Məhkəmə qərarları › İş №2-1(102)-263/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-263/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-263/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat N azirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “torpaq sahəsinə daimi istifadə hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-184/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti başçısının 17 fevral 1996-cı il tarixli, 221 saylı sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərqində dəmir beton zavodunun layihələ ndirilməsi və tikintisi üçün iddiaçıya 1.2 ha torpaq sahəsi ayrılmış, ayrıc aktı və inşaat pastoru tərtib edilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində yerləşən torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınmasını xahiş etmişdir.

3. Cavabdeh 23 iyul 2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən torpaq sahəsi ilə ayrıc üzrə olan sahənin ölçüləri arasında uyğunsuzluq və konfiqurasiya fərqləri mövcuddur, həmçinin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir, bundan əlavə torpaq sahəsi ilə bağlı icarə müqa viləsi təqdim edilməmiş və Bakı ŞİH başçısının 17 fevral 1996-cı il tarixli 221 saylı sərəncamında torpaq sahəsinin ölçüsü göstərilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 17 fevral 1996-cı il tarixli 221 saylı sərəncamı əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərqində İddiaçı İKF-na dəmir-beton zavodunun layihələndirilməsi və tikintisi üçün ayrılmış 1,2 ha torpaq sahəsinin İddiaçı İKF-nın adına daimi istifadə hüququ əsasında qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyul ması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 17 fevral 1996-cı il tarixli, 221 saylı sərəncamı ilə İddiaçı İKF-ə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərqində dəmir-beton zavodunun layihələndirilməsi və tikintisi üçün 1,2 ha torpaq sahəsi daimi istifadə hüququ əsasında ayrılmışdır. Həmin torpaq sahəsinin ayrıc aktı və inşaat pasportu tərtib edilərək verilmişdir. İddiaçı müvafiq sənədlər toplayıb sözügedən torpaq sahəsinə istifadə hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 23 iyul 2021ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. Lakin cavabdehin hərəkəti qanuna ziddir və təqdim edilmiş sənədlər qanunvericil iyə əsasən iddiaçıya məxsus torpaq sahəsi üzərində daimi istifadə hüququnun qeydiyyata alınması üçün əsasdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, torpaq sahəsi qanuna müvafiq ilkin olaraq İddiaçı İKF-ə ayrılmış, quruma həmin sahə naturada təhvil verilmişdir və o, sahəyə hal-hazıradək sahiblik və istifadə hüquqları həyata keçirir. Cavabdehin imtinada qeyd etdiyi hallar həqiqəti əks etdirmir. Torpaq sahəsi 1996-cı ildən etibarən Firmanın faktiki istifadəsindədir və həmin sahə təyinatı üzrə istifadə edilir.

6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2-1(112)-1990/2022 saylı qərarı ilə (hakim X4) iddia təmin edilmiş, İddiaçı İKF-in Bakı Şəhər İcra Hakimiyyə ti başçısının 17 fevral 1996-cı il tarixli, 221 saylı sərəncamı ilə ona Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərqində ayrılmış 1,2 ha torpaq sahəsinə daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

8. Məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, Bakı ŞİH-in 17 fevral 1996-cı il tarixli 221 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə İddiaçı İKF-in istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hallar müəyyən edilməmişdir.

9. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmi şdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh vəsatət verərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-184/2023 nömrəli iş üzrə 24 may 2023-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti hazırki iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-184/2023 nömrəli iş üzrə 02 avqust 2023-ci il tarixli qərarı ilə (hakimlər X1 (məruzəçi), X2 və X3) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2-1(112)1990/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məh kəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

14. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh və üçüncü şəxs tərəfindən kassasiya şikayətləri verilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü, Torpaq Məcəlləsinin 51.6, 55, 67 və 68-ci maddələrinə istinad edilərək qeyd edilir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla gös tərilən torpaq sahəsi ilə ayrıc üzrə olan sahənin ölçüləri arasında uyğunsuzluq və konfiqurasiya fərqləri mövcuddur. Həmçinin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. Bundan əlavə, torpaq sahəsi ilə bağlı icarə müqaviləsi təqdim edilməmiş və təqdim edilən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 221 nömrəli sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Əlavə olaraq, torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün özəlləşdirməklə bağlı iddiaçının Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməyi məqsədəmüvafiqdir. b) Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri

17. Üçüncü şəxs kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tə ləbinin rədd edilməsini xahiş etmişdir.

18. Şikayətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarına istinad edilərək qeyd edilir ki, məhkəmələr iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişlər. Belə ki, mübahisəli torpaq sahəsi SOCAR-ın daimi istifadəsinə verilmiş sənaye təyinatlı torpaqlardır. Odur ki, həmin torpağa dair hüquqların qeydiyyatı qanuni sayıla bilməz. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz tə qdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.2. Qeydiyyat or qanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfində n müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

23. Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsi: Maddə

273. Protokola dair qeydlər İşdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.

24. Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir;

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübah isə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırs a, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

27. Apelyasiya məhkəməsinin qərarı büt övlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. X9 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iki kassasiya şikayəti mövcuddur. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəli llərini təkrarlamaqla onunla eynilik təşkil edir. Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti də cavabdehin mövqeyi ilə oxşadır.

30. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmi şdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətlərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

32. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.

33. Həm cavabdeh, həm də üçüncü şəxs iddiaçının mövqeyini qanunsuz və əsassız hesab edirlər. Cavabdeh bildirir ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən torpaq sahəsi ilə ayrıc üzrə olan sahənin ölçüləri arasında uyğunsuzluq və konfiqurasiya fərqləri mövcuddur, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərd ə yerləşir, eləcə də torpaq sahəsi ilə bağlı icarə müqaviləsi təqdim edilməmiş və təqdim edilən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 221 nömrəli sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir.

34. Məhkəmə kollegiyası formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq cavabdehin kassasiya şikayətində əks etdirdiyi mövqe ilə bağlı qeyd edir ki, torpaq sahəsi üzərində istifadə hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid oldu ğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

35. Bu zaman icra hakimiyyəti orqanlarının funksional səlahiyyət bölgüsü, icra hakimiyyətinin vahidliyi prinsipi, şəxsin ona münasibətdə inzibati orqan tərəfindən qəbul olunmuş əlverişli inzibati aktın, yəni hüquqmüəyyənedici sənədin məzmununa etimad hüququ nəzərə alınmalıdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aiddir. Qeydiyyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyə t daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

36. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.

37. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 17 fevral 1996-cı il tarixli, 221 saylı sərəncamı ilə iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərqində dəmir beton zavodunun layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmış, ayrıc aktı və inşa at pastoru tərtib edilmişdir. Sərəncama əlavə edilmiş memarlıq planlaşdırma göstərişlərinin 3-cü qrafasında torpaq sahəsinin ölçüsü 1.2 ha göstərilmişdir.

38. Göründüyü ki, torpaq sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq sərəncam əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmiş torpaq sahəsinin ölçüsü göstərilmişdir.

39. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinin müddəalarına görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının ( yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

40. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.

41. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəz ərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.

42. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir.

43. İş materiallardan görünür ki, iddiaçı istifadə hüququnun qeydiyyata alınması üçün hal hazırda q üvvədə olan Bakı şəhər İcra Hakimiyyəti başçısının 17 fevral 1996-cı il tarixli, 221 saylı sərəncamını cavabdehə təqdim etmişdir. Həmin sərəncamın hər hansı subyekt, o cümlədən “SOCAR” tərəfindən mübahisələndirilməsi ilə əlaqədar iş materiallarında hər hansı bir məlumat mövcud deyildir. Cavabdeh və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

44. Bu xüsusatla bağlı məlumat hətta apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə prosesi gedişində SOCAR-ın nümayəndəsindən soruşulmuş, üçüncü şəxs cavabında həmin sərəncamın onlar tərəfindən mübahisələndirilmədiyini bildirmişdir.

45. Beləliklə, göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti başçısının 17 fevral 1996-cı il tarixli, 221 saylı sərəncamı qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin sərəncam “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur.

46. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17 fevral 1996-cı il tarixli dövlətə məxsus olan torpaq sahəsinin iddi açıya ayrılması haqqında qanuni qüvvədə olan sərəncamı Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır.

47. Elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən torpaq sahəsi ilə ayrıc üzrə olan sahənin ölçüləri arasında uyğunsuzluq və konfiqurasiya fərqlərinin mövcud olması ilə bağlı cavabdehin kassasiya şikayətində qeyd etdiyi arqumentə gəlincə məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qan unun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – b u Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.

48. Torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün özəlləşdirməklə bağlı iddiaçının Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməsinin məqsədə müvafiq olması ilə bağlı kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş q aydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir.

49. Qanunun tələbindən göründüyü kimi özəlləşdirilmə özündə əmlak üzərində mülkiyyət hüquqlarının əmələ gəlməsini ehtiva edir. Hazırki iddia tələbi daşınmaz əmlak üzərində mülkiyyət deyil, istifadə hüququnun təsdiqi ilə bağlı olduğu üçün cavabdehin bu dəlili də əsassızdır.

50. Üçüncü şəxs tərəfindən yeganə mübahisə edilən məsələ torpaq sahəsinin təyinatı ilə bağlıdır. Qeyd edilir ki, mübahisəli torpaq sahəsi SOCAR-ın daimi istifadəsində verilmiş sənaye təyinatlı torpaqlardır.

51. Məhkəmə kollegiyası qeyd edir ki, həm cavabdeh, həm də üçüncü şəxs mübahisəli torpaq sahəsinin SOCAR-ın daimi istifadəsinə verilməsinə dair hər hansı sübut təqdim etməmişdir.

52. Sonradan üçüncü şəxs tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron qa ydada ərizə daxil olmuşdur. Ərizədə apelyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxsin nümayəndəsinin məhkəmədə verdiyi ifadələrin təhrif edildiyi, ifadələrin düzgün yazılmadığı qeyd edilmişdir. Bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolunda nümayəndənin adından mübahisəli torpaq sahəsinin hazırda SOCAR-ın istifadəsinə verilmiş ərazilərə aid olmadığı qeyd edilmişdir.

53. Məhkəmə kollegiyası bildirir ki, üçüncü şəxsin bu dəlilinin heç bir hüquqi əsası yoxdur. Belə ki, apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, SOCAR-ın nümayəndəsi sədrlik edəninin sualına cavab verərkən mübahisəli torpaq sahəsinin ümumiyyətlə onlara aiddiyatının olmadığını, torpaq sahəsinin Dövlət Neft Şirkətindən alınıb, sərəncamla İddiaçıə verildiyi bildiri lmişdir.

54. Protokolda qeyd edilən bu halla əlaqədar olaraq üçüncü şəxs tərəfindən hər hansı bir qeyd apelyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir.

55. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən apelyasiya instansiyası məhkəməsinin xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə keçirilmiş məhkəmə iclasının video görüntüsünə baxılan zaman müəyyən edilmişdir ki, üçüncü şəxsin nümayəndəsinin suallara verdiyi cavab protokolda göstərilən səpikdə olmuş, məhkəmə prosesindən kənar hər hansı başqa ifadə protokolda əks olunmamışdır.

56. Beləliklə, göründüyü kimi üçüncü şəxsin kassasiya şikayətində qeyd etdiyi xüsusatlar həqiqəti əks etdirməklə yanaşı qanunvericiliyin tələblərinə ziddir.

57. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin iddiaçıya ayrılması haqqında Bakı şəhər İcra Hak imiyyəti başçısının 17 fevral 1996-cı il tarixli, 221 saylı sərəncamı qüvvədə olduğundan həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən həmin sərəncam Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

58. Bu baxımdan iddiaçının torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

59. Belə olan halda, apellyasiya instansiyası mə hkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

60. Beləliklə, kassasiya şikayətlərinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayətləri təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 61.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-184/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar