məqsədilə 25 il müddətinə İddiaçı icarəsinə verilmiş, bununla əlaqədar tərəflər arasında icarə müqaviləsi bağlanmışdır.

2. Ağstafa Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 285 saylı sərəncamı ilə X11 karxanası ərazisindən 15 ha, Ağstafaçay deltasından 10 ha torpaq sahəsi 15 il müddətinə, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 286 saylı sərəncamı ilə X11 karxanası ərazisindən 30 ha torpaq sahəsi 15 il müddətinə "xxxx" MMC-nin icarəsinə verilməsi qərara alınmış, bununla əlaqədar olaraq tərəflər arasında xx.xx.2010-cu il tarixli, 59/10 nömrəli və xx.xx.2010-cu il tarixli, 60/10 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. 3. ********** nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Hüqu qların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Ağstafa rayonu, Ağstafaçay deltasında yerləşən 30 ha torpaq sahəsi üzərində, ********** nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Ağstafa rayonu, Ağstafaçay deltasında yerləşən 10 ha torpaq sahəsi üzərində "xxxx" ASC-nin icarə hüququ dövlət qeydiyyatına alınmışdır. 4. ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Ağstafa rayonu, Ağstafaçay deltasında yerləşən 10 ha torpaq sahəsi üzərində, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin dən çıxarışla Ağstafa rayonu, Ağstafaçay deltasında yerləşən 30 ha torpaq sahəsi üzərində “X9” MMC-nin icarə hüququ dövlət qeydiyyatına alınmışdır. (“X9” MMC "xxxx" ASC-nin hüquqi varisidir).

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Ağstafa rayonu, Ağstafaçay Deltasında yerləşən 30 ha və 10 ha torpaq sahəsi üzərində “X9” MMC-in icarə hüququna xitam verilərək onun torpaq sahəsinin bir hissəsi üzərində icarə hüququnun qeydiyyata alınmasını xahiş etmişdir.

6. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi 28 oktyabr 2020-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Ağstafa rayonu, Ağstafaçay Deltasında yerləşən 30 ha və 10 ha torpaq sahəl əri üzərində “X9” MMC-in icarə hüququ RX ******* və RX ******* blank nömrəli, ********** və ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarışlarla qeydiyyata alınmışdır. Qeydiyyata alınmış hüquqla bağlı mübahisələr məhkəmə qaydasında həll edilə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq “X9” MMC-yə verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, RX ******* saylı və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, RX ******* saylı, ümumilikdə 40 hektar torpaq sahəsinə verilmiş çıxarışların bütövlükdə ləğv edilməsini və hazırda Ağstafa rayonu Pirili kəndi ərazisində icarə müqaviləsi əsasında istifadəsində olan 7 hektar torpaq sahəsi üçün hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa rayonu Pirili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı ilə iddiaçıya Ağstafa rayonu Pirili kəndi ərazisindən 25 il müddətinə 7 ha torpaq sahəsi icarəyə verilmişdir. Eyni tarixdə tərəflər arasında buna müvafiq müqavilə imzalanmışdır. Həmin torpaq sahəsi hazırda iddiaçının istifadəsindədir. Ağstafa Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli sərəncamı ilə iddiaçının istifadəsinə yaxın olan ərazidən "xxxx" MMC-yə 15 il müddətinə ayrılıqda 10 ha və 30 ha sahələri ayrılmışdır. Eyni tarixli tərəflər arasında icarə müqavilələri bağlanılmı şdır. Sonralar “X8” MMC müvafiq dəyişiklik nəticəsində ümumiyyətlə ləğv olunur və ümumilikdə onların hüquqi varisi kimi, “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası olmuşdur. Amma bir müddət sonra isə “X9” MMC ortaya çıxır və “X8” MMC-yə 15 il müddətinə ayrılmış 10 ha və 30 ha torpaq sahələrini özününkü kimi tanıdaraq, qanunsuz yolla DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsindən xx.xx.2019-cu il tarixli, **********-N2-li qeydiyyat tarixli, RX1414944 saylı çıxarışla 30 ha torpaq sahəsinə və xx.xx.2019-cu il tarixli, **********- N-li qeydiyyat tarixli, RX ******* saylı çıxarışla 10 ha torpaq sahəsi olmaqla ümumilikdə 40 ha torpaq sahəsinə qanunsuz çıxarışlar alınmasına nail olmuşdur. DƏDRX tərəfindən həmin qanunsuz çıxarışlar verilərkən ona məxsus Ağstafa rayonu Pirili bələdiyyəsinin xx.x x.2007-ci il tarixli, 10 nömrəli qərarı ilə ona Ağstafa rayonu, Pirili kəndi ərazisindən 25 il müddətinə verilmiş 7 ha torpaq sahəsi də həmin çıxarışlara daxil olan torpaqlara aid edilmişdir. 7 hektar torpaq sahəsinin istifadəçisi hələ də iddiaçıdır və icarə müqaviləsinin müddətinin bitməsinə də uzun illər vardır. Bundan başqa, həmin torpaq sahəsi üçün o, hər il müvafiq vergiləri və rüsumları ödəyir. O, istifadəsində və icarəsində olan 7 ha torpaq sahəsi üçün hüquqlarının reyestrdə qeydə alınmasını rəsmiləşdirmək istəyəndə DƏDRX tərəfindən bildirilmişdir ki, həmin torpağın koordinatları, yəni ölçüləri “X9” MMC-nin çıxarışlarında göstərilir. Baxmayaraq ki, 30 ha və 10 ha torpaq sahələri “X8” MMC-yə 15 il müddətinə icarə müqaviləsi əsasında verilmişdir. DƏDRX-nin bu qanunsuzluqlardan sonra h ətta 13 oktyabr 2015-ci ildə “X9” MMC-nin direktoru Hikmət Qəribov tərəfindən DƏDRXyə məktubla müraciət olunmuşdur ki, onlara icarəyə verilmiş və icarə hüququ DƏDRX-də qeydiyyata alınmış çıxarışların koordinatlarının, digər icarə torpaq sahələri ilə üst-üstə düşməsi bildirilmiş və düzəliş edilməsi xahiş edilsə də, DƏDRX tərəfindən hərəkətsizlik nümayiş etdirilir və iddiaçının da, 7 hektar icarəsində olan torpaq sahəsinə DƏDRX-də qeydə alınmasından imtina olunmuşdur.

9. Gəncə İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(114)-238/2021 saylı qərardadı ilə Ağstafa rayon Pirili Bələdiyyəsi, 04 noyabr 2021-ci il tarixli, 2-1(114)238/2021 saylı qərardadı ilə Ağstafa rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(114)-17/2022 saylı qərarı ilə (hakim X1) iddia qismən təmin edilmiş, “X9” MMC-nin adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, RX ******* saylı və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, RX ******* saylı çıxarışların ləğv edilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq qeyd etmişdir ki, mübahisələndirilən çıxarışların verilməsinə əsas olmuş sənədlərdən görünür ki, sözügedən çıxarışlar Ağstafa Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 285 və 286 nömrəli sərəncamları əsasında verilmişdir. Qeyd edilən sə rəncamların məzmunundan görünür ki, icarəyə verilən sahələr qum-çınqıl karxanasıdır. Həmin sahələr icarəyə verilərkən qüvvədə olmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də rayon icra hakimiyyətinə qum-çınqıl istehsalı sahələrinin icarəyə verilməsi səlahiyyəti verilməmişdir. Bundan əlavə qeyd edilən sərəncamlarla icarəyə verilməsi nəzərdə tutulan sahənin koordinatlarını (sərhədlərini) əks etdirən sənəd mövcud olmadığı halda sahələrin planı və ölçüsü sənədi hazırlanmış və cavabdeh orqan qeyd olunan çatışmazlıqlara əhəmiyyət vermədən icarə hüququnu qeydə almışdır. "xxxx" ASC-yə verilmiş torpaq sahələrinin yerləşmə yerini-koordinatlarını müəyyən edən sənədlərə dair Ağstafa Rayon İcra Hakimiyyətində heç bir məlumatın olmaması barədə Ağstafa Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il t arixli 962/g-4 nömrəli məktubu da qeyd olunan halı təsdiq edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə torpaq sahəsinin planı və ölçüsü də əlavə edilməlidir. Beləliklə, müəyyən olunur ki, cavabdeh orqan qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmaqla qeydiyyat hərəkətləri apararaq hazırda mübahisələndirilən çıxarışları vermişdir. Bu səbəbdən də sözügedən çıxarışların ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

12. Tələbin “icarəyə verilmiş 7 ha torpaq sahəsinə dair hüquqların qeydə alınması” hissəsini təmin etməyərək məhkəmə qeyd etmişdir ki, həmin sahə faktiki olaraq iddiaçının istifadəsində olsa da, dövlət mülkiyyətində olduğundan və qanuni əsaslarla icarəyə verilmədiy indən tələb həmin hissədə təmin oluna bilməz. Yəni, bələdiyyənin dövlət mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək hüququ olmadığından sahənin iddiaçının icarəsinə verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməmişdir. 13. “X9” MMC-ni adı dəyişdirilərək “Arkoz X9” MMC kimi 30 dekabr 2013-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.

14. Üçüncü şəxs “X9” MMC-nin hüquqi varisi “Arkoz X9” MMC tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-13/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərardadı ilə (hakimlər X6 (məruzəçi), X2 və X3) apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 29 sentyabr 2022ci il tarixli, 2-1(114)-17/2022 saylı qərarı iddianın təmin edildiyi hissədə, yəni “X9” MMC-nin adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, RX ******* saylı və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, RX ******* saylı çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır.

16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini araşdırmadan iddia tələbinin mübahisələndirilən hissədə təmin edilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, “Torpaq icarəsi haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə əsasən, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. İddiaçıya torpaq sahəsi icarə hüququ əsasında 25 il müddətinə ayrıldığı halda, bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Digər tərəfdən, Ağstafa rayonu Pirili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətində olan 7 ha kənd təsərrüfatına yararsız torpaq sahəsi sahibkarlıq məqsədilə 25 il müddətinə İddiaçı icarəsinə verilməsi, bununla bağlı xx.xx.2007-ci il tarixli torpaq icarə müqaviləsinin bağlanması müəyyən edilsə də, ic arəyə verilmiş torpaq sahəsinin koordinatları müəyyən edilməmişdir. Göründüyü kimi, həmin torpaq sahəsinin koordinatları, plan-cizgisi və digər texniki göstəriciləri mövcud olmadığından iddia edilən torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etmək mümkün deyildir. İş materialları ilə koordinatların müəyyən edilməsi ilə bağlı icarə müqaviləsinin bağlandığı vaxt mövcud olmuş DT və XK-yə hər hansı müraciətin olunduğu da müəyyən edilmir.

17. Daha sonra qeyd edilir ki, iş materiallarında olan mütəxəssis və ekspert rəyindən də görünür ki, iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin koordinatları olmadığından iddiaçıya ayrılmış torpaq sahəsinin naturada müəyyən edilməsi, faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən xeyrinə hüquq yüklü edilən “X9” MMC-nin adına qeydiyyata alınmış və “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən xeyrinə hüquq yüklü edilən “X9” MMC-nin adına qeydiyyata alınmış Ağstafa rayonu Ağstafaçay deltasında yerləşən 30 ha torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. İşin bu halı keçirilmiş mütəxəssis və ekspert tədqiqatları ilə müəyyən edilmışdir. Belə vəziyyətdə iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları mövcud olmadığından, o, qeyd edilən icarə müqaviləsinə əsaslanmaqla Ağstafa rayonu üzrə istənilən yerə dair aparılmış qeydin onun hüquqlarına toxunduğunu iddia edə bilər. Göründüyü kimi, şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun subyektiv hüquqa malik olması tələb olunur. Beləliklə, işin yuxarıda qeyd edilən halları iddia tələbini iddianın təmin edilmiş hissəsində mümkünsüz edir.

18. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətində Konstitusiyanın 29-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3, 2.4, 16.1, 16.2, 16.5-ci maddələrinə istinad ed ilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanuni və əsaslı sayıla bilməz.

20. Belə ki, iş materiallarında olan sənədlərdən açıq-aşkar görünür ki,sözügedən çıxarışlar Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 285 və 286 nömrəli sərəncamları əsasında verilmişdir. Qeyd edilən sərəncamların məzmunundan görünür ki, icarəyə verilən sahələr qum-çınqıl karxanasıdır. Həmin sahələr icarəyə verilərkən qüvvədə olmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də rayon icra hakimiyyətinə qum-çınqıl istehsalı sahələrinin icarəyə verilməsi səlahiyyəti verilməmişdir. Bundan əlavə qeyd edilən sərəcamlarla icarəyə verilməsi nəzərdə tutulan sahənin koordinatlarını (sərhədlərini) əks etdirən sənəd mövcud olmadığı halda sahələrin planı və ölçüsü sənədi hazı rlanmış və cavabdeh orqan qeyd olunan çatışmazlıqlara əhəmiyyət vermədən icarə hüququnu qeydə almışdır. "xxxx" ASC-yə verilmiş torpaq sahələrinin yerləşmə yerini-koordinatlarını müəyyən edən sənədlərə dair Ağstafa Rayon İcra Hakimiyyətində heç bir məlumatın olmaması barədə Ağstafa Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 962/g-4 nömrəli məktubu da qeyd olunan halı təsdiq edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun tələblərinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qeydiyyat orqanına verilən ərizəyə torpaq sahəsinin planı və ölçüsü də əlavə edilməlidir. Cavabdeh orqan qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmaqla qeydiyyat hərəkətləri apararaq hazırda mübahisələndirilən çıxarışları vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassa siya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) ap arılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı b arədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

94. Kassasiya şikayətinin ve rilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılm ış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanu nvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlsə də, iddianın mümkün sayılmama əsasını (iddiaçının subyektiv hüququnun olmamasını) düzgün müəyyən etməmişdir.

31. Məhkəmə kollegiyası öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.

32. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsi Ağstafa Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 285 saylı və xx.xx.2010-cu il tarixli, 286 saylı sərəncamları ilə üçüncü şəxs “Arkoz X9” MMC-yə ayrılmış, daha sonra üçüncü şəxsin həmin torpaq sahəsi ilə bağlı icarə hüququ dövlət reyestrində qeydə alınmışdır.

33. Əvvəla məhkəmə kollegiyası bildirir ki, “İnzibati icraat haqqında” Qanunun tələbinə əsasən Ağstafa Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 285 saylı və xx.xx.2010-cu il tarixli, 286 saylı sərəncamları inzibati aktdır. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).

34. Hazırki iş üzrə Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 285 saylı və xx.xx.2010-cu il tarixli, 286 saylı sərəncamları bu və ya digər səbəbdən qüvvədən düşmədiyindən və hal hazırda da qüvvədə olduğundan hüquqların qeydiyyatı üçün əsas kimi qəbul ediləndir.

35. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfi ndən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

36. Məhkəmə kollegiyası bildirir ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 285 saylı və xx.xx.2010-cu il tarixli, 286 saylı sərəncamları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin təsir dairəsinə düşdüyündən cavabdeh haqlı olaraq bu normanı rəhbər tutmaqla üçüncü şəxsin hüquqlarını dövlət reyestrində qeydə almışdır.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prose ssual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, o mümkün iddia kimi qəbul edilə bilməz.

38. Beləliklə, mübahisə olunan qərardadın əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərardad digər əsaslarla düzgün olduğundan (icarə hüququnun qeydə alınmasına əsas olan inzibati akt mövcud olduğundan) Azərbaycan Respublikası İPM-in 96.7-ci maddəsinə əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-13/2024 nömrəli, 21 may 2024-cü il tarixli qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar