Məhkəmə qərarları › İş №2-1(102)-2631/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2631/2019

27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2631/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2631/19 Bakı şəhəri 27 noyabr 2019-cu il Açar sözlər: sosial sığorta stajının müəyyən edilməsi, iddianın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin şöbə müdiri XXX tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 iyun 2019-cu il tarixli, 2-1(107)-174/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək kitabçası və ona əlavə vərəqə üzrə 05 sentyabr 1972-ci il tarixdən 02 fevral 2004-cü il tarixədək 29 il 06 ay 2 gün ümumi əmək stajının olması faktının müəyyən edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkə məyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 05 sentyabr 1972-ci il tarixdən 02 fevral 2004-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 05 sentyabr 1972-ci il tarixdən 02 fevral 2004-cü il tarixədək fasiləsiz olaraq Qax rayon X1 İaşə İdarəsində, Qax kolxozlararası tikinti idarəsində işləməsi və hərbi xidmətdə olması onun əmək kitabçası və ona əlavə vərəqəyə əsasən öz təsdiqini tapmışdır. Onun 29 il 06 ay 2 gün iş stajına malik olmasına baxmayaraq, yaşa görə əmək pensiyasının təyin olunmasına dair 16 may 2018-ci il tarixdə etdiyi müraciətə cavabdeh onun qanu nvericiliklə nəzərdə tutulmuş 25 illik sosial sığorta stajının olmaması əsası ilə imtina cavabı vermişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2-1(84)-1661/2018 saylı qərarı ilə (hakim Kənan Vəliyev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələblərinə görə sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından və cavabdeh tərəfindən bunun əksi sübuta yetirilmədiyindən onun əmək kitabçasında qeyd edilənlər mötəbər sübut hesab olunur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək o nun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 iyun 2019-cu il tarixli, 2-1(107)-174/2019 saylı qərarı ilə (sədrlik edən Gündüz Abbasov, hakimlər Rövşən Rəfiyev və Mübariz Hüseynov) birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmaqla iddia tələbi qismən təmin edilmiş, iddiaçının 05 sentyabr 1972ci il tarixdən 25 aprel 1973-cü il tarixədək Qax rayon Kolxozlararası Tikinti idarəsində fəhlə, 28 may 1975-ci il tarixdən 01 iyul 1975-ci ilədək Qax Rayon İstehlak Cəmiyyətinin Təsərrüfat hesablı İctimai İaşə idarəsində səyyar çayçı, 01 iyul 1975-ci ildən 01 oktyabr 1975-ci ilədək Qax Rayon İstehlak Cəmiyyətinin Təsərrüfat hesablı İctimai İaşə idarəsini n “Arzu” yeməkxanasında aşpaz və xörəkpaylayan, 01 oktyabr 1975-ci ildən 25 mart 1976-cı ilə kimi həmin idarənin Su-limonad mağazasında satıcı, 10 may 1976-cı ildən 08 yanvar 1982-ci ilədək Su-limonad lotokunda müdir-satıcı, 08 yanvar 1982-ci ildən 20 oktyabr 1982-ci ilədək 2 №li anbarda anbardar, 20 oktyabr 1982-ci ildən 25 aprel 1983-cü ilədək Su mağazasında satıcı, 25 aprel 1983-cü ildən 02 fevral 1996-cı ilədək həmin idarənin Su kokteyli və qənnadı mağazasında satıcı, 15 may 1997-ci ildən 01 iyul 1998-ci ilə kimi səyyar su satıcısı, 01 mart 2001-ci ildən 02 fevral 2004-cü ilə kimi XXX yeməkxanasında maddi məsul şəxs işlədiyi və 04 may 1973-ci il tarixdən 09 may 1975-ci il tarixədək Sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin üzərinə qoyulmuşdur, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının yalnız əmək kitabçasında təsbit edilmiş illər və hərbi xidmət müddəti onun sosial sığorta stajına daxil edilməlidir. İddiaçının 05 sentyabr 1972-ci il tarixdən 02 fevral 2004-cü il tarixədək olan dövr ərzində fasilələrlə işləməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iddianı tam həcmdə təmin etməklə iddiaçının icarədar kimi fəaliyyət göstərdiyi dövrün də sosial sığorta stajına daxil edilməsinə dair düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının XXX yeməkxanasının icarədarı olduğu 01 mart 2001ci il tarixdən 02 fevr al 2004-cü il tarixədək məcburi dövlət sosial sığorta haqlarını ödəməməsinə dair cavabdehin dəlilinə münasibətdə isə bildirmişdir ki, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Bu səbəbdən, silinmiş borca görə iddiaçının pensiya hüququnun məhdudlaşdırılması qanunazidd hesab olunmalıdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1, 3, “İşçilarin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1, Əmək Məcəlləsinin 87, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1, 24, 46.3, “Məcburi Dövlət Sosial Sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1, Azərbaycan Respublikası Konstitusiyasının 38, 149, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, iddiaçının 02 fevral 1996-cı ildən sonrakı döv rdə obyektlərini icarəyə götürdüyü X3 X2 birliyi sosial sığorta ödəyicisi kimi Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsində qeydiyyatdan keçərək 2006-cı ilin ikinci rübünədək hesabatları təqdim etmiş, lakin 01 oktyabr 1995-ci il sonra müəssisə tərəfindən heç bir sosial ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən, iddiaçının həmin müəssisənin obyektlərini icarəyə götürdüyü dövrün onun sosial sığorta stajının müəyyən edilməsi zamanı nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. Daha bir əsas kimi bildirilmişdir ki, iddiaçıya 01 yanvar 2019-cu il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu faktlar yazılı şəkildə məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən bu xüsusatları araşdırılmamışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1, 21-ci maddələrinəistinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı xx xxxxxx 1954-cü il təvəllüdlü olmaqla 14 may 2018-ci ildə qanunla nəzərdə tutulmuş pensiya yaşına (63 il 06 ay) çatmışdır. İddiaçı 05.09.1972- ci il tarixdən 25.04.1973-cü il tarixədək Qax rayon Kolxozlararası Tikinti idarəsində fəhlə, 28.05.1975-ci il tarixdən 01.07.1975-ci il tarixədək Qax Rayon İstehlak Cəmiyyətinin Təsərrüfat hesablı İctimai İaşə idarəsində səyyar çayçı, 01.07.1975ci il tarixdən 01.10.1975-ci il tarixədək Qax Rayon İstehlak Cəmiyyətinin Təsərrüfat hesablı İctimai İaşə idarəsinin “Arzu” yeməkxanasında aşpaz və xörəkpaylayan, 01.10.1975-ci ildən 25.03.1976-cı ilə kimi həmin idarənin Su-limonad mağazasında satıcı, 10.05.1976-cı il tarixdən 08.01.1982-ci il tarixədək Su-limonad lotokunda müdir-satıcı, 08.01.1982-ci il tarixdən 20.10.1982-ci il tarixədək 2 №li anbarda anbardar, 20.10.1982-ci il tarixdən 25.04.1983-cü il tarixədək Su mağazasında satıcı, 25.04.1983-cü il tarixdən 02.02.1996-cı il tarixədək Su koktey li və qənnadı mağazasında satıcı işləmişdir. 02.02.1996-cı il tarixdən 15.05.1997-ci illərdə Su və yarımfabrikat mağazası ona icarəyə verilmiş, 15.05.1997-ci il tarixdən 01.07.1998-ci il tarixlərdə səyyar su satışına icazə verilmiş, 01.07.1998-ci il tarixdən 19.07.1999-cu il tarixədək XXX yeməkxanası icarəsinə verilmiş, 19.07.1999-cu il tarixdə icarə müqaviləsi ləğv edilmiş, 01.03.2001-ci il tarixdən 02.02.2004-cü il tarixlərdə XXX yeməkxanasında maddi məsul şəxs işləmişdir. İddiaçı 04 may 1973-ci il tarixdən 09 may 1975-ci il tarixədək Sovet ordusunda həqiqi hərbi xidmətdə qulluq etmişdir. O, yaşa görə əmək pensiyası təyin olunması üçün DSMF-in Qax rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu özünün 16 may 2018-ci il tarixli, 32/103 nömrəli cavab məktubunda bundan imtina etmiş və bildirmi şdir ki, iddiaçı 25 il sosial sığorta stajına malik olmadığı üçün yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Cavabdeh inzibati orqanın məhkəmə kollegiyasına ünvanlanmış 30 may 2019-cu il tarixli, **********1 nömrəli məktubunun məzmunundan göründüyü kimi, iddiaçının iddiasında qeyd edilən illər onun sosial sığorta stajına daxil edilərsə, İddiaçı Qanunun qüvvəyə mindiyi 2006-cı ilin yanvarın 1- dək 25 il 02 ay 07 gün sosial sığorta stajı müəyyən olunduğu halda fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 18197,53 manat ((25 il tam iş stajı x 306 manat = 7650,0 manat + 51,0 manat (306: 12 ay x 02 ay) + 5,95 manat (306: 360 gün x 7 gün) = 7706,95 manat, bu məbləğ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfin dən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək 18197,53 manat hesablanır) məbləğində müəyən olunur. Vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınan 18197,53 manat pensiya kapitalı nəzərə alınmaqla Qanunun 10.2-ci maddəsinə əsasən hesablanan əmək pensiyasının məbləği 126,37 manat (18197,53 manat pensiya kapitalı: 144 (gözlənilən pensiya ödənişi müddəti aylarının sayı) = 126,37 manat) müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən respublika üzrə əmək pensiyasının minimum məbləği 2019-cu ilin 01 mart tarixindən 160,0 manat məbləğində müəyyən olunur və təyin edilən əmək pensiyasının məbləği respublika üzrə müəyyən olunan əmək pensiyasının minimum məbləğindən aşağı olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. Belə ki, 25 il 02 ay 07 gün sosial sığorta stajına malik olan hər hansı bir vətəndaşa yuxarıda göstərilən qaydada 126,37 manat məbləğində hesablanan əmək pensiyasının məbləği vətəndaşın əmək pensiyası hüququ 2019-cu ilin yanvarın 1-dən 2019- cu ilin martın 1-dək yarandığı halda 126,37 manat məbləğində 2019-cu ilin martın 1-dən sonra 160,0 manata catdırılmaqla ödənilməlidir. İddiaçıya artıq 01 yanvar 2019-cu il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, iddiaçının iddiasının təmin ediləcəyi təqdirdə onun 14 may 2018-ci ildən yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləs inin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Lakin iddianın mümkünlük şərtlərinin yoxlanılması bütün instansiya məhkəmələrinin səlahiyyətlərinə aid olduğu üçün, məhkəmə kollegiyası məsələyə dair daha sonra hüquqi mövqeyinin bildirilməsini z əruri hesab edir. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını, əsasən düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlər onun sosial sığorta stajının müəyyən edilməsi üçün əsas hesab edilməlidir. Cavabdeh bir mövqeyinə görə əmək kitabçasında qeyd edilmiş 1997-1998 və 20012004-cü illərə münasibətdə X3 X2 birliyi sosial ödənişləri həyata keçirmədiyi üçün, həmin müddət onun sosial sığorta syajına daxil edilə bilməzdi. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirməsini aparmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan son ra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyə t müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. İşin hallarına görə qiymət verilən iddiaçının əmək fəaliyyəti 1997 – 1998, 20012004-cü illəri əhatə edən dövrə aid olmuşdur. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontr aktının) xitam olunması barədə məlumatlar yazılır; - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Q anununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsas ən müəyyən edilir: əmək kitabçası. Sadalanmış bu normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Bu normativ aktlara əsaslanmaqla məhkəmə kollegiyası bildirir ki, iddiaçının təqdim etdiyi sübutlar əsasında - əmək kitabçasına əsasən apellyasiya məhkəməsi düzgün olaraq 1997 – 1998, 2001-2004-cü illərin iş dövrlərini iddiaçının sosial sığirta stajına aid edilməsi nəticəsinə gəlmişdir. Həmin dövrlərin sosial sığorta stajına daxil edilməməsinin əsası kimi cavabdehin bildirdiyi dəlilə münasibətdə məhkəmə kollegiaysı qeyd edir ki, müəssisənin mövcudluğu və onun “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq məcburi dövlət sosial sığortası üzrə uçota alınmasını cavabdeh mübahisələndirməmişdir. Mübahisəli hal həmin müəssisə tərəfindn sosial sığorta ödənişlərinin aparılmaması ilə bağlıdır. Bu hissədə məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının işlədiyi illərə münasibətdə qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 252, 253-cü və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 304, 306-cı maddələrin tələblərinin ümumiləşdirilmiş nəticəsinə görə, əmək münasibətlərində olan işçilərin əmək haqqından müvafiq məcburi sosial sığorta ödənişlərin tutulması və cavabdehə köçürülməsi kimi vəzifəsi hər hansı bir qaydada müəyyən olunmamışdır. Bu vəzifəni işəgötürən “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən daşımışdır. Digrə tərəfdən, “Sosia l sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18ci maddəsində müəyyən edilmişdir ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu) həyata keçirir və məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır və s. Maddənin tələblərinin mübahisəli məsə ləyə tətbiqi onunla bağldıır ki, sığortaedən işəgötürən tərəfindən müvafiq qaydada sosial sığorta haqlarının ödənilməməsi işçi olan şəxslərin pensiya təminatı hüququnun məhdudlaşdırılması üçün hüquqi əsas kimi qiymətləndirilməməlidir. Çünki qeyd edilmiş dövlət sosil sığorta sahəsində idarəetməni həyata keçirən qurum kimi həmin borcların alınması üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna müvafiq səlahiyyətlər verilmişdir. Yəni bir tərəfdən işəgötürən tərəfindən qanunla üzərinə qoyulmuş vəzifələrin, digər tərəfdən bu vəzifələrin həyata keçirilməsinə nəzarət edən inzibati orqanın öz öhdəliklərinin icra edilməməsinin məsuliyyəti işçinin pensiya təminatı məsələlərin həlli zamanı onun üzərinə qoyula bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası bu hissədə apellyas iya məhkəməsinin nəticəsini qanunamüvafiq hesab edir. İddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunması zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələbləri onu ehtiva edir ki, inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs t ərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İddia tələbinin əsaslandığı hallardan göründüyü kimi, iddiaçı sosial sığorta stajının müəyyən edilməsini o əsasla xahiş etmişdir ki, onun pensiya təminatı barədə ərizəsinin təmin olunmasından sosial sığorta stajının toplanmaması əsası ilə imtina olunmuşdur. Lakin işin hallarından göründüyü kimi, iddiaçıya 01 yanvar 2019-cu il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla yanaşı, apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçının iddiasının təmin ediləcəyi təqdirdə onun 14 may 2018-ci ildən yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının tələbi olmadığı halda, onun əvəzinə hüquqi marağın nəzədən ibarət olmasına dair qiymətin verilməsi Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinin tələblərinə ziddir. Həmin maddəyə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilən halda isə iddiaçının hüquqi marağının nədən ibarət olması qeyrimüəyyəndir. Başqa sözlə, iddiaçı cavabdehin yuxarıda qeyd edilən imtinası ilə hüququnun pozulduğunu o halda iddia edə bilər ki, məhz iddia etdiyi müddətin sığorta stajına daxil edilməsi ona əmək pensiyasının təyin edilməsi ilə nəticələnə bilər. Göstərilmiş məzmunda iddia o halda mümkün sayıla bilər ki, bu məzmunda iddianın təmin olunması (iddia olunan illərin sığorta stajına daxil edilməsi) ilə cavabdehin iddiaçıya əmək pensiyası təyin etmək öhdəliyi yaranmış olsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 13 maddəsində müəyyən edilmiş “Məhkəmənin yardım etmək vəzifəsi”nə dair tələbləri pozulmuşdur. Maddənin tələbinə görə, məhkəmə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində proses iştirakçılarına yardım etməyə borcludur. Bu müddəaya əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının hüquqi marağı nəzərə almaqla ilk olaraq ona hüquqi yardım göstərilməklə tələbinin dəqiqləşdirilməsi təklif olunmalı, tələbin mümkünlük şərtləri araşdırılmal ı, onlar ödənildiyi təqdirdə tələbə yuxarıda əks olunmuş hüquqi mövqe nəzərə alınmaqla qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası y uxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon Şöbəsinin şöbə müdiri XXX tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 iyun 2019-cu il tarixli, 2-1(107)-174/2019saylı qərarı ləğv ed ilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar