Məhkəmə qərarları › İş №2-1(102)-263/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-263/2021

13.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-263/2021 13.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (qeyri-yaşayış sahəsinə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dövlət reyestrində n çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xxxxci il tarixli, 2-1(103)-1245/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 13 yanvar 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində yerləşən qeyri-yaşayış binasının eskiz layihəyə uyğun olaraq onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət yestrində qeydiyyata alınmaqla buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilmə si vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində yerləşən qeyri-yaşayış binası onun qanuni sahibliyində və istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsinin eskiz layihəsi Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 2008-ci il tarixdə təsdiq edilmiş, istismara icazə sənədi isə 27.02.2018-ci il tarixdə verilmişdir. Həmin qanuni sahibliyində və istifadəsində olan qeyriyaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən müraciətindən qanu nsuz və əsassız olaraq imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Birinci instansiya məhkəməsinin xxx-ci il tarixli, 2-1(112)-654/2020 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində yerləşən qeyri-yaşayış sahəsi (mağaza) Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış layihəyə uyğun olaraq iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Mülki Məcəllənin 139.1, 139.3, 178.2-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7, 8.0.10.1, 15-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 2.2.2, 33.1, 52, 58.1, 68.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia qanuni və əsaslıdır.

5. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xxx-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xxx-ci il tarixli, 2-1(103)-1245/20 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Aida Hüseyn) qərarı ilə cavabdeh tərəfindən verilmiş a pelyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin xxx-ci il tarixli, 2-1(112)-654/2020 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.9.2, 8.0.10.1, 11.1-ci maddələrinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun qüvvədə olan 6.5-ci maddəsinə, həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına (qeyd edilməlidir ki, sözügedən Fərmanın nə tarixi, nə də nömrəsi göstərilməmişdir), «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında» Əsasnamənin 17, 18, 19, 21, 22-ci bəndlərinə, habelə həmin Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli, 696 saylı Fərmanına, həmçinin Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 4.11.11.5, 4.11.12, 4.18.2-ci bəndlərinə istinad etməklə belə hesab etmişdir ki, inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına qeydə almaqdan imtinası əsaslı olmuşdur. Kasasiya şikayətinin dəlilləri:

8. İddiaçının ka sasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya kollegiyası qəbul etdiyi xxxxci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xxx-ci il tarixli qərarını ləğv edərkən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinin, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin və razılaşdırılması Qaydaları haqqında» Əsasnamənin və həmin Əsasnamənin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 696 saylı, 06 may 2002-ci il tarixli Fərmanına, «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin müddəalarına istinad etmişdir. Və həmin sadalanan qanun, əsasnamələrin, fərmanın müddəalarına istinad edərkən Bakı şəhəri, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi ndə yerləşən qeyri-yaşayış binasına dair onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakin dövlət reyestrində qeydiyyata alınmaqla buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportunun verilməsindən cavabdeh idarəsi tərəfindən edilmiş imtinanın əsaslı olubolmaması məsələsinin əvəzinə, həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ayrılmasının qanuni olub-olmamasına, yerli icra hakimiyyətləri və ya bələdiyyələr tərəfindən torpaq sahəsinin ayrılmasının qaydaları və prosedurları, bələdiyyə torpaqlarının dəyərinin ödənilməsi qaydaları, tikinti layihələrinin təsdiqi səlahiyyətləri, qaydaları və prosedurları və sair bu kimi hallara hüquqi qiymət verərək həll etmişdir.

9. Halbuki, işin hallarından göründüyü kimi, iş üzrə müəyyən edilmiş həqiqi hallar və tərəflərin qarşılıqlı münasibəti yerli icra hakimiyyətləri və ya bələdiyyələr tərəfindən sözügedən qeyri-yaşayış binası ilə əlaqəli torpaq sahəsinin ayrılmasının qaydaları və prosedurları, bələdiyyə torpaqlarının dəyərinin ödənilməsi qaydaları, tikinti layihələrinin təsdiqi səlahiyyətləri qaydaları və prosedurları və bu kimi sair hallar hazırkı məhkəmə prosesinin mübahisə predmeti olmamış və cavabdeh İdarənin tərəfindən bu məsələlər iddia icraat qaydasında mübahisələndirilməmiş, mübahisə predmeti yalnız onun iddiası əsasında cavabdehin etdiyi müvafiq imtinanın qanunsuz və əsassızlığı ilə bağlıdır.

10. Bununla da göründüyü kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinin norması ilə müəyyən edilmiş müddəalarına müvafiq olaraq, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarş ılıqlı münasibətinə uyğun əsaslandırılma yerli icra hakimiyyətləri və ya bələdiyyələr tərəfindən sözügedən qeyriyaşayış binası ilə əlaqəli torpaq sahəsinin ayrılması qaydaları və prosedurları, bələdiyyə torpaqlarının dəyərinin ödənilməsi qaydaları, tikinti layihələrinin təsdiqi səlahiyyətləri, qaydaları və prosedurları və bu kimi sair hallar ətrafında yox, məhz müvafiq qeyri-yaşayış binaya dair onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportunun verilməsindən cavabdeh İdarəsinin etdiyi imtinanın əsaslığı ilə bağlı olmalıdır.

11. Birinci instansiya məhkəməsinin qərarı «Daşınmaz əmlakin dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinin, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun, habelə yuxarıda qeyd olunan əsasnamələr və fərmanın müddəalarına əsasən ləğv olunduğu üçün, xxxxci il tarixli qərarı prosessual hüquq normaları baxımından qanuni şəkildə əsaslandırılmış qərar hesab oluna bilməz.

12. Cavabdeh İdarəsinin imtinası tamamilə əsassızdır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə və həmin binanın tikintiyə icazə sənədləri lazımi şəkildə cavabdeh İdarəsinə təqdim edilmiş, həmin binanın hündürlüyü 12 (on iki) metrdən artıq olmamış, sözügedən binaya dair adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsindən imtina üçün « Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş əsaslar mövcud deyil, apelyasiya kollegiyasının bu yanaşması tamamilə yanlışdır.

13. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xxxxci il tarixli, 2-1(103)-1245/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin olunmasına dair qərarın qəbul edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə görə tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Əsaslandırıcı hissə:

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı i şə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, məlum iddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi r ayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində yerləşən qeyri-yaşayış binası onun qanuni sahibliyində və istifadəsindədir. Həmin qeyriyaşayış sahəsinin eskiz layihəsi Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 2008-ci il tarixdə təsdiq edilmiş, istismara icazə sənədi isə 27 fevral 2018-ci il tarixdə verilmişdir. Həmin qanuni sahibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən müraciətindən qanunsuz və əsassız olaraq imtina edilmişdir.

18. İşdə olan (iş səhifələri 4–5) cavabdehin iddiaçıya verdiyi 10 oktyabr 2019-cu il tarixli imtina məktubundan göründüyü kimi, cavabdehin həmin imtinanı verərkən istinad olunan «Daşınmaz əmlakın dövlət reyestri h aqqında» Qanunun 8.0.1, 8.0.9.2, 8.0.10.1, 11.1-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti haqqında» Əsasnamənin 4.11.11.5, 4.11.12, 4.18.2-ci maddələri olmuşdur.

19. Burada məhkəmə kollegiyası xüsusi olaraq cavabdehin istinad etdiyi, lakin apelyasiya instansiyası məhkəməsinin işin faktiki halları baxımından tam və hərtərəfli araşdırmadığı Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 4.11.11.5, 4.11.12, 4.18.2-ci bəndlərinin tələbləri üzərində dayanmağı zəruri hesab edir.

20. İlk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanı ilə təsdiq edilmiş Əsa snamə 6 iyun 2012-ci il tarixdə qəbul edildiyi halda, iddiaçıya Biləcəri Bələdiyyəsi tərəfindən adıçəkilən torpaq sahəsinin alqı-satqısı barədə 570/A saylı qərar 04 may 2007-ci il tarixdə, yəni, Əsasnamə qəbul edilməmişdən 5 il əvvəl çıxarılmış və həmin Əsasnamədəki müddəaların tətbiq edilib-edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi baxımından qiymətləndirilməli idi.

21. Digər tərəfdən həmin Əsasnamədə İ, İİ və İİİ məsuliyyət səviyyəli binalardan bəhs edilir, lakin iddiaçıya məxsus binanın (mağazanın) hansı məsuliyyət səviyyəli binanın olması və nəticə etibarı ilə də (sənədlərin təqdim edilməsi baxımından) buna müvafiq hüquqi qiymət verilməsi apelyasiya instansiyası məhkəməsində ümumiyyətlə araşdırma predmeti olmamışdır.

22. Həmçinin qeyd edilməl idir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin 570/a saylı, 04 may 2007-ci il tarixli qərarına əsasən ünvan 1 ünvanda yaşayan İddiaçı müraciətini nəzərə alaraq, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq və Biləcəri bələdiyyə üzvlərinin ümumi iclasının 05 saylı, 04 may 2007-ci il tarixli protokoluna əsaslanaraq, Biləcəri bələdiyyəsi hüdudları daxilində uzun müddətdən bəri istifadə etdiyi 30.0 kvadrat metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır.

23. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, həmin torpaq sahəsinə dair Biləcəri Bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alğı-satqısına dair akt tərtib edilmişdir. Həmçinin torpaq sahəsinin cizgisi Biləcəri bələdiyyəsi və Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir.

24. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 27 fevral 2018-ci il tarixli, 02/12-09-26/A-160-093 saylı məktuba əsasən onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən və istifadəsində olan 30 kvadrat metr olan torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinin (mağaza) layihəsinin təsdiq olunması barədə müraciət etmiş, müraciətinə cavab olaraq Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun hərəkət etməsi tö vsiyə olunmuşdur.

25. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «xxxx» MMC tərəfindən tərtib edilmiş eskiz layihəyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində İddiaçı məxsus mağazanın layihəsi tərtib edilərək, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır.

26. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işdə olan Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 27 fevral 2018ci il tarixli, 32 saylı istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazəyə əsasən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində yerləşən ümumi sahəsi 30 kvadrat metr olan 1 mərtəbəli, mansardlı qeyri-yaşayış sahəsinin (mağaza) şəhərsalma və tikintiyə dair no rmativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, 27 fevral 2018-ci il tarixində istismarına icazə verilmişdir.

27. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə yuxarıda gəldiyi nəticəyə gələrkən qeyd etmişdir ki, inzibati orqan iddiaçının müraciəti ilə bağlı aparılmış araşdırmalar nəticəsində müəyyən etmişdir ki, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə və tikintiyə icazə sənədi təqdim olunmamışdır.

28. Halbuki «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifad ə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir.

29. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir.

30. Həmçinin apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılan zaman «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvədə olan 6.5-ci maddəsinin redaksiyasına görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

31. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanl arının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

32. «Bələdiyyə torpaqların ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında» Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasının məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir.

33. Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerinin, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyə n etmək üçün) dəqiqləşdirir.

34. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.

35. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyə göndərir.

36. Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir.

37. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında» Əsasnamənin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 may 2002 ci il tarixli 696 saylı Fərmanına əsasən həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bədlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər.

38. Buna görə də apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçıya torpaq ayrılan zaman qüvvədə olan qanunvericiliyin tələblə rinə görə torpaq sahəsinin ayrılması üçün əvvəlcə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi alınmalı, ayrılması nəzərdə tutulan torpaq sahəsinin yeri, habelə torpaq sahəsinin yerləşdiyi zona və torpağın normativ qiyməti Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müəyyən edilməli, yalnız bundan sonra bələdiyyə torpağın dəyəri ödənildikdən sonra torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul edə bilər.

39. Lakin Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən iddiaçıya Biləcəri bələdiyyəsi hüdudları daxilində ayrılmış 30,0 kvadrat metr torpaq sahəsi ayrılarkən ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi üçün həmin dövrdəki müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərin i həyata keçirən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilməsi, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin razılığının alması iş materialları ilə müəyyən edilmir.

40. Daha sonra apelyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» əsasnamənin 4.11.11.5. və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstə rilsə də, Əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir.

41. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir».

42. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, 09 noyabr 2007-ci il tarixdən Azərbaycan Respublikası Şəhərsalma və Dövlət Arxitekturası Komitəsi yaradılmış və Bakı şəhər İcra Hakimiyyətinin nəzdində Memarlıq və Şəhərsalma Baş İdarəsi yoxdur, onun səlahiyyətləri isə yuxarıda göstərilmiş yeni dövlət strukturuna verilməsi araşdırılmamışdır.

43. Lakin bu məsələ apelyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamış və İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbləri apelyasiya instansiyası məhkəməsində işə baxıldığı zaman tətbiq edilməmişdir.

44. Digər tərəfdən sözügedən Komitənin yerlərdə, Bakı şəhəri rayonlarında strukturların olub-olmamas ı və onların hansı səlahiyyətlərə malik olması araşdırılmamışdır.

45. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən çoxlu sayda sübutlar araşdırılmadığından, apelyasiya instansiyası məhkəməsinin xxxxci il tarixli qərarı ləğv edilməli, kasasiya şikayəti bu səbəbdən qismən təmin edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xxxxci il tarixli, 2-1(103)1245/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar