Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2632/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARDADİ Açar sözlər: şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi, kassasiya şikayətinin qeyri mümkün sayılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial E kspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2025-ci il tarixli 2-1(103)-1775/2025 nömrəli qərardadından iddiaçı tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatətə baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, XBÇ İ mərhələ orqanizmin funksiyalarının 50 % pozulması səbəbi ilə müddətsiz əlillik təyin edilməsi və pensiyanın ödənilməsinin xx.xx.2021-ci il tarixdən hesa blanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9539/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qərarı ilə (hakim X1) iddia mümkün sayılmamışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1775/2025 saylı, 06 mart 2025-ci il tarixli qərardadı ilə (hakimlər X5 /məruzəçi/, X4 və X2) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək şikayətin qəbulundan imtina edilmişdir.
5. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və kassasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermiş dir. Ərizədə iddiaçı kassasiya şikayəti verilməsi üçün müddətin üzrlü səbəbdən ötürüldüyünü bildirmişdir. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təq dim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayət lə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası ərizədə qeyd edilmiş xüsusatları təhlil edərək bu qənaətə gəlir ki, vəsatətin təmin edilməsi və kassasiya şikayəti üzrə buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.
8. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
9. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 06 mart 2025-ci il tarixli, 2-1(103)-1775/2025 saylı qərardadı 18 mart 2025-ci il tarixdə iddi açının elektron kabinetinə yerləşdirilmişdir.
10. Daha sonra iddiaçı ərizə ilə apellyasiya instansiya məhkəməsinə müraciət edərək dövlət vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 07 aprel 2025-ci il tarixli, 2-1(103)-1775/2025 saylı qərardadı ilə ərizə təmin edilmişdir.
11. Qəbul edilmiş qərardad əsasında iddiaçı dövlət vəsaiti hesabına vəkillə təmin edilmiş və onun hüquqlarının müdafiəsi üçün vəkilə 21 aprel 2025-ci il tarixdə order verilmişdir. Kassasiya şikayəti isə qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddət ötürülməklə, yəni 23 may 2025-ci il tarixdə apellyasiya instansiya məhkəməsinə təqdim edilmişdir.
12. İddiaçı özü də müddətin ötürülməsini mübahisə etmir. Mübahisələndirilən hal müddətini n ötürülməsinin üzrlü və ya üzrsüz səbəblərdən baş verməsi ilə bağlıdır.
13. İddiaçı kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsini etiraf edərək müddətin ötürülməsinin üzrlü hesab olunmasını xahiş etmişdir. Qeyd edilmişdir ki, vəkil iş materialları ilə tanış olduğundan müddət ötürülmüşdür.
14. Məhkəmə kollegiyası qeyd edir ki, vəsatətdə qeyd edilmiş hal müddətin bərpa edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
15. Lakin hazırkı iş üzrə müddətin iddiaçının təqsiri olmadan ötürüldüyü müəyyən edilmir.
16. Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.
17. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti cavabdeh tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün say ılmamalıdır.
18. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Buraxılmış müddətin bərpasına dair ərizə rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2025-ci il tarixli 21(103)-1775/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.