Məhkəmə qərarları › İş №2-1(102)-2632/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2632/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2632/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabel iyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2110/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1979-cu ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunun çay qurğularının və su elektrik stansiyalarının hidrotexniki tikintisi ixtisasına daxil olmuş və xx.xx.1984-cü ildə həmin ixtisas üzrə tam kursu bitirdiyindən ona hidrotexnika-mühəndis ixtisası verilmişdir.

2. İddiaçı xx.xx.1984-xx.xx.1984-cü illərdə Saflaşdırma fabrikində operator işləmiş, xx.xx.1984 -cü il tarixdən xx.xx.1986-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra iddiaçı xx.xx.1986-xx.xx.1990-cı illərdə yenidən Saflaşdırma abrikində işləmiş, xx.xx.1990-cı ildə “Xəzərdənizneftsosialtikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilmişdir. O, xx.xx.1990-cı il tarixdən xx.xx.2021-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

3. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir.

4. Cavabdeh həmin müraciətin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin 2 dekabr 2021-ci il tarixli, 01/72 nömrəli arayışında xx.xx.1990-xx.xx.2003-cü il və xx.xx.2003- xx.xx.2006-cı il tarixləri arasınd akı dövrlər ərzində 2 nömrəli Tikinti İdarəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri "xxxx" ASC-də çoxsaylı yoxlamalarda olmuş və müəssisənin xx.xx.1995-ci il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (15 il 12 gün (xx.xx.1979-xx.xx.1984-cü il, xx.xx.1984- xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı 12 il 6 aydan az (4 il 4 ay (xx.xx.1990- xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23316,72 manat təşkil edir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xah iş etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur. xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə qədər Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil almışdır. xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə qədər və xx.xx.1986-cı ildən xx.xx.1990-cı illər arasında Rusiya Federasiyasında müxtəlif işlərdə işləmişdir. xx.xx.1984cü ildən xx.xx.1986-cı ilə qədər hərbi xidmətdə olmuşdur. xx.xx.1990-cu ildə “Xəzərdənizneftsosialtikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə iş icraçısı vəzifəsinə, xx.xx.2003cü il tarixdə sex rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2003-cü il tarixdə "xxxx" ASC-nin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 14-cü dərəcəli sex rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2004-cü il tarixdə "xxxx" ASC-nin İstehsalat sahəsinə sex rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2005-ci il tarixdə "xxxx" ASC-nin İstehsalat sahəsinə sex rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox, güzəştli iş stajı 12 il, 06 ay, 03 gün təşkil edir.

8. Cavabdehin iddia ərizəsinə qarşı təqdim etdiyi etirazın əsaslarını imtina məktubu ilə eynilik təşkil edir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5917/2023 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim S.Salahova) iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.1990-cı ildən etibarən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi iş yerinin arayışı, həmçinin dövlət orqanında saxlanılan məlumatlarla təsdiq edilir. Həmin arayışa əsasən iddiaçının xx.xx.2006-cı il ta rixə 12 il 6 aydan çox, 12 il 6 ay 3 gün güzəştli iş stajı mövcuddur.

11. Buna görə də, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir.

12. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2110/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, P.Hüseynov və C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməd ən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və nəticəsini “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 3.1, 9.1, 9.8, 21.1, 31.1, 32.1, 32.1-1-ci maddələri, 2006-cı ilə qədər qüvvədə olmuş, xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi ilə əsaslandırmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunda göstərilənlərlə eynilik təşkil edir.

17. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün, “Vətə ndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8 və İPM-in 90-99-cu maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlə rdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində g östərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublik ası Qanunu (2006-cı ilə qədər qüvvədə olub): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997- ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırıl mışdır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsi üzrə kod 290000b—24441 – iş icraçıları.

22. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də cavabdehin imtinasının dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şər h olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır

29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Məhkəmə kollegiyası əlavə olaraq cavabdehin kassasiya şikayətinin iddiaçının 1995-ci ildən sonra olan dövrdəki stajını qəbul etməməsi, səbəb kimi müəssisənin xx.xx.1995-ci il tarixindən sonra fəaliyyətdə olmaması dəlilinə münasibətdə qeyd edir ki, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin Sərəncamına əsasən, ARDNŞ-nin tabeliyində olmuş Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 18 ünvanında yerləşən “Xəzərdənizneftsosialtikinti” trestinin bazasında struk tur bölmələri daxil edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, müəssisənin nizamnaməsi xx.xx.2005-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qeydə alınmışdır.

31. Həmçinin məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarında göstərilənlərə əsasən qeyd edir ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin qətnaməsinə görə “Xəzərdənizneftsosialtikinti” tresti cavabdehlər Sabunçu rayon İcra Hakimiyyətinə və Sabunçu rayonu Pirşağı qəsəbə İcra Nümayəndəliyinə qarşı iddia qaldıraraq 1990-cı ilin iyul ayında Pirşağı qəsəbə Sovetliyi ilə trestin 2 saylı TQİ arasında 70 yerlik ambulatoriyanın tikintisi haqqında müqavilə bağlandığı, obyektin tikintisinə başlandığı, obyektin 2 saylı TQİ tərəfindən 2000-ci ilin may ayında təhvil verildiyi, obyektdə yerinə yetirilmiş tikinti-quraşdırma işl ərinin əlavə dəyər vergisi ilə birlikdə ümumi məbləğinin xx.xx.2000-ci ildə aparılmış üzləşdirmə aktına əsasən ********** manat təşkil etdiyi bildirilməklə, həmin məbləğdə borcun cavabdehlərdən tutulması xahiş olunmuşdur.

32. Eyni zamanda işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 7k-323 saylı xx.xx.2005-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, “...həmin müqaviləyə görə inşaat işi xx.xx.1999-cu ildə başlamalı, 31 may 2000-ci ildə başa çatmalı idi. Lakin inşaat işi 2000-ci ilin may ayında başa çatdırılmış və xx.xx.2000-ci il tarixli aktla təhvil verilmişdir.”

33. Göründüyü kimi, cavabdeh iddiaçının işlədiyi müəssisənin 1995-ci ildən etibarən fəaliyyət göstərmədiyini bildirsə də, işdə olam məhkəmə qərarları ilə aydın olur ki, “Xəzərdənizneftsosialtikinti” tresti 2000-ci illərdə də aktiv fəaliyyət göstərmiş, müəssisə tərəfindən 2000-ci ildə Pirşağı qəsəbəsində 70 yerlik ambulatoriya tikilərək aidiyyəti qurumlara təhvil verilmişdir.

34. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 il 11 ay 11 gün ümumi stajı olmaqla, o qanunvericiliklə tələb olunan ilkin şərti ödəyir.

35. Qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərd ə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “kod 22900000, XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsi üzrə kod 290000b—24441 – iş icraçıları” vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir.

37. Beləliklə məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1990-cı ildən etibarən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi iş yerinin arayışı, həmçinin dövlət orqanında saxlanılan məlumatlarla təsdiq edilir. Həmin arayışa əsasən iddiaçının xx.xx.2006-cı il tarixə 12 il 6 aydan çox, 12 il 6 ay 3 gün güzəştli iş stajı mövcuddur. 38. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrində, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənildiyindən, onun həmin normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2110/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar