Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-263/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X5 rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ayrı-ayrı dövrlər nəzərə alınmaqla pensiyanın yenidən hesablanması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə FondununBalakən rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı“01.0 9.1967-ci ildən 13.05.1968-ci ilədək, 22.05.1970-ci ildən 28.02.1972-ci ilədək X4 texnikumunda təhsil aldığı, 13.05.1968-ci il tarixdən 22.05.1970-ci il tarixədək hərbi xidmətdə olduğu və 1981-1982-ci il illərdə S.Vurğun adına kolxozda işlədiyi faktiki müddətin ümumi iş stajına daxil edilməsi, 27.03.2013-cü il tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə ŞəkiApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-559/2019 saylı, 8 oktyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 28 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 27 mart 1950-ci il tarixd ə Balakən rayonu Şambul kəndində doğulmuş, orta məktəbi bitirib 1967-ci ilin sentyabr ayında X4 Texnikumunun baytarlıq şöbəsinə qəbul edilmişdir. Texnikumda təhsil aldığı vaxt 13.05.1968-ci il tarixdən 22.05.1970-ci il tarixədək keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıdıb texnikumda təhsilini davam etdirmiş, 28 fevral 1972-ci il tarixdə texnikumda təhsilini başa vurub diplom almışdır. 1972-ci ildən 2005-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Balakən rayon Məhkəməsinin 28 avqust 2013-cü il tarixli 2(019)-440/2013 nömrəli qətnaməsi ilə 23 il 08 ay 13 gün ümumi iş stajının olması faktı müəyyən edilmişdir. İddiaçıya 21.05.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı yenidən cavabdehə müraciət edərək hərbi xidmət dövrünün, t əhsil müddətinin və kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsini xahiş etmişdir Cavabdeh 31.01.2019-cu il tarixli məktubla bildirmişdir ki, iddiaçının hərbi xidmətlə bağlı 07.01.2019-cu il tarixli arayışa əsasən iş stajına yenidən baxılmış, məlum olmuşdur ki, onun iş stajı 24 il 5 ay təşkil edir. Pensiyanın yenidən hesablanması üçün şəxsiyyət vəsiqəsinin təqdim edilməsi xahiş edilmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 28 fevral 2018-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçıya 27 mart 2013-cü il tarixdən 27 il sığorta stajına əsasən 129,23 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Əyani təhsil müddətinin sığorta stajına daxil edilməsi 1 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmamışdır. İddiaçının hərbi xidmətdə ol duğu illər sənəd təqdim etmədiyinə görə sığorta stajına daxil edilməmişdir. İddiaçı cavabdehə qarşı 24 aprel 2019-cu il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “01.09.1967-ci ildən 13.05.1968-ci ilədək, 22.05.1970-ci ildən 28.02.1972-ci ilədək X4 texnikumunda təhsil aldığı, 13.05.1968-ci il tarixdən 22.05.1970-ci il tarixədək hərbi xidmətdə olduğu və 1981-1982-ci illərdə S.Vurğun adına kolxozda işlədiyi faktiki müddətin ümumi iş stajına daxil edilməsi və 27.03.2013-cü il tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа onunla əsaslandırılmışdır ki, 2 il hərbi xidmət dövrü və 1 il 08 ay 1981-198 2-ci il illərdə S.Vurğun adına kolxozda işlədiyi illər cəmi 3 il 08 ay nəzərə alınmış, pensiyanın yenidən hesablanması aparılmış və yaranmış fərqlər 2014-cü ildə 85 manat, 2015-ci ildə 26,52 manat, 2016-cı ildə 27,60 manat, 2017-ci ildə 88,06 manat olmaqla cəmi 153,03 manat onun hesabına köçürülmüşdür. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(84)-842/2019 saylı iş) 14 avqust 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə iddiaçının 01.09.1967-ci ildən 13.05.1968-ci ilədək, 22.05.1970-ci ildən 28.02.1972-ci ilədək X4 texnikumunda təhsil aldığı, 13.05.1968-ci il tarixdən 22.05.1970-ci il tarixədək hərbi xidmətdə olduğu və 1981-1982-ci illərdə S.Vurğun adına kolxozda işlədiyi faktiki müddətin ümumi iş stajına daxil edilməsi və 27.03.2013-cü il tarixdən pensi yasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3məruzəçi, X9 oğlu və X10 oğlu, 2-1(107)-559/2019 saylı iş) 8 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 14 avqust 2019-cu il tarixli qərarı “İddiaçı 13.05.1968-ci il tarixdən 22.05.1970-ci il tarixədək hərbi xidmətdə olduğu və 1981-1982-ci illərdə S.Vurğun adına kolxozda işlədiyi faktiki müddətin ümumi iş stajına daxil edilməsi” hissəsi ləğv edilmiş və həmin hissə üzrə yeni qərar qəbul edilərək, həmin hissədə iddia təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı 28.02.2019-cu il tarixli məktubunda iddiaçının hərbi xidmət dövrünün onun sığorta stajına daxil edilməsindən imtina etməmiş, məhkəmə kollegiyasına ünvanladığı məktublarda iddiaçının hərbi xidmət dövrünün məhkəmə qərarı olmadan onun sığorta stajına daxil edildiyini bildirmişdir. Eyni zamanda, cavabdeh inzibati orqan 10.07.2019-cu il tarixli məktubunda iddiaçının 1981-1982-ci illərdə S.Vurğun adına kolxozda işlədiyi müddət Balakən Rayon Məhkəməsinin 2(019)-440/2013 nömrəli 28.08.2013-cü il tarixli qətnaməsi əsas tutularaq onun sığorta stajına daxil edildiyini bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının hərbi xidmət dövrünün (2 il) və 1981-1982-ci illərdə S.Vurğun adına kolxozda işlədiyi illərin (1 il 08 ay) təkrar olaraq iddiaçının sığorta stajına daxil edilməsində haqlı olmamışdır. Belə ki, qeyd edilən illər iddiaçının sığorta stajına artıq daxil edilmiş, sonradan pensiya fərqi olan cəmi 153 manat iddiaçının pensiyasına əlavə edilərək ona ödənilmişdir. İddiaçı 19 noyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Cavabdeh 2013-cü il 27 mart tarixdə iddiaçının 30 il əmək stajı olduğu halda pensiyasını 20 il 6 ay ilə hesablamışdır. Cavabdeh 2013-cü il 27 mart tarixdən 30 il stajla iddiaçının pensiyasını yenidən hesablamalıdır. İnzibati kollegiya da qərarında iddiaçının ümumi əm ək stajının 27 il olduğunu göstərmişdir. Cavabdeh 8 il ərzində 153 manat kəsir olduğunu qeyd etmişdir. Cavabdehin iddiaçıya ödəməli olduğu fərq pulu 3347 manata bərabərdir. Belə olduğu halda inzibati kollegiyanın qərarında qeyd edilənləri və çıxarılan qərarı qəbul etmək qeyri-mümkündür. İnzibati kollegiyanın cavabdehin məktublarına əsaslanaraq qərar çıxarması səhv olmuş və iş araşdırılmamışdır. Məhkəmə kollegiyası işi araşdırmadığı üçün cavabdeh orqanın məktubuna istinad edərək, qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının hərbi xidmət dövrünün (2 il) və 1981-1982-ci illərdə kolxozda işlədiyi illərin (1 il 08 ay) təkrar olaraq iddiaçının sığorta stajına daxil edilməsində haqlı olmadığını qeyd etmiş, guya qeyd edilən illər iddiaçının sığorta stajına daxil edilmiş, sonradan pensiya fərqi olan cəmi 153 manat iddiaçının pensiyasına əlavə edilərək ona ödənilmişdir. İş materiallarında bu halı təsdiq edən heç bir sənəd yoxdur, bu hal cavabdehin məhkəməyə təqdim etdiyi məktubda qeyd edilib. Məhkəmə kollegiyası işlə bağlı məhkəmə mühasibatlıq ekspertizası təyin etməli idi. Cavabdehin formal olaraq tərtib edilmiş məktubları əsasında birinci instansiya məhkəməsinin qərarını qeyd edilən hissələri də ləğv etməsi qanuna zidd olmaqla qəbul edilməsi mümkün deyil. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxı lmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçıya 21.05.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdehə müraciət edərək hərbi xidmət dövrünün, təhsil müddətinin və 1981-1982-ci illərdə kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsini xahiş etmişdir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçıya 2013-cü ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı bəyan edir ki, 1 sentyabr 1967-ci ildən 13 may 1968-ci ilədək və 22 may 1970-ci ildən 28 fevral 1972-ci ilədək X4 Texnikumunda təhsil aldığı illər, 13 may 1968-ci ildən 22 may 197-ci ilədək hərbi xidmət dövrü və 1981-1982-ci illərdə işlədiyi dövr pensiya təyini zamanı nəzərə alınmamışdır. Cav abdeh ayrı-ayrı məktublarında qeyd etmişdir ki, iddiaçının hərbi xidmət dövrü və 1981-1982-ci illərdə işlədiyi dövr pensiya təyini zamanı nəzərə alınmışdır. İşin 19, 50 və 52-ci səhifələrində olan cavabdehin imzaladığı arayışlarda qeyd edilmişdir ki, iddiaçıya 21 may 2013-cü ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. 1968-1970-ci illərdə hərbi xidmət dövrü sığorta stajına əlavə edilərək ümumi iş stajı 24 il 5 ay nəzərə alınmış, pensiyanın məbləği 163,33 manata çatdırılmışdır. 1981-1982-ci illərdə işlədiyi dövr də pensiya təyini zamanı nəzərə alınmışdır. Göründüyü kimi, iddiaçı kassasiya şikayətində hərbi xidmət dövrünün və kolxozda işlədiyi 1981-1982-ci illərə aid dövrün pensiya təyini zamanı sığorta stajına aid edilmədiyini bəyan etsə də, həmin fakt cavabdehin arayışları ilə təkzib edilir. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 21.2.11 və 23.2-ci maddələrinə uyğun olaraq iddiaçının mübahisə açdığı dövrü onun sığorta stajına daxil etmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Cavabdeh iddiaçını n təqdim etdiyi sənədləri qəbul edərək onları mötəbər hesab etmişdir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Mübahisə olunan hissədə apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsi n. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-559/2019 saylı, 8 oktyabr 2019-cu il tarixli qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-263/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-263/2020
28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver